Məhkəmə qərarları › İş №e-2(125)-1580/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1580/2024

23.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1580/2024 23.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkil) Vəkil1, Cavabdeh nümayəndəsi (vəkil) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 110000 (bir yüz on min) manat məbləğində pulun və iddia ərizəsi üçün ödənilmiş 400 (dörd yüz) manat xərcin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh orta məktəbdən tanımış və onunla bir məktəbdə oxumuşdur. Murad siqaret firmasında ekspeditor vəzifəsində işləyirdi. 2020-ci ilin noyabr ayında Murad ona Gəncə şəhərində “Qrand Qafqaz” bazarında icarəyə yer götürməsini və siqaret satışı ilə məşğul olmalarını təklif etmişdir. Cavabdeh ona pulu onun buraxmasını, o isə siqaretləri təşkil edəcəyini bildirmişdir. O, cavabdehlə razılaşmış və 250 manata icarəyə bazardan mağaza götürmüşdür. İlkin olaraq 10000 manat pul qoymuş və siqaret satışına başlamışlar. Hər ay təxminən 2000-4000 manata yaxın pul qazanmış və yarı bölmüşlər. O, qoyduğu 10000 manatı hissə-hissə qazancdan götürmüşdür. Sonra Murad ona təklif etmişdir ki, mağazanın sayını artırsınlar və ona məsləhət görmüşdür ki, bankdan pul götürsün. O, cavabdehlə razılaşmş və 2021-ci ilin sentyabr ayında “Paşabank”dan 60000 manat kredit götürmüşdür. Murad ona borcu olduğunu demiş və o cavabdehə kreditin yarısını ödəmək şərti ilə 30000 manat borc vermişdir. Yerdə qalan 30000 manatı yenə siqaret satışına maya kimi qoymuşdur. Murad həmin 30000 manatdan 15000 manatına özünə “Niva” markalı avtomaşın almış, qalan 15000 manatı özünün borcuna vermişdir. Banka olan hər aylıq 3000 manat krediti mağazadan gələn gəlirdən ödəmişlər. Bundan sonra Murad ona işi böyütmək üçün pul götürməsini demişdir. O, əvvəlcə razı olmamış, cavabdehə “bu çox böyük puldur, onun aylığını ödəyə bilməyəcəyik”-demişdir. Lakin Murad onu inandıraraq “narahat olma mağazanın sayını artırıb ödəyəcəyik”-demişdir. Bundan sonra o, cavabdehlə razılaş, yenə “Paşabank”dan 198000 manat kredit götürmüşdür. Kreditin şərtinə görə hər ay 12880 manat ödəniş edilməli idi. Aralarında olan razılaşmaya görə kreditin aylığının hər ikisi bərabər ödəməlidirlər. Həmin puldan Murad 20000 manatı özünə götürüb “Hyundai Sonata” markalı avtomaşın almış, qalan puldan 160000 manata Bakı şəhərində taksi fəaliyyəti qurmaq üçün 12 ədəd “Toyota Prius” markalı avtomaşın almış və avtomobillər taksi kimi işlətməyə başlamışlar. Bundan sonra Murad ona əlavə 6 ədəd mağaza açmağı və orada siqaret satışını genişləndirmək üçün avtomobilləri satmaq lazım olduğunu təklif etmişdir. O, cavabdehlə razılaşaraq həmin avtomobilləri bir yerdən 95000 manata satmışlar. Həmin pulu o, siqaret almaq üçün Murada vermiş, Murad isə banka olan krediti ödəyəcəyinə söz vermişdir. Bundan sonra o, Bakı şəhərinə getmiş, bir müddət orada qalmışdır. Muradla telefon əlaqəsi saxlayanda ondan kreditin ödənilməsini və alverin necə getdiyini soruşmuşdur. Murad ona narahat olmamağı, hətta kartına 1000 manat qazancdan pul göndərdiyini bildirmiş və banka kredit borcunun ödənilməsi barədə qəbzlərini də ona göndərmişdir. O da cavabdehə inanıb arxayın olmuşdur. Lakin təxminən 4 aydan sonra ona məlum olmuşdur ki, Murad verdiyi 95000 manat pulun bankın kreditini ödəməmiş və əlavə mağaza açmamış, əksinə Muradı işlədiyi firmadan işdən azad etmişlər. Sonra onlar birinci açdıqları mağazanı 2022-ci ilin avqust ayında bağlamışlar. O, dəfələrlə Muradla görüşmüş, ondan pullarını tələb etmişdir. Sonradan Murad ona cəmi 20000 (iyirmi min) manat pul qaytarmışdır. Murad borcu olduğundan ona olan borcunu ödəyə bilmədiyini bildirmişdir. Beləliklə, o, Murada verdiyi pulları bu günədək ala bilmir. Muradın hazırda ona 110000 manat (95000+15000) manat borcu qalmışdır. Muradın ona olan borca görə də o, bank qarşısında olan öhdəliyini icra edə bilmir. Bundan sonra o, Muradın hərəkətlərindən polis orqanlarına şikayət etmişdir. Gəncə şəhər Baş Polis İdarəsinin İTİ-nin 14 mart 2023-cü il tarixli qərarı ilə toplanmış materiallar üzrə cinayət işi başlanması rədd edilmişdir. Qərarın təsviri hissəsində Cavabdeh izahatında Murad yalnız ondan 95000 manat aldığını etiraf etmişdir. Həmin qərarı sübut kimi ərizəyə əlavə olunur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək iddia tələbini müdafiə edərək əlavə olaraq bildirdi ki, cavabdeh ona siqaret mallarının satışı ilə məşğul olmağı təklif etmiş, o da razı olmuşdur. Bu qaydada bir müddət fəaliyyət göstərmişlər. Beləliklə, də aralarında qarşılıqlı etimad və işgüzar münasibətlər yaranmışdır. Daha sonra cavabdeh ona mağazaların sayını artırmağı təklif etmiş və buna görə də bankdan 60000 manat kredit götürmüşdür. Sözügedən 60000 manatın 30000 manatını siqaret mallarının satışı üçün dövriyyəyə xərcləmiş, qalan 30000 manatı isə cavabdeh ona borc verməsini istəmiş və Cavabdeh vermişdir. 6 ay hər şey qaydasında olmuşdur. Buna görə də cavabdeh ona işləri daha da böyütmək üçün bankdan əlavə yenə pul götürməli olduğunu demişdir. O, əvvəlcə tərəddüd etmiş, lakin sonda razılaşmış və "xxxx" ASC-dən 198000 kredit götürmüşdür. Həmin 198000 manat pulun 20000 manatına cavabdeh özünə avtomobil almış, qalan pulla isə 12 ədəd “Toyota Prius” markalı avtomobil almışlar. Daha sonra cavabdeh siqaret mallarının satışını genişləndirmək üçün ona sözügedən avtomobilləri satmağı təklif etmiş, “Toyota Prius” markalı avtomobilləri sataraq cavabdehə 95000 manat pul vermiş, cavabdehə siqaret mallarının satışı ilə məşğul olmağı və banka olan borcu ödəməyi tapşırmışdır. Lakin cavabdeh tapşırığın şərtlərinə əməl etməmiş siqaret mallarının satışı ilə əlaqədar olaraq mağaza açmamış, eyni zamanda banka olan kredit borcunu ödəməmişdir. Cavabdehin ona vergi ödənişi ilə birlikdə cəmi ona 110000 manat borcu qalmışdır. Buna baxmayaraq cavabdeh həmin puldan banka olan kredit borcundan 3 dəfə 12880 manat olmaqla cəmi 38640 manat ödəniş etmiş, bundan əlavə olaraq ona 20000 manat qaytarmış, eləcə də onun kredit borcundan 19500 manat pulu banka ödəmişdir. Qalan borcunu isə ödəməmişdir. Odur ki iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkil) Vəkil1 təmsil etdiyi şəxsin qeyd etdiklərinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (vəkil) Vəkil2 izahatında bildirdi ki Cavabdeh ilə İddiaçı şərikli siqaret mallarının satışı ilə məşğul olmuşlar. Cavabdeh iddiaçıdan 95000 manat pul almışdır. Aralarındakı razılığa əsasən cavabdeh siqaret mallarının satışı ilə əlaqədar olaraq mağaza açmalı habelə iddiaçının bankdan götürdüyü kredit borcunu ödəməli idi. Cavabdeh siqaret mallarının satışı ilə əlaqədar olaraq mağaza açmasa da iddiaçının banka olan borcundan 3 dəfə 12880 manat olmaqla, cəmi 38640 manat ödəniş etmiş, bundan başqa iddiaçıya nağd şəkildə 20000 manat, 5000 manat və 3000 manat pul qaytarmışdır. Bundan başqa cavabdeh iddiaçının banka olan kredit borcundan sonuncu dəfə 19500 manat ödəniş etmişdir. Həmçinin cavabdeh iddiaçının kartına xərclik üçün 1000 manat göndərmişdir. 95000 manatdan hazırda cavabdehin iddiaçıya 7860 manat borcu qalmışdır ki, onu da cavabdeh iddiaçıya qaytarmasa da icarə haqqı və digər məsələlərə xərcləmişdir. Hal-hazırda Cavabdeh iddiaçıya ödəniləcək hər hansı məbləğdə borcu qalmamışdır. İddiaçı əsassız olaraq həddən artıq şişirdilmiş məbləğdə pul tələb edir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İddiaçının vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, İddiaçı onun xalası oğludur. İddiaçı Cavabdehla siqaret mallarının satışı ilə məşğul olmuşdur. O və atası da orada işləmişdir. 2022-ci ilin yay aylarından etibarən iddiaçı və cavabdehin şərik olduğu mağaza da işləməyə başlamışdır. Onun yanında dəfələrlə iddiaçı cavabdehə pul vermişdir. Hətta onun adına vergi cəriməsi yazılmış, cavabdeh həmin cəriməni ödəyəcəyini bildirsə də, ödəməmişdir. Həmçinin, cavabdehlə əlaqə saxlayan zaman cavabdeh iddiaçıya məxsus pulları xərclədiyini və halhazırda vəziyyətinin pis olduğu üçün iddiaçıdan aldığı pulları qaytara bilmədiyini ona demişdir. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X2 izahatında bildirdi ki, iddiaçı onun doğma qardaşıdır. Cavabdehla da əvvəldən tanışlıqları vardır. Cavabdehlə iddiaçı şərikli siqaret mallarının satışı ilə məşğul olmuşlar. Bunun üçün iddiaçı dəfələrlə öz adına kredit götürmüşdür. Axırıncı dəfə Cavabdeh qardaşı İddiaçı onun yanında 95000 manat pul alaraq bir neçə mağaza açacağını, həmçinin Ruslanın banka olan borcunu ödəyəcəyini və ona əlavə olaraq ayda 3000-4000 manat qazanc verəcəyini demişdir. Lakin Murad vədinə əməl etməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 14 mart 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərarda Cavabdeh izahatından görünür ki, İddiaçı orta məktəbdən tanımış, bir məktəbdə oxumuşlar. O, əvvəllər siqaret firmasında ekspeditor vəzifəsində işləmişdir. Hal-hazırda işləmir. İddiaçı onun barəsində yazmış olduğu şikayət ərizəsi ilə tanış olmuşdur. O, həqiqətən də Ruslandan 95000 manat pulu əlbəəl almışdır ki, siqaret mağazalarının sayını artınsınlar. Lakin, o, mağaza açmamış, çünki şirkət siqaret verilməsini dayandırmışdır. Ona görə də o 3 ay müddətinə həmin 95000 manat puldan hər ay 12880 manat kredit borcunu ödəmişdir. Cəmi 38640 manat pul banka ödəmişdir. Mağazada açmamış, sonra Ruslan biləndəki mağaza açmamışdır, Ruslan ondan pulunu tələb edəndə o yenidən onunla birlikdə banka 19500 manat pul ödəmişdir. Sonra da ona nağd olaraq 20000 manat pul qaytarmış, əlavə olaraq 5000 manat bir dəfə, 3000 manat bir dəfə ödəniş etmişdir. Ruslan özü ona 95000 manat pulu verdikdən təxminən 1 ay sonra bilmişdir ki, o, mağaza aça bilməmişdir. O Ruslana xərclik üçün kartına 1000 manat pul göndərmişdir. Hazırda onun həmin hesabdan 7860 manat Ruslana borcu vardır. 60000 manatdan 30000 manatı o, 30000 manatı isə Ruslan özü götürüb, siqaretin alverindən də krediti birlikdə ödəmişlər. Həmin vaxt aralarında pulların hesabatı aparılanda onun atası insult olduğundan həyəcanlı idi, dəqiq hesabatı bilmirdi və ona görə fikirli olduğundan bilmədən Ruslana çoxlu borcu olduğunu göstərmiş, lakin indi dəqiq göstərir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv olunması” barədə 27 fevral 2024-cü il tarixli qərardan görünür ki, Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsində toplanmış HK-1/141 saylı material üzrə Gəncə şəhər Baş Polis İdarəsinin İnstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis polkovnik-leytenantı X1 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 14 mart 2023-cü il tarixli qərarı əsassız və qanunsuz olduğundan ləğv edilməsi və material araşdırma aparılması üçün Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə göndərilməsi qərara alınmışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 04 mart 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərarda Cavabdeh izahatından görünür ki, İddiaçı orta məktəbdən tanımış, bir məktəbdə oxumuşlar. O, əvvəllər siqaret firmasında ekspeditor vəzifəsində işləmişdir. Hal-hazırda işləmir. İddiaçı onun barəsində yazmış olduğu şikayət ərizəsi ilə tanış olmuşdur. O, həqiqətən də Ruslandan 95000 manat pulu əlbəəl almışdır ki, siqaret mağazalarının sayını artınsınlar. Lakin, o, mağaza açmamış, çünki şirkət siqaret verilməsini dayandırmışdır. Ona görə də o 3 ay müddətinə həmin 95000 manat puldan hər ay 12880 manat kredit borcunu ödəmişdir. Cəmi 38640 manat pul banka ödəmişdir. Mağazada açmamış, sonra Ruslan biləndəki mağaza açmamışdır, Ruslan ondan pulunu tələb edəndə o yenidən onunla birlikdə banka 19500 manat pul ödəmişdir. Sonra da ona nağd olaraq 20000 manat pul qaytarmış, əlavə olaraq 5000 manat bir dəfə, 3000 manat bir dəfə ödəniş etmişdir. Ruslan özü ona 95000 manat pulu verdikdən təxminən 1 ay sonra bilmişdir ki, o, mağaza aça bilməmişdir. O Ruslana xərclik üçün kartına 1000 manat pul göndərmişdir. Hazırda onun həmin hesabdan 7860 manat Ruslana borcu vardır. 60000 manatdan 30000 manatı o, 30000 manatı isə Ruslan özü götürüb, siqaretin alverindən də krediti birlikdə ödəmişlər. Həmin vaxt aralarında pulların hesabatı aparılanda onun atası insult olduğundan həyəcanlı idi, dəqiq hesabatı bilmirdi və ona görə fikirli olduğundan bilmədən Ruslana çoxlu borcu olduğunu göstərmiş, lakin indi dəqiq göstərir. xx.xx.2022-ci il tarixli, DC00285770-04 nömrəli Kredit müqaviləsinə qoşma Ödəniş cədvəlindən görünür ki, İddiaçı illik faiz dərəcəsi 17 faiz olmaqla, 24 ay müddətinə 198671 AZN kredit götürmüşdür. xx.xx.2021-ci il tarixli, DC00285770-03 nömrəli Kredit müqaviləsinə qoşma ödəniş cədvəlindən görünür ki, İddiaçı illik faiz dərəcəsi 17 faiz olmaqla, 24 ay müddətinə 60000 AZN kredit götürmüşdür. 08 sentyabr 2023-cü il tarixli, PB-OUT-05650-2023/2 nömrəli "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış “icra qeydinin aparılacağı” barədə bildirişdən görünür ki, borc ödənilməyəcəyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacağı bildirilmişdir. “İlkin mediasiya sessiyasında iştirak edilməsi” barədə xx.xx.2023-cü il tarixli, MŞG/MT033/2023-00355 nömrəli arayışdan görünür ki, arayış vətəndaş İddiaçı “110000 manat borc pul” tələbinə dair müraciəti əsasında tarixi, saatı və yeri barədə əvvəlcədən məlumatlandırılan qarşı tərəf Cavabdeh mübahisə üzrə 08 dekabr 2023-cü il saat 12:00da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməməsini təsdiq etmək üçün verilir. İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil1 ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 410 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işin məhkəmə iclasında müəyyən olunmuş faktiki halı bundan ibarətdir ki, İddiaçı və Cavabdeh siqaret satışı ilə məşğul olmuşlar. Həmin siqaret satışı ilə əlaqədar olaraq İddiaçı 60000 manat və 198000 manat olmaqla 2 dəfə bankdan kredit götürmüşdür. Cavabdeh iddiaçıya biznesi böyütməyi bildirmişdir. Tərəflər arasında şifahi qaydada bağlanan tapşırıq müqaviləsinə əsasən İddiaçı siqaret mallarının satışı ilə əlaqədar olaraq cavabdehə mağaza açmağı və banka olan kredit borcunu hər ay ödəməyi tapşırmışdır. Bu məqsədlə İddiaçı Cavabdeh 95000 manat pul vermişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə iddiaçı cavabdehə qarşı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi cavabdehin ona vergi borcları ilə birlikdə 110000 manat məbləğində pul verməli olduğunu lakin həmin puldan 3 dəfə 12880 manat olmaqla cəmi 38640 manat və 19500 manat ödəniş etmiş, bundan əlavə olaraq ona 20000 manat vermiş, qalan pulu isə qaytarmadığını bildirmişdir. Cavabdehin nümayəndəsi isə iddia tələbini qəbul etməyərək, cavabdehin iddiaçının banka olan borcundan 3 dəfə 12880 manat olmaqla cəmi 38640 manat və 19500 manat ödəniş etdiyini, bundan başqa iddiaçıya nağd şəkildə 20000 manat, 5000 manat və 3000 manat pul verdiyini, iddiaçının kartına xərclik üçün 1000 manat göndərdiyini və 95000 manatdan qalıq 7860 manat qaldığını həmin pul iddiaçıya qaytarılmasa da, icarə haqqı və digər məsələlərə xərclədiyini, iddiaçının əsassız yerə cavabdehdən pul tələb etdiyini bildirərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İİ hissəsinə və 59-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında mülkiyyətin toxunulmazlığına, həmçinin azad sahibkarlıq fəaliyyətinə və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququndan irəli gələn mülki dövriyyədə müqavilə azadlığına təminat verilir. Konstitusiyanın göstərilən müddəalarına müvafiq olaraq hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusu müəyyənləşdirilərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır. Müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Mülki qanunvericiliyə müvafiq olaraq müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar. Mülki qanunvericilik bu azadlığı mülki dövriyyə iştirakçılarına təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 2012-ci il 12 mart tarixli Qərarı). Qeyd olunmalıdır ki, müqavilə azadlığı prinsipi ilə yanaşı, mülki dövriyyənin sabitliyinin ən vacib sütunlarından biri də “müqavilələr icra olunmalıdır (pacta sunt servanda)” prinsipidir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmaları Mülki Məcəllənin 5.3-cü maddəsində təsbit edilmişdir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Öhdəliyin icra edilməməsi anlayışı Mülki Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan tapşırıq müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığına əsaslanır. Azərbaycan Respublikası Mülki Məcəllənin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 782.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Məhkəmə, hazırki iş üzrə tərəflər arasında olan mövcud münasibətləri qiymətləndirərək ilk növbədə qeyd edir ki tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki iddiaçı cavabdehə tapşırıq əsasında pul vermiş cavabdeh isə həmin pulun müqabilində siqaret mallarının satışı ilə məşğul olmağı və iddiaçının banka olan borcunu ödəməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə daha sonra iddiaçı tərəfindən cavabdehə tapşırıq əsasında verilmiş pulun məbləğinə münasibətdə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından tapşırıq əsasında 95000 manat məbləğində pulun verildiyini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. Belə ki, iddiaçının cavabdehə siqaret mallarının satışı ilə məşğul olmaq üçün 95000 manat məbləğində pul verməsi işin mübahisəsiz halıdır. Daha çox məbbləğdə pul verməsini isə iddiaçı sübut edə bilməmişdir. Hansı ki, “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 04 mart 2024-cü il tarixli qərarda Cavabdeh öz izahatında iddiaçıdan 95000 manat məbləğində pulu aldığını etiraf etmiş, habelə məhkəmə iclasında da cavabdehin nümayəndəsi bu faktı bir daha təsdiq etmişdir. Bu baxımdan məhkəmə qeyd edir ki iddiaçının cavabdehdən 110000 manat məbləğində pul tələb etməsi əsassızdır və yalnız tapşırıq əsasında 95000 manat məbləğində pulun verilməsi sübut olunur. Məhkəmə daha sonra qeyd edir ki “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 04 mart 2024-cü il tarixli qərarda, həmçinin, cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında da cavabdehin iddiaçının 95000 manatdan 3 dəfə 12880 manat olmaqla cəmi 38640 manat və 19500 manat da əlavə kredit borcundan ödəniş etdiyini, bundan başqa iddiaçıya nağd şəkildə 20000 manat, 5000 manat, 3000 manat və 1000 manat kartına göndərdiyi pul olmaqla ümumilikdə cəmi 87140 manat məbləğində pulu qaytardığını bildirsə də, iddiaçı cavabdehin 3 dəfə 12880 manat olmaqla cəmi 38640 manat və əlavə olaraq 19500 manat kredit borcundan ödəniş etdiyini, bundan başqa ona nağd şəkildə 20000 manat olmaqla cəmi 78140 manat məbləğində pulun ödənildiyini qəbul etmişdir. Cavabdeh tərəf 3000 manat 5000 manat və 1000 manat olmaqla 9000 manat pulun iddiaçıya qaytarmasına dair sübutlarını məhkəməyə təqdim etməmiş, başqa sözlə istinad etdiyi halı sübuta yetirə bilməmişdir. Belə olduğu halda məhkəmə qeyd edir ki, Cavabdeh 95000 manatdan qalıq qalan (19500+20000+12880x3 olmaqla cəmi 78140 çıxıldıqdan sonra) 16860 manat pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq hissəsi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh oğlundan 16860 (on altı min səkkiz yüz altmış) manat və iddianın təmin olunmasına mütənasib olaraq ödənilmiş dövlət rüsumunun 140,58 (bir yüz qırx manat əlli səkkiz qəpik) manatı alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar