Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-171/2024 11.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X17 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, ərizəçi İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil və maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Gəncə şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi İddiaçı maraqlı şəxs Gəncə şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1991-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, X1 xx.xx.1991-ci ildə Gəncə şəhərində anadan olmuşdur. X14 Gəncə şəhəri, Şahlar Hüseynov küçəsi, ev 16, mənzil 3də onunla birlikdə yaşamaqla və xx.xx.2003-cü il tarixdən Gəncə şəhər Psixo-Nevroloji Dispanserində “Epillepsiya” diaqnozu ilə qeydiyatdadır, 3-cü qrup əlildir. X1 öz hərəkətlərinin mənasını anlaya bilmir, ağır dərəcədə qıcolması vardır, beyin inkişafdan qalmışdır, 32 yaşı olmasına baxmayaraq hərəktlərinə görə 5-6 yaşlı uşaq kimi hərəkət edir. Bu səbəbdən də onun məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında ərizəçi İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X8 ərizənin təmin olunmasına etirazlarının olmadığını göstərdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- AA4947429 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1991-ci ildə anadan olmuşdur. AZ-T 233118 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1987-ci ildə anadan olmuş İddiaçı ata qrafasında X10, ana qrafasında isə X6 qeyd olunmuşdur. XVİ-JQ 295014 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1991-ci ildə anadan olmuş X3 ata qrafasında X10, ana qrafasında isə X6 qeyd olunmuşdur. Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi məsələsinə baxılması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsi Gəncə şəhər Psixo-Nevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 429 nömrəli məktubdan görünür ki, X7 xx.xx.2003-cü il tarixdən dispanserdə “Epillepsiya” diaqnozu ilə qeydiyyatdadır. Azərbaycan Respublikası Gəncə şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, 71 nömrəli arayışdan görünür ki, X2 şəhər ƏSMM-dən İİİ dərəcə əlilliyə görə ayda 38,50 manat sosial müavinət alır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X18 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 921 nömrəli rəydən görünür ki, xx.xx.1991ci ildə anadan olmuş X4 ağır dərəcəli (imbesillik dərəcəsində) əqli gerilik, davranış pozuntuları müəyyən edilir, psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyildir. X7 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 4cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş üzrə ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərinin, uşaqların, qardaşbacılarının), müvafiq icra hakimiyyəti orqanının psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. MPM-in 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə iclasında toplanmış sübutlarla müəyyən edildi ki, X7 psixi qüsur nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilmir və hərəkətlərini idarə edə bilmir. Belə olan halda məhkəmə hesab edir ki, X3 psixi qüsuru nəticəsində onun öz hərəkətlərinin mənasını anlaya bilməməsi və hərəkətlərini idarə edə bilməməsi halları təsdiq edildiyindən ərizə təmin edilməli X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. xx.xx.1991-ci ildə anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə”informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-171/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-171/2024
11.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver