Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-174/2025 04.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi zərərin əvəzi qismində pul» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 6.600 manat 98 qəpik, ödənilmiş mediasiya xərcinin əvəzi qismində 50 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 37 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı məhkəməyə daxil olmuş ərizəsində İddiaçı MMC-nin nümayəndəsi Emin Əlizadə İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 6.600 manat 98 qəpik, ödənilmiş mediasiya xərcinin əvəzi qismində 50 manat, audit yoxlaması üçün ödənilmiş 550 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 37 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və «X2» haqqında müqavilə imzalanmışdır. xx.xx.2023-ci il tarixində administrator vəzifəsinə keçirilmiş, xx.xx.2023-cü il tarixli əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2023-cü il tarixində «Oba–Bakıxanov 4» mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh İddiaçı MMC-yə zərər vurması müəyyən edilmiş, «İnventarizasiya Nəticələrinə» dair Akta əsasən yekun ziyan məbləği cəmi 4.151 manat 17 qəpik və 2.555 manat 02 qəpik kassa kəsiri olması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, yoxlamadan keçən dövrdə qalıq borc 6.600 manat 98 qəpik təşkil edir. Yoxlamadan keçən dövrdə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Bununla yanaşı mediasiya prosesi keçirilmiş və həmin prosesdə hər hansı bir razılıq əldə olunmamışdır. Beləliklə, Cavabdeh X2 haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. xx.xx.2025-ci il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi X1 mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İşdə olan Cavabdeh İddiaçı MMC-yə ünvanlandığı xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, satış departamentində satıcı-kassir vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən İddiaçı MMC-də satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. İşdə olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli «X2 haqqında müqavilə»nin surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 199-200-cü maddələrinə əsasən verilən sərvətlərin saxlanılması, emalı,satışı, daşınması və ya istehsal prosesində tətbiqi ilə bilavaistə əlaqədar vəzifələr tutan və ya bu cür işləri yerinə yetirən işçi tutduğu vəzifə və qurduğu iş üzrə X2i öz üzərinə götürmüşdür. Bundan başqa işçi öz əmək funksiyasının icrası zamanı işəgötürən tərəfindən ona etibar edilmiş pul vəsaitlərinin xəzinəyə ödəniməsi, vurulmuş ziyanın ödənilməsi və ya digər əmlak üzrə öhdəliklərinin icrasını ödəməlidir.İşçinin X2 müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsinə görə işəgötürən aidiyyatı üzrə məhkəməyə müraciət edə bilər. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 15 nömrəli əmrdən çıxarışın surətindən görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinə xx.xx.2023-cü il tarixdən etibarən satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. Əmək haqqı ştat cəvdəlinə əsasən 345 manat olmaqla ödənilmişdir. İşdə olan Cavabdeh İddiaçı MMC-yə ünvanlandığı xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, satış departamentində baş satıcı vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əlavənin surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən İddiaçı MMC-də baş satıcı vəzifəsinə keçmişdir. İşdə olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli X2 haqqında müqavilə»nin surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 199-200-cü maddələrinə əsasən verilən sərvətlərin saxlanılması, emalı,satışı, daşınması və ya istehsal prosesində tətbiqi ilə bilavaistə əlaqədar vəzifələr tutan və ya bu cür işləri yerinə yetirən işçi tutduğu vəzifə və qurduğu iş üzrə X2i öz üzərinə götürmüşdür. Bundan başqa işçi öz əmək funksiyasının icrası zamanı işəgötürən tərəfindən ona etibar edilmiş pul vəsaitlərinin xəzinəyə ödəniməsi, vurulmuş ziyanın ödənilməsi və ya digər əmlak üzrə öhdəliklərinin icrasını ödəməlidir.İşçinin X2 müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsinə görə işəgötürən aidiyyatı üzrə məhkəməyə müraciət edə bilər. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 064 nömrəli əmrdən çıxarışın surətindən görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinə xx.xx.2023-cü il tarixdən etibarən baş satıcı vəzifəsinə keçirilmişdir. Əmək haqqı ştat cəvdəlinə əsasən 365 manat olmaqla ödənilmişdir. İşdə olan Cavabdeh İddiaçı MMC-yə ünvanlandığı xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, administrator vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əlavənin surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən İddiaçı MMC-də administrator vəzifəsinə keçmişdir. İşdə olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli «X2 haqqında müqavilə»nin surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 199-200-cü maddələrinə əsasən verilən sərvətlərin saxlanılması, emalı, satışı, daşınması və ya istehsal prosesində tətbiqi ilə bilavaistə əlaqədar vəzifələr tutan və ya bu cür işləri yerinə yetirən işçi tutduğu vəzifə və qurduğu iş üzrə X2i öz üzərinə götürmüşdür. Bundan başqa işçi öz əmək funksiyasının icrası zamanı işəgötürən tərəfindən ona etibar edilmiş pul vəsaitlərinin xəzinəyə ödəniməsi, vurulmuş ziyanın ödənilməsi və ya digər əmlak üzrə öhdəliklərinin icrasını ödəməlidir.İşçinin X2 müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsinə görə işəgötürən aidiyyatı üzrə məhkəməyə müraciət edə bilər. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 070 nömrəli əmrdən çıxarışın surətindən görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinə xx.xx.2023-cü il tarixdən etibarən administrator vəzifəsinə keçirilmişdir. Əmək haqqı ştat cəvdəlinə əsasən 390 manat olmaqla ödənilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli İddiaçı MMC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh Elməddin oğlu ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2023-cü il tarixində 4.151 manat 17 qəpik əsas və 2.555 manat 02 qəpik çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müyyən edildiyi yoxlamadan küçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əksik gəlmələrə görə ümumi olaraq 4.045 manat və 2.555 manat 02 qəpik kassa kəsir borcu qalmışdır.Beləliklə Cavabdeh Elməddin oğlunun xx.xx.2024-cü il tarixinə İddiaçı MMC-yə olan ümumi borcu 6.600 manat 98 qəpik təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli «Aktivlərin və öhdəliklərin inentarizasiyası» aktının surətindən görünür ki, Cavabdeh kassa əməliyyatlarında yaranan kassa kəsri 2.555 manat 02 qəpik təşkil edir. İşdə olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 197 nömrəli «Təbii itki normalarının tətbiqi haqqında» əmrin surətindən görünür ki, İddiaçı MMC-nin mağazalarında keçirilən inventarizasiya yoxlamalarının sonunda aşkarlanan yekun nəticələrin «Təbii itki normaları» çıxıldıqdan sonra yerdə qalan kənarlaşma hissəsi maddi məsul şəxs administrator Cavabdeh Elməddin oğlundan tələb olunmuşdur. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli imtina aktının surətindən görünür ki, Oba–Bakıxanov 4 mağazası üzrə tam maddi məsul şəxs Cavabdeh xx.xx.2023-cü il tarixi vəziyyətiə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanmışdır. Maddi məsul şəxs Cavabdeh inventarizasiyanın aparılması və nəticələrinin araşdırılması üçün dəvət olunsa da iştirak etməmiş və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əksik gəlməlrin 4.151 manat 17 qəpik yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, 133 nömrəli «Aktivlər üzrə inventarizasiya nəticələrinı dair yekun» aktın surətindən görünür ki, İddiaçı MMC-nin OBA Bakıxanov 4 mağazasında xx.xx.2023-cü il tarixdə «İnventarizasiya Nəticələrinə» dair akta əsasən yekun ziyan məbləği 4.151 manat 17 qəpik məbləğində zərər vurması məlum olmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli auditor-hesabat rəyindən görünür ki, İddiaçı MMC-nin OBA Bakıxanov 4 mağazasında administrator vəzifəsində çalışan Cavabdeh öhdəliyində olan maddiyyatdan ümumilikdə 6.706 manat 19 qəpik məbləğində (4.151 manat 17 qəpik dəyərində məhsul müxtəlif dövrlərə aid 2.555 manat 02 qəpik kassa xərci) maddi ziyan vurduğu aşkar edilmişdir. İddiaçı MMC-nin bu məbləğləri sübut edən təsdiqedici sənədlərinə əsasən bu qənaətə gəlinmişdir. İşdə olan məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2025-ci il tarixli, 9/2542 nömrəli rəyindən görünür ki, İddiaçı MMC-nin «Bakıxanov 4» qəsəbəsində yerləşən filialın administratoru Cavabdeh öhdəsində yaranmış çatışmazlığın olması barədə olan nəticə əsaslı hesab edilə bilməz. Beləliklə İddiaçı MMC-nin «Bakıxanov 4» qəsəbəsində yerləşən filialın administratoru Cavabdeh öhdəsində yaranmış çatışmazlığın olub-olmamasını müəyyən etmək mümkün olmadı. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 120 nömrəli çıxarışdan görünür ki, Cavabdeh əmək müqaviləsinə Əmək məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin «b» yarımbəndinə əsasən xitam verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək satıcı kassir və administrator vəzifələrində işləmiş, xx.xx.2023-cü il tarixdən maddi məsul şəxs olmuşdur. xx.xx.2023-cü il tarixdə Cavabdeh əmək müqaviləsinə Əmək məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin «b» yarımbəndinə əsasən xitam verilmişdir. İddiaçı MMC Cavabdeh qarşı İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 6.600 manat 98 qəpik, ödənilmiş mediasiya xərcinin əvəzi qismində 50 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 37 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı məhkəməyə daxil olmuş ərizəsində İddiaçı MMC-nin nümayəndəsi Emin Əlizadə İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 6.600 manat 98 qəpik, ödənilmiş mediasiya xərcinin əvəzi qismində 50 manat, audit yoxlaması üçün ödənilmiş 550 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 37 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MMC iddia tələbinin əsası kimi xx.xx.2023-cü il tarixli, 133 nömrəli «Aktivlər üzrə inventarizasiya nəticələrinı dair yekun» akta və xx.xx.2024-cü il tarixli auditor-hesabat rəyinə istinad etmişdir. Mülki işin məhkəmədə tədqiqi zamanı məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, məhkəməmühasibatlıq ekspertizasının xx.xx.2025-ci il tarixli, 9/2542 nömrəli rəyində İddiaçı MMCnin «Bakıxanov 4» qəsəbəsində yerləşən filialın administratoru Cavabdeh öhdəsində yaranmış çatışmazlığın olması barədə olan nəticənin əsaslı olmadığı, İddiaçı MMC-nin «Bakıxanov 4» qəsəbəsində yerləşən filialın administratoru Cavabdeh öhdəsində yaranmış çatışmazlığın olub-olmamasını müəyyən etmək mümkün olmadığı göstərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1 və 2-ci bəndlərinə görə əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: ziyanın həqiqətən vurulduğu aşkar olduqda; təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Həmin Məcəllənin 192-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə görə tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Həmin Məcəlllənin 194-cü maddəsinə görə ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 199-cu maddəsinin 1-ci bəndinin «a» və «ç» yarımbəndlərinə görə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X2 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə işəgötürənə digər üsulla qəsdən ziyan vurduqda işçi qanuna zidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 89.1-ci maddəsinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli olan hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi ziyanın həqiqətən vurulduğu aşkar olduqda; təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda və göstərilən üç şərt eyni anda mövcud olduqda işçi qəsdən və ya ehtiyatsızlıqla işəgötürənə vurduğu ziyana görə məsuliyyət daşıyır. Belə ziyanın vurulduğunu iddia etdikdə işəgötürən bunu sübut etməyə borcludur. Lakin hazırki halda İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi zərərin əvəzi qismində pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, öz iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2025-ci il tarixli, 9/2542 nömrəli rəyində İddiaçı MMC-nin «Bakıxanov 4» qəsəbəsində yerləşən filialın administratoru Cavabdeh öhdəsində yaranmış çatışmazlığın olması barədə olan nəticənin əsaslı olmadığı, İddiaçı MMC-nin «Bakıxanov 4» qəsəbəsində yerləşən filialın administratoru Cavabdeh öhdəsində yaranmış çatışmazlığın olub-olmamasını müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi zərərin əvəzi qismində pul» tələbi barədə iddiası təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə görə ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddia təmin edilmədiyinə görə iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının dəyəri qismində 100 manat məbləğində pul vəsaiti İddiaçı MMC-dən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi zərərin əvəzi qismində pul» tələbi barədə iddiası təmin edilməsin. İddiaçındən məhkəmə mühasibatlıq ekspertizasının dəyəri qismində 100 (bir yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-174/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-174/2025
04.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver