Məhkəmə qərarları › İş №e-2(125)-1877/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-1877/2024

19.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-1877/2024 19.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Əli oğlunun sədrliyi Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Gəncə Şəhər 1 saylı Notariat ofisinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Ərizəçi İddiaçı maraqlı şəxs Gəncə Şəhər 1 saylı Notariat ofisinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək X4 ərizəçi İddiaçı atası olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri şərtlərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, ərizəçinin mərhum atası X7 23 fevral 2021-ci ildə vəfat etmişdir. Atasının ölümündə sonra Gəncə şəhəri, Gülüstan qəsəbəsi ev 39 mənzil 15 və Gəncə şəhəri Dədə Qorqud küçəsi bina 1 A mənzil 56 miras qalmışdır. Həmin mirasın ünvan 1 ünvanda yerləşənə atası sağ olarkən ərizəçiyə vəsiyyətnamə vermişdir. Digərinə isə ünvan 2 ünvanında yerləşən əmlakı iddiaçı faktiki olaraq qəbul etmişdir. Hal-hazırda iddiaçı yaşadığı evin sənədləşdirilməsi ilə bağlı (vərəslik) şəxsiyyət vəsiqəmdə olan atasının ata adının yazılmasında yol verilmiş yanlışlıqla bağlı problemlərlə üzləşir. Çünki atasına aid bütün sənədlərdə və iddiçıya verilən vəsiyyətnamədə atasının adı Şamoy kimi qeyd edilmişdir. Vərəsəlik şəhadətnaməsinin alınması üçün Gəncə 1 saylı Notariat Ofisinə müraciət etmiş, lakin, ölüm haqqında şəhadətnamə qeydində atasının adı olan “Şamoy” olması və müddət ötürülməsi səbəbindən imtina olunmuşdur. Odur ki, bununla bağlı məhkəməyə müraciət etmək hüququ olması ilə qeyd edilmişdir. İddia ərizəsinə əlavə edilmişxx.xx.2019-cü il tarixli vəsiyyətnamədən görünür ki, X2 şəhəri, Dədə Qorqud küçəsi, bina 1 A, mənzil 56 ünvanda yerləşən əmlakı qızı X6 vəsiyyət etmişdir. İşdə olan şəxsiyyət vəsiqəsindən də görünür ki, İddiaçı kimi yazılmışdır. DİN arayışından görünür ki, İddiaçı Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 39, mənzil 15-də qeydiyyatdadır. Doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı atası X3 yazılmış və anası isə X5 qeyd edilmişdir. Həmin faktın müəyyən edilməsi məhkəmə qaydasında mümkün olduğundan hazırda məcbur olub ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməsi mümkün deyildir. Odur ki, X4 ərizəçi İddiaçı atası olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Göründüyü kimi ərizəçi X4 atası olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və bunu həmin sənədləri başqa qaydada əldə edə bilməməsi ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 22 yanvar 2000-ci il tarizli 265 saylı Fərmanına əsasən 2.4. həmin Məcəllənin 307.2.4cü, 307.2.5-ci, 307.2.8-ci və 445.0.5-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə nikahın bağlanmasının, doğumun və ölümün qeydiyyatı üzrə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri həyata keçirirlər. X1 atası olması faktının müəyyən edilməsi tələbi ölüm haqqında şəhadətnamə ilə, ərizəçinin şəxsiyyət vəsiqəsi, həmçinin vəsiyyətnamə arasında ata adının uyğun gəlməməsidir. Göründüyü kimi hər üç sənəd müvafiq icra hakimiyyətinin, yəni Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş sənədlərdə olan qeydlə bağlıdır ki, həmin sənədlərdə düzəliş edilməsi mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 149.2.4-cü maddəsinə əsasən ərizədə cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizamasalınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, ərizəçi müvafiq olaraq hansı şəhadətnamədə səhv qeyd aparılıbsa, həmin qeydin düzəldilməsi barədə müvafiq orqana müraciət etməli, imtina verildiyi halda isə notariat orqanın, yaxud müvafiq orqanın hərəkətindən məhkəməyə müraciət etməli idi. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən, ərizəçi İddiaçı işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizəçi İddiaçı maraqlı şəxs Gəncə Şəhər 1 saylı Notariat ofisinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsini vermiş şəxsə izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi tarixdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar