Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1902/2022 06.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi X14, cavabdehin nümayəndəsi X8, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, «X26 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı 03 fevral 2015-ci il tarixli 194418/01 saylı ipoteka müqaviləsinə (sonrakı ipoteka) «X26 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş X5 məxsus Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti, 241 ünvanında yerləşən ümumi sahəsi 122 kvadrat metr olan fərdi yaşayış evi (mülkiyyət hüququ üzrə MA seriyalı xx.xx.2011-ci il tarixli ******* saylı çıxarış, yüklülük hüququ barədə RX seriyalı xx.xx.2015-ci il tarixli ******* saylı çıxarış) iddiaçının xeyrinə olan ipotekasının (yüklülüyünü) və onun barəsində «İpotekaya qoyulmuş əmlaka tutmanın yönəldilməsi» üzrə bildirişin bərpa edilməsi vəzifəsinin (öhdəliyinin) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: «X26 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı 03 fevral 2015-ci il tarixli 194418/01 saylı ipoteka müqaviləsinə (sonrakı ipoteka) «X26 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş X5 məxsus Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti, 241 ünvanında yerləşən ümumi sahəsi 122 kvadrat metr olan fərdi yaşayış evi (mülkiyyət hüququ üzrə MA seriyalı xx.xx.2011-ci il tarixli ******* saylı çıxarış, yüklülük hüququ barədə RX seriyalı xx.xx.2015-ci il tarixli ******* saylı çıxarış) iddiaçının xeyrinə olan ipotekasının (yüklülüyünü) və onun barəsində «İpotekaya qoyulmuş əmlaka tutmanın yönəldilməsi» üzrə bildirişin bərpa edilməsi vəzifəsinin (öhdəliyinin) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. «X26 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsində göstərmişdir ki, X5 məxsus Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti, 241 ünvanında yerləşən ümumi sahəsi 122 kvadrat metr olan fərdi yaşayış evi «X26 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti qarşısında X9 arasında bağlanmış 26 avqust 2013-cü il tarixli ipoteka müqaviləsinə (sonrakı ipoteka) əsasən ipoteka girovu kimi çıxış edib. Eyni zamanda, X17 ilə «X26 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti arasında imzalanmış xx.xx.2015-ci il tarixli 194418/01 saylı kredit müqaviləsinin təminatı kimi X9 ilə «X26 Azərbaycan» QSC arasında 03 fevral 2015-ci il tarixli 194418/01 saylı ipoteka müqaviləsi (sonrakı ipoteka) imzalanmışdır və X5 məxsus Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti, 241 ünvanında yerləşən ümumi sahəsi 122 kv.m olan fərdi yaşayış evi «X26 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti qarşısında yüklü edilmişdir və buna əsasən girova alınmışdır (yüklü edilmişdir). X17 xx.xx.2015-ci il tarixli 194418/01/ saylı kredit üzrə öz öhdəliklərini tam icra etmədiyi üçün qeyd edilən əmlaka dair «X26 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 15 dekabr 2016-c il tarixində onlayn qaydada tutma yönəldilmişdir. 26 avqust 2013-ci il tarixli ipoteka müqaviləsi (sonrakı ipoteka) üzrə öhdəlik yerinə yetirildiyi üçün həmin müqavilə üzrə əmlakın yüklülükdən çıxarılmasına dair 04 dekabr 2018-ci il tarixli 00667 saylı məktubla Azərbaycan Respublikası ƏMDK DƏDRX 3 saylı Gəncə Ərazi İdarəsinə onlayn müraciət edilmişdir. Gəncə Şəhər Kəpəz Rayon məhkəməsinin tərəfindən, cavabdehlərin xx.xx.2015-ci il tarixli 194418/01/ saylı kredit müqaviləsi üzrə öhdəliklərni tam yerinə yetirmədikləri üçün xx.xx.2017-ci il tarixdə 2(043)-1744/2017 saylı qətnamə qəbul etmişdir və tutmanı ipoteka müqaviləsi ilə «X26 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə yüklü olan və ipoteka predmeti olan X12ma məxsus Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov, 241 ünvanında yerləşən ümumi sahəsi 122 kvadrat metr olan fərdi yaşayış evinə yönəldilmişdir. Qətnamənin icrası zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikası ƏMDK DƏDRX 3 saylı Gəncə Ərazi İdarəsi əmlakı 26 avqust 2013-cü il tarixli və 03 fevral 2015-ci il tarixli ipoteka müqavilələrinə üzrə «X26 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilən və ipoteka predmeti olan X5 məxsus Gəncə şəhəri, Nizami ray., Nəriman Nərimanov, 241 ünvanında yerləşən ümumi sahəsi 122 kvadrat metr olan fərdi yaşayış evi yüklülükdən azad etmiş, həmçinin bank tərəfindən yönəldilən tutma qeydi də ləğv edilmişdir. Halbuki, «X26 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin ünvanladığı məktubda yalnız 26 avqust 2013cü il tarixli ipoteka müqaviləsinə (sonrakı ipoteka) əsasən yüklülüyün ləğv edilməsi xahiş edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, xx.xx.2022-ci il tarixdə 00211 saylı məktuba «X26 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edərək 03 fevral 2015-ci il tarixli 194418/01 saylı ipoteka müqaviləsinə (sonrakı ipoteka) əsasən «X26 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş X5 məxsus Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti, 241 ünvanında yerləşən ümumi sahəsi 122 kvadrat metr olan fərdi yaşayış evi (mülkiyyət hüququ üzrə MA seriyalı xx.xx.2011-ci il tarixli ******* saylı çıxarış)/(yüklülük hüquq barədə RX serialı xx.xx.2015-ci il tarixli ******* saylı çıxarış) «X26 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə olan ipotekasının (yüklülüyünü) və onun barəsində «ipotekaya qoyulmuş əmlaka tutmanın yöləldilməsi» üzrə bildirişi bərpa edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi «X26 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətini xx.xx.2022-ci il tarixdə 00211 saylı «məktubuna mənfi» cavab vermişdir (hərəkətsizlik edib), bu səbəbdən «X26 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti iddia ərzəsiylə Gəncə İnzibati məhkəməsinə müraciət etmişdi. İddiaçı «X26 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı X5 məxsus Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti, 241 ünvanında yerləşən ümumi sahəsi 122 kvadrat metr olan fərdi yaşayış evinin üzərinə həbs qoyulması, özgəninkiləşdirilməsinin və digər hərəkətlərin edilməsi ilə bağlı X5 və digər şəxslərə qadağan edilməsi barədə müvvəqəti xarakterli müdafıyə tədbiri tələbinə dair Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MXMT(114)-16/2022 saylı qəradad qəbul etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MXMT(114)-16/2022 saylı qərardadından maraqlı şəxs X9 tərəfindən verilmiş apelyasiya şikayəti Gəncə apelyasiya məhkəməsi tərəfindən qismən təmin edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022ci il tarixli, MXMT(114)-16/2022 saylı qərardadı ləğv edilmişdir. Sonda iddianın təmin olunması xahiş edilmişdir. İddiaçının nümayəndəsi O.O.Məmmədov məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi İ.R.Quliyev və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək, onun təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrini və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan «X26 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin 04 dekabr 2018-ci il tarixli, 00667 nömrəli məktubundan görünür ki, «X26 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti ilə X9 arasında 26 avqust 2013-cü il tarixində bağlanmış sonrakı ipoteka müqaviləsinə əsasən bankın xeyrinə yüklü edilmiş, X12ma məxsus Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti, 241 ünvanında yerləşən, ümumi sahəsi 122 kvadrat metr olan fərdi yaşayış evi üzərindəki, banka aid bütün yüklülüklərdən (girovdan) azad edilməsini xahiş etmişdir. İşdə olan Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(043)- 1744/2017 saylı qətnaməsinin surətindən görünür ki, cavabdehlər X10, Nümayəndə2 və X1 müştərək qaydada tərəflə arasında bağlanmış 03 fevral 2015-ci il tarixli, 194418/01 nömrəli kredit müqaviləsi üzrə 38.480 manat 57 qəpik əsas borc, 2.583 manat 99 qəpik əsas məbləğə hesablanmış faiz borcu, 13 manat 67 qəpik hər gecikdirilmiş günə görə cərimə borcu, cəmi 41.078 manat 23 qəpik kredit borcu alınaraq iddiaçı «X26 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə verilməsi; cavabdehin X11, Nümayəndə2 və X1 müştərək qaydada iddaçı tərəfindən ödənilmiş 19 manat 25 qəpik müqavilə üzrə öhdəlikləri pozduğuna dair cavabdehə bildirişin və ipoteka qoyana ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin göndərilməsi üçün çəkilmiş poçt xərcləri alınaraq iddiaçı «X26 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə verilməsi; Cavabdehlər X11, Nümayəndə2 və X1 müştərək qaydadu iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu alınaraq iddiaçı «X26 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə verilməsi; Cavabdehlər X11, Nümayəndə2 və X2 müştərək qaydada iddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınmasın dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pul alınaraq, iddiaçı «X26 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə verilməsi; 03 fevral 2015-ci il tarixli 194418/01 nömrəli kredit müqaviləsi uzrə cəmi 41.078 manat 23 qəpik kredit borcunun, 19 manat 25 qəpik müqavilə üzrə öhdəlikləri pozduğuna dair cavabdehə bildirişin (pretenziyaların) və ipoteka qoyana ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin göndərilməsi üçün çəkilmiş poçt xərclərin, iddia ərizəsi üzrə dövlət büdcəsinə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka prodmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınmasın dair ödənilmiş 30 manat məbləğində xərcin ödənilməsi tərəflər arasında buğlanmış 03 fevral 2015-ci il tarixli 194418/01 nömrəli ipoteka müqaviləsi üzrə X3 mülkiyyətində olun Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospektində olan 0.06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 122.0 kvadrat metr yaşayış sahəsi 62,9 kvadrat metr yardımçı sahəsi 59,1 kv.m-dən ibarət olan 3 otaqlı 241 nömrəli fərdi yaşayış evinə yönəldilməsi və həmin evin açıq hərracdan satılması; Evin ilkin satış qiyməti 90.000 manat ınüəyvən edilməsi; Evin satışından əldə olunan puldan 03 fevral 2015-ci il tarixli 194418/01 nömrəli kredit müqaviləsi üzrə cəmi 41.078 manat 23 qəpik kredit borcu, 19 manat 25 qəpik müqavilə üzrə öhtəlikləri pozduğuna dair cavabdehə bildirişlərin (pretenziyaların) və ipoteka qoyana ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin göndərilməsi üçün çəkilmiş poçt xərcləri iddia ərizəsi üzrə dövlət büdcəsinə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınmasına dair ödənilmiş 30 manat rüsumun alınaraq iddiaçı «X26 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(104)-401/2018 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh X13 apellyasiya şikayəti iddia tələbinin borc hissəsində bütün cavabdehlərə münasibətdə qismən təmin edilmiş; Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli, 2(043)-401/2018 saylı qətnaməsi iddia tələbinin cavabdehlərdən müştərək qaydada 38.480 manat 57 qəpik) əsas borcun, 2.583 manat 99 qəpik əsas məbləğə hesablanmış faiz borcunun təmin edilmiş hissəsində dəyişdirilərək əsas borc üzrə cavabdehlər X11, Nümayəndə2 və X1 müştərək qaydada 37.082 manat 57 qəpik, faiz borcu üzrə 2.245 manat 59 qəpik tutulması qət edilmiş, qətnamə iddia tələbinin qalan hissəsində cavabdeh X15 münasibətdə dəyişdirilmədən saxlanılmış; 145 manat məbləğində ekspertiza xərcinin 110 manat hissəsinin cavabdeh X11, 35 manat hissəsinin isə «X26 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Büdcə təsnifatının kodu: 142319, büdcə səviyəsinin kodu 3, ekspertiza xərci SAP(XİİS) hesabı, X7, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ******************** SFİFT- BİK STREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməsi müəyyən edilmişdir. İşdə olan «X26 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası ƏMDK DƏDRX 3 saylı Gəncə Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixli məktub ünvanlayaraq 03 fevral 2015-ci il tarixli, 194418/01 nömrəli ipoteka müqaviləsinə əsasən «X26 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş X6 məxsus ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 122 kvadrat metr olan fərdi yaşayış evinin Bankın xeyrinə olan ipotekasının və onun barəsində «İpoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi» barədə bildirişin bərpa edilməsini xahiş etmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, aparılan araşdırma zamanı, ünvan 5 ünvanında yerləşən X6 məxsus emlak üzərindəki ipoteka müqavilələrinə «X26 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin 04 dekabr 2018-ci il tarixli, 00667 nömrəli məktubuna əsasən xitam verilmişdir. Buna görə də əmlak üzərində bankın xeyrinə olan ipotekasının (yüklülüyünü) və onun barəsində «ipotekaya qoyulmuş əmlaka tutmanın yönəldilməsi» üzrə bildirişin bərpa edilməsi mümkün olmamışdır. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, X5 məxsus Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimamov prospekti, 241 ünvanında yerləşən ümumi sahəsi 122 kvadrat metr olan fərdi yaşayış evi «X26 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti qarşısında X9 ilə arasında bağlanmış 26 avqust 2013-cü il tarixli ipoteka müqaviləsinə (sonrakı ipoteka) əsasən ipoteka girovu kimi çıxış etmişdir. Eyni zamanda X17 ilə «X26 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti arasında imzalanmış xx.xx.2015-ci il tarixli 194441/01 saylı kredit müqaviləsinin təminatı kimi X9 ilə «X26 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti arasında 03 fevral 2015-ci il tarixli 194418/01 saylı ipoteka müqaviləsi (sonrakı ipoteka) imzalanmışdır və X5 məxsus Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti, 241 ünvanında yerləşən ümumi sahəsi 122 kvadrat metr olan fərdi yaşayış evi «X26 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti qarşısında yüklü edilmişdir və buna əsasən girova alınmışdır (yüklü edilmişdir). X17 xx.xx.2015-ci il tarixli, 194418/01 saylı kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etmədiyi üçün qeyd edilən əmlaka dair «X26 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 15 dekabr 2016-cı il tarixdə onlayn qaydada tutma yönəldilmişdir. 26 avqust 2013-cü il tarixli ipoteka müqaviləsi (sonrakı ipoteka) üzrə öhdəlik yerinə yetirildiyi üçün həmin müqavilə üzrə əmlakın yüklülükdən çıxarılmasına dair 04 dekabr 2018-ci il tarixli 00667 saylı məktubla Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə onlayn müraciət edilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(043)-1744/2017 saylı qətnaməsi ilə cavabdehlər xx.xx.2015-ci il tarixli 194418/01 saylı kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirmədikləri üçün tutma ipoteka müqaviləsi ilə «X26 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti qarşısında yüklü olan X5 məxsus Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov, 241 ünvanında yerləşən ümumi sahəsi 122 kvadrat metr olan fərdi yaşayış evinə yönəldilmişdir. Qətnamənin icrası zamanı məlum olmuşdur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi əmlakı 26 avqust 2013-cü il tarixli və 03 fevral 2015-ci il tarixli ipoteka müqavilələri üzrə «X26 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilən və ipoteka predmeti olan X5 məxsus ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 122 kvadrat metr olan fərdi yaşayış evi yüklülükdən azad etmiş, həmçinin «X26 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti tərəfindən tutma qeydi də ləğv edilmişdir. Halbuki, «X26 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin ünvanladığı məktubda ancaq 26 avqust 2013-cü il tarixli ipoteka müqaviləsinə (sonrakı ipoteka) əsasən yüklülüyün ləğv edilməsi xahiş edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, «X26 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti xx.xx.2022-ci il tarixdə 00211 saylı məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edərək 03 fevral 2015-ci il tarixli, 194418/01 saylı ipoteka müqaviləsinə (sonrakı ipoteka) əsasən «X26 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş X5 məxsus Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti, 241 ünvanında yerləşən ümumi sahəsi 122 kvadrat metr olan fərdi yaşayış evi (mülkiyyət hüququ üzrə MA seriyalı xx.xx.2011-ci il tarixli ******* saylı çıxarış, yüklülük hüquq barədə RX seriyalı xx.xx.2015-ci il tarixli ******* saylı çıxarış) «X26 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə olan ipotekasının (yüklülüyünü) və onun barəsində «İpotekaya qoyulmuş əmlaka tutmanın yönəldilməsi» üzrə bildirişin bərpa edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 141.1-ci maddəsinə görə əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Məcəllənin 141.3-cü maddəsinə görə daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 16.5-ci maddəsinə görə dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Həmin Qanunun 16.2-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 16.3-cü maddəsinə görə əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. «A.Kərimov və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 iyul 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 may 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1 və 12-ci maddələrinin, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinin tələblərinə görə, daşınmaz əmlakın reyestrdə qeydiyyatı mülkiyyətçinin həmin əmlaka mülkiyyət hüququ prezumpsiyasını yaradır. Belə ki, müvafiq inzibati orqan mülki-hüquqi münasibəti, yəni mülki-hüquqi hərəkətin nəticəsini təsdiq edir. Bu isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınan daşınmaz əmlakın mülkiyyətçisinin mülkiyyət hüququ prezumpsiyasını yaradır. Daşınmaz əmlakın alqı-satqısı nəticəsində daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat inzibati orqanın fəaliyyətinin ümumi (publik) hüquqa aid olan hərəkəti hesab edilsə də, mülki müqavilədən yarandığından təbiətinə görə daha çox mülki xarakterli münasibətlərin nəticəsi kimi ifadə olunur. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında olan mübahisə «X26 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti ilə X9 arasında bağlanmış mülki hüquqi xarakterli 03 fevral 2015-ci il tarixli 194418/01 saylı ipoteka müqaviləsindən irəli gəlmiş, «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi isə yalnız «passiv legitimləşdirmə» fəaliyyətini həyata keçirən subyekt kimi həmin şəxslər arasındakı müqavilələrdən yaranan tələblərin qeydiyyatını aparmışdır. Bundan başqa, mülki işin məhkəmə tədqiqi zamanı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən «X26 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinə ünvanlanan 11 may 2022-ci il tarixli **********52 nömrəli məktubu öyrənilmiş və N.B.Verdiyevanın mülkiyyətində olan əmlak üzərində yüklülüklərə daşınmaz əmlakın dövlət reyestrində xitam verildiyi müəyyən olunmuşdur. Hazırki halda isə «X26 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti yalnız «İpotekaya qoyulmuş əmlaka tutmanın yönəldilməsi üzrə» bildirişin bərpa edilməsini deyil, həmçinin ipoteka müqaviləsinin qeydiyyata alınmasını tələb edir. Göstərilən xüsusat da «passiv legitimləşdirmə» fəaliyyətini həyata keçirən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi ilə müqayisədə ipoteka ilə yüklü edilmiş əmlakın mülkiyyətçisi X4 hüquqlarına daha çox təsir edir. Digər tərəfdən istər iddia tələbindən, istərsə də işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, iddiaçı «X26 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin iddia tələbi X9 ilə bağlanmış ipoteka müqaviləsi üzrə dövlət reyestrində qeyddə düzəlişin aparılması ilə əlaqədardır. Qanunvericiliyin yuxarıda öyrənilən normalarının tələbinə, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 141.1 və 141.5, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 16.1, 16.2 və 16.5-ci maddələrinə, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsin razılığı, belə razılıq olmadıqda isə məhkəmənin qərarının olması zəruridir. Göründüyü kimi qanunverici və ali konstitusiya ədalət mühakiməsi orqanı məhz dövlət reyestrində düzəlişlərin hüququna toxunulan şəxslə əlaqəsini müəyyən etməklə yanaşı, istər məhkəməyəqədər, istərsə də məhkəmə icraatı dövründəki bu məzmunda olan istənilən iddianın həmin şəxslərin mənafelərinə təsirini təsbit etmişdir. X16 Məhkəməsinin İnzibati Kollegiyasının 19 may 2022-ci il tarixli MXMT(104)- 07/2022 saylı qərardadında da «X26 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti ilə X9 arasında olan mübahisənin mülki mübahisə olduğu və müvəqqəti təminat tətbiqlərinin tətbiqi barədə ərizənin mülki məhkəmə icraatının predmeti olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. «"xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 fevral 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 50.3-cü maddəsinə görə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd edilmiş hallarından göründüyü kimi iddiaçı «X26 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin iddia tələbinin yönəldiyi şəxs X9 olsa da, N.B.Verdiyeva iddia tələbi üzrə cavabdeh qismində göstərilməmişdir. Buna görə məhkəmə hesab edir ki, «X26 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı 03 fevral 2015-ci il tarixli 194418/01 saylı ipoteka müqaviləsinə (sonrakı ipoteka) «X26 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş X5 məxsus Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti, 241 ünvanında yerləşən ümumi sahəsi 122 kvadrat metr olan fərdi yaşayış evi (mülkiyyət hüququ üzrə MA seriyalı xx.xx.2011-ci il tarixli ******* saylı çıxarış, yüklülük hüququ barədə RX seriyalı xx.xx.2015-ci il tarixli ******* saylı çıxarış) iddiaçının xeyrinə olan ipotekasının (yüklülüyünü) və onun barəsində «İpotekaya qoyulmuş əmlaka tutmanın yönəldilməsi» üzrə bildirişin bərpa edilməsi vəzifəsinin (öhdəliyinin) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər(§68). «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: «X26 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı 03 fevral 2015-ci il tarixli 194418/01 saylı ipoteka müqaviləsinə (sonrakı ipoteka) «X26 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş X5 məxsus Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti, 241 ünvanında yerləşən ümumi sahəsi 122 kvadrat metr olan fərdi yaşayış evi (mülkiyyət hüququ üzrə MA seriyalı xx.xx.2011-ci il tarixli ******* saylı çıxarış, yüklülük hüququ barədə RX seriyalı xx.xx.2015-ci il tarixli ******* saylı çıxarış) iddiaçının xeyrinə olan ipotekasının (yüklülüyünü) və onun barəsində «İpotekaya qoyulmuş əmlaka tutmanın yönəldilməsi» üzrə bildirişin bərpa edilməsi vəzifəsinin (öhdəliyinin) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddiası rədd edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-1902/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1902/2022
06.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver