Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1914/2025 10.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X15 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, etibarnamə üzrə nümayəndəsi X2, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilkin iddia ərizəsi üzrə, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş borc tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Kia Sorento” markalı, **-OG-*** dövlət qeydiyyat nömrəli avtomobilin satılmasından əldə etdiyi 35000 manat məbləğində pulun 2/3 hissəsi olaraq 23000 manat pulun cavabdehdən alınıb ona verilməsinə, dövlət rüsumu olaraq ödədiyi 160 manat rüsumun və hüquqi yardıma görə vəkilə ödənilmiş 325 manatın da cavabdehdən tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd, qarşılıqlı iddia tələbinin təmin edilərək "xxxx" ASC-nin Gəncə filialından KBMK4929669B127 saylı müqavilə üzrə xx.xx.2023-cü il tarixdə 36 ay müddətinə 17,5 faiz dərəcəsi ilə götürülmüş 35000 manat məbləğində kredit borcunun ödənilməmiş 30000 manat məbləğinin ½ hissəsi, yəni 15000 manatın İddiaçı aid edilməsi, yəni 30000 manat məbləğində borcda İddiaçı ½ payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh ilə nikahlarını rəsmi olaraq xx.xx.2011-ci il tarixdə 859 nömrə ilə Gəncə şəhər Qeydiyyat şöbəsində qeyd etdirmişdirlər. Birgə yaşayış dövründə üç nəfər uşaqları anadan olmuşdur. X7- xx.xx.2013cü il, X4- xx.xx.2015-ci il, X5- xx.xx.2023-cü il. Cavabdehə qarşı nikahın pozulmasına və birgə nikah dövründə əldə edilmiş əmlakdan payların müəyyən edilməsinə dair iddia tələbi hazırda Gəncə Şəhər Məhkəməsinin icraatındadır. Nikahın pozulmasına dair iddia tələbində qeyd etmişdir ki, cavabdehlə birgə nikah dövründə avtomobil və daşınmaz əmlak da əldə etmişdirlər. Vəkil sorğusuna cavab alınmadığı üçün hazırkı ərizədə qeyd edə bilməmişdir. Bundan sonra mənzilə və avtomobilə dair sorğuya cavablar gəlmiş, məlum olmuşdur ki, birgə nikah dövründə əldə etdikləri “Kia Sorento” markalı, **-OG-*** dövlət qeydiyyat nömrəli avtomobil cavabdeh tərəfindən yaxın dostunun adına ər-arvad arasında əmlak bölgüsünün predmeti olmaması üçün onun xəbəri və razılığı olmadan özgəninkiləşdirmişdir. Mənzili isə onun razılığı olmadan özgəninkiləşdirmək mümkün olmadığı üçün özgəninkiləşdirə bilməmişdir. Lakin ayrılacaqlarını bildiyi üçün son vaxtlar ondan mənzilin satılmasına razılıq verməsini istəmiş, o isə razı olmadığı üçün sata bilməmişdir. Ona görə də nikahın pozulmasına dair olan mülki işdə mənzildən payının müəyyən edilməsinə dair iddia tələbinin artırılmasına dair ərizə vermişdir. Avtomobil isə o cavabdehdən faktiki olaraq ayrıldıqdan sonra cavabdeh tərəfindən 35 000 manata satılmışdır. 3 azyaşlı uşaqları onunla birlikdə yaşadıqları üçün onların da mənafelərinin nəzərə alınmasını və həmin məbləğin 2/3 hissəsinin ona ödənilməsini istəyir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə ilkin iddianı müdafiə edib, qarşılıqlı iddianı qəbul etməyərək ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, ilkin iddia tələbində qeyd olunmuş avtomobil tərəflərin birgə nikah dövründə əldə olunmaqla ilkin iddia üzrə iddiaçının razılığı olmadan satılmışdır. Qarşılıqlı iddia tələbində qeyd olunanları isə qəbul etmirlər. Məhkəməyə təqdim olunmuş qəbzlər həqiqətə uyğun deyildir. Qeyd olunan mənzil 2021-ci ildə alınan zaman yüngül remont edilmiş, cavabdehin göstərdiyi kimi əsaslı təmir edilməmişdir. Cavabdeh həmin evdə kombi sistemi çəkildiyini göstərsə də, evdə kombi yoxdur. Təqdim edilmiş qaimələrdə göstərilən materialların məhz bir otaqlı ev üçün istifadə olunması şübhəlidir, çünki cavabdehin adına başqa ev də vardır və göstərilən materialların həmin evin təmiri üçün istifadə olunması ehtimalı nəzərə alınmalıdır. Mütəxəssis öz təcrübəsinə əsaslanaraq təmirin yeni olduğunu göstərmişdir, ancaq rəsmi mənbələrə istinad edilməlidir. Bundan başqa cavabdeh bankdan götürülən pulu uşaqlarının kiçik toy məclisinə xərclədiyini göstərsə də, toydan yığılan pul çəkilən xərci artıqlaması ilə ödəmişdir. İlkin iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddia tələbi isə əsassız olduğundan təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi X8 ilkin iddianı müdafiə edib, qarşılıqlı iddianı qəbul etməyərək göstərdi ki, mütəxəssis rəyində təmirin hansı ildə aparılması göstərilməmişdir. Həmin ev 2021-ci ildə alınmış, əvvəl 1 otaqlı olmuş, sonradan Cavabdeh evi iki otağa düzəltdirmişdir. Cavabdeh bankdan götürdüyü pulu özünə xərcləmişdir. Qızının cehizlərini çıxaranda uşaqların əşyalarını belə verməmişdirlər. Qızı, İddiaçı 2024-cü ilin noyabr ayından evdən çıxmışdır. İlkin iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddia tələbinin isə əsassız olduğundan təmin olunmamasını məhkəmədən xahiş etdi. Qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı nikahlarını rəsmi olaraq xx.xx.2011-ci il tarixdə 859 nömrə ilə Gəncə şəhər Qeydiyyat şöbəsində qeyd etdirməklə ailə qurmuş, birgə yaşayış dövründə üç nəfər övladları xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X5 dünyaya gəlmişdir. Bundan sonra nikahın pozulmasına və birgə nikah dövründə əldə edilmiş əmlakdan payların müəyyən edilməsinə dair iddia ilə Gəncə Şəhər Məhkəməsinə müraciət etmiş və həmin iş hazırda məhkəmənin icraatındadır. Qeyd edilməlidir ki, həm hazırki iddia, həm də boşanma iddiası İddiaçı tərəfindən qaldırılmışdır və Cavabdeh ailəsini dağıtmaq istəmir. İşin faktiki halları ondan ibarətdir ki, "Kia Sorento" markalı, **-OG-*** dövlət qeydiyyat nömrəli avtomobil həqiqətən də birgə nikah dövründə alqı-satqı müqaviləsi nəticəsində əldə etdilmiş və elə birlikdə yaşadıqları dövrdə də satılaraq həm ailə ehtiyaclarına, həm də birgə nikah dövründə əldə edilmiş borcun ödənilməsinə sərf edilmişdir. Belə ki, iddiaçı Cavabdeh birgə nikah dövründə yaşadıqları evi 12 yanvar 2023-cü il tarixli İP-44071989 saylı ipoteka müqaviləsinə əsasən "xxxx" ASC-yə ipotekaya qoyaraq xx.xx.2023-cü il tarixli, KBMK4929669B127 saylı müqaviləyə əsasən 35000 manat məbləğində pulu 36 ay müddətinə kreditə götürmüş və ev ipotekaya qoyularkən cavabdeh İddiaçı razılığı alınmışdır. Həmin kreditə dair cədvəlin xx.xx.2024-cü il tarixinədək olan ödənişləri birgə təsərrüfat nəticəsində əldə edilən puldan ödənildiyindən, həmin tarixədək olan pul məbləği tələb edilməsə də, 2024-cü ilin dekabr ayından etibarən olan ödənişlər yalnızca Cavabdeh tərəfindən həyata keçirilməklə ümumilikdə 30000 manat məbləğində borcu əhatə etməkdədir. Sözügedən 35000 manat məbləğində kredit xx.xx.2023-cü il tarixdə götürülmüş və ailə ehtiyacları üçün sərf edilmişdir. Belə ki, sözügedən kredit məbləği əldə edildikdən sonra xx.xx.2024-cü il tarixdə Gəncə şəhərində yerləşən "Gold İmperial" şadlıq sarayında övladlarına kiçik toy mərasimi keçirərək 11520 manat məbləğində ödəniş etmişdir. Bundan başqa 2024-cü ilin may ayında ipoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, İsrafil Məmmədov küçəsi, 6 saylı fərdi yaşayış evinin sanitar qovşağı (hamam və tualeti) yeni təmir edilmiş, evə təzə kombi sistemi çəkilmişdir. "Nur" istilik mağazası tərəfindən verilən malın alqı-satqısına dair sənədlərdən müəyyən olunur ki, 6202,31 manat məbləğində material satılmışdır. O cümlədən, ******* nömrəli, 05 may 2024-cü il tarixli qaimə fakturadan görünür ki, 2663 manat məbləğində material alınmışdır. Bu material ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, Nizami rayonu, İsrafil Məmmədov küçəsi, ev 164-ün təmirinə istifadə edilmişdir. Bundan başqa 39 vərəqədə öz əksini tapmış onlayn şəkildə edilmiş ödənişlərdən də, məlum olur ki, 2024-cü il ərzində 7500 manat məbləğində pul ailə ehtiyacları üçün, yəni sırf restoranlar, market və kommunal ödənişlərə sərf edilmişdir. Qeyd edilənlərə əsasən "xxxx" ASC-nin Gəncə filalından xx.xx.2023-cü il tarixdə 36 ay müddətinə 17,5 faiz dərəcəsi ilə götürülmüş 35000 manat məbləğində kredit demək olar ki, bütünlükdə ailə ehtiyaclarına sərf edildiyindən həmin kredit borcunun ödənilməmiş 30000 manat hissəsinin ½ hissəsi üzərində, yəni 15000 manatı İddiaçı aid edilməlidir. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddianı müdafiə edib ilkin iddianı qəbul etməyərək məhkəməyə yazılı etirazlarını da təqdim etdiyini bildirərək göstərdi ki, qarşılıqlı iddia ərizəsində, eləcə də yazılı etirazda ipoteka predmeti olan Gəncə şəhəri, İ.Cəfərov küçəsi, ev 10, mənzil 56 səhvən Gəncə şəhəri, İsrafil Məmmədov küçəsi, ev 164 kimi göstərilmişdir. Bankdan kreditlə götürülən pul vəsaitinin ailə xərclərinə istifadə olunmasına dair kifayət qədər sübutlar təqdim etmişdirlər. Bundan başqa 11520 manat məbləğində pul vəsaiti uşağın kiçik toy məclisi üçün xərclənmişdir. Qeyd olunan mənzilə baxış keçirildikdə də məlum olur ki, qaimədə göstərilən materiallar məhz həmin evin təmiri üçün istifadə olunmuşdur. Bankdan cəmi 35000 manat kreditlə pul götürülmüşdür. Həmin borcdan ödənişlər edilmiş 30000 manat borc qalmışdır. Tərəflər boşandıqdan sonra Cavabdeh tərəfindən edilən ödənişlər, eləcə də qalan borca dair qarşı tərəfin də öhdəliyi müəyyən edilməlidir. Qarşılıqlı iddia tələbinin təmin olunmasını, ilkin iddianın isə təmin olunmamasını məhkəmədən xahiş etdi. İlkin iddia üzrə Cavabdeh yazılı etirazını onunla əsaslandırılmışdır ki, "Kia Sorento" markalı, **-OG-*** dövlət qeydiyyat nömrəli avtomobil həqiqətən də birgə nikah dövründə alqı-satqı müqaviləsi nəticəsində əldə edilmiş və elə birlikdə yaşadıqları dövrdə də satılmışdır. İddiaçı iddia ərizəsində evdən getdiyi tarixi göstərməməklə məhkəmədə çaşqınlıq yaratmaq istəsə də, onun "Kia Sorento” markalı, **-OG-*** dövlət qeydiyyat nömrəli avtomobil satılarkən Cavabdeh ilə birlikdə bir ailə kimi yaşamaları təkzibedilməz sübutlarla öz təsdiqini tapacaqdır. Sözügedən "Kia Sorento” markalı, **-OG-*** dövlət qeydiyyat nömrəli avtomobil 20 avqust 2024-cü il tarixdə satılan zaman İddiaçı Cavabdeh birlikdə onlara məxsus evdə övladları ilə birlikdə mehriban şəkildə yaşamışdırlar. Hər nə qədər də, İddiaçı iddia ərizəsində "Lakin, ayrılacağımızı bildiyi üçün son vaxtlar məndən mənzilin satılmasına razılıq verməyimi istəyirdi, mən isə razı olmadığım üçün sata bilmədi." kimi cümlə işlətsə də, işin mübahisəsiz halına görə həmin mənzil ipotekadadır və həmin mənzilin satılması üçün ipoteka müqaviləsinin müddəti bitməlidir. İddiaçı mübahisəli avtomobil satılarkən, yəni 20 avqust 2024-cü il tarixdə Cavabdeh ilə bir yerdə ailə təsərrüfatı apardığını təsdiq edən bir çox sübutlar mövcuddur. Belə ki, Cavabdeh tərəfindən 20 oktyabr 2024-cü il tarixdə çəkilən video görüntüdən məlum olur ki, İddiaçı övladları və Cavabdeh ilə birlikdə özlərinə məxsus evdə mehriban şəkildə birlikdə yaşamaqdadır. Həmin video görüntüdəki tarix və saat "İphone" markalı telefondan çəkilmiş və həmin telefonun proqramı türkcə olduğu üçün 20 oktyabr 2024-cü il tarixi, 20 ekim 2024 kimi qeyd edilmişdir. Ekim ayının türk dilindən tərcümədə oktyabr ayı olması hamı tərəfindən bilinən və sübuta ehtiyacı olmayan bir haldır. O cümlədən iş materiallarına əlavə edilmiş ailəvi şəkillərdən məlum olur ki, iddiaçı və cavabdeh övladları ilə birlikdə bir ailə şəklində onlara məxsus evdə mehriban şəkildə yaşamışdırlar. Şəkillər eyni telefonla, yəni türkcə proqramı olan telefonla çəkildiyi üçün avtomatik olaraq tarixlər türkcə göstərilərək, şəkillərdəki tarixlər "ekim və kasım" ayları kimi qeyd edilmişdir ki, "ekim" ayı oktyabr, "kasım" ayı isə noyabr ayıdır. İddiaçı 2024-cü ilin avqust, sentyabr, oktyabr və noyabr ayları ərzində Cavabdeh ilə birlikdə yaşamalarını qonşular və evə gələn ustalar təsdiq edəcəkdir. Tərəflərin birlikdə yaşadıqları ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin sanitar qovşağı (hamam və tualet) yeni təmir edilmiş, evə təzə kombi sistemi çəkildiyindən həmin işləri görən kombi ustası-santexnik X1 işə salınması və yoxlanılması, həmçinin istifadə qaydasını başa salmaq üçün qış aylarında, yəni oktyabr və noyabr aylarında tərəflərin birlikdə yaşadıqları evə gedərkən də İddiaçı həmin evdə yaşamasının şahidi olmuşdur. Həmçinin evin işıq sistemində yaranmış nasazlıqla əlaqədar evə gələn elektrik X6 da İddiaçı həmin evdə yaşamasının şahidi olmuşdur. İddiaçı evə gələn hər iki ustanın qabağına çay qoymuş və qulluq etmişdir. "Kia Sorento” markalı, **-OG-*** dövlət qeydiyyat nömrəli avtomobil ona görə satılmışdır ki, ipoteka qoyulmuş Gəncə şəhəri, Nizami rayonu, İsrafil Məmmədov küçəsi, ev 164-ə dair bağlanmış ipoteka müqaviləsinə əsasən verilmiş 35000 manat məbləğindəki borcun aylıq ödənişi olan 1256,57 manat məbləğində pulun ödənilməsində çətinliklər yaranmış və bank evi əllərindən almasın deyə "Kia Sorento” markalı, **-OG-*** dövlət qeydiyyat nömrəli avtomobil 20 avqust 2024-cü il tarixdə satılaraq aylıq ödənişlər həyata keçirilmişdir. 20 avqust 2024-cü il tarixdən halhazıradək 8 aylıq ödəniş olan 1048 manat məbləğində pul banka ödənilmişdir. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsinin vəsatəti ilə şahid qismində dindirilmiş:- X6 ifadəsində göstərmişdir ki, Cavabdeh tanıyır, iş münasibətləri olmuşdur. Bina evində elektrik işlərini görmüşdür. Cavabdeh bina evini sıfırdan təmir etmişdirlər. Evin təmirində işləyən digər ustaları da o tapmış, ustalara özü nəzarət etmiş və Emindən ustalar üçün aldığı pulu da ustalara özü vermişdir. Evdə kombi yoxdur, iran peçi vardır. Evin təmirini keçən il yay aylarında etmişdirlər. Ev əvvəl bir otaqlı olmuş, sonradan iki otağa düzəliş olunmuşdur. Onların gördüyü iş üçün təxminən yeddi-səkkiz min manat pul xərclənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında göstərdi ki, Cavabdeh əmisinin yoldaşının bacısıoğludur. Bir döngədə yaşayırlar. Cavabdeh ilə yoldaşı Vəfa Məmmədov 2024-cü ilin noyabr ayına kimi bir yerdə yaşamışdırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında göstərdi ki, Cavabdeh həyət evində kombi çəkmişdir. Yoldaşı da orada olmuşdur. Həmçinin onun kombi üçün servisi də vardır, bir neçə dəfə də servis üçün gedib-gəlmişdir. Həyət evinə kombini bir neçə il əvvəl çəkmişdir, dəqiq xatırlamır. Bina evində isə bütün santexnik işlərini görmüşdür. Tək yox, qardaşı ilə birlikdə işləmişdir. Bina evində təmir işləri aparılarkən İddiaçı orada olmamışdır. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- AZ-İ 726862 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, tərəflərin nikahları xx.xx.2011-ci ildə Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsində 859 nömrə ilə qeydə alınmışdır. AZ-İİ 987253 nömrəli, AZ-İİİ 408382 nömrəli və AZ-İV 857337 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərin görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2013-cü ildə Aysu, xx.xx.2015-ci ildə Dəniz və xx.xx.2023-cü ildə Atilla adlı uşaqları anadan olmuşdur. Gəncə RQİ və TBŞ-də bağlanılmış xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin alqısatqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh “Kia Sorento” minik markalı, **- OG-*** dövlət qeydiyyat nişanlı avtomobili alıcı X3 35000 manata satmışdır. xx.xx.2025-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 325 manat məbləğində pul vəsaiti köçürmüşdür. Gəncə şəhər 2 saylı notariat ofisində 3M-24 reyestr nömrə ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, İP-44071989 nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, xx.xx.2023-cü il tarixli, **********12012023 saylı Bank xidmətlərinin göstərilməsi üzrə ümumi müqavilənin və həmin müqavilənin xx.xx.2023-cü il tarixli, 127MKBL90503720A saylı maksimal borclanma limitinə dair əlavəsi, həmçinin həmin əlavə üzrə gələcəkdə yaranan öhdəliklərin icrasının təmin edilməsi məqsədilə ipoteka qoyan-borcalan Cavabdeh mülkiyyət hüququ ilə ona məxsus ünvan 2 ünvanında yerləşən mənzili ipoteka saxlayan "xxxx" ASC-nin xeyrinə yüklü etmişdir. xx.xx.2023-cü il tarixli, **********12012023 saylı Bank xidmətlərinin göstərilməsi üzrə ümumi müqaviləyə Kreditləşmənin Xüsusi Şərtlərinə dair xx.xx.2023-cü il tarixli, KBMK4929669B127 saylı Əlavənin surətindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh 36 ay müddətinə illik 17,5% dərəcəsi ilə 35000 manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli, KBMK4929669B127 saylı kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh 36 ay müddətinə, xx.xx.2026-cı il tarixinədək hər ay 1256,57 manat ödəməyi öhdəsinə götürmüşdür. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-1350/2025 nömrəli qətnaməsindən görünür ki, tərəflər arasında qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqların anaları İddiaçı yanında qalmaları, onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay hər uşağa görə 0,45 misli həddində sabit pul məbləğində aliment və bir uşağın 3 yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay 0,1 misli həddində sabit pul məbləğində aliment tutulması, Cavabdeh adına mülkiyyət hüququ ilə qeydə alınmış Gəncə şəhəri, Kəpəz rayonu İsax Cəfərov küçəsində yerləşən 10 nömrəli evin 56 nömrəli mənzilinin ½ hissəsinə İddiaçı, digər 1/2 hissəsinə isə Cavabdeh paylarının müəyyən edilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli, MŞG/MT007/202402441 nömrəli mediasiya arayışının surətindən görünür ki, nikahın pozulması, uşaqların anada qalması və aliment tələbi üzrə tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirməmişlər. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri “Gold İmperial” şadlıq sarayında övladına kiçik toy mərasimini keçirmiş, cəmi 11520 manat şadlıq sarayına pul ödənilmişdir. xx.xx.2024-cü il tarixli, ******* nömrəli qaimə fakturasından görünür ki, Emin adlı şəxsə 2663 manat məbləğində təmir üçün istifadə olunan materiallar satılmışdır. “Nur” İstilik Sistemləri müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, Elmin usta adlı şəxsə 4238,30 manat, 389,01 manat və 1575 manat olmaqla, cəmi 6202,31 manat məbləğində kombi siteminin çəkilməsi və sanitar qovşağın təmiri üçün istifadə olunan materiallar satılmışdır. Təqdim olunmuş qəbzlərin surətlərindən görünür ki, xx.xx.2024-xx.xx.2024-cü il tarixləri əhatə edən dövrlər ərzində Cavabdeh məxsus kart hesabından müxtəlif məqsədlər üçün ödənişlər edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, CVN/İ-03-155/25 nömrəli mütəxəssis rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzildə yerinə yetirilmiş təmir-bərpa işlərinin həcmi və hazırki tarixə olan dəyəri 9854,1 manat təşkil etmişdir. Həmin evdə təmirin hansı illərdə aparılması barədə mütəxəssis qarşısında qoyulmuş sualın cavabı mütəxəssis rəyində göstərilmədiyi üçün məhkəmə iclas zalında mobil telefon vasitəsi ilə onlayn qaydada rəy verilmiş mütəxəssis tərəfindən aydınlıq gətirilərkən təmirin son dövrlərdə aparıldığı bildirilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə uyğun olaraq tərəflərin izahatlarını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə əsassız olduğundan təmin edilməməlidir. İlkin iddia tələbi üzrə işin müəyyən olunmuş hallarından görünür ki, mübahisələndirilən "Kia Sorento” markalı, **-OG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil tərəflərin birgə nikah dövründə əldə olunmuş və tərəflər özləri də bu faktı mübahisələndirməmişdirlər. İlkin iddia üzrə iddiaçı iddia etmişdir ki, avtomobil ər-arvad arasında əmlak bölgüsünün predmeti olmasın deyə cavabdeh onun xəbəri və razılığı olmadan avtomobili 35000 manata satdığı üçün və azyaşlı uşaqlarının hər üçü onunla yaşadıqları üçün 35000 manat məbləğində pulun 2/3 hissəsi ona ödənilməlidir. Cavabdeh tərəf ilkin iddia tələbinə qarşı etiraz edərək, birgə yaşadıqları dövrdə ipoteka müqaviləsi üzrə bankdan götürdükləri 35000 manat borcun aylıq ödənişi olan 1256,57 manat məbləğində pulun ödənilməsində çətinliklər yaranması səbəbindən avtomobili sataraq kredit borcunu və ailə xərclərini ödəmələrini göstərmişlər. Cavabdeh mübahisələndirilən avtomobilin iddiaçı ilə birgə yaşadıqları dövrdə bankdan götürdükləri 35000 manat borcun ödənişi ilə bağlı satdıqlarını iddia etsə də, qarşılıqlı iddia tələbində həmin kredit müqaviləsi üzrə 30000 manat borc qaldığını və borcun ½ hissəsinin cavabdehə aid edilməsini tələb etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı əmlakdakı payları bərabər hesab edilir. Ailə Məcəlləsinin 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azyaşlı uşaqların iddiaçının yanında qaması ilə bağlı payların 2/3 hissədə bölünməsinə dair məhkəmə qeyd edir ki, uşaqların saxlanması üçün cavabdehdən aliment tutulmuşdur və payların bərabər bölünməsi uşaqların mənafeyinə təsir etmir. Bununla belə “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli, 1/2024 nömrəli Qərarında (həmin Qərarın 6.26 və 6.27-ci bəndləri ) formalaşdırmış hüquqi mövqeyə görə yetkinlik yaşına çatmayan uşaqların ayrı yaşayan valideynlərdən birinin himayəsində qalması məhkəmələr tərəfindən bu normadan çıxış edərək, ümumi əmlakın qeyri-bərabər bölünməsi üçün əsas ola bilməz. Ər-arvadın əmlakının qeyri-bərabər bölünməsinə imkan verən uşaqların mənafeləri sırasına əsasən uşaqların sağlamlıq vəziyyətindən doğan, xüsusi qabiliyyətlərinin həyata keçirilməsinə təsir edən və ya qanunvericiliyə əsasən çoxuşaqlı ailələr üçün verilən sosial təminatlardan istifadə edən ailələrdə uşaqların həyat şəraitinin, məişət rejiminin, sosialiqtisadi mühitin qorunub saxlanması zərurəti kimi müstəsna hallar aid edilir. Ailə Məcəlləsinin 37-ci maddəsi ilə birgə mülkiyyətin bölünməsi zamanı payların bərabər bölünmədiyi hallar imperativ qaydada müəyyən edilmişdir və həmin halların genişləndirilməsi yolverilməzdir. Qarşılıqlı iddia üzrə iddiaçı iddia etmişdir ki, birgə nikah dövründə yaşadıqları evi 12 yanvar 2023-cü il tarixli İP-44071989 saylı ipoteka müqaviləsinə əsasən "xxxx" ASC-yə ipotekaya qoyaraq xx.xx.2023-cü il tarixli, KBMK4929669B127 saylı müqaviləyə əsasən 35000 manat məbləğində pulu 36 ay müddətinə kreditə götürmüşdür. Həmin kreditə dair cədvəlin xx.xx.2024-cü il tarixinədək olan ödənişləri birgə təsərrüfat nəticəsində əldə edilən puldan ödənilmişdir. Həmin tarixədək olan pul məbləği tələb edilməsə də, 2024-cü ilin dekabr ayından etibarən olan ödənişlər yalnız onun tərəfindən həyata keçirilməklə ümumilikdə 30000 manat məbləğində borc qalmışdır. Götürdükləri krediti ailə ehtiyacları üçün sərf edərək xx.xx.2024-cü il tarixdə övladlarına kiçik toy mərasimi keçirərək 11520 manat məbləğində ödəniş etmiş, yaşadıqları İ.Cəfərov küçəsi, ev 10, 56 nömrəli mənzili təmir edərək 6202,31 manat və 2663 manat məbləğində material alınmış, qalan məbləğlər ailənin gündəlik tələbatı üçün ödənilmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh tərəf qarşılıqlı iddia tələbinə qarşı etiraz edərək iddiaçının iddia etdiyi kredit müqaviləsi üzrə əldə olunmuş pul tərəflərin birgə nikah dövründə əldə etdikləri İ.Cəfərov küçəsi, ev 10, 56 nömrəli mənzilin təmiri üçün deyil, iddiaçıya məxsus başqa ünvanda yerləşən evin təmiri üçün xərclənmişdir. Qarşılıqlı iddia üzrə iddiaçının vəsatəti üzrə məhkəmə iclasında dindirilmiş şahidlər keçən ilin yay aylarında qarşılıqlı iddia üzrə iddiaçının mənzilində bütün santexnik və təmir işləri apardıqlarını və təxminən 7000-8000 xərcləndiyini göstərmişdirlər. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, CVN/İ-03- 155/25 nömrəli mütəxəssis rəyindən müəyyən olunmuşdur ki, mənzilin təmir-bərpa işlərinin həcmi və hazırki tarixə olan dəyəri 9854,1 manat təşkil etmişdir. Bununla belə məhkəmə iclas zalında mobil telefon vasitəsi ilə onlayn qaydada rəy vermiş mütəxəssis tərəfindən rəyə aydınlıq gətirilərkən təmirin son dövrlərdə aparıldığı bildirilmişdir. Göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçı kredit borcunun ½ hissəsində cavabdehin payının müəyyən edilməsini tələb etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəllənin 522-ci maddəsinə müvafiq olaraq, öhdəlik üçüncü şəxsə yalnız kreditorla (kreditorlar) müqaviləyə əsasən verilə bilər. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarının 3.14-cü bəndində:- Qeyd edilmişdir ki, ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun. 6.37-ci bəndində qeyd edilmişdir ki, həmçinin nəzərə alınmalıdır ki, ümumi öhdəlikdə payların müəyyən olunması zamanı borclunun əvəz edilməsi həyata keçirilmir. Belə ki, Mülki Məcəllənin 522-ci maddəsinə (öhdəliklərin verilməsi əsasları və qaydası) müvafiq olaraq, öhdəlik üçüncü şəxsə yalnız kreditorla (kreditorlar) müqaviləyə əsasən verilə bilər. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu, yalnız kreditorun (kreditorların) icazəsi ilə etibarlı olur. Digər tərəfdən kredit təşkilatları məhz borcalan qismində müraciət etmiş şəxsin şəxsiyyətini, maddi imkanlarını, ödəmə qabiliyyətini nəzərə alaraq, həmin şəxslə kredit hüquq münasibətlərinə daxil olduğundan kreditorun iradəsinə zidd olaraq borclunun dəyişdirilməsi kreditorun (kreditorların) mənafelərinə uyğun olmamaqla, onun öz risklərini idarə etmək imkanlarına ciddi təsir edə bilər. 6.39-cu bəndində qeyd edilmişdir ki, ər-arvadın ümumi öhdəliklərinin bölünməsi qaydalarına istinadla kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) kreditor (kreditorlar) qarşısında icra edilməmiş öhdəliyinin arvaddan (ərdən) alınaraq, ona verilməsinin qanuni və müqavilə əsası yoxdur. Lakin kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddianı təmin edə bilər. Tərəflərin ümumi əmlak üzərində payları daha əvvəl müəyyən edilmədiyi halda, işə baxan məhkəmə öhdəliklərdəki payları bərabər bölməli, iş üzrə Ailə Məcəlləsinin 37.2-ci maddəsində sadalanan şərtlər mövcud olduqda isə kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) icra etdiyi öhdəliklər üzrə tərəflərin paylarını qeyri-bərabər bölə bilər. İşin müəyyən olunmuş hallarından görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı 2024-cü ilin dekabr ayından sonrakı dövr üçün ödənilməmiş məbləğin 30000 manat pulun ½ hissəsində cavabdehin payının müəyyən edilməsini tələb etsə də, həmin vaxtdan sonra onun tərəfindən ödəniş edilməsi məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, ilkin iddia qismən təmin olunmaqla, “Kia Sorento” markalı, **-OG-*** qeydiyyat nömrə nişanlı avtomobilin dəyəri olan 35000 manat pulun ½ hissəsi olan 17500 manat pul və hüquqi yardıma görə ödənilmiş 325 manat xərc ilkin iddia üzrə Cavabdeh alınaraq ilkin iddia üzrə İddiaçı ödənilməli, qarşılıqlı iddia tələbi isə əsassız olduğundan təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən ilkin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 142,5 manat dövlət rüsumu və iş üzrə mütəxəssis rəyinin verilməsi üçün 300 manat xidmət haqqı ilkin iddia üzrə cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İlkin iddia qismən təmin edilsin. İlkin iddia üzrə Cavabdeh “Kia Sorento” markalı, **-OG-*** qeydiyyat nömrə nişanlı avtomobilin dəyəri olan 35000 manat pulun 1\2 hissəsi olan 17500 manat pul, 325 manat hüquqi yardıma görə ödənilmiş xərc və 142,5 manat dövlət rüsumunun əvəzi tutularaq ilkin iddia üzrə İddiaçı verilsin. Qarşılıqlı iddia əsassız olduğundan təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 136 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilsin. İş üzrə mütəxəssis rəyinin verilməsi üçün 300 manat xidmət haqqı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq VÖEN: **********, Bank: "xxxx" ASC Nərimanov filialı, Bank VÖEN-i: **********, M.h: AZ03NABZ********************, H.h: AZ471BAZ********************, Kod: 805711, SWİFT: İBAZAZ2X hesaba ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə onun tərəflərə verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-1914/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1914/2025
10.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver