Məhkəmə qərarları › İş №e-2(125)-213/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-213/2024

11.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-213/2024 11.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin sökülməsi və torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Gəncə şəhəri 5 saylı Dövlət Notariat X1 arasında bağlanmış AN-İ№ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Gəncə şəhəri Kəpəz rayonu, Sevinc qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsini 4000 manat ödəməklə əldə etmişdir. Bu hüquq Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, ******* nömrəli çıxarış əsasında dövlət qeydiyyatına alınmış və onun xüsusi mülkiyyətindədir. Qeyd etdiyi torpaq sahəsini qanuni əsaslarla əldə etdikdən sonra maddi imkanının zəif olması səbəbindən orada ev inşa edə bilməmişdir və bir müddət boş torpaq sahəsi kimi qalmasına qərar vermişdir. Bu boşluqdan istifadə edən cavabdeh ona məxsus torpaq sahəsində qanunsuz yaşayış evi inşa etmişdir. Bu məlumatı əldə etdiyində artıq çox gec olmuşdur. Çünki, qeyd etdiyi kimi cavabdeh artıq ona məxsus torpaq sahəsində ev inşa etmişdir. Mülkiyyətində olan torpaq sahəsinin boşaldılması ilə bağlı cavabdehə dəfələrlə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Belə ki, cavabdeh həmin torpaq sahəsinin Arif adlı şəxsdən aldığını bildirmiş, ərazini boşaltmamış və tikilini sökməkdən imtina etmişdir. Bu səbəbdən o, müdafiə üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-cimaddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) özistədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-cimaddəsinə görə tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Odur ki, Cavabdeh tərəfindən ona məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin sökülməsi və torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi və cavabdeh məhkəməyə barışıq sazişi təqdim edərək mübahisə üzrə razılığa gəldiklərini bildirmiş və barışıq sazişi üzrə icraata xitam verilməsinin nəticəsinin onlara aydın olmasını qeyd edərək barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Barışıq sazişinin şərtlərinə görə Cavabdeh adına sərəncamla rəsmiləşdirilmiş Gəncə şəhəri, Sevinc qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsini notarial qaydada etibarnamə verməklə, İddiaçı verəcəyini öhdəsinə götürür, Cavabdeh adına sərəncamla rəsmiləşdirilmiş Gəncə şəhəri, Sevinc qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsinin İddiaçı adına sənədləşdirilməsi üçün tələb olunan xərcin ilkin olaraq saziş imzalandığı andan 1000 (bir min) manatını, may ayının sonunadək isə 3000 (üç min) manat hissəsini verəcəyini öz öhdəsinə götürür, Cavabdeh 1000 (bir min) manatı ödədikdən sonra İddiaçı onunla mülkiyyətində olan Gəncə şəhəri, Sevinc qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsini notarial qaydada alqısatqı müqaviləsi bağlayacağını öz öhdəsinə götürür, İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Sevinc qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsinin notarial qaydada alqı-satqı müqaviləsinin bağlanması zamanı bütün xərcləri Cavabdeh öz öhdəsinə götürür, bu sazişin 2-ci bəndində göstərilən şərtlərdən biri, yəni may ayının sonunadək ödənilməli olan 3000 (üç min) manat vəsait Cavabdeh tərəfindən vaxtında ödənilməzsə, belə olan halda, cavabdeh 5000 (beş min) manat ödəyəcəyini öz öhdəsinə götürür, Cavabdeh məxsus torpaq torpaq sahəsinin rəsmiləşdirilməsi məsuliyyəti və xərcləri İddiaçı üzərinə düşür. Məhkəmə proses iştirakçılarını dinləyib, barışıq sazişini və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, barışıq sazişinin şərtləri qanuna zidd deyildir və hər hansı tərəfin hüququnu pozmur və qanuni mənafelərinə qarşı yönəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamaq hüququna malikdirlər. Həmin Məcəllənin 191.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə tərəflərin barışıq sazişini təsdiq etdikdən sonra iş üzrə icraata xitam verməlidir. Barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsində göstərilmişdir ki, barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, tərəflərin təqdim etdikləri barışıq sazişi onların real və həqiqi vəziyyətinə uyğundur. Həmin saziş başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261, 262, 263, 264 və 268, 269-cu maddlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair iddiası üzrə mülki iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin şərtləri aşağıdakı kimi müəyyən edilsin:

1. Cavabdeh adına sərəncamla rəsmiləşdirilmiş Gəncə şəhəri, Sevinc qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsini notarial qaydada etibarnamə verməklə, İddiaçı verəcəyini öhdəsinə götürür.

2. Cavabdeh adına sərəncamla rəsmiləşdirilmiş Gəncə şəhəri, Sevinc qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsinin İddiaçı adına sənədləşdirilməsi üçün tələb olunan xərcin ilkin olaraq saziş imzalandığı andan 1000 (bir min) manatını, may ayının sonunadək isə 3000 (üç min) manat hissəsini verəcəyini öz öhdəsinə götürür.

3. Cavabdeh 1000 (bir min) manatı ödədikdən sonra İddiaçı onunla mülkiyyətində olan Gəncə şəhəri, Sevinc qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsini notarial qaydada alqı-satqı müqaviləsi bağlayacağını öz öhdəsinə götürür.

4. İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Sevinc qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsinin notarial qaydada alqı-satqı müqaviləsinin bağlanması zamanı bütün xərcləri Cavabdeh öz öhdəsinə götürür.

5. Bu sazişin 2-ci bəndində göstərilən şərtlərdən biri, yəni may ayının sonunadək ödənilməli olan 3000 (üç min) manat vəsait Cavabdeh tərəfindən vaxtında ödənilməzsə, belə olan halda, cavabdeh 5000 (beş min) manat ödəyəcəyini öz öhdəsinə götürür.

6. Cavabdeh məxsus torpaq torpaq sahəsinin rəsmiləşdirilməsi məsuliyyəti və xərcləri İddiaçı üzərinə düşür. Barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi tarixdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar