Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2162/2025 22.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil1, Cavabdeh, üçüncü şəxs X14 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X23) pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 37000 (otuz yeddi min) manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh mərhum X9nun dostu olmuşdur. Atası ilə cavabdehin borc münasibətləri olmuşdur. Belə ki, atası vəfat etməmişdən öncə atasına cavabdehin 37000 (otuz yeddi min) manat borcu olmuşdur. X9 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Atasının birinci növbə vərəsəsi olaraq Gəncə şəhəri 6 saylı notariat ofisinin verdiyi qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında ondan miras qalmış Gəncə şəhəri, Kəpəz rayonu, İsgəndər Orucov küçəsi, ev 26 və “Hyundai Sonata” markalı, ** CL *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə mülkiyyət hüququ qeydə alınmışdır. Cavabdehin iddiaçının atasına pul borcunun olması miras qoyanın əmlak hüquqlarına aiddir. Ona görə də, məhkəmə müdafiəsi hüququndan istifadə edərək, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə gedişində X23 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə etdi ki, atası ölməmişdən qabaq Bakıda yerləşən evini satmış, müəyyən işlər görmüş, qalıq pulu isə cavabdehə vermişdir. Həmin pul barəsində atası 2023-cü ildə ona məlumat vermişdir, cavabdehə pul verməsi barədə bibisinə, yəni üçüncü şəxsə də demişdir. Atası səsyazmasında pulun onun yas mərasiminə xərclənməsi üçün bacısına verilməsini bildirmişdir. Həmin səsyazısı göndərilərkən mərhum atasının yanında olmuşdur, atasının bunu ona yox, bibisinə tapşırmasının səbəbi bibisinin ondan böyük olması idi. Sözügedən səsyazmada pulun məbləği göstərilmir, həmçinin pulun bibisigilə məxsus olması da bildirilmir. Həmin pul üçüncü şəxsin deyil, atasının öz pulu olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmununda göstərilənləri müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin bildirdi ki, əvvəlki məhkəmə iclaslarında cavabdeh iddia tələbini qəbul edərək iddiaçının mərhum atasına borcu olduğunu etiraf etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh yazılı ərizə təqdim etməklə ərizəsinin məzmununa uyğun çıxış etdi və iddia tələbini qəbul etdiyini bildirərək qeyd etdi ki, iddiaçının mərhum X9 ilə yaxın dost olmuşlar, həmçinin maşın alqı-satqısı ilə məşğul olmuşlar. İddiaçının atasına 37000 manat məbləğində borcu vardır və onu qaytarmaq istəyir. Lakin iddiaçının mərhum atasının bacısı, yəni üçüncü şəxs də təhdidlə həmin pulu ondan istəyir. Belə ki, iddiaçının mərhum atası ölümündən 1 həftə - 10 gün əvvəl onun telefonuna səsyazısı göndərərək ona nəsə olsa, pulu bacısına, yəni üçüncü şəxsə verməsini bildirmişdir. Sözügedən pulu ona 2022-ci ildə üçüncü şəxsin oğlu, hazırda şahid olan Şahid vermişdir. İddiaçının atası ölməmişdən 6 ay qabaq onun xəstə olduğunu bilmişdir. Həmin pul ona Rövşən və iddiaçının mərhum atası tərəfindən verilmişdir. Hazırda pulun kimə verilməsi ilə bağlı iddiaçı və üçüncü şəxs arasında qalmışdır. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, sözügedən pul üçüncü şəxsin olmuşdur, cavabdehə də pulu 3-cü şəxsin oğlu, yəni Rövşən vermişdir. Cavabdeh həm Rövşənlə, həm də iddiaçının mərhum atası ilə dost münasibətində olmuşdur. İddiaçının atası ölməmişdən 1 həftə - 10 gün qabaq cavabdehə səsyazısı göndərərək ona nəsə olarsa, həmin pulun üçüncü şəxsə verilməsini bildirmişdir. Şahid qismində dindirilmiş Şahid ifadəsində bildirdi ki, iddiaçı dayısıoğlu, 3-cü şəxs anası, cavabdeh isə dostudur. İddiaçının mərhum atası, yəni dayısı ailələrindən uzaqlaşaraq 2000-ci ildə Gəncə şəhərindən Bakı şəhərinə onun evində qalmağa gəlmişdir. 2022-ci ildə mərhum dayısı ilə hərəsi 40000 manat şərikli pul qoyaraq Bakı şəhəri, Xətai rayonu, Babək prospektində çilingər işləyən cavabdehlə birlikdə maşın alqısatqısı ilə məşğul olmuşlar. Cavabdehi 2006-cı ildən bəri tanıyır, 2008-ci ildən Dubaydan maşın gətirib cavabdehlə şərikli formada satmışlar. Cavabdehdə dayısı və onun təxminən 80000 manatadək pulu olmuşdur. Lakin mərhum dayısı şərikli formada qoyduğu 40000 manat məbləğində pulu cavabdehdən hissə-hissə alaraq öz xəstəliyinə xərcləmişdir. Belə ki, 2023-cü ilin avqust ayında dayısı xəstələnmiş, yəni dayısı öskürdüyü üçün onu xəstəxanaya aparmış, dayısının onkoloji xəstə olması müəyyən olunmuşdur. Dayısına 1 il müddətində Bakı şəhərində özü baxmışdır. Bundan sonra isə dayısı Gəncə şəhərinə gedərək bacısı X14 yanında qalmışdır. Mərhum dayısı həmin pulu Gəncə şəhərində onun anasından, yəni 3-cü şəxs X10 götürmüşdür. Mərhum dayısının səsyazmasını eşitmişdir, həmin səsyazmada dayısı həmin pulun bacısına, yəni onun anasına verilməsini demişdir. Məhkəmə, iddiaçını, onun vəkilini, cavabdehi, üçüncü şəxsin nümayəndəsi və vəkilini, eləcə də şahid ifadəsini dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş notariat işindən görünür ki, Gəncə şəhər 6 saylı notariat ofisi tərəfindən reyestrdə 2V-26 nömrə ilə qeydə alınmış xx.xx.2025-ci il tarixli, V- 102/2024 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2024-cü il tarixdə vəfat etmiş X16 vərəsəsi – oğlu İddiaçı miras əmlakdan – ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 44,3 kv.m, köməkçi sahəsi 48 kv.m, 18,3 kv.m olan qeyri-yaşayış sahəsi olan fərdi yaşayış evindən və fərdi yaşayış evinin yerləşdiyi istifadədə olan 0,01698 ha torpaq sahəsindən - miras əmlakdan tam hissədə irs almalıdır. Gəncə şəhər 6 saylı notariat ofisi tərəfindən reyestrdə 2V-27 nömrə ilə qeydə alınmış xx.xx.2025-ci il tarixli, V-102/2024 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2024-cü il tarixdə vəfat etmiş X16 vərəsəsi – oğlu İddiaçı miras əmlakdan – Gəncə RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AC743540 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi KMHET41D69A550988, mühərrikin nömrəsi G4KE8853115 və buraxılış ili 2008-ci il olan “Hyundai Sonata” minik markalı, 20CL444 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən miras əmlakdan tam hissədə irs almalıdır. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 438974 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X25 xx.xx.2024-cü il tarixdə Gəncə şəhərində “baş bronxların bədxassəli yenitörəməsi” səbəbindən ölmüşdür. Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05/09İS/072547-24 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X20 (xx.xx.1964) (öldüyü tarix xx.xx.2024) dair bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ailə tərkibinə dair məlumatlara əsasən X12 (xx.xx.1930) (xx.xx.1999-cu ildə vəfat edib), anası X17 (xx.xx.1930) (xx.xx.2018-ci ildə vəfat edib) və oğlu İddiaçı müəyyən edilmişdir. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, mərhum X25 xx.xx.2024-cü il tarixdə ölmüşdür və Gəncə şəhəri, M.S.ünvan 2 ünvanında yaşamışdır. Mərhumun aşağıda adları qeyd olunan ailə üzvləri olmuşdur – 1. Ata - X30 (xx.xx.1999-cu ildə vəfat edib), ana - X17 (xx.xx.2018-ci ildə vəfat edib) və oğlu İddiaçı (xx.xx.1990-cı il təvəllüdlü). Gəncə şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş 3-16-5/8-70-H-2784/2024 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X25 xx.xx.1964-cü ildə Göygöl rayonu, Balçılı kəndində anadan olmuşdur, bu barədə xx.xx.1964-cü ildə Göygöl rayon Balıçılı kənd icra nümayəndəliyində 75 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X12, anası X17, valideynlərin milliyyəti azərbaycanlıdır. xx.xx.2024-cü ildə vəfat etmiş X16 ölümü xx.xx.2024-cü il tarixdə 564 saylı aktla 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsində dövlət qeydiyyata alınmışdır. Gəncə şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş 3-16-5/8-70-H-2776/2024 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X30 xx.xx.1999-cu ildə Göygöl rayonu, Balçılı kəndində ürək çatmamazlığı səbəbindən ölmüşdür, ölüm haqqında xx.xx.1999-cu ildə 28 nömrəli akt qeydi tərtib olunmuşdur, ölümün qeydə alındığı yer Göygöl rayon Balçılı kənd icra nümayəndəliyidir. Gəncə şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş 3-16-5/8-70-H-2777/2024 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X17 xx.xx.2018-ci ildə Göygöl rayonu, Balçılı kəndində ürəyin aterosklerotik xəstəliyi səbəbindən ölmüşdür, ölüm haqqında xx.xx.2018-ci ildə 18 nömrəli akt qeydi tərtib olunmuşdur, ölümün qeydə alındığı yer Göygöl rayon Balçılı kənd icra nümayəndəliyidir. Gəncə şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş 05/09İS/073017-24 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X20 (xx.xx.1964) (öldüyü tarix xx.xx.2024) dair bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar olunmamışdır. X2 Zərqələm Telman qızı ilə xx.xx.1988-ci ildə Nizami rayon qeydiyyat şöbəsində (Gəncə) 392 nömrəli akt qeydi ilə nikah bağlamış, nikah Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi (nikahın pozulması dövlət qeydiyyatına alınmışdır: xx.xx.2006-cı ildə Nizami rayon qeydiyyat şöbəsi (Gəncə), 33 nömrəli akt qeydi) ilə pozulmuşdur. X3 İradə Davud qızı ilə xx.xx.2008-ci ildə Kəpəz rayon qeydiyyat şöbəsində (Gəncə) 902 nömrəli akt qeydi ilə nikah bağlamış, nikah Gəncə Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi (nikahın pozulması dövlət qeydiyyatına alınmışdır: xx.xx.2021-ci ildə Nizami rayon qeydiyyat şöbəsi (Gəncə), 10 nömrəli akt qeydi) ilə pozulmuşdur. Q.Hüseynov subaydır və onun nikah bağlamasına maneə olan hallar mövcud deyil. Gəncə şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş 3-16-5/8-70-H-2758/2024 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X25 və X4 nikahının pozulması Gəncə Şəhər Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi əsasında xx.xx.2006-cı ildə 33 nömrəli akt qeydi ilə Gəncə şəhər qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. Nikah pozulduqdan sonra ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən **********60-10301 reyestr nömrəli, qeydiyyat tarixli xx.xx.2025-ci il olan, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanda bələdiyyə mülkiyyəti istifadədə olan 0,016980 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 110,60 kv.metr olan fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətində olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivinin xx.xx.2025-ci il tarixli, 3-16-5/2-23552/2025 nömrəli məhkəmə sorğusuna cavab məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən valideynləri X30 (xx.xx.1999-cu ildə vəfat etmişdir) ilə X17 (xx.xx.2018-ci ildə vəfat etmişdir) olan xx.xx.1960-cı il təvəllüdlü Nüşabə Hüseynovanın, xx.xx.1961-ci il təvəllüdlü Həsən Hüseynovun və xx.xx.1964-cü il təvəllüdlü Qalib Hüseynovun (xx.xx.2024-cü ildə vəfat etmişdir) doğumunun Göygöl rayonunun Balçılı icra nümayəndəliyində qeydə alındığı məlum olmuşdur. Qalib Hüseynov ilə Hüseynova (Əliyeva) Zərqələm Telman qızının xx.xx.1988-ci ildə Gəncə şəhər qeydiyyat şöbəsində rəsmiləşdirilmiş nikahının pozulması xx.xx.2006-cı ildə həmin şöbədə qeydə alınmışdır. Bu nikahdan onların xx.xx.1989-cu il təvəllüdlü Pərvin Hüseynova və xx.xx.1990-cı il təvəllüdlü İddiaçı adlı övladları doğulmuşdur. Qalib Hüseynovun növbəti nikahı X31 ilə xx.xx.2008-ci ildə Gəncə şəhər qeydiyyat şöbəsində rəsmiləşdirilmiş və bu nikahın pozulması xx.xx.2021-ci ildə həmin şöbədə qeydə alınmışdır. Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 3-16-5/8-13-975/2025 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X25 barəsində xx.xx.2025-ci ilədək yoxlama aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir:
1. X19,
2. X5,
3. X1 - xx.xx.1963 (xx.xx.2006-cı ildə nikah pozulub),
4. X13 - xx.xx.1956 (xx.xx.2021-ci ildə nikah pozulub),
5. X6 – xx.xx.1989,
6. Uşaq İddiaçı – xx.xx.1990,
7. X7 – xx.xx.1960,
8. X8 – xx.xx.1961. Məhkəmə hesab edir ki, mübahisəyə iki aspektdən hüquqi qiymət verilməlidir: birinci, iddiaçının bu tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmaması, ikincisi cavabdehdən pulun tutulmalı olmasına əsas olan halların mövcud olub-olmaması. Birinci aspektlə bağlı məhkəmə qeyd edir ki, işin mübahisəsiz halıdır ki, X25 xx.xx.2024-cü il tarixdə Gəncə şəhərində “baş bronxların bədxassəli yenitörəməsi” səbəbindən ölmüşdür. İddiaçı, mərhum X16 oğludur. Azərbayсan Respublikası Mülki Məсəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Şərh edilənlərdən də göründüyü kimi, iddiaçı atası, X16 birinci növbəli vərəsəsidir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən aydın olur ki, iddiaçı atasından miras qalmış başqa miras əmlakı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında qəbul etmişdir və bu hal işin mübahisəsiz halıdır. Qeyd edilən maddi hüquq normalarının mənasına və işin hallarına əsasən məhkəmə hesab edir ki, iddiaçı, X16 vərəsəsi kimi və maraqlarına toxunduğuna görə hazırkı pul tələbi barədə iddianı irəli sürmək üçün subyektiv hüquqa malikdir. MPM-in 4.1-ci maddəsində də müəyyən edilmişdir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bundan başqa, məhkəmə qeyd edir ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. Mübahisənin ikinci aspekti ilə bağlı, yəni cavabdehdən tələb edilən pul məsələsinə münasibətdə məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1159.1.1, 739, 1091, 1092-ci maddələri təşkil edir. Məhkəmə ilk öncə qeyd edir ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Eyni zamanda, MPM-in 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının mərhum atası ilə cavabdeh arasında 2022-ci ildə şifahi borc müqaviləsi bağlanmış, cavabdehin iddiaçının atasına 37000 manat borcu qalmışdır. Cavabdeh bu faktı yazılı ərizə təqdim edərək etiraf edir. İşin mübahisəsiz halları ilə həm də müəyyən edilir ki, mərhum X25 ölümündən əvvəl cavabdehə səs yazısı göndərərək onda olan pul məbləğinin bacısına, hazırkı iş üzrə üçüncü şəxsə verilməsini xahiş etmişdir. Cavabdeh məhz bu səs yazısına görə mərhum X20 borclu olduğu həmin məbləği onun oğluna, yoxsa bacısına verməsində tərəddüddə qalmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs həmin pul məbləğinin iddiaçının atasına deyil, ona məxsus olduğunu bildirsə də bununla bağlı hər hansı mötəbər sübutunu məhkəməyə təqdim edə bilməmişdir. 3-cü şəxsin təqdim etdiyi şahid də ziddiyyətli ifadə vermiş, cavabdehdə olan məbləğin gah anasına, gah da özünə məxsus olduğunu bildirmiş, bundan başqa əvvəlcə dayısı X16 cavabdehə 40000 manat verdiyini, sonra həmin məbləği dayısının özünün müalicəsi üçün geri aldığını qeyd etmişdir. Halbuki, şahid özü ifadəsində bildirir ki, dayısı ilə birgə cavabdehə iş görmək məqsədilə ümumilikdə 80000 manat pul vermişlər. Məhkəmə şahidin ifadəsinə tənqidi yanaşır həm də ona görə ki, cavabdeh sözügedən məbləğin şahidə və ya üçüncü şəxsə aid olmasını inkar edir və həmin pul məbləğinin iddiaçıya aid olduğunu təsdiq edir. Göründüyü kimi, sözügedən 37000 manat iddiaçının atası, mərhum X20 məxsus olmuşdur və iddiaçı, mərhum X16 birinci növbədə, 3-cü şəxs X23 isə sonuncunun ikinci növbədə vərəsəsidir. Həmçinin, mərhum X25 bu barədə hər hansı vəsiyyətnamə tərtib etməmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilən müddəalarda öhdəliyin yaranması əsasları və ümumi şəkildə dairəsi müəyyən edilmişdir. Adı çəkilən müddəaların məzmunundan göründüyü kimi, öhdəliyin yaranması üçün ilk növbədə onun iştirakçıları (tərəfləri) arasında hüquq münasibətləri yaranmalı və bu münasibətlər qanunla müəyyən edilmiş qeyd edilən əsaslara söykənməlidir. Yaranma formasına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər (deliktlər) və qanundan əmələ gələn öhdəliklərə (özgə işlərini tapşırıqsız aparma və əsassız varlanma) bölünür Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçının atası, mərhum X15 2022-ci il tarixdə şifahi borc müqaviləsi əsasında borc kimi aldığı pulu ona qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh pul vəsaitlərini iddiaçının atası, mərhum X20 ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Bundan başqa, Mülki Məcəllənin 740.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 329.1-ci maddəsinə görə əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Mülki Məcəllənin 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qanunvericilinin qeyd olunan normalarının tələbindən göründüyü kimi qanunla müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır və borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa, yazılı formada bağlanmalıdır. Hazırki halda isə tərəflər arasında 37000 məbləğində pulun borc verilməsi barədə, predmetinin məbləği 3.000 manatdan çox olan borc müqaviləsi bağlansa da, həmin müqavilə qanunla müəyyən olunmuş qaydada yazılı formada bağlanmamışdır. Buna görə də tərəflər arasında bağlanmış predmetinin məbləği 3.000 manatdan çox olan həmin borc müqaviləsi etibarsızdır və cavabdeh həmin əqd üzrə də aldıqlarını mərhum X16 birinci növbədə vərəsəsi olan iddiaçıya qaytarmalıdır. Belə ki, Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd edilən xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdeh heç bir əsas olmadan iddiaçının atası, mərhum X16 hesabına 37000 manat məbləği üzrə əsassız varlandığından və həmin pulu qaytarmadığından iddia tələbi təmin edilərək cavabdehdən mərhum X16 birinci növbədə vərəsəsi iddiaçının xeyrinə 37000 manat məbləğində pul vəsaiti tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 201 manat dövlət rüsumundan ibarətdir. İddia təmin olunduğundan, MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi:
İddia təmin edilsin. Cavabdeh 37000 (otuz yeddi min) manat məbləğində pul vəsaiti və məhkəmə xərcinə görə 201 (iki yüz bir) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Fərhadov