Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2270/2025 03.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı Açıq Səhmdar Cəmiyyəti "Xalq" Bankının Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankı, Cavabdeh 369,62 manat məbləğində pul vəsaiti və iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilərək işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması barədə qərardad qəbul edilmişdir. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş hazırki iddia ərizəsi üzrə cavabdehlərə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilməklə prosessual hüquq və vəzifələrinin izahı barədə məhkəmə bildirişləri göndərilmişdir. İş üzrə zərurət yarandığından, Gəncə Şəhər Məhkəməsinin e-2(125)-2270/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İşin faktiki hallarına görə, iddiaçı ASC “Xalq” Bankı ilə “X1 Ltd” MMC arasında xx.xx.2022-ci il tarixli, SD-1000120 nömrəli “təşkilatın işçiləri üçün ASC «Xalq» Bankının beynəlxalq plastik kartlarının buraxılması və onlara xidmət göstərilməsi qaydası haqqında” müqaviləsi bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən bank, təşkilatın işçiləri üçün Azərbaycan manatında kart hesabları açır, kart saxlayıcıları üçün əmək haqqı kartlarını buraxır və kartlar üzrə kart saxlayıcılarının hesablaşma əməliyyatlarına xidmət göstərilməsini təmin edir. Müqavilənin 2.2-ci bəndinə əsasən bank təşkilatın tapşırıqları ilə təşkilatın işçilərinin kart hesablarına pul vəsaitini (əmək haqqını, mükafatları, maddi yardımı və s.) köçürür, təşkilat isə ödəniş sənədlərinin lazımi qaydada rəsmiləşdirilməsini həyata keçirir. Müqaviləyə uyğun olaraq təşkilatın işçisi olan cavabdehin plastik kartın sifariş olunması barədə ərizəsi əsasında ona müvafiq kart hesabı (AZ96HAJCFPRAZN**********1001) açılmışdır. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, müqavilənin şərtinə uyğun olaraq təşkilatın xx.xx.2023-cü il tarixli 95 nömrəli ödəniş tapşırığı əsasında xx.xx.2023-cü il tarixində Bank tərəfindən 369,73 manat məbləğində pul vəsaiti cavabdehin kart hesabına köçürülmüş və bununla da cavabdehin kart hesabındakı qalıq vəsaiti (39,65 manat) də nəzərə alınmaqla həmin hesabdakı vəsaitlərin ümumi məbləği 409,38 manat təşkil etmişdir. Bundan sonra kart hesabından çıxarış məlumatlarından da göründüyü kimi cavabdeh tərəfindən hesab üzrə mövcud balansdan artıq məbləğdə - xx.xx.2023-cü il tarixdə 779 (79+700) manat məbləğində məxaric əməliyyatları aparılmış, bu səbəbdən texniki overdraft (Kart saxlayıcısına overdraftın təqdim edilməsi barədə tərəflər arasında razılaşma olmadığı halda, Kart hesabının qalığından artıq məbləğdə əməliyyatın aparılması) halı baş vermiş və nəticədə cavabdeh iddiaçının 369,62 manat məbləğində vəsaiti hesabına əsassız olaraq varlanmışdır. Nəticədə, cavabdehin iddiaçı qarşısında 369,62 manat məbləğində pul öhdəliyi yaranmışdır ki, həmin öhdəliyin icra edilməsi ilə əlaqədar olaraq isə cavabdeh ilə bir neçə dəfə əlaqə saxlanılmasına və ona pul vəsaitinin qaytarılmasına dair xx.xx.2024-cü il tarixli, BŞ-XO-24.6.2024-007 nömrəli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən öhdəliyin icra edilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi, onun məzmununa uyğun izahat verməklə iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də, cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığından bildirişin verilməsi mümkün olmamışdır. Məhkəmə cavabdehin telefon nömrəsinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə SMS bildiriş və onun sonuncu yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına cavabdehə təqdim etməsi üçün bildiriş göndərmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllsinin (MPM) 147 və 185.5-ci maddələrinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 954.1-ci maddəsinə əsasən bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. İş materiallarında olan təşkilatın işçiləri üçün ASC «Xalq» Bankının beynəlxalq plastik kartlarının buraxılması üçün işçilərin siyahısı ilə müəyyən olunur ki, cavabdeh təftiş üzrə mütəxəssis vəzifəsində işləməklə “X1 Ltd” MMC adlı təşkilatın işçisidir. İş materiallarında olan iddiaçı ASC-nin cavabdehə göndərdiyi BŞ-XO-24.6.2024- 007 nömrəli, xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan (məktubun cavabdehə çatdırılması barədə xx.xx.2024-cü il tarixli poçt göndərişinin surəti iş materiallarına əlavə edilməklə) görünür ki, cavabdehdən texniki overdraft üzrə yaranmış 369,62 manat borc məbləğinin ən geci 3 (üç) iş günü müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə, bank tərəfindən qanunvericiliyə uyğun olaraq borcun məhkəmə qaydasında ödənilməsinin təmin istiqamətində zəruri tədbirlər həyata keçiriləcəyi bildirilmişdir. İş materiallarında olan “X1 Ltd” MMC-nin 95 nömrəli, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, həmin ödəniş tapşırığı üzrə cavabdehin hesabına “son haqqhesab əlavə” təyinatı ilə 369,73 manat məbləğində pul köçürülməlidir. İş materiallarında olan cavabdehin ASC “Xalq” Bankında olan AZ96HAJCFPRAZN**********1001 nömrəli hesabından çıxarışdan görünür ki, hesabın giriş qalığı 0 manat olmuş, yekun dövriyyə üzrə debet məbləği 779 manat, kredit məbləği isə 369,73 manat olmuşdur. Yekunda hesabın çıxış qalığı -369,62 manat olmuşdur (369,73-779). Hesabdan çıxarışdan da göründüyü kimi, cavabdehin hesabına ödəniş tapşırığından kənar məbləğlər köçürülmüş, onların bir qismi müştərinin hesabında olan pul vəsaiti hesabına geri qaytarılmış olsa da, texniki overdraft səbəbindən 369,62 manat məbləğində vəsait əlavə istifadə olunmuşdur. Məhkəmə qeyd edir ki, Texniki Overdraft dedikdə, texniki səhv nəticəsində ödənilmiş (köçürülmüş), qalıq və ya borc qismində pul vəsaiti başa düşülür. İşin hallarından göründüyü kimi, iddiaçı cavabdehin işəgötürəni ilə bağladığı müqavilə üzrə öhdəliyini yerinə yetirərək cavabdehə bank hesabı açmışdır, habelə müqavilə üzrə digər öhdəliklərini yerinə yetirmişdir. Lakin cavabdeh, hesabına iddia ərizəsində göstərilən məbləğdə pul vəsaitini qoymadan, əslində isə iddiaçıya məxsus olan pul vəsaitini hesabdan məxaric edərək iddiaçıya maddi ziyan vurmuşdur. İşin bu halı iş materiallarında olan cavabdeh tərəfindən pul vəsaitlərinin çıxarılması əməliyyatlarını əks etdirən hesabdan çıxarışda öz əksini tapmışdır. Hesabdan çıxarışda əks olunmuş məlumatlardan da görünür ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində ümumilikdə 779 manat pul vəsaiti çıxarılmışdır. Halbuki, həmin vaxtı sözügedən məbləğin yalnız 409,38 manat hissəsi cavabdehə məxsus olmuş, 369,62 manat hissəsi bankın pul vəsaiti olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1091.2-ci maddəsi təşkil edir. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Qeyd edilən xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdeh heç bir əsas olmadan və özünə məxsus olmayan pul vəsaitlərini kart hesabından çıxarmaqla iddiaçının hesabına əsassız varlanmaqla iddiaçıya ziyan vurmuşdur. Ona görə də, iddia təmin edilməli, idiaçının hesabına əldə etdiyi 369,62 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə bu qənaətə gələrkən həm də, iddiaçının təqdim etdiyi sübutların tələb edilən məbləğin düzgün hesablandığını təsdiq etdiyini və cavabdehin məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etmədiyini nəzərə alır. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia əsaslı olduğundan, məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 369,62 manat və ödənilmiş dövlət rüsumunun əvəzinə görə 30 manat olmaqla, cəmi 399,62 (üç yüz doxsan doqquz manat altmış iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Açıq Səhmdar Cəmiyyəti "Xalq" Bankının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-2270/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2270/2025
03.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver