Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-228/2024 08.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Əli oğlunun sədrliyi Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 və nümayəndəsi, vəkil Nümayəndə2 Fərhad oğlunun, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29000 manat pulun cavabdehdən alınaraq ona ödənilməi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçının vəsatəti əsasında Cavabdeh2 və Cavabdeh3 cavabdeh qismində işə cəlb edilmişdir. Həmçinin məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 Fərhad oğlu iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, Cavabdeh2 ilə Cavabdeh3 arasında xx.xx.2023-cü il tarixdə “KİA Sorento” markalı avtomaşına dair bağlanmış alqısatqı müqaviləsi etibarsız hesab edilərək avtomobilin İddiaçı qaytarılması və alqı-satqı müqaviləsi əsasında aparılmış qeydin ləğv edilməsi, hüquqi yardıma görə 521 manat və 174 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan "Kia Sorento" markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobili atasının tanışı Cavabdeh1 adlı şəxs aldadaraq öz tanışı Cavabdeh2 adına etibarnamə alaraq daha sonra avtomobili satmışlar. Belə ki, Cavabdeh1 atası ilə avtomobilin qiymətini 29000 manata razılaşaraq pulun bir qismini versə də, daha sonra böyük bir hissəsini geri alaraq qaytaracağını söz vermiş, lakin qaytarmamışdır. Sonradan başa düşmüşlər ki, onların etibarından sui istifadə edərək onları aldatmışdır. Rzayev X10 Əlvan Bakir oğlu ilə əlbir olaraq onun mülkiyyətində olan "Kia Sorento" markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobili atasının etibarından sui istifadə edərək ələ keçirtmiş və daha sonra başqa bir şəxsə satmaqla özgəninkiləşdirmişdilər. Beləliklə Rzayev X10 Əlvan Bakir oğlu ilə əlbir olaraq onun mülkiyyətində olan "Kia Sorento" markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobili atasının etibarından sui istifadə edərək ələ keçirməklə ona zərər vurmuşdur. Qeyd olunanlarla əlaqədar iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş olunmuşdur. Məhkəmə hazırlıq iclasında X9 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ərizə təqdim edərək müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə qoşulmuşdur. X9 iddia ərizəsini onunla əsaslandırmışdır ki, icraatında X4 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı Cavabdeh2 ilə Cavabdeh3 arasında xx.xx.2023-cü il tarixdə avtomobilin Cavabdeh3 adına rəsmiləşdirilməsinə dair müqaviləni ləğv edib avtomobili İddiaçı qaytarılması barədə mülki iş mövcuddur. Birgə nikah dövründə əldə olunmuş və yoldaşı X3 adına rəsmiləşdirilmiş "Kia Sorento" markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobili qaynatasının tanışı Cavabdeh1 adlı şəxs aldadaraq öz tanışı Cavabdeh2 adına etibarnamə alaraq daha sonra avtomobili satmışlar. Etibardan sui istifadə edərək mülkiyyətçini aldadıb. Rzayev X10 Əlvan Bakir oğlu ilə əlbir olaraq yoldaşının mülkiyyətində olan "Kia Sorento" markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobili qaynatasının etibarından sui istifadə edərək ələ keçirtmişlər və daha sonra başqa bir şəxsin adına özgəninkiləşdirmişdilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə, onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də, xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 6-cı bəndinə əsasən notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün kömək göstərməlidir, hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir. Ona əmlakın girov qoyulması haqda məlumat verilsəydi heç vaxt razı olmazdı. Bundan başqa, Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 49-cu maddəsinə əsasən ümumi mülkiyyətdə oları amlakın satılması və ya dəyişdirilməsi barədə müqavilələr təsdiq edilərkən hər bir mülkiyyətçinin razılığı tələb edilir. Əmlakın satılmasına və ya dəyişdirilməsinə dair razılıq haqqında ərizə yazılı olmalıdır və bu ərizədəki imzanın həqiqiliyi notarius, notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri və Azərbaycan Respublikası konsulluqlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən təsdiq etməlidir. Əmlaka sərəncam verilməsinə dair müqavilələrin rəsmiləşdirilməsi üçün tələb olunan razılıq ərizələrində özgəninkiləşdirilən konkret əmlaka dair məlumatlar (daşınmaz əmakın ünvanı, nəqliyyat vasitəsinə münasibətdə markası, nömrəsi, əmlakın məxsus oduğu şəxsin soyadı, adı, atasının adı və s.), eləcə də həmin əmlakın satılması, bağışlanılması, dəyişdirilməsi, yaxud ipoteka qoyulması göstərilməlidir. Ə.Ə İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşər üzrə kollegiyasının 11 iyul 2008-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarxli Qərarında göstərilmişdir ki, hər hansı əqdin (o cümlədən ipoteka müqaviləsinin) etbarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1 -ci maddəsinə əsasən, həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Üçüncü şəxs qismində iştirak etmədiyi təqdirdə məhkəmə tərəfindən qanunsuz qərar qəbul edilməsinə gətirib çıxara bilər. Odur ki, e-2(125)-6293/2023 saylı mülki iş üzrə İddiaçı X3 Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı Cavabdeh2 ilə Cavabdeh3 arasında xx.xx.2023-cü il tarixdə avtomobilin Cavabdeh3 adına rəsmiləşdirilməsinə dair müqaviləni ləğv edib avtomobil ilkin vəziyyətə yəni İddiaçı qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X9 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, İddiaçı Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı Cavabdeh2 ilə Cavabdeh3 arasında xx.xx.2023-cü il tarixdə avtomobilin Cavabdeh3 adına rəsmiləşdirilməsinə dair müqaviləni etibarsız hesab edib, avtomobilin ilkin vəziyyətə yəni İddiaçı qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X9 məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi, vəkil Nümayəndə2 Fərhad oğlu iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək və iddia ərizəsinə etiraz təqdim edərək verdiyi izahatında göstərmişdir ki, o, Gəncə şəhərində maşın alveri ilə məşğul olan Cavabdeh1 adlı şəxsdən bu ilin avqust ayının əvvəllərində “Kia Sorento” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobili 26.500 manat ödəməklə almışdır. Cavabdeh1 bildirmişdir ki, il ərzində iki dəfədən çox Koreyadan adına maşın gətirmək mümkün olmadığından qohumunun adına rəşmiləşdirmişdir. Bu ilin avqust ayının 17-də İlkin ona zəng vuraraq bildirmişdir ki, “Kia Sorento” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilə onun adına baş etibarnamə yazdırmış, Bakı-Gəncə avtobusuna vermişdir götürsün. O, etibarnaməni əldə etdikdən sonra bu ilin sentyabr ayının 07-də öz atasının adına rəsmiləşdirmişdir. O, İddiaçı heç bir vaxt görməmişdir və heç bir alış-verişi olmamışdır. Cavabdeh1 tərəfindən aldanılmalarını isə maşınının üzərinə həbs qoyularkən bilmişdir. O, vicdanlı alıcıdır, avtomobilin dəyərini tam ödəyib maşın almışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-ci maddəsinin 1-ci bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya və Protokollar (X13 Konvensiyası (1950) Avropa Şurasının üzvü olan ölkələr üçün əsas normativ hüquqi aktlardan biridir. Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən manesiz istifadə hüququna maklikdir. Heç kəs öz mülkiyyətindən mərhum edilə bilməz. Belə ki, Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin tələbləri iddiaçı tərəfindən poşulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qaqnunlu qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən mərhüm edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 maddəsinə görə, mülkiyyət hüququ subyektin ona məxsus əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.8-ci maddəsində nəzərdə tutulmuşdur ki, mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibamaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur. O, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Yuxarıda qeyd etdiklərini və dövlətin ən ali varlığı insanlar, onun təməli ədalətdir prinsipini ön plana çəkərək “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanını və qanun normalarını rəhbər tutaraq qanunvericilikdə nəzərdə tutulmuş müddətdə etiraz etmək prosessual hüququndan istifadə edirlər. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 154.1 maddəsinə görə, işdə iştirak edən şəxs iddiaya qarşı etirazını və mülahizəsini onlara əlavə olunmuş sənədlərlə birlikdə, iqtisadi mübahisələr üzrə isə mülahizənin digər tərəfə göndərilməsi barədə sübutları işə baxılana kimi ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim etməyə haqlıdır. Odur ki, iddia ərizəsi əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etməyərək, Cavabdeh2 ilə eyni məzmunlu izahat vermiş və iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh1 və müstəqil tələb irəli sürən üçüncü şəxs X9 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə Cavabdeh1 və müstəqil tələb irəli sürən üçüncü şəxs X5 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia və müstəqil tələbirəli sürən X5 ərizəsi əsaslı olduğundan olduğundan təmin edilməlidir. Belə ki, işdə olan BB424876 saylı nəqliyyat vəsitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2012-ci il istehsal tarixli, 77DF579 qeydiyyat nişanlı avtomobil İddiaçı adına xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. İşdə olan xx.xx.2023-cü il tarixdə reyestrdə 7E-23682 nömrəsi ilə qeydə alınmış etibarnamədən görünür ki, İddiaçı 2012-ci buraxılış ili, Ban nömrəsi KNAKU815BCA343406, mühərrik nömrəsi GH461861 olan, 77DF579 dövlət qeydiyyat nişanlı KİA Sorento minik markalı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qediyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini Cavabdeh2 etibar etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə verilmiş BB424876 saylı nəqliyyat vəsitəsinin qeydiyyat şəhadətnamə əsasında İddiaçı adına qeydə alınmış 2012-ci buraxılış ili, Ban nömrəsi KNAKU815BCA343406, mühərrik nömrəsi GH461861 olan, 77DF579 dövlət qeydiyyat nişanlı KİA Sorento minik markalı avtomobil 15000 manata Cavabdeh3 satılmış, İddiaçı adından müqaviləyə Əliyev imza etmişdir. İşdə olan “Elektron notariat” X1 çıxarışdan görünür ki, 2012-ci buraxılış ili, Ban nömrəsi KNAKU815BCA343406, mühərrik nömrəsi GH461861 olan, 77DF579 dövlət qeydiyyat nişanlı KİA Sorento minik markalı avtomobilə dair İddiaçı Cavabdeh2 verdiyi etibarnaməyə xx.xx.2023-cü il tarixdə saat 10:26:31-də xitam verilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polsi şöbəsinin 3-13-57-5/2-8980/2023 saylı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, KİA Sorento markalı 77DF579 dövlət qeydiyyat nişanlı avtomobil ilk dəfə xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmış, xx.xx.2023-cü il tarixdə isə X6 etibarnamə verilmiş, xx.xx.2023-cü il tarixdə isə Cavabdeh1 etibarnamə verilmiş və xx.xx.2023-cü il tarixdə isə Cavabdeh2 etibarnamə verilmiş, xx.xx.2023-cü il tarixdə Cavabdeh3 adına qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası DİN Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polsi şöbəsinin 3-13-16-3/2-9400/2023 saylı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı məxsus olan, etibarnamə ilə 6 saylı Bakı ASAN xidmət mərkəzində notariat ofisi tərəfindən ünvan 1 ünvanında qeydiyyatda olan vətəndaş Cavabdeh2 verilmiş KİA Sorento markalı 77DF579 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə Cavabdeh3 adına qeydiyyata alınmışdır. Əlavə olaraq bildirilmişdir ki, sözügedən avtomobil xx.xx.2023-cü il tarixdə Cavabdeh3 adına saat 10:09-da qeydiyyata alınmış və avtomobilə dair verilmiş etibarnamənin həmin vaxtda MİS-də ləğv olunmasına dair heç bir məlumat olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, BB424876 saylı nəqliyyat vəsitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən 2012-ci il istehsal tarixli, 77DF579 qeydiyyat nişanlı avtomobil İddiaçı adına xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. xx.xx.2023-cü il tarixdə reyestrdə 7E-23682 nömrəsi ilə qeydə alınmış etibarnamə ilə İddiaçı 2012-ci buraxılış ili, Ban nömrəsi KNAKU815BCA343406, mühərrik nömrəsi GH461861 olan, 77DF579 dövlət qeydiyyat nişanlı KİA Sorento minik markalı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qediyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini Cavabdeh2 etibar etmişdir. xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqısatqı müqaviləsin əsasən xx.xx.2023-cü il tarixdə verilmiş BB424876 saylı nəqliyyat vəsitəsinin qeydiyyat şəhadətnamə əsasında İddiaçı adına qeydə alınmış 2012-ci buraxılış ili, Ban nömrəsi KNAKU815BCA343406, mühərrik nömrəsi GH461861 olan, 77DF579 dövlət qeydiyyat nişanlı KİA Sorento minik markalı avtomobil 15000 manata Cavabdeh3 satılmış, İddiaçı adından müqaviləyə Əliyev imza etmişdir. 2012-ci buraxılış ili, Ban nömrəsi KNAKU815BCA343406, mühərrik nömrəsi GH461861 olan, 77DF579 dövlət qeydiyyat nişanlı KİA Sorento minik markalı avtomobilə dair İddiaçı Cavabdeh2 verdiyi etibarnaməyə xx.xx.2023-cü il tarixdə saat 10:26:31-də xitam verilmişdir. İddiaçı həmin müqavilənin etibarsız olduğunu qeyd edərək hazırkı iddi tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs X2 Vüsalə Həsən qızının adına qeydə alınmış 2012-ci buraxılış ili, Ban nömrəsi KNAKU815BCA343406, mühərrik nömrəsi GH461861 olan, 77DF579 dövlət qeydiyyat nişanlı KİA Sorento minik markalı avtomobilin birgə nikah dövründə əldə edildiyini və avtomobilin özgəninkiləşdirilməsinə onun razılığı olmadığı üçün avtomobilin alqı-satqısına dair xx.xx.2023-cü il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmə, iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, iddia tələbi etibarnamə əsasında həyata keçirilmiş alqı-satqı müqaviləsinin və qeydin etibarsız hesab edilməsi ilə bağlı olduğundan həmin münasibətlərə mülki qanunvericiliyin tapşırıq, alqı-satqı və qeydin ləğvini tənzimləyən normaları tətbiq edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, iddiaçıların dəlillərinə, cavabdehlərin etirazlarına və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, hazırki iddia tələbi ilə bağlı iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüquqlara malik olub–olmaması, yəni iddiaçının mübahisəli avtomobil üzərində mülkiyyət və ya əşya hüququnun mövcudluğu, sahiblik hüququnun pozulması və tələb hüququnun yaranması, qeyd edilən hallar mövcud olduğu halda, cavabdehlərin etirazları nəzərə alınmaqla iddianın hazırki vəziyyətdə əsaslı olub–olmaması, iddiaçılar tərəfindən iddianın müvafiq müddəti ərzində qaldırılması halları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1–ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunvericiliyin qeyd edilən müddəasından görünür ki, məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi ümumi formada müəyyən edilmişdir. Buraya, hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan mülki məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007–ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008–ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyində qeyd edilmişdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub– olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ–hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub–olmaması məhkmə tərəfindən araşdırılmalıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq hesab edir ki, BB424876 saylı nəqliyyat vəsitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən 2012-ci il istehsal tarixli, 77DF579 qeydiyyat nişanlı avtomobil İddiaçı adına xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1–ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2–ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Мəcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 157.8–ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə işin faktiki hallarına və qanunvericiliyin qeyd edilən normalarına əsasən qeyd edir ki, iddiaçının cavabdehlərə qarşı mübahisəli avtomobilə dair nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən xx.xx.2023-cü il tarixdə qeydə alınmış alqı–satqı müqaviləsinə əsasən müvafiq tələb (subyektiv) hüququ mövcud olmuşdur. Belə olan halda isə, yoxlanılmalı olan ikinci məsələ, yuxarıda qeyd edildiyi kimi, cavabdehin etirazları nəzərə alınmaqla iddianın hazırki vəziyyətdə əsaslı olub–olmaması, iddiaçı tərəfindən iddianın müvafiq müddət ərzində qaldırılması məsələləridir. Ona görə də, məhkəmə yoxlanılmalı olan ikinci məsələ ilə bağlı qeyd edir ki, iddianın hazırki vəziyyətdə əsaslı olub–olmamasını müəyyən etmək üçün ilk növbədə iddiaçı tərəfindən mübahisələndirilən, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh3 adına aparılmış qeydin ləğv edilməsi məsələsi təqdim edilmiş sübutlar əsasında araşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə tapşırıq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri ilə bağlı mübahisə əsas olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə öhdəlik hüquq münasibətlərini tənzimləyən əqdlər haqqında ümumi müddəlar müvafiq olaraq tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1–ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2–ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4–cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 152.1–ci maddəsinə əsasən, mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 6.2–ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 325.3–cü maddəsinə əsasən, əqdi bağlamış şəxsin ölümü və ya fəaliyyət qabiliyyətini itirməsi iradə ifadəsindən sonra baş verərsə, iradə ifadəsinin etibarlığına təsir göstərməyə bilər. Həmin Məcəllənin 337.1–ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3–cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb–sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4–cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5–ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Göründüyü kimi qanunverici istinad edilən maddi hüquq normalarında əqdi (müqaviləni) bağlandığı zaman şəxsin öz iradəsini sərbəst ifadə etmək, öz hərəkətlərinin mənasını başa düşmək və ya onlara rəhbərlik edə bilmək imkanına malik olmasını imperativ qaydada müəyyən etmişdir. Həmin şərtlərin və qaydaların pozulması əqdin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən əsassız alгı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə iddianın İddiaçı adından Cavabdeh2 2012-ci buraxılış ili, Ban nömrəsi KNAKU815BCA343406, mühərrik nömrəsi GH461861 olan, 77DF579 dövlət qeydiyyat nişanlı KİA Sorento minik markalı avtomobil 15000 manata Cavabdeh3 satılmasına dair xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı hissəsi ilə əlaqədar qeyd edir ki, iddia həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, iddiaçının mülkiyyətidə olan "Kia Sorento" markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobili atasının tanışı Cavabdeh1 adlı şəxs aldadaraq öz tanışı Cavabdeh2 adına etibarnamə alaraq daha sonra avtomobili satmışlar. Belə ki, Cavabdeh1 atası ilə avtomobilin qiymətini 29000 manata razılaşaraq pulun bir qismini versə də, daha sonra böyük bir hissəsini geri alaraq qaytaracağını söz vermiş, lakin qaytarmamışdır. Sonradan başa düşmüşlər ki, onların etibarından sui istifadə edərək onları aldatmışdır. Rzayev X10 Əlvan Bakir oğlu ilə əlbir olaraq onun mülkiyyətində olan "Kia Sorento" markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobili atasının etibarından sui istifadə edərək ələ keçirtmiş və daha sonra başqa bir şəxsə satmaqla özgəninkiləşdirmişdilər. Məhkəmə iddia ərizəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı qeyd edir ki, BB424876 saylı nəqliyyat vəsitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən 2012-ci il istehsal tarixli, 77DF579 qeydiyyat nişanlı avtomobil İddiaçı adına xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. xx.xx.2023-cü il tarixdə reyestrdə 7E-23682 nömrəsi ilə qeydə alınmış etibarnamə ilə İddiaçı 2012-ci buraxılış ili, Ban nömrəsi KNAKU815BCA343406, mühərrik nömrəsi GH461861 olan, 77DF579 dövlət qeydiyyat nişanlı KİA Sorento minik markalı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qediyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini Cavabdeh2 etibar etmişdir. xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixdə verilmiş BB424876 saylı nəqliyyat vəsitəsinin qeydiyyat şəhadətnamə əsasında İddiaçı adına qeydə alınmış 2012-ci buraxılış ili, Ban nömrəsi KNAKU815BCA343406, mühərrik nömrəsi GH461861 olan, 77DF579 dövlət qeydiyyat nişanlı KİA Sorento minik markalı avtomobil 15000 manata Cavabdeh3 satılmışdır. Məhkəmə iclasında Cavabdeh2 özü də etiraf etmişdir ki, avtomobili Cavabdeh1 adlı şəxsdən 26.500 manat ödəməklə almışdır. Sonradan atasının adına adına sənədləşdirmişdir. İşin halları ilə maəyyən olnur ki, Cavabdeh2 ilə Cavabdeh3 arasında real alqı-satqı müqaviləsi olmamış, yalnız Əliyev X11 İlkin Valeh oğlu adlı şəxsdən 26.500 manata aldığı avtomobili atasının adına formal olaraq 15000 manata satılmasına dair rəsmiləşdirmişdir. Bu hərəkəti ilə vəkalət alan Cavabdeh2 təmsil edilən adından öz mənаfeyi naminə əqd bağlamış, bununla da qanunun tələblərini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. İş materiallarından görünür ki, İddiaçı təmsilçi kimi Cavabdeh2 etibar etmiş və sonuncu isə xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi ilə İddiaçı adından 2012-ci buraxılış ili, Ban nömrəsi KNAKU815BCA343406, mühərrik nömrəsi GH461861 olan, 77DF579 dövlət qeydiyyat nişanlı KİA Sorento minik markalı avtomobili atası Cavabdeh3 adına qeydə aldırmışdır. Məhkəmə müstəqil tələb irəli sürən üçüncü şəxs X5 İddiaçı adına qeydə alınmış 2012-ci buraxılış ili, Ban nömrəsi KNAKU815BCA343406, mühərrik nömrəsi GH461861 olan, 77DF579 dövlət qeydiyyat nişanlı KİA Sorento minik markalı avtomobilin birgə nikah dövründə əldə edildiyini və avtomobilin özgəninkiləşdirilməsinə onun razılığı olmadığı üçün avtomobilin alqı-satqısına dair xx.xx.2023-cü il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsinə dair ərizəsi ilə bağlı qeyd edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, X9 ilə İddiaçı xx.xx.2005-ci il tarixdə nikaha daxil olmuşlar. 77DF579 dövlət qeydiyyat nişanlı KİA Sorento minik markalı avtomobil isə İddiaçı adına xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. Bu baxımdan birgə nikah dövründə əldə edilmiş əmlakla bağlı X5 razılığı tələb olunurdu. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.6-cı maddəsinə əsasən, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması” Qaydalarına əsasən, Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan inzibati orqanların siyahısına uyğun olaraq hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kubsantimetr və daha çox, yaxud konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquların Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərfindən qeydiyyatı tələb olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 650-ci maddəsinə əsasən, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğısatqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Qeyd edilənlərdən görünür ki, 2012-ci buraxılış ili, Ban nömrəsi KNAKU815BCA343406, mühərrik nömrəsi GH461861 olan, 77DF579 dövlət qeydiyyat nişanlı KİA Sorento minik markalı avtomobilə dair İddiaçı adından Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış əqd Cavabdeh2 Mülki Məcəllənin tələblərini pozaraq həm təmsilçi kimi öz mənafeyi üçün əqd bağlaması baxımından, həm də birgə nikah dövründə əldə edilmiş əmlakın ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə baxımından etibarsızdır. Məhkəmə həmçinin iddiaçının 2012-ci buraxılış ili, Ban nömrəsi KNAKU815BCA343406, mühərrik nömrəsi GH461861 olan, 77DF579 dövlət qeydiyyat nişanlı KİA Sorento minik markalı avtomobilin Cavabdeh3 adına mülkiyyət hüququ ilə qeydə alınmasına dair qeydin ləğv edilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia həmin hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Мəcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Odur ki, məhkəmə hesab edir ki, 2012-ci buraxılış ili, Ban nömrəsi KNAKU815BCA343406, mühərrik nömrəsi GH461861 olan, 77DF579 dövlət qeydiyyat nişanlı KİA Sorento minik markalı avtomobilə dair İddiaçı adından Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 149.2-ci və 225.6-cı maddəsinin tələblərinə uyğun olaraq 2012-ci buraxılış ili, Ban nömrəsi KNAKU815BCA343406, mühərrik nömrəsi GH461861 olan, 77DF579 dövlət qeydiyyat nişanlı KİA Sorento minik markalı avtomobilin Cavabdeh3 adına mülkiyyət hüququ ilə qeydə alınmasına dair qeyd ləğv edilməli və 2012-ci buraxılış ili, Ban nömrəsi KNAKU815BCA343406, mühərrik nömrəsi GH461861 olan, 77DF579 dövlət qeydiyyat nişanlı KİA Sorento minik markalı avtomobil cavabdehlər Cavabdeh3 və Cavabdeh2 alınaraq İddiaçı verilməlidir. Məhkəmə iddianın hüquqi yardıma görə ödənilmiş 521 manat xidmət haqqı və ödənilməli olan 100 manat dövlət rüsumu ilə bağlı qeyd edir ki, iddia təmin edildiyindən 521 manat xidmət haqqı və 100 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 2012-ci buraxılış ili, Ban nömrəsi KNAKU815BCA343406, mühərrik nömrəsi GH461861 olan, 77DF579 dövlət qeydiyyat nişanlı KİA Sorento minik markalı avtomobilə dair İddiaçı adından Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi etibarsız hesab edilsin, həmin avtomobilin Cavabdeh3 adına mülkiyyət hüququ ilə qeydə alınmasına dair qeyd ləğv edilsin və 2012-ci buraxılış ili, Ban nömrəsi KNAKU815BCA343406, mühərrik nömrəsi GH461861 olan, 77DF579 dövlət qeydiyyat nişanlı KİA Sorento minik markalı avtomobil cavabdehlər Cavabdeh3 və Cavabdeh2 alınaraq İddiaçı verilsin. Hüquqi yardıma görə ödənilmiş 521 manat xidmət haqqı və ödənilməli olan 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №e-2(125)-228/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-228/2024
08.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver