Məhkəmə qərarları › İş №e-2(125)-233/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-233/2025

08.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-233/2025 08.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh15 və Cavabdeh14 qarşı zəbt edilmiş yarım zirzəmidən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh15 və Cavabdeh14 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin onlar tərəfindən zəbt edilmiş iddiaçılara məxsus yarımzirzəmidən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçıların nümayəndəsi və vəkili sonradan ərizə verərək iddiaçılara məxsus Gəncə şəhəri, Gülüstan qəsəbəsi, bina 57-də yerləşən ümumi sahəsi 626,8 kv.m olan qeyri-yaşayış sahəsinin (yarımzirzəminin) cavabdehlər tərəfindən boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə Gəncə şəhəri, Gülüstan qəsəbəsi, bina 57 ünvanda yerləşən ümumi sahəsi 626,8 kv.m olan qeyri-yaşayış sahəsi (yarım zirzəmi) ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı2 (qeydiyyat nömrəsi və tarixi: **********, xx.xx.2013) və İddiaçı1 (qeydiyyat nömrəsi və tarixi: **********, xx.xx.2013) adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində qeydiyyata alınmışdır və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən reyestr nömrəsi **********28- 083001 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçılar iddia tələbi onunla əsaslandırmışlar ki, reyestr nömrəsi **********28-05101- 083001 olan Gəncə şəhəri, Gülüstan qəsəbəsi 57 saylı binanın ümumi sahəsi 626,8 kv.m olan yarımzirzəmisi onların xüsusi mülkiyyətindədir. Onlara hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Hazırda həmin binada yaşayan cavabdehlər qeyd edilən zirzəmini zəbt etmişlər. Onlardan zirzəmidən çıxmağı tələb etsələr də, lakin yarımzirzəmini boşaltmırlar. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi və iddianı müdafiə edərək izahatında bildirdi ki, mübahisəli qeyri-yaşayış binasının, yəni yarımzirzəminin iddiaçıların mülkiyyətində olmasına dair 2013-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Lakin cavabdehlər faktiki olaraq yarımzirzəmini zəbt edərək orada əşyalarını yerləşdirmiş və oradan qanunsuz olaraq istifadə edirlər. Belə ki, cavabdehlərdən Cavabdeh6 və X9 müvafiq olaraq həmin binanın 1 və 4 nömrəli mənzillərində qeydiyyatda olsalar da, faktiki olaraq mənzilləri satmışlar. Bundan başqa, Cavabdeh8 Gədəbəy rayonu, Slavyanka kəndində qeydiyyatda olsa da, faktiki olaraq sözügedən binanın 6 nömrəli mənzilindən istifadə edir. Faktiki olaraq sözügedən binada yaşamayan cavabdehlərin də əşyaları hazırda həmin binadadır. Ona görə də iddiaçıların nümayəndəsi və vəkili iddiaçılara məxsus Gəncə şəhəri, Gülüstan qəsəbəsi, bina 57-də yerləşən ümumi sahəsi 626,8 kv.m olan qeyri-yaşayış sahəsinin (yarımzirzəminin) cavabdehlər tərəfindən boşaldılmaqla oradan çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh9 nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, sözügedən bina ikimərtəbəlidir, həmin binanın 2 nömrəli mənzilində 1992-ci ildən bəri yaşayır, həmin bina kooperativ binadır. Bina hər blokda 4 mənzil olmaqla, 4 blokdan ibarətdir. Binanın zirzəmisində su çənləri qoymuşlar, bütün qonşularla yanaşı onlar da istifadə edirlər. Həmin binaya köçəndə binada nə qaz, nə su, nə də işıq olmamış, hətta binanın üstü açıq olduğundan mənzili daim yağış sularına məruz qalmış, evdə arakəsmə belə olmamışdır. Həmin binada olan mənzili 1991-ci ildə İddiaçı2 atası Hüseynov Bayram Cavabdeh9 olan borcunun qarşılığında vermişdir. Binanı tikən şəxsin, yəni Hüseynov Bayramın ləqəbi “türk Bayram”dır. Binanın qaz, su və işıq xətləri məhz binanın sakinlərinin şəxsi vəsaiti hesabına çəkilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh4, Cavabdeh10 və Cavabdeh15 ayrı-ayrılıqda sözügedən binanın sakinləri olduqlarını və binanın zirzəmisində qoyduqları su çənlərindən bütün digər qonşularla yanaşı istifadə etdiklərini bildirmişlər. Cavabdehlərə məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü olması barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə cavabdehlərin telefon nömrələrinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə SMS bildirişlər göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********28-05101-093002 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2008-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan və texniki pasportdan görünür ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsində istifadədə olan 0,0682 ha torpaq sahəsində yerləşən 57 nömrəli, 2 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 68 kv.m ümumi, 46,2 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 2 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh9 adına daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 162 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş “Elektron Məhkəmə” İnfomasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 66,80 kv.m olan **********28-05101-093001 reyestr nömrəli mənzil Cavabdeh13 xüsusi mülkiyyətində olmaqla, reyestrdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. “Elektron Məhkəmə” İnfomasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 66,80 kv.m olan **********28-05101-093001 reyestr nömrəli mənzil Cavabdeh13 xüsusi mülkiyyətində olmaqla, reyestrdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. “Elektron Məhkəmə” İnfomasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 83,60 kv.m olan **********28-05101-093007 reyestr nömrəli mənzil Cavabdeh2 xüsusi mülkiyyətində olmaqla, reyestrdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. “Elektron Məhkəmə” İnfomasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 67,40 kv.m olan **********28-05101-093003 reyestr nömrəli mənzil Cavabdeh7 xüsusi mülkiyyətində olmaqla, reyestrdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. “Elektron Məhkəmə” İnfomasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 66,40 kv.m olan **********28-05101-093010 reyestr nömrəli mənzil Cavabdeh5 xüsusi mülkiyyətində olmaqla, reyestrdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********28-05101-093011 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan, texniki pasportdan və “Elektron Məhkəmə” İnfomasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 54,6 kv.m olan mənzil Cavabdeh10 adına daşınmaz əmlakın dövlət reyestrində 162 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində qeydiyyata alınmışdır. “Elektron Məhkəmə” İnfomasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 55,70 kv.m olan **********28-05101-093006 reyestr nömrəli mənzil Cavabdeh15 xüsusi mülkiyyətində olmaqla, reyestrdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. “Elektron Məhkəmə” İnfomasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 51 kv.m olan **********12-05101-093018 reyestr nömrəli mənzil Cavabdeh15 xüsusi mülkiyyətində olmaqla, reyestrdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş **********04-05101-093011 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan, texniki pasportdan və “Elektron Məhkəmə” İnfomasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 67,70 kv.m olan mənzil Cavabdeh14 adına qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, "xxxx" MTK-nin balansında olan ünvan 9 ünvanda yerləşən ümumi sahəsi 56,2 kv.metr olan mənzil, orderdə Cavabdeh11 ailə üzvləri kimi həyat yoldaşı, X10, oğlu X11, qızı X3 və X1 göstərilməklə 13 nömrəli order əsasında xx.xx.1997-ci ildə Cavabdeh11 istifadəsinə verilmişdir. İş materiallarından görünür ki, "xxxx" MTK-nin balansında olan ünvan 10 ünvanda yerləşən ümumi sahəsi 72,4 kv.metr olan mənzil, orderdə Cavabdeh1 ailə üzvləri kimi həyat yoldaşı, X12, qızı X5 və oğlu X14 göstərilməklə 08 nömrəli order əsasında xx.xx.1997-ci ildə Cavabdeh1 istifadəsinə verilmişdir. İş materiallarına əlavə edilmiş ******* nömrəli, xx.xx.2019-cu il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh1 07 oktyabr 2004-cü ildən ünvan 10 ünvanda yerləşən mənzildə qeydiyyatdır, qeydiyyatda olan digər şəxslər X12, X5 və X6r. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası 1 saylı yerli İqtisad Məhkəməsinin 1473/1-105 nömrəli, xx.xx.2003-cü il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" qapalı səhmdar cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamentinə qarşı qeyri-yaşayış sahələrinə dair mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası təmin edilmiş, Gəncə şəhərində yerləşən istehsal sahəsinə, Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən 57 nömrəli yaşayış eyinin yarımzirzəmisi, habelə kottec tipli yaşayış binaları, Bakı-Tbilisi yolunun kənarında, eləcə də Gəncə şəhəri, Yevlax yolu 15 və 35 ünvanlarında yerləşən tikililər və «Sağlamlıq Mərkəzi» üzərində "xxxx" QTSC-nin adına mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamentinə həvalə edilməli, iddia ərizəsi məhkəməyə verilərkən ödənilmiş 11000 (on bir min) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. İş materiallarında olan "xxxx" QSC-nin ümumi rəhbəri Bayram Hüseynov tərəfindən Gəncə şəhəri MKTB Kooperativ Birliyinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, Gülüstan qəsəbəsi, 57 saylı ünvanda yerləşən binanın yarımzirzəmisi "xxxx" QSC-nin mülkiyyətində idi, oğlu İddiaçı2 mülkiyyətinə keçərək xx.xx.2013-cü il tarixində onun tərəfindən həmin obyektə çıxarış alınmışdır. Həmin binanın sakinləri oranı mənimsəyərək şəxsi ehtiyaclarına istifadə etməyinə baxmayaraq tərəflərindən mülkiyyətçiyə heç bir icarə haqqı və dövlət büdcəsinə ödənişlər bu günə kimi olmamış, boşaldılmasına dair çoxsaylı müraciətlərinə baxmayaraq yarımzirzəmi boşaldılmayıb. Gəncə şəhəri İcra Hakimiyyətinin hüquqşünası tərəfindən şifahi sorğuya cavab versə də, bu məsələnin həlli üçün müraciəti bu günə qədər öz həllini tapmayıb. Odur ki, yuxarıda qeyd etdiklərinin nəzərə alınmasını və sakinlərin Gülüstan qəsəbəsi 57 saylı ünvanda yerləşən binanın yarımzirzəmisinin boşaldılmasına köməklik göstərilməsini xahiş etmiş, əks halda hüquq mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalacağını bildirmişdir. İş materiallarında olan X7 tərəfindən Gəncə şəhəri İcra Hakimiyyətinin hüquqşünasına ünvanlanmış məktubda qeyd edilmişdir ki, Gülüstan qəsəbəsi, ünvan 14ləşən bina 1991-1993-cü illər ərəfəsində "xxxx" Kooperativi tərəfindən tikilirdi, 1993-cü il devalvasiya və özəlləşdirmə dövrünə təsadüf etdiyi üçün sakinlərə verilən orderlər əsasında olan mənzillər (hər mənzilin otağının sayı və ölçüləri orderdə öz əksini tapıb), yarımzirzəmi isə sakinlərin ödədiyi vəsait hesabına deyil, kooperativin şəxsi hesabı vəsaitinə tikilmişdir. "xxxx" Kooperativi daha sonra "xxxx" QSC balansına keçmişdir və Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən binanın yarımzirzəmisinin "xxxx" QSC-yə aid olduğu Azərbaycan Respublikasının 1 saylı yerli İqtisad Məhkəməsinin 09 iyul 2003cü il tarixli qətnaməsində öz əksini tapmışdır. "xxxx" QSC-nin adına həmin ünvanda yerləşən binanın yarımzirzəmisinə texniki pasport alınmışdır. "xxxx" QSC-nin sədri olaraq (cəmiyyətin səhmdarları ailə üzvləridir) paylı mülkiyyət əsasında oğlu İddiaçı2 notarial qaydada devr etmişdir, o isə Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Rcyestri Xidməti tərəfindən 2013-cü ildə çıxarışda öz əksini tapıb. Çoxsaylı şifahi və yazılı formada müraciət etməsinə baxmayaraq sakinlər tərəfindən qanunsuz zəbt olunmuş və illərcə istifadə etdikləri yarımzirzəmi hələ də boşaldılmayıb. Kiçik və orta sahibkarlığın inkişafına və şəhərimizə investisiya yatırmaq istəyən Rusiya Federasiyasının vətəndaşı Gəncə şəhəri, ünvan 14ləşən binanın ətrafını abadlaşdırmaq və yarımzirzəmidə təsərrüfat subyektləri yaradaraq yeni iş yerlərinin açılmasına kömək edəcəyini bildirib, bunların nəzərə alınmasını və yarımzirzəminin kənar şəxslər tərəfindən boşaldılmasına kömək edilməsini xahiş etmişdir. İş materiallarında olan X7 tərəfindən Gülüstan qəsəbəsi, 57 saylı ünvanda yerləşən binanın sakini Novruzova Sevdanəyə ünvanlanmış məktubda qeyd edilmişdir ki, yaşadığı binanın zirzəmisi devalvasiya və özəlləşdirmə dövrünə təsadüf etdiyi üçün, yaşadığı mənzilə ödədiyi vəsait hesabına deyil, koopreativin şəxsi vəsaiti hesabına tikilmişdir, daha sonra isə Gülüstan qəsəbəsi 57 saylı ünvanın yarımzirzəmisi İddiaçı2 mülkiyyətinə keçmişdir. Yarımzirzəmini şəxsi ehtiyaclarına istifadə etməsinə baxmayaraq, mülkiyətçiyə heç bir icarə haqqı və dövlət büdcəsinə ödənişlər bu günə kimi olmayıb və onun tərəfindən çox saylı müraciətlərə baxmayaraq yarımzirzəmilər boşalmayıb. Yaxın vaxtda yaşadığı binanın ərazisində onun tərəfindən tikinti işləri başlayacaq, kanalizasiya və su sisteminiz yenilənəcək. Yaşıllaşma ilə bərabər uşaqlar üçün baxça, oyun meydançası və digər obyektlər tikiləcək, bu isə əlavə iş yerlərinin açılması ilə nəticələnəcək. Yuxarıda qeyd edilənləri nəzərə alaraq ilk öncə razılığa gəlib yarimzirzəminin icarə haqqının ödənişi və yaxud yarımzirzəminin boşaldılması, 10 (on) gün ərzində təmir edilməsi xahiş edilmiş, əks tədqirdə mülkiyətçi tərəfindən yerli məhkəmə və icra orqanlarına müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, iş materiallarına əlavə olunmuş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan və iddiaçıların nümayəndəsi və vəkilinin izahatından görünür ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, bina 57 ünvanda yerləşən ümumi sahəsi 626,8 kv.m olan qeyri-yaşayış sahəsindən (yarım zirzəmi) ibarət **********28-083001 reyestr nömrəli daşınmaz əmlak iddiaçıların mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” qərarında göstərilmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarınıntəmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə sorğusuna Gəncə şəhəri Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, 57 nömrəli bina iki mərtəbəli, 4 girişli olmaqla 16 mənzildən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddəaların mənasından göründüyü kimi, mülkiyyətçinin (əmlak hüquqlarına malik olan sahibin) öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı dispozitiv şərtlərin olması vacibdir: əmlakın mülkiyyətçiyə məxsus olması, əmlakın başqa şəxsin sahibliyində olması və sahibliyin qanunsuz olması. Yalnız hər üç dispozitiv şərtin birlikdə mövcud olması mülkiyyətçini (qanuni sahibi) MM-nin 157-ci maddəsində nəzərdə tutulan iddianı irəli sürməyə imkan verir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, bina 57 ünvanda yerləşən ümumi sahəsi 626,8 kv.m olan qeyri-yaşayış sahəsindən (yarım zirzəmi) ibarət **********28-083001 reyestr nömrəli daşınmaz əmlak iddiaçıların mülkiyyətindədir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçılar hazırkı iddia tələbi ilə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüquqa malikdir. Sözügedən qeyri-yaşayış sahəsinin (yarım zirzəminin) cavabdehlərin sahibliyində və istifadəsində olması məhkəmə iclasında iştirak etmiş cavabdehlər tərəfindən təsdiq edilmişdir. Həmçinin, məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, binanın sakinləri (həmçinin əvvəlki sakinləri) olan cavabdehlər əşyalarını yerləşdirməklə oradan istifadə etməkdə davam edərək sözügedən daşınmaz əmlakı mülkiyyətçilərinə, yəni iddiaçılara təhvil vermirlər. Başqa sözlə, cavabdehlər hazırkı halda mübahisə predmeti olan daşınmaz əmlakın onların qanuni sahibliyində və istifadəsində olması halı ilə bağlı heç bir sübutu məhkəməyə təqdim edə bilməmişlər. Halbuki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Mülki Prosessual Məcəllənin 76.1 və 76.2-ci maddələri). Qeyd olunan müddəalardan da göründüyü kimi, sübutlar işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Məhkəmədə mülki işin başlaması üçün fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etməsi kifayətdir (MPM-nin 5.1-ci maddəsi). Lakin mülki işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi sübutlarsız mümkün deyil. İddianı irəli sürən, yaxud iddiaya qarşı etiraz edən edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur (MPM-nin 77.1-ci maddəsi). Məhkəmə belə qənaətə gəlir ki, yuxarıda qeyd edilən əsaslar sözügedən Gəncə şəhəri, Gülüstan qəsəbəsi, bina 57 ünvanda yerləşən ümumi sahəsi 626,8 kv.m olan qeyri-yaşayış sahəsindən (yarım zirzəmi) ibarət **********28-083001 reyestr nömrəli daşınmaz əmlakın hazırda cavabdehlərin qanunsuz istifadəsində olduğunu deməyə əsas vermiş olur. Şərh edilən hallardan da göründüyü kimi, Mülki Məcəllənin 157.2-ci maddəsində əks olunmuş hər üç dispozitiv şərt mövcuddur. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçılar qeyd edilən daşınmaz əmlakın qanuni sahibi kimi öz əmlakına sahib olmaq, öz əmlakından maneəsiz şəkildə istifadə etmək hüququna malik olduğundan, cavabdehlərin isə həmin daşınmaz əmlaka dair hazırda hər hansı hüquqları mövcud olmadığından onlar, həmin daşınmaz əmlakdan əşyaları ilə birlikdə çıxmağa borcludur. Ona görə də iddia tələbi təmin edilməli, cavabdehlər iddiaçıların qanuni sahibliyində olan Gəncə şəhəri, Gülüstan qəsəbəsi, bina 57 ünvanda yerləşən ümumi sahəsi 626,8 kv.m olan qeyriyaşayış sahəsindən (yarım zirzəmi) ibarət **********28-083001 reyestr nömrəli daşınmaz əmlakdan əşyaları ilə birgə məcburi qaydada çıxarılmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, MPM-in 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıların xeyrinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2, X9, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh15 və Cavabdeh14 Gəncə şəhəri, Gülüstan qəsəbəsi, bina 57 ünvanda yerləşən ümumi sahəsi 626,8 kv.m olan qeyri-yaşayış sahəsindən (yarım zirzəmi) ibarət **********28-083001 reyestr nömrəli əmlakdan əşyaları ilə birgə çıxarılsın. Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh15 və Cavabdeh14 müştərək qaydada məhkəmə xərcinin əvəzi qismində 100 (bir yüz) manat pul vəsaiti tutularaq İddiaçı1 və İddiaçı2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar