Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-2367/2024 14.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq, müəyyən etdim: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 68750 manat maddi ziyan, 26250 manat mənəvi zərər və ödənilmiş 375 manat dövlət rüsumu tutularaq, İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə iş üzrə tərəflərin subyektiv tərkibini nəzərə alaraq qeyd edir ki, hazırki iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışdan görünür ki, İddiaçı ********** (VÖEN) sayla 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən vergi ödəyicisi kimi uçota alınmışdır. Yəni iddia hüquqi şəxs tərəfindən qaldırılmışdır. Həmçinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan görünür ki, Cavabdeh1 fərdi sahibkar olmaqla, ona məxsus ********** nömrəli VÖEN hesabı vardır. Bundan başqa, cavabdehlərdən Cavabdeh2 da fərdi sahibkar olmaqla, ona məxsus ********** nömrəli VÖEN hesabı vardır. Bundan əlavə, iddia tələbi iddiaçının cavabdehlərə nisyə qaydada satılan betonun pulunun ödənilməsi və bunun nəticəsində ona dəyən zərər tələb edilməsindən ibarətdir. Göründüyü kimi hazırkı mübahisə hüquqi şəxs olan iddiaçı və fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan cavabdehlər arasında yaranmış, mübahisə isə tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməklə iqtisadi xarakterlidir. Yəni, tərəflərin subyektiv tərkibində və işin xarakterində (iddianın obyektində duran iqtisadi maraq olan) kommersiya mübahisəsinə dair zəruri elementlər vardır. Bu baxımdan məhkəmə hesab edir ki, hazırki mübahisə hüquqi şəxslər arasında kommersiya mübahisəsi olduğuna və kommersiya xarakteri daşıdığına görə həmin işin aidiyyəti Kommersiya Məhkəməsinə aiddir və buna görə də iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Bundan başqa, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 46-1-ci maddəsinə əsasən, kommersiya məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş kommersiya mübahisələrinə dair işlərə baxır. Həmçinin, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Sərəncamının 7-ci bəndinə əsasən bu Sərəncamın 1-3-cü hissələri 2020-ci il yanvarın 1-dən qüvvəyə minir. Yuxarıda qeyd edilənlərdən aydın görünür ki, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli Sərəncamına əsasən, kommersiya məhkəmələrinin təşkil edilməsi qərara alınmış, Sərəncamın kommersiya məhkəmələrinin təşkili ilə bağlı hissələri 2020-ci il yanvarın 1-dən qüvvəyə minmiş, kommersiya məhkəmələri və onların səlahiyyətləri müəyyən edilmiş, həmçinin kommersiya məhkəmələri və ümumi məhkəmələrin səlahiyyətləri fərqləndirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hazırkı işə baxılması kommersiya məhkəməsinin səlahiyyətinə aid olduğu halda, ümumi məhkəməyə müraciət etmişdir. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi ona əlavə olunan sənədlərlə birlikdə İddiaçınə geri qaytarılmalıdır. Həmçinin, iddiaçıya aidiyyəti üzrə müvafiq Kommersiya Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş bütün sənədlər iddia ərizəsi ilə birlikdə İddiaçınə geri qaytarılsın. İddiaçıya aidiyyəti üzrə müvafiq Kommersiya Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Azərbaycan Respublikası Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №e-2(125)-2367/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-2367/2024
14.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver