Məhkəmə qərarları › İş №e-2(125)-2446/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2446/2025

20.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2446/2025 20.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X53 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, ərizəçi İddiaçı, etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil və maraqlı şəxs Gəncə şəhər Qeydiyyat şöbəsinin nümayəndəsi X28 iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə və Gəncə şəhər Qeydiyyat şöbədinə qarşı qohumluq faktının və sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçilər İddiaçı maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə və Gəncə şəhər Qeydiyyat şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixdə vəfat etmiş babası Bağırov X3 atası X22 atası olması faktının və ünvan 1 ünvanda sahəsi 433,0 kv.m torpaq sahəsinin X32 adına xx.xx.1933-cü il tarixdə verilmiş torpaq qeydinin və həmin torpaq sahəsinin üzərində 104,1 kv.m dörd yaşayış otağı, 105,0 kv.m köməkçi sahəsi olan “A” literli yaşayış evindən, 18,8 kv.m “B” literli hamamdan ibarət olan fərdi yaşayış evinin Bağırov X6 məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə verərək xx.xx.2019-cu il tarixdə vəfat etmiş babası Bağırov X3 atası X22 atası olması faktının və ünvan 1 ünvanda sahəsi 433,0 kv.m torpaq sahəsinin X32 adına xx.xx.1933-cü il tarixdə verilmiş torpaq qeydinin və həmin torpaq sahəsinin üzərində yerləşən tikililərə, fərdi yaşayış evinə dair 1927-ci il, 1663 reyestr nömrəli planın Bağırov X6 məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən 433 kv.m torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi babası X33 adına qeydə alınmışdır. Babası Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)-1669/19 nömrəli qətnaməsi ilə ölmüş hesab edilmişdir və onun xx.xx.2019-cu il tarixdə ölümü barədə şəhadətnamə verilmişdir. Lakin babasının ölümü haqqında şəhadətnaməsində babasının soyadı, adı və ata adı Bağırov X10 kimi qeyd edilmişdir. Lakin Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2016-cı il tarixli arayışından görünür ki, ünvan 1 fərdi yaşayış evi Gəncə şəhər notariat kontorunun xx.xx.1924-cü il tarixli, 9 saylı alqı-satqı müqaviləsinə əsasən X15 tərəfindən Məşədi X1. X32 adına xx.xx.1933-cü il tarixli torpaq qeydi verilmişdir. Bu əmlak reyestrdə qeydiyyatdan keçməmişdir. 2003-cü ilin arxiv məlumatlarına əsasən mülk 104,1 kv.m dörd yaşayış otağı, 105,0 kv.m köməkçi sahəsi olan “A” literli yaşayış evindən, 18,8 kv.m “B” literli hamamdan ibarət olmaqla ümumi torpaq sahəsi (faktiki) 433,0 kv.m olmuşdur. Beləliklə, babasının adına verilmiş xx.xx.1933-cü il tarixdə verilmiş torpaq qeydində onun soyadı yazılmamışdır və adı X20 qeyd edilmişdir. Bundan başqa, atası X22 doğum haqqında şəhadətnaməsində ata kimi X36 qeyd olunmuşdur. Buna görə babasından qalmış miras əmlakı qəbul etmək üçün babası ilə onun qohumluq münasibətlərini təsdiq etmək mümkün olmamışdır. Məhkəmə iclasında ərizəçi İddiaçı ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ərizəçi İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Gəncə şəhər Qeydiyyat şöbəsinin etibarnamə üzrə nümayəndəsi X41 ərizənin təmin olunmasına etirazları olmadığını bildirdi. Digər maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.6-ci maddəsinə əsasən işə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:- Torpaq qeydinin surətindən görünür ki, Kirovabad şəhəri, Vaqif küçəsi, 51 ünvanda X33 adına 433,0 kv.m torpaq sahəsinə dair torpaq qeydi tərtib edilmişdir. Kirovabad şəhəri, Vaqif küçəsi, 51 ünvanında X33 adına olan 433,0 kv.m torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə dair tərtib olunmuş plan ölçünün əsli ilə üzləşdirilmiş surətindən görünür ki, həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evinin tikintisi üçün plan ölçü tərtib olunmuşdur. AZ-İV 989916 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1953-cü ildə Gəncə şəhərində doğulmuş İddiaçı ata qrafasında X34, ana qrafasında X13 qeyd olunmuşdur. İİİ-JQ 413219 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X37 xx.xx.1987-ci ildə ölmüşdür. AZ.SSR X60 X9 Aktları Şöbəsi tərəfindən verilmiş ******* nömrəli təvəllüd şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.1923-cü ildə AZ.SSR Kirovabad rayonunda doğulmuş X26 ata qrafasında X42, ana qrafasında X8 qeyd olunmuşdur. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)-1669/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, Bağırov X4 ölmüş elan edilməsi və Bağırov X4 adına verilən ölüm haqqında şəhadətnamədə onun ölüm gününün bu qətnamənin qanuni qüvvəyə mindiyi gün hesab edilməsi qət edilmişdir. AZ-İ 990554 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Bağırov X10 xx.xx.2019-cu ildə ölmüşdür. Gəncə Şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8- 15-1986/2024 nömrəli məktubun surətindən görünür ki, Bağırov X5 ailə üzvləri barədə arayışın verilməsinə dair ərizəyə cavab olaraq bildirilmişdir ki, X22, X27 və X19 Bağırov X5 ailə üzvü olmaları uyğunsuzluq təşkil etdiyindən qohumluq münasibətində olma faktı məhkəmə qaydasında müsbət həll olunduqdan sonra arayış verilməsi mümkündür. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 16/3/1-13 nömrəli məktubun surətindən görünür ki, 1891-ci ildə Gəncə şəhəri Qarabağlar kəndində anadan olmuş, 1929-1933-cü illərdə məhkum olunmuş Bağırov X11 xx.xx.1937-ci ildə Azərbaycan SSR X61 Komissarlığı Kirovabad şəhər şöbəsi tərəfindən həb edilmişdir. Həbs zamanı onun ailə tərkibi oğlu Qasım, oğlu Rüstəm və qızı Şövkətdən ibarət olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, **********97 nömrəli məktubdan görünür ki, hal-hazırda ünvanı ünvan 2hər notariat kontorunun xx.xx.1924-cü il tarixli, 9 saylı alqı-satqı müqaviləsinə əsasən X38 tərəfindən Məşədi X1. X31 adına bu əmlakın yerləşdiyi 433,0 kv.m torpaq sahəsinə dair xx.xx.1984-cü il tarixli torpaq qeydi tərtib edilmişdir. Bu mülk dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-in 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. MM-in 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar; Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. (mad. 1159.1.1,1159.1.2, 1159.1.3) İşin müəyyən olunmuş hallarından görünür ki, ərizəçi İddiaçı babası Bağırov X2 miras əmlak qalmışdır. Ərizəçi İddiaçı atası X22 doğum haqqında şəhadətnaməsində ata adı X21 qeyd olunduğuna görə ərizəçi babası Bağırov X5 atası X22 atası olmasını təsdiq edən sənədi əldə edə bilmədiyi üçün babasından miras qalmış əmlakı vərəsəlik qaydasında əldə edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir, habelə şəxslərin qohumluq münasibətlərində olması faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Bağırov X5 ərizəçinin atası X22 atası olması faktı, Kirovabad şəhəri, Vaqif küçəsi, 51 ünvanında X33 adına olan 433,0 kv.m torpaq sahəsinə dair verilmiş torpaq qeydinin və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə dair tərtib olunmuş plan ölçünün Bağırov X6 məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 216-220, 227, 233, 307, 308, 311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Bağırov X5 ərizəçinin atası X22 atası olması faktı, Kirovabad şəhəri, Vaqif küçəsi, 51 ünvanında X33 adına olan 433,0 kv.m torpaq sahəsinə dair verilmiş torpaq qeydinin və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə dair tərtib olunmuş plan ölçünün Bağırov X6 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar