Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2463/2024 06.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı, etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini təmin etməklə 6000 manat, işdə iştirak edən vəkil üçün ödənilmiş 320 manat və iddia ərizəsi verilərkən ödənilmiş 84 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə ailəvi tanışdırlar. 2021-ci ilin may ayında cavabdeh onun işlədiyi Bravo marketə yaxınlaşaraq ona demişdir ki, “Maşın almaq istəyirəm. Sənin adına kredit götürək, maşın alaq. Mən taksi sürüb hər ay ödəyəcəm. Lap maşını da sənin adına alarıq. Pulunu mən özüm ödəyəcəm”. 2021-ci ilin iyun ayında "xxxx" ASC-dən şahidlə birlikdə 6000 manat pul götürmüşdür. Cavabdeh hər ay 250 manat ödəməli idi. 1 ay keçsə də, heç bir cavab çıxmamışdır. Zəng edib soruşmuş, hələ maşın axtardığını demişdir. Daha sonra yenidən zəng etdikdə, mədə kiçiltmə əməliyyatı olduğunu demişdir. Həmin pulla maşın almamış, özü üçün əməliyyat olmuşdur. 2021-ci ilin qış ayında Moskvaya getmiş, iş qurduğunu demişdir. Kredit onun adına olduğundan bank da hər dəfə ona zəng edib pulun ödənilməsini tələb etmişdir. Krediti bir müddət öz maaşı ilə ödəmişdir. Cavabdeh onun zənglərinə cavab verməmiş, telefonunu söndürmüş, ancaq başqa adamların zənglərinə cavab vermişdir. «İnstagram» sosial şəbəkəsi vasitəsilə yazsa da, cavabdeh cavab verməmişdir. Bununla bağlı polisə müraciət etmiş, dəfələrlə polisin çağırışlarına yalandan gələcəm desə də, gəlməmişdir. Telefonda müstəntiqə borcu aldığını etiraf etmiş, ancaq qaytardığını demiş, müstəntiq materialı rədd etmişdir. Daha sonra cavabdeh “Toyota” markalı maşın almış, bacısının adına keçirmişdir. Cavabdehə notariusda müqavilə bağlamalarını təklif etsə də, cavabında “bağlayaq, amma pulum olmayandan sonra necə ödəyəcəm?” demişdir. Qohum olduqlarına görə cavabdehlə borcun rəsmiləşdirmək üçün müqavilə bağlamamışdır. 2023-cü ildə yenidən əlaqə saxlamış, heç olmasa pulun bir qismini qaytarmasını tələb etsə də, cavabdeh “məni narahat etmə, səndən nazirliyə şikayət edəcəm.” demişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddiaçı ilə eyni məzmunda çıxış edib əlavə olaraq göstərdi ki, iddiaçı 6000 manat bankdan pul götürüb cavabdehə borc vermişdir. Cavabdehin ümumiyyətlə fikri maşın almaq olmamış, iddiaçını aldatmışdır. Pulu alıb özü üçün xərcləmişdir. İddiaçı Nəsimi rayon polis şöbəsinə müraciət etmiş, polisdən edilən zənglərdə cavabdeh borc götürdüyünü etiraf etmiş, dəfələrlə zəng olunduqda isə əlacsız qalıb pulu qaytardığını demişdir. Məqsədi nədir bilinmir. Elvinin atası cavabdehin anasından “bəs pulu ödəyəcəkdiniz, niyə ödəmədiniz?” deyə soruşmuş, cavabında borcun 6000 manat olduğunu bilmədiklərini, Əlinin 700-800 manat borc aldığını bildiklərini, hələ neçə adama da borc ödədiklərini demişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh Rafiq oğluna məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dinlənilmiş X1 ifadəsində göstərdi ki, Elvin ilə bir yerdə işləmişdir. Əlini də Elvinin vasitəsilə tanımışdır. Bravo marketdə mühafizəçi işləmişdir. Əlinin bir ara sürməyə maşını olmamış, ondan da, Elvindən də maşın istəmişdir. Elvin pulu verəndə «Bravo» marketdə olmuşdurlar. Əli pulu almışdı ki, maşın alacaq. Elvin 6000 manat pulu Əliyə vermiş, bundan sonra Əli maşına baxmağa gedəcəyini demişdir. Sonra eşitmişdir ki, Əli mədə kiçiltmə əməliyyatı olunub. Restoranda söhbət etmişlər, Əli yubatmış, borcunu ödəyəcəyini demişdir. Həmin vaxt Əli artıq mavi rəngdə, “Prius” markalı maşın almışdır. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Tərəflər arasında olan xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli “Whatsapp” və “İnstagram” sosial şəbəkəsi vasitəsilə yazışmalarından görünür ki, iddiaçı hər dəfə pulunu geri tələb etdikdə, cavabdeh iddiaçıya borcu olduğunu etiraf etmişdir. Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Orxan Məmmədov tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki,Vəliyev X3 Rayon Polis İdarəsnin istintaq şöbəsinə dəvət olunarkən telefon danışığı zamanı İddiaçı 6000 manat pul aldığını etiraf etmiş, bunu özünə avtomobil alması üçün etməsini, lakin avtomobil ala bilməməsini, özünün müalicəsi üçün xərclədiyini, həmin pulu tam olaraq qaytardığını bildirmişdir. "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarışın surətindən görünür ki, xx.xx.2021ci il tarixli, 4043nkADJ/21 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən İddiaçı 6000 manat məbləğində kredit verilmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında borcla bağlı razılaşma olmuş, cavabdeh iddiaçıdan 6000 manat məbləğində borc almış, lakin borcunu qaytarmadığı üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə uyğun olaraq tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, tərəflər arasında 6000 manat borc pulun verilməsinə dair müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından onlar arasında bağlanmış razılaşma etibarsızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Bununla belə tərəflər arasında borc müqaviləsinə dair şifahi razılaşma üzrə iddiaçı tərəfindən 6000 manat pulun cavabdehə verilməsi və cavabdeh tərəfindən həmin məbləğin qaytarılmaması iş materiallarında olan sübutlarla öz təsdiqini tapır. Bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmış hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 77.1ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehdən 6000 manat pul və hüquqi yardıma görə ödənilmiş 320 manat pul alınıb iddiaçının xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 83,2 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 6000 (altı min) manat pul, hüquqi yardıma görə ödənilmiş 320 manat və 83,2 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-2463/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2463/2024
06.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver