Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2505/2025 19.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmədə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3042.68 pulun, habelə ödənilmiş 51 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2024-cü ildə sentyabr ayında hazırki iş üzrə cavabdeh olan Cavabdeh ilə razılaşdılar ki, o cavabdehin telefon nömrəsinə bağlı pul qabı m10 hesabına ödənişlər göndərəcək, cavabdeh də bunun müqabilində avia biletləri alıb ona göndərəcəkdir. Sonradan o öz aralarında olan razılaşmaya əməl edərək cavabdehin m10 hesabına 10.789 manat məbləğində pul köçürməyinə baxmayaraq, cavabdeh öz vədinə əməl etməyərək 19 ədəd aviabileti almamış, əvəzində ona formal biletlərin şəkilini atmışdır. Bundan sonra cavabdehin ona göndərdiyi biletlərin qüvvədə olmadığını aşkar etdiyi üçün cavabdehdən 19 aviabiletə görə ödədiyi pulu tələb etmişdir. Lakin cavabdeh 19 biletə görə ona ödədiyi 6426 manat puldan, yalnız 4000 manatını qaytardığı üçün, o məcbur olub özünə məxsus qızl-zinət əşyalarını lombarda girov qoyub 3.000 manat məbləğində kredit götürüb aviabiletləri alıb sərnişinlərə verdi. Ona lombardan 3.000 manat kredit verilməsi müqavilədə qeyd edilməsinə baxmayaraq, ona lombardan 2.900 manat pul verdilər. Həmçinin qeyd edir ki, ona lombardan verilən 3.000 manat pula görə kreditin tərəfindən tam bağlanacağı təqdirdə o lombarda 12 ay müddətinə hər ay 301,39 manat ödəniş olmaqla cəmi 3.616.68 manat pul ödəməlidir. Məhz bu səbəblərdən o cavabdehdən 2426 manat pulu, həmçinin məcbur olub lombardan 3.000 manat kredit götürdüyü üçün həmin kreditə görə hesablanmış 616.68 manat pulu tələb etdiyini bildirdi. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə Cavabdeh iştirak etmiş, ərizə verərək, ona qarşı irəli sürülən iddiaya heç bir etirazının olmadışını bildirmişşdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib hesab edir ki, irəli sürülən iddia qanuni əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1 -ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1 -ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Artıq yuxarıda qeyd edildiyi kimi, cavabdeh məhkəmədə ona qarşı irəli sürülən 3042,68 manat məbləğində pul tələbini qəbul etdiyini və iddianın tam təmin edilməsinə etirazı olmadığını bildirmişdir. Ona görə də məhkəmə MPM-in 220.4-cü maddəsinə əsaslanaraq hesab edir ki, iddia edilən 3042,68 (üç min qırx iki) manat 68 qəpik məbləğində borcun qaytarılması tələbi əsaslıdır. Beləliklə də məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 3042,68 (üç min qırx iki) manat 68 qəpik məbləğində pul alınıb, İddiaçı verilməlidir. Bundan başqa, iş materiallarından müəyyən edilir ki, iddiaçı hazırki iddianı qaldırmaq üçün 40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınıb, iddiaçıya verilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 357 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 3042,68 (üç min qırx iki) manat 68 qəpik məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 40 (qırx) manat məbləğində pul Cavabdeh alınıb, İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №e-2(125)-2505/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2505/2025
19.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver