Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-281/2025 24.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Tahir oğlunun sədrliyi, Aslanzadə Nəzrin Xəqani qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətin mülkiyyətçilərinin paylarının naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Ş.Hüseynov küçəsi, 2 saylı evin 25 nömrəli mənzilindən ½ hissədə İddiaçı və ½ hissədə Cavabdeh paylarına uyğun olaraq mənzilin naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə Şəhər Məhkəməsinin e- 2(125)-393/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi notariat ofisində 19 aprel 2022-ci ildə 2V-60 reyestr nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, X2 ½ hissədə və X1 ½ hissədə miras qalmış, Gəncə şəhəri, Ş.Hüseynov küçəsi, 2 saylı evin 25 nömrəli mənzilindən vərəsəlik qaydasında 1/2 hissədə İddiaçı və 1/2 hissədə Cavabdeh payları müəyyən edilmişdir. Adıçəkilən qətnamə qanuni qüvvəyə minmiş, Gəncə şəhəri, Ş.Hüseynov küçəsi, 2 saylı evin 25 nömrəli mənzilində 1/2 hissədə İddiaçı və 1/2 hissədə Cavabdeh mülkiyyət hüquqları Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə müvafiq çıxarış verilmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş:- **********56-05101- 093001 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Ş.Hüseynov küçəsi, ev 2, 25 nömrəli mənzil xüsusi mülkiyyətdə olmaqla paylı mülkiyyət hüququ üzrə ½ hissədə Cavabdeh (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il), ½ hissədə isə İddiaçı (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il) adına rəsmi reyestrdə qeydə alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10 aprel 2024-cü il tarixli, 10/9190 nömrəli ekspert rəyindən görünür ki, Gəncə şəhəri, Ş.Hüseynov küçəsi, 2 saylı evin 25 saylı mənzilinin tərəflər arasında ½ paylara uyğun olaraq təcrid mənzillər şəklində iki hissəyə bölünməsinin İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Azərbaycan Respubllikası Mülki Məcəlləsinin 220-ci maddəsində əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, hüquq normaları baxımından qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki işin mübahisə olunmayan hallarından görünür ki, iddiaçının iddia etdiyi mənzil tərəflərin paylı mülkiyyətində olsa da, paylarına uyğun şəkildə naturada ayrılması inşaat norma və qaydalarının tələblərinə uyğun deyildir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətin mülkiyyətçilərinin paylarının naturada ayrılması tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat və ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətin mülkiyyətçilərinin paylarının naturada ayrılması tələbinə dair iddiası əsassız olduğundan təmin olunmasın. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat İddiaçı alınaraq Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** hesaba ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-281/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-281/2025
24.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver