Məhkəmə qərarları › İş №e-2(125)-2838/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2838/2024

23.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2838/2024 23.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Mülki işin mübahisəsiz halları bundan ibarətdir ki, tərəflər arasında bağlanmış, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı (borcverən) Cavabdeh (borcalan) faizsiz olaraq 34000 ABŞ dolları məbləğində pulu borc verir və borcalan isə həmin məbləği xx.xx.2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. 2 saylı Gəncə Regional “Asan xidmət” mərkəzinin Notariat kontorunun xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən, İddiaçı xeyrinə Cavabdeh müddət üçün vaxtında ödənilməmiş 34000 ABŞ dolları və 25 manat dövlət rüsumu tutulmalıdır. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 34000 ABŞ dolları (57.800 manat ekvivalenti 1 ABŞ dolları=1.70 manat) pul məbləğinin ödənilməsini gecikdirilməsinə görə ondan gecikdirilmiş 2 il müddət vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin yəni hər il üçün 2980 manat, cəmi 5780 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh 2018-ci ildən bir qrup şəxslərə sizin şirkətin məsul işçisi kimi özünu təqdim edərək şirkətin nəznində yeni bir şirkət yaradılması ilə bağlı bizləri yaradılacaq şirkətin payçıları olmağını təklif edərək ondan və digər şəxslərdən külli miqdarda pul vəsaiti almışdır. Bununla əlaqədar onlar Cavabdehla notarial qaydada borc müqaviləsi bağlamışlar. Lakin bir müddət keçəndən sonra aydın oldu ki, o, onları aldadaraq pulları qanunsuz olaraq mənimsəmişdir. Bu faktlarla bağlı notariusun icra qeydi icra olunması ilə əlaqədar məhkəmə icraçıları tərəfindən icra hərəkətlərin aparılaraq məhkəməyə təqdimatlar vermişlər. Nəticə olaraq Gəncə Şəhər Məhkəməsinin iki inzibati qərarı qəbul edilmiş və Cavabdeh xəbərdarlıq edilərək inzibati qaydada cərimələnmişdir. Ancaq o bu işləridə uzatmaqdan ötrü icra hərəkətlərin aparılmasına süni manelər yaratmışdır. Cavabdehə 21 avqust 2020-ci il tarixdə kredit müqaviləsinə əsasən 34.000 ABŞ dolları (57.800 manat ekvivalenti 1 ABŞ dolları=1.70 manat ) pul vermişdir. Həmin məbləği 21.01.22-ci il tarixə kimi qaytaracağını söz vermişdir. Lakin vaxtında ödəmələr etməmişdir. O, məcbur olub həmin məsələ ilə bağlı notariusda icra qeydi verilmişdir 17 may 2022-ci ildə. Bununla əlaqədar icra qeydi Gəncə İcra İdarəsinə göndərilmişdir. İcraçı həmin borc ilə bağlı təqdimat vermiş və Gəncə Şəhər Məhəməsinin qərarları ilə xəbərdarlıq və cərimə edilmişdir. Lakin bu günə kimi borcunu tam ödəməmişdir. Qanunvericiliyin tələbinə əsasən o, cavabdehdən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edir. Yəni 34.000 ABŞ dolları (57.800 manat ekvivalenti 1 ABŞ dolları=1.70 manat ) bü günə qədər 2 il müddət keçdiyindən hər il üçün 5 faizi, ilə 2890 manat 2 ilə isə 5780 manat gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğ tələb edir. Məhkəmə iclasında iştirak edən iddiaçının təmsilçisi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin nəticə hissəsində “2980 manat” olaraq texniki səhvə yol verilməsini üzrlü sayaraq, kredit müqaviləsinin bitdiyi xx.xx.2022-ci il tarixdən iki il müddətinə 34000 ABŞ dollarının məzənnəyə uyğun olaraq ekvivalenti 57800 manat borca illik 5 faiz dərəcəsi ilə hesablanaraq hər il üçün 2890 manat olmaqla, cəmi 5780 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Hazırkı iş üzrə iddiaçı cavabdehin mülkiyyətinə verdiyi kreditin gecikdirilməsinə əsaslanaraq, kredit müqaviləsinin bitdiyi xx.xx.2022-ci il tarixdən iki il müddətinə 34000 ABŞ dollarının məzənnəyə uyğun olaraq ekvivalenti 57800 manat borca illik 5 faiz dərəcəsi ilə hesablanaraq hər il üçün 2890 manat olmaqla, cəmi 5780 manat pulun tutulmasını xahiş etmişdir. Formal həqiqətin müəyyən olunması öhdəliyini daşıyan mülki icraat zamanı sübutların birinci instansiya məhkəməsinə təqdim edilməli olduğunu nəzərə alaraq, məhkəmənin çəkişmə prinsipini təmin etməsinə baxmayaraq, cavabdeh tərəf tələbi təkzib edən hər hansı dəlil təqdim etməmişdir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, iddia tam təmin edildiyi üçün iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 5780 (beş min yeddi yüz səksən) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 78 (yetmiş səkkiz) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar