Məhkəmə qərarları › İş №e-2(125)-2850/2022

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-2850/2022

31.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-2850/2022 31.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, İddiaçı "xxxx" ASC-nin cavabdehlər X2 və Cavabdeh qarşı «informasiya əldə edilməsi» tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunmasının mümkünlüyünə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" ASC cavabdehlər X2 və Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 10SP744 dövlət qeydiyyat nişanlı, Mercedes Benz E300 markalı avtomobilə aid olan sənədlərin surətini (qeydiyyat şəhadətnaməsi, etibarnaməsi və.s) cavabdehlər tərəfindən "xxxx" ASC-yə təqdim edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddiaçı iddiada qeyd etdiyi sənədləri müvafiq orqanlara müraciət etməklə əldə edə biləcəyi halda məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq onların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, pozulmuş və mübahisə edilən hüquq və azadlıqları müdafiə və təmin edir. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Eyni zamanda həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə göstərilənləri nəzərə alaraq hesab edirəm ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər X2 və Cavabdeh qarşı informasiya əldə edilməsi tələbinə dair iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığından iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, iddiaçıya sübutların əldə olunması məqsədi ilə müvafiq orqanlara müraciət etməsi hüququ izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı "xxxx" ASC-nin cavabdehlər X2 və Cavabdeh qarşı «informasiya əldə edilməsi» tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar