Məhkəmə qərarları › İş №e-2(125)-2881/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2881/2024

09.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2881/2024 09.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X22 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisinə qarşı daşınmaz əmlakın bağışlanması müqaviləsinin təsdiqlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisinin 12.*3.2*24-cü il tarixli notariat hərəkətlərinin aparılmasından imtina edilməsi barədə qərarını əsassız hesab edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin nəvəsi X9 bağışlanması müqaviləsinin bağlanmasının 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisinin üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək notariat ofisinin 12.*3.2*24-cü il tarixli notariat hərəkətlərinin aparılmasından imtina edilməsi barədə qərarını əsassız hesab edərək, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin nəvəsi X9 bağışlanması müqaviləsinin təsdiqlənməsinin 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisinin üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, *9.*3.2*24-cü il tarixdə 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinə ərizə ilə müraciət edərək mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini nəvəsi X9 bağışlamaq istədiyini bildirmişdir. Lakin 12 mart 2*24-cü il tarixli notariat hərəkətlərinin aparılmasından imtina edilməsi barədə qərar ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində İddiaçı ailə üzvləri X1* və X13 pasport qeydiyyatında olduğu üçün və əmlakın bağışlanmasına dair onların razılığı olmadığı üçün daşınmaz əmlakın bağışlanma müqaviləsinin rəsmiləşdirilməsindən imtina edilmiş və narazı qaldığı halda aidiyyəti üzrə məhkəməyə şikayət vermə hüququ izah olunmuşdur. O, yaşlı adamdır və ona baxan nəvəsi X11r. X1 və X13 pasport qeydiyyatında olmalarına baxmayaraq onlar öz ailələri ilə birlikdə uzun müddətdir ki, başqa ünvanda yaşayırlar. Belə olan halda onun Konstitusiya ilə qorunan mülkiyyətçi kimi hüququ pozulur, çünki qeydiyyatda olmaq nə yaşamaq, nə də istifadə hüququ olması demək deyil. Qeydiyyat formal olaraq müəyyən hərəkətlərin aparılması üçün nəzərdə tutulur. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, mülkiyyətçi mülkiyyətində olan evi nəvəsinə bağışlamaq istəyir. Mülkiyyətçi öz əmlakı üzərində istədiyi kimi sərəncam vermək hüququna malikdir. Buna görə də notariusun qərarı qanunsuzdur. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının notariat ofisinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1* aprel 2*15-ci il tarixli 4 nömrəli qərarının 8-ci bəndində qeyd edilmişdir ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisinin 12.*3.2*24-cü il tarixli notariat hərəkətlərinin aparılmasından imtina edilməsi barədə qərarından görünür ki, ünvan 1 Yeni qaydalarla: AZ 2*24, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində İddiaçı ailə üzvləri-X1* və X14 qeydiyyatda olduğu üçün və əmlakın bağışlanmasına dair onların razılığı olmadığı üçün notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. 15.*1.2*24-cü il tarixli, 1523*41499 qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 Yeni qaydalarla: AZ 2*24, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyətdə olmaqla tam mülkiyyət hüququ üzrə İddiaçı adına rəsmi reyestrdə qeydə alınmışdır. İE-288334 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X4 nikahları *5.1*.1956-cı ildə Əhmədli sovetliyinin Əhmədli kəndində 13 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada Nuriyeva soyadı verilmişdir. AZ-257874 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, *5.*6.1963-cü ildə anadan olmuş X7 ata qrafasında İddiaçı, ana qrafasında X2 qeyd olunmuşdur. XVİİİ-JQ 444172 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 21.*4.1995-ci ildə anadan olmuş X8 ata qrafasında X15, ana qrafasında isə X3 qeyd olunmuşdur. AZ-İİ *53853 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 25.12.2*19-cu ildə ölmüşdür. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçının nümayənəsinin izahatını dinləyib, işdə olan sənədləri obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı tam mülkiyyət hüququ üzrə özünə məxsus fərdi yaşayış evini nəvəsi X9 bağışlamaq üçün 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etmiş, notariat ofisi tərəfindən qeyd olunan yaşayış evində iddiaçının başqa ailə üzvlərinin qeydiyyatda olması və onların razılığının olmaması əsası ilə notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 6*-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 39*.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. MM-in 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. MM-in 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyət hüququ üzrə özünə məxsus əmlak üzərində öz istədiyi kimi sərəncam vermək hüququ vardır və dövlət tərəfindən tanınan və qorunan hüququdur. İddiaçının mülkiyyətində olan əmlak üzərində sərəncam verməsi o halda başqa şəxslərin əhəmiyyətli dərəcədə hüququnu poza bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisinin 12.*3.2*24-cü il tarixli notariat hərəkətlərinin aparılmasından imtina edilməsi barədə qərarı qanunsuz hesab edilməli və ünvan 1 Yeni qaydalarla: AZ 2*24, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı tərəfindən X9 bağışlanması ilə bağlı notariat hərəkətlərinin aparılması öhdəliyi 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisinə həvalə edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 23*, 233 və 36*-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisinin 12.*3.2*24-cü il tarixli notariat hərəkətlərinin aparılmasından imtina edilməsi barədə qərarı qanunsuz hesab edilsin. ünvan 1 Yeni qaydalarla: AZ 2*24, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı tərəfindən X9 bağışlanması ilə bağlı notariat hərəkətlərinin aparılması öhdəliyi 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisinə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar