Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2918/2024 19.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı 17.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 141 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş iddianın dəqiqləşdirilməsinə dair ərizəsində iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 17.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 141 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, 2017-ci ildə Gəncə şəhəri, X11 massivində yerləşən 9 saylı regionlararası Qeydiyyat İmtahan şöbəsi ətrafı ərazisində yerləşən ümumi sahəsi 0,04 hektar olan torpaq sahəsini almaq üçün sənədləşmə işləri ilə birlikdə Cavabdeh1 17.000 manat məbləğində pul vermişdir. Torpaq sahəsinə dair Cavabdeh2 adına sərəncam olmuşdur. Cavabdeh2 öz əvəzindən səlahiyyət verdiyi Cavabdeh1 iştirak etmiş və torpaq sahəsini ona sataraq, 17.000 manat məbləğində pul vəsaitini ondan almışdır. O, həmin torpaq sahəsini aldıqdan sonra orada tikinti işləri aparmışdır. Lakin 2020-ci ilin fevral ayında həmin torpaq sahəsində tikdiyi hasar Adil və Dilqəm adlı şəxslər tərəfindən dağıdılmışdır. Həmin şəxslər qeyd olunan torpaq sahəsinə dair çıxarışı ona təqdim etmiş və torpaq sahəsinin özlərinə məxsus olduğunu bildirmişlər. Bundan sonra o, Cavabdeh1 və Cavabdeh2 verdiyi pulu tələb etsə də heç bir nəticə əldə edə bilməmişdir. Bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etmiş, heç bir nəticə əldə etmədiyindən qohumu X1 Əliyev və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur. Həmin qətnamədən Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə şikayət təmin edilmiş və iddia rədd edilmişdir. Həmin qətnamədən X5 tərəfindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə şikayət təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)-2316/2022 nömrəli qətnaməsində X5 tərəfindən Cavabdeh2 hər hansı məbləğdə pul verilməsi ilə bağlı R.Ə.Abbasovun hər hansı sübut təqdim etmədiyi göstərilmiş, eyni zamanda məhkəmə onun tərəfindən Cavabdeh1 17.000 manat məbləğində pul vəsaitinin verilməsini işin faktiki və mübahisəsiz halı kimi qiymətləndirmişdir. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə İddiaçı izahatını müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını, iddiaçının nümayəndəsini və şahidləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, o, Gəncə şəhəri ərazisində daşınmaz əmlakın alqı-satqı fəaliyyəti ilə məşğul olur. X5 2016-cı ildə ona yaxınlaşaraq qardaşına həyətyanı torpaq sahəsi lazım olduğunu bildirmişdir. İldırım adlı şəxsdə torpaq sahəsi olduğunu bildiyindən o, İldırımla əlaqə saxlamışdır. İldırımla razılaşma olmuşdur. İldırım verilmiş pul vəsaitini götürüb Murad adlı şəxsə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, İddiaçı onun qardaşının arvadıdır. Qardaşı Ukranya Respublikasında yaşadığından, ev tikmək niyyəti ilə torpaq sahəsi almaq istəmişdir. O, Murad və İldırıma 16.000 manat məbləğində pul vəsaitini 4 sot torpaq sahəsini almaq üçün vermişdir. Pulu ona Samirə vermişdir. Pulu həm Murada, həm də İldırıma vermişdirlər. Sənədlər Muradın adına olsa da, güman edir ki, əsas məbləği İldırım götürmüşdür. Sənədləşmə işlərinin aparılması üçün 1.000 manat məbləğində pul vəsaiti xərclənmişdir. Daha sonra məlum olmuşdur ki, sözügedən torpaq sahəsinin mülkiyyətçisi başqa şəxsdir. Hazırda iddiaçı nə torpağı, nə də pulu ala bilmir. İş materiallarında olan İddiaçı və Cavabdeh1 arasında tərtib edilmiş xx.xx.2016-cı il tarixli aktda göstərilir ki, «mən Cavabdeh1 Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 28 May küçəsinin sol tərəfində yerləşən mənə aid olan 4 sot torpaq sahəsini 16.000 (on altı min) manata sataraq, etibarnamə əsasında İddiaçı verdim, satdım. Alqı-satqıda aşağıdakı adamlar iştirak etdi və öz imzalarından şahidlik etdilər: X6, X2». İşdə olan Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2017-ci il tarixli, 438 nömrəli sərəncamının surətindən görünür ki, Gəncə şəhəri, X11 massivi, 2-ci mikrorayon, 28 May küçəsinin şərq tərəfində yerləşən 400 kv/m torpaq sahəsində İddiaçı tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir. İş materiallarında olan Gəncə şəhəri 5 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2016-cı il tarixli, 7E-16789 nömrəli etibarnaməsinin surətindən görünür ki, Cavabdeh1 Gəncə şəhəri, Nizami rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 1486 nömrəli sərəncamına əsasən Gəncə şəhəri, X11 massivi, 2-ci mikrorayon, 28 May küçəsinin şərq tərəfində yerləşən 400 kv/m torpaq sahəsinə dair 50 il müddətinə İddiaçı etibarnamə vermişdir. İşdə olan «Materialın istintaq aidiyyatı üzrə göndərilməsi haqqında» xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, Gəncə şəhər Nizami RPİ-nin TB-nin icraatında olan HK-1/508 nömrəli material üzrə izahatı alınmış Cavabdeh2 izahatında bildirmişdir ki, 2013cü ildə Gəncə şəhər X11 massivi 2-ci mikrorayon, 28 May küçəsinin şərq tərəfindən hər biri 4 sot olmaqla iki ədəd torpaq sahəsini həmin müddətdə Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının sərəncam və layihələri əsasında qohumları Cavabdeh1 və Elmar Kərimovun adına almışdır. Torpaq sahəsini alandan sonra həmin torpaq sahəsində heç bir tikinti işləri aparmamış, 2016-cı ildə övladının səhhəti ilə əlaqədr pula ehtiyacı olduğundan həmin torpaq sahələrini satmaq qərarına gəlmişdir. Sonradan Cavabdeh1 adına olan 4 sot torpaq sahəsini 16.000 manata Rasim adlı şəxsə, qohumu Elmar Kərimovun adına olan 4 sot torpaq sahəsini isə tanışı Qabil və Elnur adlı şəxsə 16.000 manata satmışdır. İş materiallarında olan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(043)-1431/2022 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh2 16.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 133 manat məbləğində pul vəsaitinin alınaraq X3 verilməsi qət edilmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)- 2316/2022 nömrəli qətnaməsindən görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(043)-1431/2022 nömrəli qətnaməsi ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-1258/2023 nömrəli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)-2316/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 28 May küçəsində yerləşən 0,04 ha torpaq sahəsi almaq üçün 16.000 manat məbləğində pul vəsaitini Cavabdeh1 vermiş, Cavabdeh1 həmin torpaq sahəsini İddiaçı satmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə hesab edir ki, Cavabdeh1 Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsinin mülkiyyətçisi olmadığından, həmin torpaq sahəsinə dair sərəncam verilməsinə dair əqd bağlamaq səlahiyyətinə malik olmamışdır. Digər tərəfdən İddiaçı və Cavabdeh1 arasında xx.xx.2016-cı il tarixdə bağlanmış alqı-satqı müqaviləsi qanunvericiliyin müəyyən etdiyi formada, yəni notarial formada bağlanmadığından, eyni zamanda müqavilə predmeti olan torpaq sahəsinin satıcısı qismində çıxış edən Cavabdeh1 buna subyektiv hüquqları olmadığından onlar arasında bağlanmış razılaşma etibarsızdır. Bununla belə torpaq sahəsinə dair Cavabdeh1 adına sərəncam olmuş və 16.000 manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən Cavabdeh2 deyil, Cavabdeh1 verilmişdir. Qeyd olunan xüsusat İddiaçı və Cavabdeh1 arasında tərtib edilmiş xx.xx.2016cı il tarixli aktda da təsbit olunmuş, İddiaçı izahatı ilə yanaşı, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri və Cavabdeh2 nümayəndəsi (vəkili) N.Cavabdeh2 Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(043)-1431/2022 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinə məhkəmədə baxılarkən verdiyi izahatla də təsdiq olunmuşdur. Bu halda Cavabdeh1 hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan Cavabdeh1 əmlakı hesabına varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1 və 1091.2-ci maddələrinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla İddiaçı tərəfindən torpaq sahəsinin alınmasına görə Cavabdeh1 16.000 manat məbləğində pul vəsaitinin verilməsi öz təsdiqini tapmışdır. İddiaçı və M.E.Məmmədov arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, Cavabdeh1 əsassız varlanmış şəxs kimi İddiaçı tələbi ilə həmin pul məbləğini İddiaçı qaytarmalı, 16.000 manat məbləğində pul M.E.Məmmədovdan alınaraq İddiaçı ödənilməlidir. Digər tərəfdən, məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən torpaq alqı-satqısına görə pul məbləğinin Cavabdeh2 deyil, məhz Cavabdeh1 verilməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, iddia Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatında torpağın sənədləşmə işlərinin aparılmasına görə 1.000 manat məbləğində vəsaiti sərf etməsini bildirsə də, bunu təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Buna görə də iddia həmin hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 16.000 manat məbləğində pul vəsaiti alınıb, İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 138 manat məbləğində pul vəsaiti Cavabdeh1 İddiaçı xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh1 16.000 (on altı min) manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 138 (bir yüz otuz səkkiz) manat, cəmi 16.138 (on altı min bir yüz otuz səkkiz) manat məbləğində pul vəsaiti alınıb, İddiaçı verilsin. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-2918/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2918/2024
19.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver