Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-298/2025 14.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X20 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh və etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh və iddiaçının tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh və Maraqlı şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 44583 manatın (qırx yeddi min doqquz yüz doxsan bir) manat (47382 manat əsas, 225 manat dövlət rüsumu,376 manat vəkil xidmət haqqı) pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək texniki səhvə yol verildiyindən Cavabdeh 44583 manat (43982 manat əsas, 225 manat dövlət rüsumu, 376 manat vəkil xidmət haqqı) tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs iddiaçının tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X12 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində müxtəlif vəzifələrdə çalışmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Maraqlı şəxs X1 xx.xx.2018-ci il tarixli borc müqaviləsi üzrə 55.000 ABŞ dolları və xx.xx.2019-cu il tarixli borc müqaviləsi üzrə 65.000 ABŞ dolları olmaqla borc almışdır. Həmin borc müqaviləsi üzrə ödənişlər tərəflərin şifahi razılaşmasına əsasən Cavabdeh adına ödənilmişdir. Ödənişləri şirkətin işçiləri olan hazırkı iddiaçılar müxtəlif vaxtlarda ödəmişdirlər. X5 tərəflər arasında olan şifahi razılaşmanı (Cavabdeh adına ödənişlər edilməsi) ödənişlər qurtardıqdan sonra nəzərə almayaraq Maraqlı şəxs qarşı Yasamal Rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəməyə şifahi razılaşma ilə bağlı hər hansı bir sənəd təqdim edilmədiyindən, tərəflərin bir-birinə olan etimadı, vicdani davranışı da məhkəmə tərəfindən nəzərə alınmayaraq iddia tələbi Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)-1240/2023 saylı qətnaməsi ilə qismən təmin edilərək Maraqlı şəxs 62000 ABŞ dolları tutularaq X4 ödənilməsi qət edilmişdir. Bundan sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Maraqlı şəxs Gəncə Şəhər Məhkəməsinə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 83067 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) məbləğində borc və 432 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə həmin pulun Maraqlı şəxs birbaşa özü tərəfindən Cavabdeh hesabına mədaxil edilmədiyindən iddia tələbi təmin edilməmişdir. Yuxarıda da qeyd edildiyi kimi həmin vəsaitlər hazırkı iş üzrə Cavabdeh hesabına hazırkı iddiaçılar tərəfindən ödənilmişdir. Həmin pulları iddiaçılar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasından götürərək Cavabdeh hesabına köçürmüşdürlər. Hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti həmin vəsaiti hazırkı iş üzrə iddiaçılardan tələb edir. İddiaçılar da Əhəd Əhmədovdan bir il vaxt alaraq məhkəmə qaydasında Cavabdeh həmin vəsaiti tələb etməyi qərarlaşdırmışdır. İddiaçının Cavabdeh hesabına mədaxil etdiyi vəsait aşağıdakı kimidir. X12 xx.xx.2021-ci il tarixdə vəfat etdiyi üçün onun əvəzindən iddianı həyat yoldaşı və varisi İddiaçı irəli sürmüşdür. İddiaçı həyat yoldaşı olan X12 vəfat etdiyi günədək, yəni xx.xx.2021-ci il tarixədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində ekspeditor vəzifədə işləyən X6 varisidir. X12 tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən götürərək Cavabdeh ümumilikdə 43982 manat olmaqla o cümlədən, xx.xx.2019-cu il tarixli F290519-3400 nömrəli qəbz üzrə 3400 manat,
2. xx.xx.2019-cu il tarixli e10107-3400 nömrəli qəbz üzrə 3400 manat, 3. xx.xx.2020-ci il tarixli e12801-3400 nömrəli qəbz üzrə 3400 manat, 4. xx.xx.2020-ci il tarixli SA010720- 3400 nömrəli qəbz üzrə 3400 manat, 5. xx.xx.2020-ci il tarixli G011020-2762 nömrəli müqavilə üzrə 2762 manat, 6. xx.xx.2020-ci il tarixli G021120-2762 nömrəli qəbz üzrə 2762 manat, 7. xx.xx.2020-ci il tarixli ix2762-3011 nömrəli qəbz üzrə 2762 manat, 8. xx.xx.2021-ci il tarixli F0102-2762 nömrəli qəbz üzrə 2762 manat, 9. xx.xx.2021-ci il tarixli G020321-2762 nömrəli qəbz üzrə 2762 manat, 10. 30 mart 2021-ci il tarixli F300321-2762 nömrəli qəbz üzrə 2762 manat, 11. xx.xx.2021-ci il tarixli 33405 nömrəli qəbzlə 2000 manat, 12. xx.xx.2021-ci il tarixli 33406 nömrəli qəbzlə 762 manat, 13. xx.xx.2021-ci il tarixli 162371 nömrəli qəbzlə 2000 manat, 14. xx.xx.2021-ci il tarixli 162372 nömrəli qəbzlə 762 manat, 15. xx.xx.2021-ci il tarixli 70570 nömrəli qəbzlə 2000 manat, 16. xx.xx.2021-ci il tarixli 70571 nömrəli qəbzlə 762 manat, 17. xx.xx.2021-ci il tarixli 71268 nömrəli qəbzlə 2000 manat, 18. xx.xx.2021-ci il tarixli 71269 nömrəli qəbzlə 762 manat,
19. xx.xx.2021-ci il tarixli 5415 nömrəli qəbzlə 2000 manat, 20. xx.xx.2021-ci il tarixli 11989 nömrəli qəbzlə 762 manat vəsait ödənilmişdir. Hazırkı iddia üzrə iddiaçıların çəkdiyi məhkəmə xərcləri də cavabdehdən tutularaq iddiaçılara ödənilməlidir. Belə ki, İddiaçı iş üzrə əlavə 601 manat əlavə (225 manat dövlət rüsumu, 376 manat vəkil xidmət haqqı üçün) xərc çəkmişdir. Həmin xərclər də qanunvericiliyin tələbinə əsasən cavabdehdən tutulmalı və iddiaçıya ödənilməlidir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, İddiaçı mərhum həyat yoldaşı Etamil Əliyevə pulu "xxxx" MMC-nin rəhbəri Maraqlı şəxs vermişdir ki, Cavabdeh hesabına köçürülsün, o isə ödəniş tapşırığını icra edərkən pulu Maraqlı şəxs adından deyil öz adından ödəmişdir. Hazırda həmin pulu Maraqlı şəxs iddiaçıdan tələb edir. Etamil Əliyev tərəfindən ödənişlərin edilməsi bank tərəfindən verilmiş sənədlərlə də təsdiq olunmuşdur. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib izahatında göstərdi ki, ödənilmiş pullar Maraqlı şəxs ona olan borcuna görə ödənilmişdir. Maraqlı şəxs hələ də ona borcu vardır, tam ödəməmişdir. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyib məhkəməyə yazılı etiraz da təqdim etdiklərini bildirərək izahatında göstərdi ki, iddiaçı X2 Cavabdeh qarşı pul tələbinə dair mülki işdə olduğu kimi mahiyyət eynidir. Ödənilmiş pulun təyinatı olmalıdır. Həmin pul tapşırıq əsasında Cavabdeh hesabına köçürülmüş, tapşırıq icra olunmuşdur. İddia tələbi əsassız olduğundan təmin olunmamasını məhkəmədən xahiş etdi. İddiaçının tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq iddiaçının həyat yoldaşı mərhum Etamil Əliyevin onun rəhbəri olduğu "xxxx" MMC-də işlədiyini, onun X4 olan borcunun şifahi razılaşmaları əsasında Ələmdar Həsənovun kürəkəni Cavabdeh ödənilməsi üçün pulu Etamil Əliyevə verdiyini, Etamil Əliyevin də həmin pulu bankda öz adından Cavabdeh ödədiyi üçün sonradan həmin pulun onun tərəfindən ödənilməsini Ələmdar Həsənov və Cavabdeh dandığını göstərmiş, buna görə də həmin pulu iddiaçıdan tələb etdiyini bildirmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)-1240/2023 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Cavabdeh və X7 cəlb edilməklə cavabdeh Maraqlı şəxs qarşı “pul” tələbinə dair iddia qismən təmin edilmiş, cavabdeh Maraqlı şəxs 62000 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 395,4 manat məbləğində pul vəsaiti iddiaçı X3 xeyrinə tutulması qət edilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-1841/2024 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Maraqlı şəxs Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən "xxxx" MMC ilə işçi X12 arasında bağlanılmış əmək müqaviləsinə xx.xx.2019cu il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən xitam verilmişdir. 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində 2V-300 reyestr nömrə ilə qeydə alınmış xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X6 vərəsələri arvadı İddiaçı, qızı X9 və qızı X8 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 və Mühasibatlıq idarəsinin xx.xx.2023-cü il tarixli, 3-17-1/2-11151/2023 nömrəli məktubuna əsasən alınmamış pensiya məbləği 364,52 manat pul vəsaitindən ibarət miras əmlakdan hər biri 1/3 hissədə pay almalıdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-5853/2024 nömrəli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Cavabdeh "xxxx" ASC-də olan **********6944-016306, **********944-16306, **********4944- 016306 və **********944-16306 nömrəli hesablarına, o cümlədən 54xxxxxxxxx286526 nömrəli kart hesabına xx.xx.2019-cu il tarixli F290519-3400 nömrəli qəbz üzrə 3400,0 manat, xx.xx.2019-cu il tarixli e10107-3400 nömrəli qəbz üzrə 3400,0 manat, xx.xx.2020-ci il tarixli e12801-3400 nömrəli qəbz üzrə 3400,0 manat, xx.xx.2020-ci il tarixli SA010720- 3400 nömrəli qəbz üzrə 3400,0 manat, xx.xx.2020-ci il tarixli G011020-2762 nömrəli müqavilə üzrə 2762,0 manat, xx.xx.2020-ci il tarixli G021120-2762 nömrəli qəbz üzrə 2762,0 manat, xx.xx.2020-ci il tarixli ix2762-3011 nömrəli qəbz üzrə 2762,0 manat, xx.xx.2021-ci il tarixli F0102-2762 nömrəli qəbz üzrə 2762,0 manat, xx.xx.2021-ci il tarixli G020321-2762 nömrəli qəbz üzrə 2762,0 manat, 30 mart 2021-ci il tarixli F300321-2762 nömrəli qəbz üzrə 2762,0 manat, xx.xx.2021-ci il tarixli 33405 nömrəli qəbzlə 2000,0 manat, xx.xx.2021-ci il tarixli 33406 nömrəli qəbzlə 762,0 manat, xx.xx.2021-ci il tarixli 162371 nömrəli qəbzlə 2000,0 manat, xx.xx.2021-ci il tarixli 162372 nömrəli qəbzlə 762,0 manat, xx.xx.2021-ci il tarixli 70570 nömrəli qəbzlə 2000,0 manat, xx.xx.2021-ci il tarixli 70571 nömrəli qəbzlə 762 manat, xx.xx.2021-ci il tarixli 71268 nömrəli qəbzlə 2000,0 manat, xx.xx.2021-ci il tarixli 71269 nömrəli qəbzlə 762,0 manat, xx.xx.2021-ci il tarixli 5415 nömrəli qəbzlə 2000,0 manat, xx.xx.2021-ci il tarixli 11989 nömrəli qəbzlə 762,0 manat ödənilməsini təsdiq edən hesabdan çıxarışa dair məlumatların götürülməsinin "xxxx" ASC-yə həvalə edilməsi qərara alınmışdır. "xxxx" ASC tərəfindən Gəncə Şəhər Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, RB02/136 nömrəli məktubdan görünür ki, Cavabdeh adına 540110******286526 nömrəli "xxxx" ASC-yə məxsus plastik kart aşkar edilmiş, həmin plastik kart vasitəsilə aparılmış məhkəmə qərarında sadalanan əməliyyatlar aşkarlanmış, həmin əməliyyatlara dair təqdim olunması mümkün olan məlumatlar və aparılmış maliyyə əməliyyatlarına dair hesabdan çıxarış təqdim edilmişdir. Qeyd olunan karta bağlı olmayan, lakin məhkəmə qərarında qeyd olunan ödəniş məlumatları da aşkarlanmış və təqdim edilmişdir. Əlavə olaraq məhkəmə qərarında qeyd olunan hesablara bağlı kartlar müəyyən edilmiş və hesabdan çıxarışlar təqdim olunmuşdur. xx.xx.2019-cu il tarixli F290519-3400 nömrəli qəbzdən görünür ki, Etamil Əliyev tərəfindən Cavabdeh Dşqın oğlunun adına olan:- **********6944-016306 hesab nömrəsinə 3400 manat, xx.xx.2019-cu il tarixli e10107-3400 nömrəli qəbz üzrə **********6944-016306 hesab nömrəsinə 3400,0 manat, xx.xx.2020-ci il tarixli e12801-3400 nömrəli qəbz üzrə **********6944-016306 hesab nömrəsinə 3400,0 manat, xx.xx.2020-ci il tarixli SA010720- 3400 nömrəli qəbz üzrə **********6944-016306 hesab nömrəsinə 3400,0 manat, xx.xx.2020-ci il tarixli G011020-2762 nömrəli qəbz üzrə **********6944-016306 hesab nömrəsinə 2762,0 manat, xx.xx.2020-ci il tarixli G021120-2762 nömrəli qəbz üzrə **********6944-016306 hesab nömrəsinə 2762,0 manat, xx.xx.2020-ci il tarixli ix2762-3011 nömrəli qəbz üzrə **********6944-016306 hesab nömrəsinə 2762,0 manat, xx.xx.2021-ci il tarixli F0102-2762 nömrəli qəbz üzrə **********6944-016306 hesab nömrəsinə 2762,0 manat, xx.xx.2021-ci il tarixli G020321-2762 nömrəli qəbz üzrə **********6944-016306 hesab nömrəsinə 2762,0 manat, 30 mart 2021-ci il tarixli F300321-2762 nömrəli qəbz üzrə **********6944-016306 hesab nömrəsinə 2762,0 manat, xx.xx.2021-ci il tarixli 33405 nömrəli qəbz üzrə 54********286526 nömrəli kartına 2000,0 manat, xx.xx.2021-ci il tarixli 33406 nömrəli qəbz üzrə 54********2865 nömrəli kartına 762,0 manat, xx.xx.2021-ci il tarixli 182371 nömrəli qəbz üzrə **********944-16306 hesab nömrəsinə 2000,0 manat, xx.xx.2021-ci il tarixli 162372 nömrəli qəbz üzrə **********944-16306 hesab nömrəsinə 762,0 manat, xx.xx.2021-ci il tarixli 70570 nömrəli qəbz üzrə **********944-16306 hesab nömrəsinə 2000,0 manat, xx.xx.2021-ci il tarixli 70571 nömrəli qəbz üzrə 762 manat, xx.xx.2021-ci il tarixli 71268 nömrəli qəbz üzrə **********944-16306 hesab nömrəsinə 2000,0 manat, xx.xx.2021-ci il tarixli 71269 nömrəli qəbz üzrə **********944-16306 hesab nömrəsinə 762,0 manat, xx.xx.2021-ci il tarixli 5415 nömrəli qəbz üzrə 2000,0 manat, xx.xx.2021-ci il tarixli 11989 nömrəli qəbz üzrə 762,0 manat ödənilmişdir. "xxxx" ASC tərəfindən təqdim olunmuş, Cavabdeh adına olan 540110******286526 nömrəli kart üzrə aparılmış əməliyyatlar üzrə açıqlamadan görünür ki, Cavabdeh **********6944-016306 nömrəli hesabına xx.xx.2020-ci il tarixdə 3400 manat, xx.xx.2020-ci il tarixdə 2762 manat, xx.xx.2020-ci il tarixdə 2762 manat, xx.xx.2020-ci il tarixdə 2762 manat, xx.xx.2021-ci il tarixdə 2762 manat, xx.xx.2021-ci il tarixdə 2762 manat, xx.xx.2021-ci il tarixdə 2762 manat, xx.xx.2021-ci il tarixdə 2000 manat, xx.xx.2021-ci il tarixdə 762 manat, xx.xx.2021-ci il tarixdə 2762 manat, **********944-16306 nömrəli hesabına xx.xx.2021-ci il tarixdə 2000 manat, xx.xx.2021-ci il tarixdə 762 manat, **********50944-016306 nömrəli hesabına xx.xx.2021-ci il tarixdə 2762 manat, **********944-16306 nömrəli hesabına xx.xx.2021-ci il tarixdə 2000 manat, xx.xx.2021-ci il tarixdə 762 manat, **********4944-016306 nömrəli hesabına xx.xx.2021-ci il tarixdə 2762 manat, **********944-16306 nömrəli hesabına xx.xx.2021-ci il tarixdə 2000 manat, xx.xx.2021-ci il tarixdə 762 manat, **********4944-016306 nömrəli hesabına xx.xx.2021-ci il tarixdə 2000 manat, xx.xx.2021-ci il tarixdə 762 manat ödənilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin «sübutların qiymətləndirilməsi»ndən bəhs edən 88-ci maddəsinin tələbinə uyğun olaraq, iş üzrə tərəflərin izahatını, məhkəmə iclasında tədqiq edilmiş sənədləri sübut kimi qəbul edərək hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs X5 adlı şəxsə olan borcunun hazırki Cavabdeh vasitəsi ilə ödənilməsini öz işçisi hazırki iddiaçının mərhum əri X10 tapşırmış, lakin sonuncu həmin pulları Maraqlı şəxs adından deyil öz adından ödəmişdir. X5 məhkəməyə müraciət edərək Maraqlı şəxs borcun qaytarılmasını tələb etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)-1240/2023 nömrəli qətnaməsi ilə Maraqlı şəxs 62000 ABŞ dolları X3 xeyrinə tutulmuşdur. İddiaçı iddia etmişdir ki, Maraqlı şəxs tapşırığı ilə mərhum əri cavabdehin hesabına ödənişləri Maraqlı şəxs adından deyil öz adından ödədiyi üçün sonuncu həmin pulu ondan tələb edir. Cavabdeh tərəf iddia tələbinə qarşı etiraz edərək, etirazlarını onunla əsaslandırmışdır ki, iddiaçının nümayəndəsinin deməsinə əsasən pul "xxxx" MMC-nin kassasından götürülərək, Fərqana ödənilməsi üçün verilmiş və o da, yəni Etamil pulu ödəmiş, tapşırığı icra etmişdir. Bundan sonra Cavabdehla Maraqlı şəxs arasında başqa danışıqlar olmasının onlarla heç bir əlaqəsi yoxdur. Çünki artıq tapşırıq icra olunmuşdur. Belə olan halda iddiaçının Cavabdeh pul tələb etməyə, eləcə də Maraqlı şəxs iddiaçıdan pul tələb etməyə subyektiv hüququ yoxdur. Çünki Maraqlı şəxs öz şəxsi vəsaitini verməmişdir, həmçinin pulların onun tərəfindən verilməsini təsdiq edən heç bir sübut yoxdur. Pul "xxxx" MMC-yə məxsus vəsait hesabına, kassa məxaric orderi tərtib edilməklə verilmişdir. Tapşıran "xxxx" MMC olmuş, tapşırığı icra edən isə hazırki iddiaçılar olmuşdur. Bundan başqa Maraqlı şəxsla Cavabdeh arasında borc müqavilələri üzrə 15000 ABŞ dolları və 55000 ABŞ dollarının Maraqlı şəxs borc verilməsi barədə 27.042018-ci il tarixli borc müqaviləsi bağlanmışdır. Həmin ödənişlər də borcun ödənilməsi üçün verilmişdir. Heç bir sənəddə borcun təyinatı olaraq pulun Ələmdara ödənilməsi üçün verildiyi yazılmamışdır. Pulun köçürülməsi öz təsdiqini tapır, lakin ödənişlərin təyinatı borc münasibətlərindən irəli gələn öhdəliklərin icrasıdır. Maraqlı şəxs ilə Cavabdeh arasında imzalanmış kredit müqavilələri üzrə öhdəliyin icrası üçüncü şəxs "xxxx" MMC tərəfindən şifahi tapşırıq müqaviləsi əsasında icra edilmiş, Cavabdeh hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bündan sonra-MM) 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. MM-in 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. MM-in 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Göründüyü kimi, iddiaçının tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs tapşırığı ilə hazırki iddiaçının mərhum əri E.Əliyev cavabdehin hesabına ödənişləri Maraqlı şəxs adından deyil öz adından ödədiyi üçün sonuncu həmin pulu iddiaçıdan tələb edir. Halbu ki, qeyd olunan qanunvericiliyin tələbindən görünür ki, əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. MM-in 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. MM-in 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə iclasında araşdırılmış sübutlarla iddiaçının mərhum ərinin cavabdehin hesabına tələb olunan 43982 manat məbləgində pulun köçürülməsi sübuta yetirilmişdir, cavabdeh tərəf də həmin məbləğdə pulun onun hesabına köçürülməsini mübahisələndirməmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin həmin pulu özündə saxlamasının hüquqi əsası olmamışdır. Cavabdeh tərəfin həmin pulun müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs ilə cavabdeh arasında olan borc müqaviləsinə görə ödənilməsi barədə göstərdiyi dəlillərlə bağlı məhkəmə qeyd edir ki, hər bir halda ödənilən məbləğlər iddiaçının mərhum ərinin adından ödənilmişdir və borc müqaviləsi də cavabdehlə Maraqlı şəxs arasında bağlanmışdır. Eyni zamanda Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023 tarixli, e-2(004)-1240/2023 nömrəli qətnaməsindən görünür ki, X3 Maraqlı şəxs qarşı pul tələbinə dair iddiası üzrə işə baxılarkən cavabdehin hesabına ödənilən pulun X4 olan borca görə ödənildiyi mübahisələndirilmişdir. İddia müddətinin keçməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia müddətinin başlanmasından bəhs edən MM-in 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Göründüyü kimi iddiaçı Maraqlı şəxs hazırki Cavabdeh qarşı pul tələbinə dair iddiası Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təmin olunmadıqdan sonra həmin pul iddiaçıdan tələb olunduğu üçün məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 43982 manat pul, hüquqi yardıma görə ödənilmiş 367 manat xərc tutularaq İddiaçı ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 223,07 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
qət etdi: İddia təmin edilsin. Cavabdeh 43982 (qırx üç min doqquz yüz səksən iki) manat pul, 376 manat hüquqi yardıma görə ödənilmiş xərc və 223,07 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Cavid Tağıyev