Məhkəmə qərarları › İş №e-2(125)-299/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-299/2025

14.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-299/2025 14.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh və etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh və iddiaçının tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh və Maraqlı şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20625 manat (20096 manat əsas, 153 manat dövlət rüsumu və 376 manat vəkil xidmət haqqı) pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs iddiaçının tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində müxtəlif vəzifələrdə çalışmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Maraqlı şəxs X1 xx.xx.2018-ci il tarixli borc müqaviləsi üzrə 55.000 ABŞ dolları və xx.xx.2019-cu il tarixli borc müqaviləsi üzrə 65.000 ABŞ dolları olmaqla borc almışdır. Həmin borc müqaviləsi üzrə ödənişlər tərəflərin şifahi razılaşmasına əsasən Cavabdeh adına ödənilmişdir. Ödənişləri şirkətin işçiləri olan hazırkı iddiaçılar müxtəlif vaxtlarda ödəmişdirlər. X4 tərəflər arasında olan şifahi razılaşmanı (Cavabdeh adına ödənişlər edilməsi) ödənişlər qurtardıqdan sonra nəzərə almayaraq Maraqlı şəxs qarşı Yasamal Rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəməyə şifahi razılaşma ilə bağlı hər hansı bir sənəd təqdim edilmədiyindən, tərəflərin bir-birinə olan etimadı, vicdani davranışı da məhkəmə tərəfindən nəzərə alınmayaraq, iddia tələbi Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)-1240/2023 saylı qətnaməsi ilə qismən təmin edilərək, Maraqlı şəxs 62000 ABŞ dolları tutularaq X3 ödənilməsi qət edilmişdir. Bundan sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Maraqlı şəxs Gəncə Şəhər Məhkəməsində Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 83067 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) məbləğində borc və 432 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə həmin pulun Maraqlı şəxs birbaşa özü tərəfindən Cavabdeh hesabına mədaxil edilmədiyindən, iddia tələbi təmin edilməmişdir. Yuxarıda da qeyd edildiyi kimi həmin vəsaitlər hazırkı iş üzrə Cavabdeh hesabına hazırkı iddiaçılar tərəfindən ödənilmişdir. Həmin pulları iddiaçılar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasından götürərək Cavabdeh hesabına köçürmüşdürlər. Hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti həmin vəsaiti hazırkı iş üzrə iddiaçılardan tələb edir. İddiaçı da Maraqlı şəxs bir il vaxt alaraq məhkəmə qaydasında Cavabdeh həmin vəsaiti tələb etməyi qərarlaşdırmışdır. İddiaçının Cavabdeh hesabına mədaxil etdiyi vəsait aşağıdakı kimidir. İddiaçı xx.xx.2023 tarixədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus mağazaların birində inzibatçı müavin vəzifədə çalışmışdır. Çalışdığı müddətdə onun tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən götürərək Cavabdeh ümumilikdə 20096 manat olmaqla, o cümlədən 1. xx.xx.2020-ci il tarixli F2012-2762 nömrəli qəbzlə 2762 manat, 2. xx.xx.2022-ci il tarixli 1162 nömrəli qəbzlə 2000 manat, 3. xx.xx.2022-ci il tarixli 9140 nömrəli qəbzlə 762 manat,

4. xx.xx.2022-ci il tarixli 2349 nömrəli qəbzlə 2000 manat, 5. xx.xx.2022-ci il tarixli 11091 nömrəli qəbzlə 762 manat, 6. xx.xx.2022-ci il tarixli 15395 nömrəli qəbzlə 762 manat, 7. xx.xx.2022-ci il tarixli 28635 nömrəli qəbzlə 2762 manat, 8. xx.xx.2022-ci il tarixli 4132 nömrəli qəbzlə 2762 manat, 9. xx.xx.2022-ci il tarixli 9318 nömrəli qəbzlə 2762 manat, 10. xx.xx.2022-ci il tarixli 124004 nömrəli qəbzlə 2762 manat vəsait ödənilmişdir. 5. İddiaçı da 527 manat əlavə (151 manat dövlət rüsumu, 376 manat vəkil xidmət haqqı üçün) xərc çəkmişdir. Həmin xərclər də qanunvericiliyin tələbinə əsasən cavabdehdən tutulmalı və iddiaçılara ödənilməlidir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, hüquqlarını müdafiə etdiyi şəxs İddiaçı tərəfindən hazırki iş üzrə Cavabdeh məxsus hesaba ödənişlər edilməsi bank tərəfindən göndərilmiş sənədlərlə də təsdiq olunmuşdur. Bundan başqa cavabdehin nümayəndəsi tərəfindən iddia müddətinin tətbiq olunması ilə bağlı ərizə verilərək ödənişlər edildiyini də təsdiq etmişdirlər. Hazırki iddia tələbi ilə iddia müddətinin tətbiq olunmasından söhbət gedə bilməz. Belə ki, Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Hüquqlarını müdafiə etdiyi şəxs isə öz hüquqlarının pozulduğunu Gəncə Şəhər Məhkəməsi tərəfindən işə baxıldıqdan sonra Maraqlı şəxs ona bildirməsi ilə bilmişdir. Maraqlı şəxs bildirmişdir ki, “Ödənilmiş pullar Cavabdeh tərəfindən qəbul edilmir və təsdiq olunmur, əgər siz ödəmisinizsə sübut edin.” Onlar hazırki vaxtda da pulun onların pulu olmasını iddia etməmişdirlər, pul Maraqlı şəxs tərəfindən hüquqlarını müdafiə etdiyi şəxs İddiaçı verilmiş, o isə ödəmiş, tapşırığı icra etmişdir. Əgər Cavabdehlə Maraqlı şəxs öz aralarında razılığa gəlsələr və Maraqlı şəxs da pulu İddiaçı tələb etməsə iddia tələbini geri götürməyə razıdırlar. Çünki hazırki vaxtda Maraqlı şəxs öz pulunu tələb edir, onlar isə müəssisədən 1 il vaxt almışdırlar. Maraqlı şəxs demişdir ki, “Pulu vermişəm ki, müəssisənin adından ödə, ancaq öz adından ödəyibsən.” İddiaçı "xxxx" MMC-nin işçisi olmuş, ödənişlər etməklə bağlı rəsmi səlahiyyəti olmuşdur. Pul müəssisənin kassasından götürülmüş, həmin müəssisənin rəhbəri, hüquqi şəxsi təmsil edən Maraqlı şəxs vermişdir pulu. Hazırda hüquqlarını müdafiə etdiyi şəxsin mövqeyi odur ki, Maraqlı şəxs pulu tələb etməsə iddia tələbini geri götürəcəkdir. Maraqlı şəxs pulu onlardan tələb etməsi məhkəməyə ünvanlandığı ərizəsi ilə də təsdiq olunur. İddia tələbi əsaslı olduğundan təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyib məhkəməyə yazılı etiraz da təqdim etdiklərini bildirərək izahatında göstərdi ki, iddiaçının nümayəndəsinin deməsinə əsasən pul "xxxx" MMC-nin kassasından götürülərək, Fərqana ödənilməsi üçün verilmiş və onlar da, yəni Söhrab və Etamil pulu ödəmiş, tapşırığı icra etmişdirlər. Bundan sonra Cavabdehla Maraqlı şəxs arasında başqa danışıqlar olmasının onlarla heç bir əlaqəsi yoxdur. Çünki artıq tapşırıq icra olunmuşdur. Belə olan halda İddiaçı Cavabdeh pul tələb etməyə, eləcə də Maraqlı şəxs İddiaçı pul tələb etməyə subyektiv hüququ yoxdur. Çünki Maraqlı şəxs öz şəxsi vəsaitini verməmişdir, həmçinin pulların onun tərəfindən verilməsini təsdiq edən heç bir sübut yoxdur. Pul "xxxx" MMC-yə məxsus vəsait hesabına, kassa məxaric orderi tərtib edilməklə verilmişdir. Tapşıran "xxxx" MMC olmuş, tapşırığı icra edən isə İddiaçı olmuşdur. Bundan başqa Maraqlı şəxsla Cavabdeh arasında kredit müqavilələri üzrə 15000 ABŞ dolları və 55000 ABŞ dolları olmaqla borc münasibətləri olmuş, həmin ödənişlər də borcun ödənilməsi üçün verilmişdir. Heç bir sənəddə borcun təyinatı olaraq pulun Ələmdara ödənilməsi üçün verildiyi yazılmamışdır. Pulun köçürülməsi öz təsdiqini tapır, lakin ödənişlərin təyinatı borc münasibətlərindən irəli gələn öhdəliklərin icrasıdır. Maraqlı şəxs ilə Cavabdeh arasında imzalanmış kredit müqavilələri üzrə öhdəliyin icrası üçüncü şəxs "xxxx" MMC tərəfindən şifahi tapşırıq müqaviləsi əsasında icra edilmiş, Cavabdeh hesabına köçürülmüşdür. İddia müddətinin tətbiqi barədə ərizə vermələrinin iddia tələbini qəbul etmələrinə heç bir təsiri olmadığını qeyd edərək, iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. İddiaçının tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq iddiaçının onun rəhbəri olduğu "xxxx" MMC-də işlədiyini, onun X3 olan borcunun şifahi razılaşmaları əsasında Ələmdar Həsənovun kürəkəni Cavabdeh ödənilməsi üçün pulu İddiaçı verdiyini, İddiaçı da həmin pulu bankda öz adından Cavabdeh ödədiyi üçün sonradan həmin pulun onun tərəfindən ödənilməsini Ələmdar Həsənov və Cavabdeh dandığını göstərmiş, buna görə də həmin pulu iddiaçıdan tələb etdiyini bildirmiş, əgər İddiaçı tərəfindən Cavabdeh ödənilmiş vəsait öz təsdiqini taparsa iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)-1240/2023 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Cavabdeh və X5 cəlb edilməklə cavabdeh Maraqlı şəxs qarşı “pul” tələbinə dair iddia qismən təmin edilmiş, cavabdeh Maraqlı şəxs 62000 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 395,4 manat məbləğində pul vəsaiti iddiaçı X2 xeyrinə tutulması qət edilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-1841/2024 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Maraqlı şəxs Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən "xxxx" MMC ilə işçi İddiaçı arasında bağlanmılmış əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən xitam verilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-5854/2024 nömrəli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Cavabdeh "xxxx" ASC-də olan **********6944-016306, **********944-16306, **********4944- 016306 və **********944-16306 nömrəli hesablarına, o cümlədən 54xxxxxxxxx286526 nömrəli debet kart hesabına xx.xx.2020-ci il tarixli F2012-2762 nömrəli qəbzlə 2762,0 manat, xx.xx.2022-ci il tarixli 1162 nömrəli qəbzlə 2000,0 manat, xx.xx.2022-ci il tarixli 9140 nömrəli qəbzlə 762,0 manat, xx.xx.2022-ci il tarixli 2349 nömrəli qəbzlə 2000,0 manat, xx.xx.2022-ci il tarixli 11091 nömrəli qəbzlə 762,0 manat, xx.xx.2022-ci il tarixli 15395 nömrəli qəbzlə 762,0 manat, xx.xx.2022-ci il tarixli 28635 nömrəli qəbzlə 2762,0 manat, xx.xx.2022-ci il tarixli 4132 nömrəli qəbzlə 2762,0 manat, xx.xx.2022-ci il tarixli 9318 nömrəli qəbzlə 2762,0 manat, xx.xx.2022-ci il tarixli 124004 nömrəli qəbzlə 2762 manat ödənilməsini təsdiq edən hesabdan çıxarışa dair məlumatların götürülməsi "xxxx" ASC-yə həvalə edilməsi qərara alınmışdır. "xxxx" ASC tərəfindən Gəncə Şəhər Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, RB02/137 nömrəli məktubdan görünür ki, Cavabdeh adına 540110xxxxxx286526 nömrəli "xxxx" ASC-yə məxsus plastik kart aşkar edilmiş, həmin plastik kart vasitəsilə aparılmış məhkəmə qərarında sadalanan əməliyyatlar aşkarlanmışdır, həmin əməliyyatlara dair təqdim olunması mümkün olan məlumatlar və aparılmış maliyyə əməliyyatlarına dair hesabdan çıxarış təqdim edilmişdir. Əlavə olaraq məhkəmə qərarında qeyd olunan hesablara bağlı kartlar müəyyən edilmiş və hesabdan çıxarışlar təqdim olunmuşdur. xx.xx.2020-ci il tarixli F3012-2762 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh adına olan **********4944-016306 hesab nömrəsinə 2762 manat, xx.xx.2022-ci il tarixli 1162 nömrəli qəbzdən görünür ki, 54********2865 nömrəli kartına 2000,0 manat, xx.xx.2022-ci il tarixli 9140 nömrəli qəbzdən görünür ki, 54********2865 nömrəli kartına 762 manat, xx.xx.2022-ci il tarixli 2349 nömrəli qəbzdən görünür ki, 54********2865 nömrəli kartına 2000,0 manat, xx.xx.2022-ci il tarixli 11091 nömrəli qəbzdən görünür ki, 54********2865 nömrəli kartına 762,0 manat, xx.xx.2022-ci il tarixli 15395 nömrəli qəbzdən görünür ki, 54********286526 nömrəli kartına 2762,0 manat, xx.xx.2022-ci il tarixli 28635 nömrəli qəbzdən görünür ki, 54********286526 nömrəli kartına 2762,0 manat, xx.xx.2022-ci il tarixli 4132 nömrəli qəbzdən görünür ki, 54********286526 nömrəli kartına 2762,0 manat, xx.xx.2022-ci il tarixli 9318 nömrəli qəbzdən görünür ki, 54********286526 nömrəli kartına 2762,0 manat, xx.xx.2022-ci il tarixli 124004 nömrəli qəbzdən görünür ki, 54********286526 nömrəli kartına 2762,0 manat ödənilmişdir. "xxxx" ASC tərəfindən təqdim olunmuş, Cavabdeh adına olan 540110******286526 nömrəli kart üzrə aparılmış əməliyyatlar üzrə açıqlamadan görünür ki, Cavabdeh **********4944-016306 nömrəli hesabına 04 .07.2022-ci il tarixdə 2762 manat, xx.xx.2022ci il tarixdə 2762 manat,xx.xx.2022-ci il tarixdə 2762 manat, xx.xx.2022-ci il tarixdə 2762 manat, xx.xx.2022-ci il tarixdə 2762 manat,xx.xx.2022-ci il tarixdə 762 manat, xx.xx.2022ci il tarixdə 2000 manat, xx.xx.2022-ci il tarixdə 2000 manat, xx.xx.2022-ci il tarixdə 762 manat, xx.xx.2020-ci il tarixdə 50 manat, xx.xx.2020-ci il tarixdə 2762 manat ödənilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin «sübutların qiymətləndirilməsi»ndən bəhs edən 88-ci maddəsinin tələbinə uyğun olaraq, iş üzrə tərəflərin izahatını, məhkəmə iclasında tədqiq edilmiş sənədləri sübut kimi qəbul edərək hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs X4 adlı şəxsə olan borcunun hazırki Cavabdeh vasitəsi ilə ödənilməsini öz işçisi hazırki İddiaçı tapşırmış, lakin sonuncu həmin pulları Maraqlı şəxs adından deyil, öz adından ödəmişdir. X4 məhkəməyə müraciət edərək Maraqlı şəxs borcun qaytarılmasını tələb etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)-1240/2023 nömrəli qətnaməsi ilə Maraqlı şəxs 62000 ABŞ dolları X2 xeyrinə tutulmuşdur. İddiaçı iddia etmişdir ki, Maraqlı şəxs tapşırığı ilə cavabdehin hesabına ödənişləri Maraqlı şəxs adından deyil öz adından ödədiyi üçün sonuncu həmin pulu ondan tələb edir. Cavabdeh tərəf iddia tələbinə qarşı etiraz edərək etirazlarını onunla əsaslandırmışdır ki, iddiaçının nümayəndəsinin deməsinə əsasən pul "xxxx" MMC-nin kassasından götürülərək, Fərqana ödənilməsi üçün verilmiş və o da, yəni Söhrab pulu ödəmiş, tapşırığı icra etmişdir. Bundan sonra Cavabdehla Maraqlı şəxs arasında başqa danışıqlar olmasının onlarla heç bir əlaqəsi yoxdur. Çünki artıq tapşırıq icra olunmuşdur. Belə olan halda İddiaçı Cavabdeh pul tələb etməyə, eləcə də Maraqlı şəxs İddiaçı pul tələb etməyə subyektiv hüququ yoxdur. Çünki Maraqlı şəxs öz şəxsi vəsaitini verməmişdir, həmçinin pulların onun tərəfindən verilməsini təsdiq edən heç bir sübut yoxdur. Pul "xxxx" MMC-yə məxsus vəsait hesabına, kassa məxaric orderi tərtib edilməklə verilmişdir. Tapşıran "xxxx" MMC olmuş, tapşırığı icra edən isə İddiaçı olmuşdur. Bundan başqa Maraqlı şəxsla Cavabdeh arasında kredit müqavilələri üzrə 15000 ABŞ dolları və 55000 ABŞ dolları olmaqla borc münasibətləri olmuş, həmin ödənişlər də borcun ödənilməsi üçün verilmişdir. Heç bir sənəddə borcun təyinatı olaraq pulun Ələmdara ödənilməsi üçün verildiyi yazılmamışdır. Pulun köçürülməsi öz təsdiqini tapır, lakin ödənişlərin təyinatı borc münasibətlərindən irəli gələn öhdəliklərin icrasıdır. Maraqlı şəxs ilə Cavabdeh arasında imzalanmış kredit müqavilələri üzrə öhdəliyin icrası üçüncü şəxs "xxxx" MMC tərəfindən şifahi tapşırıq müqaviləsi əsasında icra edilmiş, Cavabdeh hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. MM-in 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. MM-in 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Göründüyü kimi, iddiaçının tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs tapşırığı ilə hazırki İddiaçı cavabdehin hesabına ödənişləri Maraqlı şəxs adından deyil öz adından ödədiyi üçün sonuncu həmin pulu ondan tələb edir. Halbuki, qeyd olunan qanunvericiliyin tələbindən görünür ki, əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. MM-in 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. MM-in 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə iclasında araşdırılmış sübutlarla iddiaçının cavabdehin hesabına tələb olunan 20096 manat məbləğində pulun köçürülməsi sübuta yetirilmişdir, cavabdeh tərəf də həmin məbləğdə pulun onun hesabına köçürülməsini mübahisələndirməmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin həmin pulu özündə saxlamasının hüquqi əsası olmamışdır. Cavabdeh tərəfin həmin pulun müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs ilə cavabdeh arasında olan borc müqaviləsinə görə ödənilməsi barədə göstərdiyi dəlillərlə bağlı məhkəmə qeyd edir ki, hər bir halda ödənilən məbləğlər iddiaçının adından ödənilmişdir və borc müqaviləsi də cavabdehlə Maraqlı şəxs arasında bağlanmışdır. Eyni zamanda Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2023 tarixli, e-2(004)-1240/2023 nömrəli qətnaməsindən görünür ki, X2 Maraqlı şəxs qarşı pul tələbinə dair iddiası üzrə işə baxılarkən cavabdehin hesabına ödənilən pulun X3 olan borca görə ödənildiyi mübahisələndirilmişdir. İddia müddətinin keçməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia müddətinin başlanmasından bəhs edən MM-in 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Göründüyü kimi, iddiaçı Maraqlı şəxs hazırki Cavabdeh qarşı pul tələbinə dair iddiası Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təmin olunmadıqdan sonra həmin pul ondan tələb olunduğu üçün məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 20096 manat pul, hüquqi yardıma görə ödənilmiş 367 manat xərc tutularaq İddiaçı ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 153 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

qət etdi:

İddia təmin edilsin. Cavabdeh 20096 manat pul, 367 manat hüquqi yardıma görə ödənilmiş xərc və dövlət rüsumunun əvəzi 153 manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar