Məhkəmə qərarları › İş №e-2(125)-311/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-311/2023

03.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-311/2023 03.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 Əli oğlunun sədrliyi Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh və X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh və X3 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və X3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 7430 manat məbləğində pulun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, onun qızı X7 adət üzrə 2018-ci ilin sentyabr ayında toy edərək Cavabdeh ilə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon, ev 19 E, mənzil 21-də birgə yaşamışlar. Sentyabr ayında toy olmazdan əvvəl iddiaçı qızının gəlin getdiyi evi öz hesabına təmir etdirmişdir. Cavabdehlərlə razılaşma bu qaydada olmuşdur ki, iddiaçı evi təmir elətdirir, daha sonra isə cavabdeh bu evin təmirinə xərclənən pulu 2021-ci ilin avqust ayında qədər geri qaytarır. İddiaçı evin təmirinə öz şəxsi büdcəsindən ümumilikdə 7430 manat məbləğində pul xərcləmişdir. Nəticə etibarı ilə ünvan 1 nömrəli mənzildə 2018-ci ilin avqust ayında əsaslı təmir işləri görülmüşdür. Belə ki, evin qapıları tam dəyişdirilmiş, ustaların zəhmət haqqı tam ödənilmiş, oboy çəkilmiş, lak, emusya, plastik şkaf, qapı və pəncərə işləri görülmüşdür. Daha sonra iddiaçının qızı ilə cavabdehin arasında ailə münasibətləri pozulmuş və ayrılmışlar. Ayrıldıqdan sonra o, cavabdeh Turaldan dəfələrlə pulu tələb etməsinə baxmayaraq, cavabdeh evin satılacağı təqdirdə təmirə xərclənmiş pulu verəcəklərini söyləmişdir. Cavabdeh evin satılması üçün elan versə də, evin satılması artıq uzun müddətdir gecikir və cavabdeh bu bəhanə ilə öhdəliyini icra etməkdən yayınır. Odur ki, cavabdehlər Cavabdeh və X3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 7430 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək izahatında bildirmişdir ki, iddia tələbi ilə razı deyil, həmin tələb şər, böhtandan ibarətdir. Belə ki, iddiaçının qızı X7 adət üzrə 2018-ci ilin sentyabr ayında toy edərək Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon, ev 19 E, mənzil 21-də birgə yaşamışlar. Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon, ev 19 E, mənzil 21-də yerləşən mənzil hərbiçilər üçün inşa edilmiş mənzillərdir. Həmin mənzillər hamısı təmirli şəkildə tikilib təhvil verilmişdir. Düzdür iddiaçının qızı ilə ailə qurduqdan sonra iddiaçı öz zövqünə uyğun olaraq otaqların qapısını dəyişmiş, mətbəxdə kafelləri dəyişmişdir. Lakin həmin işləri o özü görmüşdür. Ümumilikdə isə həmin mənzillərin təmirə ehtiyacı olmamışdır. İddiaçı ilə onun arasında whatsapp yazışmaları olmuş, həmin yazışmalardan da görünür ki, iddiaçı tələbin yalan olduğunu etiraf etmişdir. Həmçinin iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini ötürməklə iddia vermişdir. Qeyd edilənlərlə əlaqədar iddia tələbi əsassız olduğundan təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X4 Cavabdeh ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, o, malyardır. ünvan 1 ünvanında yerləşən evdə təmir işlərində iştirak etmişdir. Həmin evdə Turalı yalnız bir dəfə görmüşdür. Həmişə Səidə xanımla əlaqə saxlayaraq alınacaq oboy, emusiya kimi materiallar istəmiş, Səidə xanım da ev üçün lazımlı olan materialları onlara çatdırmışdır. 3 otaq, mətbəx və dəhlizdə tavan işlərini, divarların emusiyasını 2 usta və bir fəhlə olmaqla onlar görmüşlər. Səidə xanım evin təmiri üçün onlara 1750 manat vermiş, həmçinin 300 manat yeməklərinə xərcləmişdir. Ümumilikdə nə qədər xərc getməsi barədə məlumatı yoxdur. Məhkəmə baxışında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, o santexnikdir. Həmin evdə usta kimi işləmiş və müəyyən təmir işləri aparmış 500 manat əl muzdu 100 manat yemək pulu verilməsi üçün Səidə xanımla razılaşmışlar. O, Turalı tanımır, bütün təmir işləri ilə də Səidə xanım maraqlanmışdır. Həmçinin Səidə xanımın həmin ev üçün ağ rəng bəzəkli qapılar və mətbəx üçün kafel metlak aldığının da şahidi olmuşdur. Məhkəmə baxışında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, o, Turalı onların mağazalarından materiallar aldığı üçün tanımışdır. Tural onların mağazasına iki xanımla gəlmiş, onlardan 10 kley, 23 oboy almış, materialların pulunu da, Tural vermişdir. Məhkəmə baxışında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, o, 1001 xırdavat mağazasında tikinti materiallarının satışı ilə məşğul olur. Turalı onların mağazalarından materiallar aldığı üçün tanımışdır. Təxminən 2019-cu ilin yay aylarında Tural onların mağazasına gələrək evinin təmiri üçün lazım olan materialları oradan almışdır. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan ******* saylı və ******* saylı qaimə fakturalardan görünür ki, Seymur adlı şəxsə Tural adlı şəxs tərəfindən müxtəlif tikinti materialları üçün 556 manat və Hüseyn adlı şəxsə Tural adlı şəxs tərəfindən 191 manat verilmişdir. İşdə olan “WhatsApp” yazışmalarından görünür ki, həmin yazışmalarda İddiaçı Cavabdeh borcunu qaytarmasını, Cavabdeh isə ona borcununun olmadığını bildirmişdir. İşdə olan Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, rəyin “Tədqiqi hissəsin”nin 1-ci bəndində göstərilən səbəblərə görə “WhatsApp” proqram təminatında qeydiyyatdan keçmiş istifadəçilər tərəfindən “WhatsApp” mesajlaşma sisteminin yenilənmiş son versiyasında göndərilən və qəbul edilən mesajların redaktə olunması üçün texniki imkan olmadığından mesaj göndərən və ya qəbul edən şəxsin “WhatsApp” mesajlaşma sistemi və ya proqram təminatı ilə mesajları redaktə etməsi mümkün deyil. “WhatsApp” proqram təminatına dair məlumat bazasının (server) informasiya təhlükəsizliyinə müdaxilə edilərək və ya xüsusi vasitələr (proqram təminatlarına müdaxiləni və dəyişiklikləri təmin edən proasra... . ə ivləri) istifadə olunaraq kiberhücumlarla hakerlər tərəfindən proqram üzərində cər ASL. müdaxilənin və redaktələrin mesajlar üzərində edilməsi halları ola bilər. İşdə olan Məhkəmə Ekspertiza Mərkəzinin məlumatından görünür ki, 2(125)- 311/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixdə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılması və rəy verilməsi üçün tədqiqat obyektinə baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli vəsatət göndərilmişdir. Məhkəmə tərəfindən tədqiqat obyektinə baxış keçirilməsi xx.xx.2023-cü il tarixinə təyin edilmişdir. Qeyd olunur ki, tədqiq olunan mənzilin qapısı bağlı olduğundan tədqiqat obyektinə baxış keçirilməsi və qərardadla ekspert qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2-ci bəndinə əsasən hazırki ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılır. İşdə olan Cavabdeh ərizəsindən görünür ki, iş üzrə ekspert təyin edilmiş, ekspertin gəlib tam təmirli evi podmayak, yəni təmirsiz hesablamaq istədiyini dediyi üçün ona etiraz etmişlər. Məhkəmə araşdırması zamanı cavabdehin təqdim etdiyi video diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, 2016-cı ildə Gəncədə hərbi qulluqçular üçün inşa edilən şəhərciyin açılışı olmuş, həmin tarixdə açılış olan evlər təmirli olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının qızı X7 və Cavabdeh 2018-ci ilin sentyabr ayında toyu olmuş, toydan sonra ünvan 1 nömrəli mənzilə köçmüşlər. Toydan əvvəl evdə təmir işləri aparılmışdır. İddiaçı evin təmiri üçün öz şəxsi büdcəsindən ümumilikdə 7430 manat məbləğində pul xərclədiyini qeyd edərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsində də nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hazırki mübahisə üzrə iddianın hüquqi əsası ilə bağlı mülki qanunvericiliyinin aşağıdakı müddəalarının nəzərdən keçirilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 779.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir və mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə ilk növbədə cavabdehlərin iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsi barədə ərizəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 377.3-cü maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. İddia ərizəsindən görünür ki, iddiaçı evin təmiri üçün xərclənmiş pulların 2021-ci il qaytarılması barədə tərəflər arasında razılıq olmuşdur. Cavabdehlər ümumiyyətlə iddianı qəbul etməmiş, həmçinin iddia müddətinin tətbiqi barədə ərizəyə təmir xərcinin qaytarılması müddətini təsdiqləyən sübutlar təqdim etməmişdir. Məhkəmə mübahisəli mənzildə toydan əvvəl təmir işlərinin aparılması ilə bağlı qeyd edir ki, təmir işlərinin aparılması cavabdehlər tərəfindən qismən etiraf edilmişdir. Məhkəmə tərəfindən aparılmış təmir işlərinin həcminin və məbləğinin müəyyən edilməsi üçün kompleks məhkəmə mühəndis texniki və məhkəmə əmtəşünaslıq ekspertizasının keçirilməsi və rəyin alınması isə cavabdehin ekspertizanın keçirilməsinə maneə yaratması nəticəsində mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Odur ki, Cavabdeh ekspertizanın keçirilməsinə mane yaratdığından məhkəmə təmir xərclərinin 7430 manat olmasını təsdiq olunmuş hesab edir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, iddiaçı Cavabdeh evin təmirinə dair aralarında razılığa gəldikləri və bu məqsədlə Cavabdeh 7430 manat pul vəsaitini xərcləməsi təsdiqini tapmışdır. Məhkəmə iddiaçının 7430 manat pulun müştərək qaydada digər cavabdeh X1 tutulması hissəsində qeyd edir ki, İddiaçı qızı X7 ilə Cavabdeh Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon, ev 19 E, mənzil 21-də birgə yaşamışlar. Cavabdeh X2 həmin razılaşmada iştirakı öz təsdiqini tapmamışdır. Cavabdeh mübahisəli mənzildə aparılmış təmir işlərinin onun vəsaiti əsasında həyata keçirildiyini qeyd etsə də, bu hal iş materiallarında dindirilmiş şahid ifadələri ilə təkzib edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia qismən, yəni Cavabdeh 7430 manat pulun alınıb ona verilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. İddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. İddia qismən təmin edildiyindən ödənilmiş 94.30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 7430 manat alınaraq İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Cavabdeh 94.30 manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar