Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-314/2024 25.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşağın atasının razılığı olmadan ölkədən getməsinə icazə verilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı uşağın atasının razılığı olmadan ölkədən getməsinə icazə verilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məkəməsinə müraciət edərək, xx.xx.2019-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək, yəni 18 yaşı olanadək onunla birlikdə cavabdehin razılığı olmadan ölkədən xaricə getməsinə icazə verilməsinə, həmçinin onun tərəfindən mediasiya üçün ödədiyi 50 manat və dövlət rüsumu kimi ödədiyi 50 manat rüsumun cavabdehə aid edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi, Vəkil1 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh ilə 26 oktyabr 2016cı ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X5 adlı bir övladı var. Gəncə Şəhər Məhkəməsinin 2(125)-4081/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikahın pozulması qət edilmişdir. Həmçinin digər məhkəmə qətnaməsi ilə uşağın saxlanması üçün alimentin tutulması da qət edilmişdir. Qeyd etmişdir ki, o, uşağını xarici ölkəyə istirahətə aparmağı planlaşdırmışdır. Mövcud qanunvericiliyin tələblərinə əsasən, 18 yaşı tamam olmamış vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin razılığı tələb olunur. Cavabdeh isə hazırda buna razılıq vermir. Ona görə də, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, məhkəmələr tərəfindən uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında mübahisələrə baxılarkən, uşağın təhsil, peşə hazırlığı, tibbi xidmət, sağlamlığının bərpası, əmək fəaliyyətinə hazırlıq sahəsində xidmətlərdən səmərəli istifadə etməsini və istirahət vasitələrindən bəhrələnməsini təmin etmək məqsədi ilə bütövlükdə uşağın sosial həyata mümkün qədər daha yaxşı cəlb edilməsi, uşağın mədəni və mənəvi inkişafı da daxil olmaqla, şəxsiyyətinin formalaşması naminə hər bir halda üstün mənafeyi nəzərə alınmalıdır. Odur ki, xx.xx.2019-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək, yəni 18 yaşı olanadək onunla birlikdə cavabdehin razılığı olmadan ölkədən xaricə getməsinə icazə verilməsinə, həmçinin onun tərəfindən mediasiya üçün ödədiyi 50 manat və dövlət rüsumu kimi ödədiyi 50 manat rüsumun cavabdehə aid edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi Nümayəndə məhkəməyə etiraz təqdim edərək, bildirmişdir ki, iddiaçı xx.xx.2019-cu il təvəllüdlü X4 ölkə xaricinə istirahət üçün yox, daimi aparmaq istəyir. Belə ki, iddiaçı Avstriya Respublikasına daimi əsaslar üçün köçmək istəyir və daimi uşaqla birlikdə orada yaşamağı planlaşdırır. 2019-cu il tarixdə iddiaçı ilə cavabdeh birgə Avstriya Respublikasına miqrant kimi yaşamışlar. O vaxtlar Avstriya Respublikasının vətandaşlığını almaq mümkün olmadığından onlar Azərbaycan Respublikasına qayıtmışlar. Hazırda iddiaçının Avstriyada dayısı yaşayır və o, iddiaçıya Avstriyada daimi yaşamaq üşün köməklik edir. xx.xx.2019-cu il təvəllüdlü X2 istirahət etməsi üçün Azərbaycan Respublikasında kifayət qədər yerlər və məkanlar vardır. Həmçinin iddiaçı uşağı bu yola atasından və digər qohumlarından ayırmaq istəyir. Beləliklə iddiaçının tələbi təmin olunarsa onun bir çox hüquqları məhdudlaşacaqdır. Həmçinin uşağın da bir çox hüquqları pozulacaqdır. İddiaçı öz arzusu ilə özünə yaşayış yeri seçə bilər, lakin bunu uşağın mənafeyinə zidd etməməlidir. Uşaq ölkəni tərk etsə atasını və ata tərəfindən qohumları tanımayacaqdır. Uşağın sağlam böyüməsi şübhə altına düşəcək, ümumbəşəri və milli dəyərlər əsasənda tərbiyə olunmayacaqdır. Ona görə də iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Vəkil2 iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Avstriya Respublikası İnsbruk VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 006156/2020 nömrəli doğum haqqında şəhadətnamənin tərcümə edilmiş və notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2019-cu ildə doğulmuşdur, atası Cavabdeh, İddiaçıdır. İşdə olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-4081/2023 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Gəncə ASAN xidmət Qeydiyyat Şöbəsində xx.xx.2016-cı il tarixdə 2307 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir. Beləliklə məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər xx.xx.2016-cı il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2019-cu il tarixdə X5 adlı bir uşaqları olmuşdur. İddiaçı yetkinlik yaşına çatmamış uşağını özü ilə Azərbaycan Respublikasından kənara apara bilmir, çünki uşağı dövlət sərhəddindən çıxarmaq üçün digər valideynin (atanın) razılıq ərizəsi tələb olunur. Cavabdeh azyaşlı uşağının anası ilə Azərbaycan Respublikasından kənara çıxmasına etiraz edir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddiaçının tələbi haqlıdır. İddiaçının özü və yetkinlik yaşına çatmamış uşağı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubdurlar və ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla ünvan 2yırlar. İddiaçı müvəqqəti olaraq özü ilə uşağını başqa ölkəyə aparmaq istəsə də, buna nail ola bilmir, çünki uşağın atasının razılığını əldə edə bilmir. Nəticədə yetkinlik yaşına çatmamış uşağının sərbəst hərəkət etmək azadlığı pozulur və o, mənsub olduğu dövlətdən başqa ölkəyə sərbəst gedib-gələ bilmir ki, bu da onun hüquqlarının məhdudlaşmasına səbəb olur. Azərbaycan Respublikasının Konstitusiyasının 52-ci maddəsində göstərilmişdir ki, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının da qoşulduğu “Uşaq hüquqları haqqında” Avropa Konvensiyasının 10-cu maddəsinin İ hissəsində göstərilmişdir ki, bu Konvensiya ilə üzv olan dövlətlər, ailə hüquqlarını həyata keçirmək məqsədilə uşağın və ya onun valideynlərinin üzv dövlətlərdən hər hansı birinin ərazisinə daxil olmağa və ya tərk etməsinə pozitiv, humanist yanaşmalı və bunu operativ şəkildə təmin etməlidirlər ki, bu hal uşaq və ya onun ailəsi üçün hər hansı xoşagəlməz halla nəticələnməsin. Konvensiyanın həmin maddəsinin İİ hissəsində isə qeyd edilmişdir ki, qanunla uşağın və ya onun valideynlərinin üzv dövlətlərdən hər hansı birinə giriş-çıxışını məhdudlaşdıran hal yoxdursa, konvensiyanı təsdiq etmiş ölkələr, valideynləri müxtəlif ölkələrdə yaşayan uşağın üzv dövlətlərdən hər hansı birinin ərazisini tərk etməyi və ya daxil olmağı təmin etməlidirlər. Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəssinin 1-ci hissəsinə əsasən, hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Həmin maddənin 2-ci hissəsinə əsasən milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün sağlamlığı, yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanları tərəfindən bu hüququn həyata keçirilməsinə mane olmağa yol verilmir. Konvensiyanın 4 saylı Protkolunun 2-ci maddəsinin tələbinə görə hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Sadalanan Konstitusiya normalarının və beynəlxalq konvensiyanın tələblərindən də göründüyü kimi uşağın başqa dövlətin ölkəsinə getməsinə, öz ölkəsinə qayıtmasına əsassız və qanunla nəzərdə tutulmadığı hallarda məhdudiyyətlər qoyula bilməz. Məhkəmə nəzərə alır ki, uşaqların ölkədən gedə bilməməsi atasının buna razılıq verməməsi ilə əlaqədardır. Mira adlı uşağın və ya onunla birlikdə yaşayan iddiaçı anasının bu məsələdə heç bir təqsiri yoxdur. Həmçinin qeyd edilməlidir ki, atanın razılığı olmadan uşağın başqa ölkəyə getməsi uşağın öz mənafeyinə xidmət edir və burada atanın mənafeyi əleyhinə yönələ biləcək hal müəyyən olunmur. Bu səbəbdəndir ki, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində göstərilmişdir ki, valideynlərdən birinin razılığı olmadıqda yetkinlik yaşına çatmamış vətəndaşın ölkədən getməsi məsələsi məhkəmə qərarı əsasında həll edilir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin “Yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi Qaydası”nın 11-ci maddəsində göstərilmişdir ki, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Bu kimi razılıq olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. Eləcə də, BMT-nin 1959-cu il tarixdə qəbul etdiyi “Uşaq Hüquqları Haqqında” Bəyənnamənin 2-ci maddəsində göstərilmişdir ki, qanunla və başqa vasitələrlə uşağın sosial müdafiəsi təmin edilməli, uşağın əqli, fiziki, mənəvi və sosial baxımdan sağlam, normal, azad və ləyaqətli inkişafı üçün bütün şəraitlər yaradılmalıdır. Həmçinin, Avropa İnsan Hüquqları Məhkəməsi “Pençevi Bolqarıstana qarşı” xx.xx.2015–ci il tarixli Qərarında qeyd etmişdir ki, hərəkət etmək azadlığı hüququ milli təhlükəsizliyin, ictimai asayişin, əhalinin sağlamlığının və mənəviyyatının və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi kimi müstəsna hallarda məhdudlaşdırıla bilər. Hazırki iddiada isə qeyd edilən istisna hallardan heç biri müəyyən edilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi “Pençevi Bolqarıstana qarşı” xx.xx.2015–ci il tarixli Qərarında daha sonra qeyd etmişdir ki, valideynləri müxtəlif dövlətlərdə yaşayan uşağın, xüsusi hallar istisna olmaqla, hər iki valideynlə müntəzəm şəxsi münasibətlər və birbaşa əlaqələr saxlamaq hüququ vardır. Bu məqsədlə “Uşaq hüquqları haqqında” BMTnin Konvensiyasının 9-cu maddəsinin 2-ci bəndi üzrə öhdəliyinə uyğun olaraq iştirakçı dövlətlər uşağın və onun valideynlərinin istənilən ölkəni, o cümlədən öz ölkəsini tərketmək və öz ölkəsinə qayıtmaq hüququna hörmət bəsləyirlər. İstənilən ölkəni tərk etmək hüququ barəsində yalnız elə məhdudiyyətlər qüvvədədir ki, onlar qanunla müəyyən edilmişdir və dövlət təhlükəsizliyinin, ictimai qaydanın (ordrepublic), əhalinin sağlamlığının və ya mənəviyyatının və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün zəruridir və bu Konvensiyada tanınan başqa hüquqlarla bir araya sığır.” İştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Ona görə də, məhkəmə qeyd olunan normalara istinadən yuxarıda sadalanan Azərbaycan Respublikasının Konstitusiyasının və “Uşaq hüquqları haqqında” Avropa Konvensiyasının tələblərini, habelə beynəlxalq hüquq normalarının tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, uşağın digər valideyni olan iddiaçı ilə birlikdə Azərbaycan Respublikasından başqa ölkəyə getməsi hər hansı başqa şəxsin, xüsusən razılıq verməsi üçün Azərbaycan Respublikasından kənarda yaşayan atanın mənafelərinə qarşı yönəlməmişdir. Hazırki tələb iddiaçının və onun uşağının Qanunlarla nəzərdə tutulmuş sərbəst hərəkət etmək, istədiyi yerdə yaşamaq və müalicə olunmaq hüquqlarını həyata keçirmək zərurətindən yaranmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2021-ci il tarixli qərarının 4.1-ci bəndində əks olunmuş hüquqi mövqeyə əsasən, bu kateqoriya işlər üzrə iddiaçılar bir çox hallarda iddia tələblərini qanunvericiliyin tələblərinə zidd olaraq, yetkinlik yaşına çatmayan vətəndaşın (uşağın) digər valideynin razılığı olmadan ölkədən çıxarılmasına-gətirilməsinə, getməsinə-gəlməsinə hüququn tanınması və s. bu kimi məzmunda ifadə edirlər. Halbuki, Azərbaycan Respublikası vətəndaşlarının öz ölkəsinə qayıtmaq hüququ Konstitusiyanın 28-ci maddəsinin İV hissəsində nəzərdə tutulmuş konstitusion hüquq olmaqla, hər hansı formada məhdudlaşdırıla bilmədiyindən, ölkəyə gətirilməsinə icazənin verilməsi ilə bağlı tələblərə məhkəmə qaydasında baxıla bilməz. Digər tərəfdən, tələbin hüququn tanınması şəklində ifadə edilməsi də, bir valideynin digər valideynə münasibətdə üstünlüyü baxımından doğru hesab edilə bilməz. Belə ki, ailə qanunvericiliyinin tələblərinə görə, uşağın yanında qalması müəyyən edilmiş valideyn digər valideynə münasibətdə hər hansı üstün hüquqlar əldə etmir, əksinə Ailə Məcəlləsinin 61-ci maddəsində təsbit edilmişdir ki, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. 4.2-ci bəndində əks olunmuş hüquqi mövqeyə əsasən, Qeyd edilənlərdən belə nəticə hasil olur ki, Miqrasiya Məcəlləsinin 9.1-ci, 9.2-ci, 11.1-ci və 11.2ci maddələrinə əsasən, bu kateqoriya işlər üzrə tələb “yetkinlik yaşına çatmayan vətəndaşın (uşağın) digər valideynin razılığı olmadan ölkədən getməsinə icazənin verilməsi” məzmununda qoyulmalıdır. Bu baxımdan məhkəmələrə izah edilir ki, iddia tələbinin məzmunu bu şəkildə qoyulmadıqda, məhkəmələr MPM-in 14 və 53-cü maddələrinə əsasən iddiaçıya tələbin dəqiqləşdirilməsini təklif edə bilər, təklifin qəbul edilib-edilməməsindən asılı olmayaraq, qətnamənin nəticə hissəsi tələbin məzmunu ilə bağlı qanunvericiliyin göstərişlərinə uyğun olmalıdır. Məhkəmə işin faktiki hallarına hüquqi qiymət verərək, qeyd edilən normativ hüquqi aktları nəzərə alaraq hesab edir ki, iddiаçının yetkinlik yaşına çatmayan uşaqlarını xаrici ölkəyə (və yа ölkələrə) аpаrmаsı uşaqların hər hаnsı mаrаq və mənаfelərinə zidd deyil, əksinə onun psixi, fiziki, mənəvi inkişаfınа və dünyа görüşünə müsbət təsir edə biləcək аmillərdir. Lаkin, iddiaçının uşaq ilə birlikdə Azərbaycan Respublikasının hüdudlarından kənara getmək istəməsinə cavabdehin müvafiq icra hakimiyyəti orqanında rаzılığının alınmasının mümkün olmaması, iddiaçının, eləcə də uşаqların yuxarıda qeyd edilən qanunla nəzərdə tutulmuş bir sırа hüquqlarını pozur. İddiaçı onunla birlikdə yaşayan uşağını sərbəst surətdə xarici ölkəyə aparmaq hüququna malikdir ki, onun bu hüquqları cavabdehin razılığının alınması ilə əlaqədar məhdudlaşdırıla bilməz. Belə ki, iddiаçının yetkinlik yaşına çatmayan uşağını xаrici ölkəyə (və yа ölkələrə) аpаrmаsı uşaqın hər hаnsı mаrаq və mənаfelərinə zidd olmasına dair hər hansı dəlil təqdim edilməmişdir. Məhkəmə, həmçinin cavabdehin uşağa münasibətdə bir valideyn kimi qanunla müəyyən olunmuş hüquqlara malik olmasını, müəyyən vəzifələr daşımasını da nəzərə alaraq qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası hüdudlarından kənara getdikdə səfər edəcəyi ölkə, səfərin məqsədi, səfərin müddəti barədə cavabdehə ən azı 10 gün qabaq yazılı məlumat verməlidir. Məhkəmə hesab edir ki, iddiaçının üzərinə həmin vəzifənin qoyulması, cavabdehin uşağa münasibətdə bir valideyn kimi qanunla qorunan hüquqlarının pozulmasının, habelə iddiaçının hüquqdan sui-istifadə etməsinin qarşısını almaq baxımından zəruridir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı üzərinə yetkinlik yaşına çatmamış uşağı xx.xx.2019-cu il tarixdə anadan olmuş X5 ilə birlikdə Azərbaycan Respublikası hüdudlarından kənara getdikdə səfər edəcəyi ölkə, səfərin məqsədi, səfərin müddəti barədə cavabdehə ən azı 10 gün qabaq yazılı məlumat vermək vəzifəsi (elektron ünvanına məlumatın verilməsi istisna edilmir) qoyulmalı və xx.xx.2019-cu il tarixdə anadan olmuş X2 anası İddiaçı ilə birlikdə Azərbaycan Respublikası hüdudlarından kənara müvəqqəti olaraq getməsinə icazə verilməlidir. Məhkəmə cavabdehin iddiaçının uşağı ölkədən aparması ilə bağlı qeyd edir ki, cavabdeh bununla bağlı sübutları məhkəməyə təqdim etməmişdir, təqdim edilmiş sübutlar iddiaçının cavabdehlə birlikdə ölkə xaricində yaşadıqları dövrə aid sübutlardır. Həmçinin iddiaçının ərizəsindən görünür ki, iddiaçı uşağı özü ilə xaricə istirahətə aparmaq üçün hazırkı tələblə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini və tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat xərcin 25 manatı və dövlət rüsumu kimi ödənilmiş 50 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220, 233, 238, 241, 242, 243, 244, 245, 252, 253 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. xx.xx.2019-cu il tarixdə anadan olmuş X2 anası İddiaçı ilə birlikdə Azərbaycan Respublikası hüdudlarından kənara müvəqqəti olaraq getməsinə icazə verilsin. İddiaçı üzərinə yetkinlik yaşına çatmamış uşağı xx.xx.2019-cu il tarixdə anadan olmuş X5 ilə birlikdə Azərbaycan Respublikası hüdudlarından kənara getdikdə səfər edəcəyi ölkə, səfərin məqsədi, səfərin müddəti barədə cavabdehə ən azı 10 gün qabaq yazılı məlumat vermək vəzifəsi qoyulsun. İlkin mediasiya sessiyasına ödənilmiş 50 manat xərcin 25 manatı və dövlət rüsumu kimi ödənilmiş 50 manat cavabdeh X3 iddiaçı X1 xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №e-2(125)-314/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-314/2024
25.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver