Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3214/2023 01.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilkin iddia ərizəsi üzrə, qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1880 manat məbləğində pulun və iddia qaldırılması üçün ödənilmiş 39 manat məbləğində dövlət rüsumunun, cəmi 1919 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üçün əldən çıxmış fayda olaraq 1500 manat, nəqliyyat xərcləri olaraq 500 manat və mənəvi zərər olaraq 1000 manatın, ümumilikdə 3000 manat pulun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixində, saat təqribən 13:00 radələrində Sabunçu rayonu, ünvan 1 74 saylı məktəbin qarşısında “Porsche” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı maşını idarə edərkən qarşıda dayanmış “Mercedes” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı maşına dəymiş, zərbənin şiddətindən “Mercedes” markalı maşının qarşısında dayanan “İsuzu” markalı maşına dəymişdir. Onunla Cavabdeh aralarında razılaşmışlar ki, iddiaçı cavabdehə məxsus, yararsız vəziyyətə düşmüş “Mercedes” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı maşının ilkin vəziyyətdəki qiymətini cavabdehə verəcək. Tərəflər cavabdehə “Mercedes” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı maşının ilkin vəziyyətdəki qiymətini 13000 manat olaraq müəyyən etmişlər. O, həmin 13000 manat məbləğin 5000 manat hissəsini nağd qaydada cavabdehə verməyi, qəza nəticəsində yararsız vəziyyətdə olan cavabdehə məxsus “Mercedes” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı maşını 5000 manata sataraq cavabdehə verməyi və qalan 3000 manatı isə icbari sığorta tərəfindən cavabdehə veriləcək 4880 manatdan götürəcəyi və qalıq 1880 manat məbləği ona qaytaracağına dair razılaşmışdır. Sonradan Cavabdeh onunla aralarındakı razılaşmaya əməl etməyərək ona qaytarmalı olduğu 1880 manat məbləğində pulu bu günədək ona qaytarmamışdır. Ona məxsus pul vəsaitinin ödənilməsi üçün aidiyyəti üzrə Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə çikayət ərizəsi ilə müraciət etmişdir. Sabunçu Rayon Polis idarəsinin 13-cü Polis Bölməsində tərəflərin izahatı alınmış və cavabdeh öz izahatında bildirmişdir ki, “Mercedes” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı maşının ilkin vəziyyətdəki qiymətini 13000 manat olaraq müəyyən etmişlər. Həmin 13000 manat məbləğin 5000 manat hissəsini nağd qaydada iddiaçıdan almış, qəza nəticəsində yararsız vəziyyətdə olan cavabdehə məxsus “Mercedes” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı maşını 5000 manata sataraq dəyərini götürmüş və qalan 3000 manatı isə icbari sığorta tərəfindən cavabdehə veriləcək 4880 manatdan götürəcəyi və qalıq 1880 manat məbləği ona qaytarmağı öhdəsinə götürmüşdür. Lakin yeni aldığı avtomobil daha baha olduğundan ona qaytarmalı olduğu 1880 manat məbləği qaytara bilməmişdir. Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru Rafiq Babayevin xx.xx.2022-ci il tarixli qərarına əsasən onun şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddianı müdafiə edib, qarşılıqlı iddianı qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, əlavə olaraq göstərdi ki, 13000 manat pulun 5000 manatını cavabdehə nağd qaydada ödəmişdir. Qalan məbləğin ödənilməsi üçün qəza nəticəsində yararsız vəziyyətdə olan cavabdehə məxsus “Mercedes” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı maşını 5000 manata sataraq cavabdehə verməli olduğu halda cavabdeh özü həmin maşını 7400 manata satıb, əlavə xeyir götürmüşdür. Bundan başqa cavabdeh razılaşdıqları kimi sığortadan 4880 manat pulu alaraq 3000 manatını özünə götürdükdən sonra yerdə qalan 1880 manat pulu ona qaytarmalı olduğu halda qaytarmamış, təzə aldığı avtomobili 13000 manatdan baha qiymətə aldığını iddia etmişdir. Halbuki, cavabdehlə avtomobilin dəyərini 13000 manat razılaşmışlar və cavabdeh həmin məbləğdə pulu alsa da, ona qaytarmalı olduğu 1880 manatı əsassız olaraq özündə saxlamışdır. İlkin iddianın təmin olunmasını, qarşıqlı iddianın isə rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddianı müdafiə edib, ilkin iddianı qəbul etməyərək izahatında göstərdi ki, 12 dekabr 2021-ci il tarixdə İddiaçı özünə məxsus “Porsche” markalı maşınla ona məxsus “Mersedes” markalı maşını əzmişdir. Nəticədə taksi fəaliyyəti ilə məşğul olduğu həmin avtomobil tamamilə yararsız hala düşmüşdür. Cavabdeh söz vermişdir ki, dəyən zərəri aradan qaldıracaq. Orada bir ustayla danışıb, maraqlanmışdırlar ki, 13000 manata halhazırda onun maşını ilə eyni ildən maşın var, əlimyandıda satılır və beh vermək lazımdır. Razılaşmışdırlar ki, 10 gün müddətində, yəni dekabr ayının 22-nə kimi Pərviz 13 000 manat pulun 5000 manatını ödəyəcək, qalan 8000 manat pulu da düzəldib verəcək. Lakin Pərviz onu aldadaraq 2800, 1200 və 1000 manat qırıq-qırıq ödəməklə, danışıqlarından 14 gün sonra, yəni dekabr ayının 26-da cəmi 5000 manat vermişdir. Dekabrın 29-da isə ona 3000 manat verməyə söz versə də, 2000 manat verə biləcəyini, 1000 manat pulunun olmadığını demişdir. Belə olduqda o, etiraz etmiş və bildirmişdir ki, artıq 13000 manata satılan maşın da satılmışdır. 2000 versə cəmi əlində 12000 manat pul cəmlənəcəkdir ki, bu qiymətə də maşın almaq mümkün deyildir. Beləliklə, Pərviz günü-günə sata- sata pulu ödəməyi yubatmış və onun pulunu vaxtında verməmişdir ki, danışdıqları qiymətə, yəni 13000 manata maşın ala bilsin. Bundan sonra o, sığortaya müraciət etmiş və vurulmuş zərərin 4880 manatını sığortadan almışdır. 5000 manata vuruq maşını satmış, maşınını vurub onu 1 aydan artıq çətin vəziyyətə salmış Pərvizdən qırıq-qırıq aldığı 5000 manatı və sığortanın verdiyi 4880 manatın 4700 manatını da üst-üstə qoyub, 14700 manata eyni ildən, lakin onun maşınından zəif hesab olunan maşını məcbur olub almışdır. Hazırda isə Pərvizin iddiası tamamilə əsassızdır. Belə ki, o, Pərvizdən artıq pul almamış, ona zərər vurmamışdır, əksinə Pərviz onun maşınını vurub, söz verdiyi vaxtda zərəri aradan qaldırmadığına görə o, əlavə olaraq həm maddi, həm də mənəvi zərərə məruz qalmışdır. Ailəsinin dolanışığını taksi fəaliyyəti göstərməklə təmin etdiyi halda, maşınsız qaldığı üçün bu müddət ərzində xeyli miqdarda əlavə zərər çəkmiş, həyatı normal axarından çıxmış, bankdan kredit götürməli olmuşdur. Cavabdehdən bu əlavə zərəri tələb etmək fikri olmamışdır, lakin cavabdehin hazırki haqsız iddiasından sonra o, cavabdehin vurduğu maddi və mənəvi zərəri tələb etməkdə haqlı olduğunu qeyd edərək, qarşılıqlı iddianın təmin olunmasını, ilkin iddianın isə rədd olunmasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- AD 588699 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Porsche Cayenne” minik markalı, **-PC-*** qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-yə məxsusdur. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci tarixli, xx.xx.2021-ci il tarixədək etibarlılıq müddəti olan etibarnamənin surətindən görünür ki, “Porsche Cayenne” minik markalı, **-PC-*** qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ İddiaçı etibar edilmişdir. AE 086323 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz E220” minik markalı, **-BZ-*** qeydiyyat nişanlı avtomobil Cavabdeh məxsusdur. xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, “Porsche Cayenne” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. AYP 046996 nömrəli nəqliyyat vasitələrinin zədələnməsi barədə arayışdan görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 17:30-da ünvan 1 ünvanda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı idarə etdiyi “Porsche Cayenne” minik markalı, **-PC-*** qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi, Cavabdeh idarə etdiyi “Mercedes Benz E220” minik markalı, **-BZ-*** qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi və arxa hissəsi, X1 idarə etdiyi, “İsizu” markalı, **-LU-*** qeydiyyat nişanlı avtomobilin arxa hissəsi zədələnmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xx.xx.2021-ci il tarixdə yol-hərəkəti qaydalarını pozması nəticəsində ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məxsus “Mercedes Benz E220” minik markalı, **-BZ-*** qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Tərəflər öz aralarında “Mercedes Benz E220” minik markalı, **-BZ-*** qeydiyyat nişanlı avtomobilin dəyərini 13000 manat qiymətləndirərək ilkin iddia üzrə İddiaçı tərəfindən 13000 manat pul ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilmişdir. Həmin məbləğdə pulun ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsi onun özü tərəfindən də etiraf edilmişdir. İlkin iddia üzrə iddiaçı iddia etmişdir ki, cavabdeh avtomobilin dəyəri olan 13000 manatı aldıqdan sonra sığorta tərəfindən ödənilən pulun artıq hissəsi 1880 manatını cavabdeh əsassız olaraq özündə saxlamaqla ona verməmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh isə həmin pulu cavabdehə qaytarmamasını onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə iddiaçı razılaşdıqları kimi avtomobilin dəyərini ona vaxtında vermədiyi üçün, yeni aldığı avtomobili 13000 manatdan baha qiymətə almış, bununla yanaşı ailəsinin dolanışığını taksi fəaliyyəti göstərməklə təmin etdiyi halda, maşınsız qaldığı üçün bu müddət ərzində ona əldən çıxmış fayda olaraq 1500 manat, nəqliyyat xərcləri olaraq 500 manat və mənəvi zərər olaraq 1000 manat olmaqla, ümumilikdə 3000 manat zərər dəymişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquq normaları baxımından qiymət verərək hesab edir ki, ilkin iddia tələbi əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin olunmamalıdır. Məhkəmə ilk öncə ilkin iddia tələbinə qiymət verərək hesab edir ki, tərəflər arasında olan razılaşmaya uyğun olaraq ilkin iddia üzrə iddiaçı, cavabdehin avtomobilinə dəyən zərərə görə avtomobilin dəyəri olan 13000 manatı ödədikdən sonra, cavabdeh sığorta məbləğindən artıq qalan 1880 manat pulu iddiaçıya qaytarmalı olduğu halda hüquqi əsas olmadan özündə saxlamışdır. Belə olan halda məhkəmə hesab edir ki, ilkin iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- MM) 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qarşılıqlı iddia tələbinə gəldikdə isə məhkəmə hesab edir ki, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh maşınının cavabdeh tərəfindən vurulmasına görə maşınsız qaldığı üçün əldən çıxan fayda olaraq 1500 manat, nəqliyyat xərcləri olaraq 500 manat və mənəvi zərər olaraq 1000 manatın, ümumilikdə 3000 manat pulun cavabdehdən alınıb ona verilməsini xahiş etsə də, həmin zərərin nədə ifadə olunmasına dair sübut təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, ilkin iddia təmin olunmaqla, Cavabdeh 1880 manat pul alınaraq İddiaçı verilməli, qarşılıqlı iddia isə əsassız olduğundan təmin olunmamalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən ilkin iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 39 manat dövlət rüsumu ilkin iddia üzrə cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İlkin iddia təmin edilsin. İlkin iddia üzrə Cavabdeh 1880 (bir min səkkiz yüz səksən) manat pul və dövlət rüsumunun əvəzi olaraq 39 (otuz doqquz) manat alınaraq ilkin iddia üzrə İddiaçı verilsin. Qarşılıqlı iddia əsassız olduğundan təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə Gəncə Şəhər Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-3214/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3214/2023
01.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver