Məhkəmə qərarları › İş №e-2(125)-3247/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-3247/2024

01.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-3247/2024 01.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi ilə, İddiaçı cavabdehlər "xxxx" ASC-yə, Gəncə şəhəri üzrə İcra İdarəsinə və Azərbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birjası "xxxx" MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər "xxxx" ASC-yə, Gəncə şəhəri üzrə İcra İdarəsinə və Azərbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birjası "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti 137 ünvanında yerləşən, 3 otaqlı, 160,50 kv.m ümumi, 84,8 kv.m yaşayış, 75,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi və ünvan 2 ünvanında yerləşən, 2 otaqlı, 54,9 kv.m ümumi, 31,6 kv.m yaşayış, 23,3 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evin satılmasına dair A Azərbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birjası “Əmlak Hərrac Mərkəzi" MMC xx.xx.2024-cü il tarixli hərracın nəticələrinin protokolun ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 14 aprel tarixli, 2-2(115)-421/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçının Gəncə filialı ilə İddiaçı arasında bağlanmış 2020-ci il 13 avqust tarixli kredit limitinin ayrılmasına dair müqavilə ləğv edilmiş, iddiaçının Gəncə filialı ilə İddiaçı arasında bağlanmış 2020-ci il 13 avqust tarixli, 10-BİZG2Z-1-0-17-20(K) saylı kredit müqaviləsi üzrə 66.462,53 manat əsas borcu, 18.737,78 manat faiz borcu və 300 manat cərimə borcu olmaqla, cəmi 85.500,31 manat kredit borcu, 2021-ci il 3 fevral tarixli, 10-BİZG2Z-1-0-17- 20(K2) saylı kredit müqaviləsi üzrə isə 20.138,36 manat əsas borcu, 5.468,60 manat faiz borcu, 2023-cü il 3 fevral tarixindən 2023-cü il 16 mart tarixinədək illik 5 faizlə hesablanmış 121,05 manat əldən çıxmış fayda və 100 manat cərimə borcu olmaqla, cəmi 25.828,01 manat kredit borcu, 390,23 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 60 manat xidmət haqqının müştərək qaydada cavabdehlər İddiaçı, F.Əliyev və N.Mustafayevdən tutularaq iddiaçıya ödənilməsi, tələb üzrə tutmanın cavabdeh İddiaçı məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti 137 ünvanında yerləşən, 3 otaqlı, 160,50 kv.m ümumi, 84,8 kv.m yaşayış, 75,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, tələb üzrə tutmanın cavabdeh O.Cabbarlının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, 2 otaqlı, 54,9 kv.m ümumi, 31,6 kv.m yaşayış, 23,3 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evlərinin açıq hərracdan satılması,cavabdeh İddiaçı məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti 137 ünvanında yerləşən, 3 otaqlı, 160,50 kv.m ümumi, 84,8 kv.m yaşayış, 75,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiymətinin 100.000 manat həddində müəyyən edilməsi, cavabdeh O.Cabbarlının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, 2 otaqlı, 54,9 kv.m ümumi, 31,6 kv.m yaşayış, 23,3 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiymətinin 55.000 manat həddində müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə olunan vəsait hesabına ümumi borc məbləğinin iddiaçıya ödənilməsi, fərdi yaşayış evlərinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin İddiaçı, F.Əliyev və N.Mustafayevdən tutularaq iddiaçıya ödənilməsi, Bankın tələbləri ödənildikdən sonra qalan məbləğin cavabdehlər İddiaçı və O.Cabbarlıya qaytarılması, açıq hərrac keçirildikdən 1 ay sonra cavabdehlər V.Əliyev, İddiaçı, V.Əliyeva və F.Əliyevin fərdi yaşayış evlərindən çıxarılması və fərdi yaşayış evlərinin boşaldılması, iş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 400 manat ekspertiza xərcinin cavabdehlər İddiaçı, F.Əliyev və N.Mustafayevdən müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmiş, iddianın qalan hissəsi təmin olunmamışdır. Bütün instansiyalar bitdikdən sonra qətnamə icra olunmuşdur. Gəncə şəhəri üzrə İcra İdarəsi Ü.Ə-241178/23 Aİ saylı xx.xx.2024-cü il tarixli şifariş məktubuna əsasən ipotek ilə yüklü Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti 137 ünvanında yerləşən, 3 otaqlı, 160,50 kv.m ümumi, 84,8 kv.m yaşayış, 75,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi və ünvan 2 ünvanında yerləşən, 2 otaqlı, 54,9 kv.m ümumi, 31,6 kv.m yaşayış, 23,3 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi hərraca çıxarılmışdır. Hazırda əmlaklarla bağlı hərrac keçirilmiş və məktubda hərracın keçirlmə tarixi xx.xx.2024-cü il kimi qeyd edilmişdir. Məktub isə xx.xx.2024-cü il tarixində tərtib edilmiş hərracın tarixi qeyd edilmiş lakin saat göstərilməmişdir. Hərrac baraəd məlumatımır bankla razılıq ələd etmək üçün getdiyimizdə xəbəri olmuşdur. Göründüyü kimi hərrac formal qaydada həyata keçirilmiş və mənim mülkiyyətimdə olan əmlkaların özgəninkiləşdirilməsi proseduru qanunsuz həyata keçirilmişdir. Bu səbəbdən hesab edir ki, hərracın nəticələri ləğv olunmalıdır. Cavabdeh Cəmiyyət Azərbaycn Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsi ilə nəzərdə tutulmuş hərracın keçirilməsi qaydalarını kobud şəkildə pozmuşdur. Belə ki, ona hərracların keçirilməsi barədə bildirişlər göndərilməmiş, hərrac barədə mənə hər hansı bir məlumat verilməmişdir. Hərracın baş tutmaması və əmlakın tələbkara təklif edilməsi barədə məlumatı hərrac keçirildikdən sonra almışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər öyrənilərkən müəyyən edilmişdir ki, iddia ərizəsinin forma və məzmununa dair tələblərə riayət edilməmişdir, bu səbəbdən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin tələbinə görə iddia bir neçə cavabdehə qarşı irəli sürüldükdə, onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. İddiaçı iddia ərizəsində Gəncə şəhəri üzrə İcra İdarəsini cavabdeh kimi göstərsə də, həmin cavabdehə qarşı hər hansı tələb yönəltməmiş, iddiasında ondan nəyi tələb etməsini qeyd etməmişdir. Bununla da onlar MPM-in 149.2.3-cü maddəsinin tələblərini pozmuşdur. Digər tərəfdən, məhkəmə qeyd edir ki, iddia ərizəsində göstərilən digər cavabdehlərin hüquqi ünvanları Bakı şəhəri ərazisində yerləşdiyindən, hazırki iddia ərizəsinə ərazi aidiyyəti qaydalarına uyğun olaraq cavabdehlərin hüquqi ünvanlarının yerləşdiyi məhkəmələrdən birində baxılmalıdır. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (MPM 152.4-cü maddə). Göstərilənlərə əsaslanaraq və Mülki-Prosessual Məcəllənin 149, 152, 263 və 264cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdehlər "xxxx" ASC-yə, Gəncə şəhəri üzrə İcra İdarəsinə və Azərbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birjası "xxxx" MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar