Məhkəmə qərarları › İş №e-2(125)-3315/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3315/2025

21.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3315/2025 21.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Qasımov Zakir Zaur oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 2808 manat ödənilməmiş əsas, 702 manat cərimə borcunun və 55.1 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o və Cavabdeh ilə aralarında 10 noyabr 2022-ci il tarixdə bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə qiyməti 3308 manat olan İphone 14-Pro markalı mobil telefon ilkin ödəniş 500 manat olmaqla 12 ay müddətinə hər ay 234 manat ödəmək şərti ilə verilmişdir. Lakin borclu Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və hazırda onun 10 noyabr 2022-ci il tarixdə bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən 2808 manat əsas və 702 manat cərimə borcu yaranmışdır. Dəfələrlə borcluya müqavilə üzrə xəbərdarlıq edilməsinə baxmayaraq o müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehin cəmi ödədiyi məbləğ 500 manat təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən, satıcı 3308 manat dəyərindəki avadanlığı alıcıya verməyi, alıcı isə həmin avadanlığın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, İddiaçı tərəfindən Cavabdeh borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki işin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən, ididaçı 3308 manat dəyərində mobil telefonu cavabdehin mülkiyyətinə vermiş, cavabdeh mobil telefonun dəyərindən cəmi 500 manat ilkin ödəniş etmişdir. Belə olan halda, cavabdeh tərəfdən daha çox ödəniş edilməsinə və ya daha az borcun qalmasına dair hər hansı sübut təqdim edilmədiyindən, satılmış əşyanın dəyərindən (3308-500=2808) ödənilməmiş 2808 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, Mülki Məcəlləyə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). İddiaçı tərəflər arasında bağlanmış müqaviləyə əsaslanaraq 702 manat cərimə borcunun tutulmasını xahiş etmişdir. Məhkəmə kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, tənasübsüz surətdə yüksək hesablandığından cərimə borcu üzrə 12 manat cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq olaraq ödənilmiş dövlət rüsumunun əvəzi kimi 48.2 manat cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 2808 manat əsas, 12 manat cərimə olmaqla, cəmi 2820 (iki min səkkiz yüz iyirmi) manat pul və 48 (qırx səkkiz) manat 20 (iyirmi) qəpik dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar