Məhkəmə qərarları › İş №e-2(125)-3323/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3323/2023

25.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3323/2023 25.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 Əli oğlunun sədrliyi Bayramova Zöhrə Oktay qızının katibliyi, Ərizəçi iştirakları ilə Ərizəçi atalığın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi atalığın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 1931-ci il təvəllüdlü X4 onun atası olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə hazırlıq iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Samux rayonunda(köhnə Səfərəliyev rayonunda) 1930-cu ildə anadan olmuş X4 onun atası olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, atası X21 oğlu ilə anası Həsənova Şövkət Abbas qızı 1955-ci ildə el adəti ailə qurmuşlar. xx.xx.1959-cu il tarixdə Samux rayon Qovlarsarı kənd icra nümayəndəliyində 01 nömrəli akt qeydinə əsasən nikahlarını rəsmiləşdirmişlər. Nikah rəsmiləşdirilmədən qabaq 1956-cı ildə bacısı Rəxşəndə, 1957-ci ildə isə o anadan olmuşdur. Nikahdan sonra, yəni 1959-cu ildə Müsabil adlı qardaşı və 1962-ci ildə Məhbubə adlı bacısı anadan olmuşdur. Atası və anası hər ikisi də ölmüşdür. Atasından miras qalmış evi rəsmiləşdirmək üçün müvafiq orqanlara müraciət etdikdə məlum olmuşdur ki, xx.xx.1957-ci ildə Samux rayon Yenikənd kənd icra nümayəndəliyində tərtib olunmuş doğum haqqında akt qeydində ata haqqında məlumat bölməsində heç bir məlumat əks olunmamışdır. Buna baxmayaraq xx.xx.1957-ci ildə Samux rayon Yenikənd kənd icra nümayəndəliyində tərtib olunmuş doğum haqqında şəhadətnamədə ata qrafasında X12 qeyd olunmuşdur. Onun atasının X21 oğlu olduğunu sübut edən kifayət qədər sübutları vardır. Bununla bağlı Qeydiyyat orqanlarına müraciət etmiş, lakin ona imtina verilmiş və məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmuşdur. X21 oğlunun onun atası olması faktını olduğunu sübut edən kifayət qədər sübutlar var. Onlardan biri doğum haqqında şəhadətnamə, ailə fotoları, yaxın qohumlarından həyat yoldaşı X5, yaşca ondan böyük olan xalası uşaqları, X22 oğlu (Gəncə şəhəri, Z.Xəlil küçəsi, ev 40) və Tağıyev Fidail Qəhrəman oğlu (Gəncə şəhəri, Nizami küçəsi, 8-ci dalan ev 24A) onun dediklərini təsdiq edə bilərlər. Beləliklə, atası X21 oğlundan miras qalmış əmlakın vərəsə kimi rəsmiləşdirilməsi üçün atalıq faktının müəyyən olunması zəruridir. Qeyd olunanların nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə həmin maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X2 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, Ərizəçi onun xalası oğludur. Xalası X1 ilə evlənəndə o, uşaq olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, Ərizəçi onun xalası oğludur. Yaşca ondan böyükdür. Xalası X1 ilə evlənəndə o, uşaq olmuşdur. Birgə nikahlarından Ərizəçi anadan olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, Ərizəçi onun əmisi oğludur. X19 evlənmişdir. Birgə nikahlarından Ərizəçi anadan olmuşdur. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, doğum haqqında akt qeydi xx.xx.1957-ci ildə Samux rayon Yenikənd kənd icra nümayəndəliyində tərtib olunmuş və tərtib olunarkən tək ananın ərizəsinə əsasən yazıldığından ata haqqında məlumat bölməsində heç bir məlumat əks olunmamışdır. Ərizə ilə bağlı həmçinin Maraqlı şəxsndə saxlanılan arxiv sənədləri üzrə yoxlama aparılmış, lakin atalığın müəyyən olunması barədə heç bir məlumat aşkar olunmamışdır. X6 xx.xx.1959-cu il tarixdə X20 ilə Samux rayon Qovlarsarı kənd icra nüməyəndəliyində 21 nömrəli akt qeydinə əsasən nikahlarını rəsmiləşdrimişlər, bu da Ərizəçi doğum tarixindən sonrakı dövrə təsadüf etmişdir. Həmçinin Samux rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-16-5/8-109/17 saylı məktubdan da görünür ki, Ərizəçi barəsində atalığın müəyyən olunması barədə heç bir məlumat aşkar olunmamışdır. Hazırda Ərizəçi barəsində Samux rayon Yenikənd kənd icra nümayəndəliyində xx.xx.1957-ci il tarixli 64 nömrəli doğum haqqında akt qeydində ata haqqında məlumat bölməsinə atası barədə məlumatların daxil edilməsi üçün heç bir əsas olmadığından ərizənin Maraqlı şəxsndə təmin edilməsi mümkün olmamışdır. Odur ki, Ərizəçi bununla bağlı məhkəməyə müraciət etmək hüququ olduğu bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəmkir Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, doğum haqqında akt qeydi 13 iyul 1957-ci ildə Samux rayon Yenikənd kənd icra nümayəndəliyində tərtib olunmuş və tərtib olunarkən tək ananın ərizəsinə əsasən yazıldığından ata haqqında məlumat bölməsində heç bir məlumat əks olunmamışdır. Ərizə ilə bağlı həmçinin Samux rayon qeydiyyat şöbəsində saxlanılan arxiv sənədləri üzrə yoxlama aparılmış lakin atalığın müəyyən olunması barədə heç bir məlumat aşkar olunmamışdır. Əlavə olaraq yoxlama aparılarkən, X6 ilə X4 xx.xx.1957-cu il tarixli 01 nömrəli Samux rayon Qovlarsarı icra nümayəndəliyində qeydə alınmış nikah haqqında akt qeydi aşkar olunmuşdur. Bildirmişlər ki, doğum haqqında akt qeydində ata haqqında məlumat bölməsinə düzəliş aparılması üçün əsaslar olmadığından ərizənin icra olunması mümkün olmamışdır. Odur ki, Ərizəçi bununla bağlı məhkəməyə müraciət etmək hüququ olduğu bildirilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsinin xx.xx.2011-ci il tarixli məktubundan görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsinə təqdim olunmuş xx.xx.2011-ci il tarixli 795 saylı ərizəyə əsasən Gəncə şəhəri Eminbəyli küçəsi 10 saylı evin barəsində dövlət notariat kontoruna təqdim etmək üçün arayış F-37 verilməsi xahiş olunmuşdur. Lakin, ərizə ilə əlaqədar müayinə aparılarkən məlum olmuşdur ki, mülkün torpaq sahəsinin ilkin torpaqayırma sənədi yoxdur. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. ” Odur ki, Ərizəçi qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra müraciət edə biləcəyi bildirilmişdir. İşdə olan Azərbaycan Respublikası Gəncə şəhəri Nizami Rayonu İcra Hakimiyyətinin başçısının xx.xx.2011-ci il tarixli Eminbəyli küçəsi, 10 №li ünvanda yerləşən mülkdə razılaşdırılmış layihə sənədləri olmadan inşa edilmiş tikililərin qeydiyyata alınması haqqında sərəncamından görünür ki, ünvan 1 ünvanda yaşayan Ərizəçi müraciətini və Gəncə şəhəri İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti bölməsinin rəyi nəzərə alınaraq, ünvan 3 ünvanda yerləşən mərhum X9 məxsus mülkdə razılaşdırılmış layihə sənədləri olmadan inşa edilmiş ümumi sahə - 166,2 kv.m, yaşayış sahəsi - 86,5 kv.m., zirzəmi - 16,9 kv.m., həyət tikililəri - 17,6 kv.m., talvar - 57,8 kv.m sahələrdən ibarət tikililərin qeydiyyata alınması, binanın konstruktiv həllini Seysmik rayonlarda tikinti AZDTN 2,3-1-in tələblərinə uyğunlaşdırılmasının təmin edilməsi, əks təqdirdə baş verəcək bədbəxt hadisələrə şəxsən məsuliyyət daşıyacağı və dövlət tərəfindən heç bir kompensasiya ödənilməyəcəyinin Ərizəçi tapşırılması, Eminbəyli küçəsi, 10 №li ünvanda yerləşən icazəsiz tikililər qeydiyyata alındıqdan sonra, mülk sahibinin varisinin müvafiq qaydada mülkiyyət hüququnu təsdiq edən sənədlərlə təmin edilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Gəncə şəhər Ərazi İdarəsinə tapşırılması qərara alınmışdır. İşdə olan Qovlarsarı kənd soveti tərəfindən verilmiş 8 yanvar 1959-cu il tarixli İ-İE № 053900 saylı evlənmək haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 1930-cu ildə anadan olmuş X12 ilə 1928-ci ildə anadan olmuş X7 8 yanvar 1959-cu il tarixdə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Həsənova soyadı verilmişdir. İşdə olan ******* №-li hərbi biletin surətindən görünür ki, 1930-cü il təvəllüdlü X12 7 sentyabr 1965-ci ildə hərbi xidmətdə olmuşdur. Ailə vəziyyəti qrafasında arvadı X6 qeyd olunmuşdur. İşdə olan Gəncə şəhəri Nizami rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.2000-ci ildə ölmüşdür. İşdə olan Gəncə şəhəri Kəpəz rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli arayışdan görünür ki, X6 xx.xx.1999-cu ildə ölmüşdür. İş materiallarında olan İ-İE № 232649 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1957-ci ildə doğulmuşdur, atası X12, anası X3r. İş materiallarından görünür ki, xx.xx.2005-ci il tarixdə Ərizəçi seriya AZE 0******* saylı şəxsiyyət vəsiqəsi verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, ərizəçinin dəlilləri əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə qohumluq münasibətlərində olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələblərinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Məhkəmə iclası zamanı müəyyən olundu ki, Samux rayonunda(köhnə Səfərəliyev rayonunda) 1930-cu ildə doğulmuş X12 Ərizəçi atası olmuşdur. Ərizəçinin X12 ilə qohumluq faktının müəyyən edilməsi ona atasından miras qalan əmlaka qanun üzrə vərəsə tanınması ilə bağlıdır. Qeyd edilənlərə əsasən məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, 1930-cu ildə Samux rayonunda(köhnə Səfərəliyev rayonunda) doğulmuş X12 Ərizəçi atası olmuşdur. Bu səbəbdən həmin fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220, 233, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 1930-cu ildə Samux rayonunda(köhnə Səfərəliyev rayonunda) doğulmuş X4 xx.xx.1975-ci il təvəllüdlü Ərizəçi atası olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar