Məhkəmə qərarları › İş №e-2(125)-3644/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3644/2024

29.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3644/2024 29.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh1 və onun nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “müqavilələrin etibarsız hesab edilməsi və qeydin ləğv olunması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dаşkəsən rаyоnu, Хоşbulаq kəndində yеrləşən, onunla cаvаbdеh Məmmədоvа Аyşən Tеlmаn qızı аrаsındа bаğlanmış АN-1№1022199 rеystеrli 16 аprеl 2022-ci il tаriхli аlqı-sаtqı müqаviləsinin və Məmmədоvа Аyşən Tеlmаn qızı ilə Аğаyеvа Аynur Аrif qızı аrаsındа bаğlаnmış 25 iyun 2023-cü il tаriхli, АN-İ№ ******* rеyеstr nömrəli fərdi yаşаyış еvinə dаir bаğlаnmış аlqı-sаtqı müqаviləsinin еtibаrsız hеsаb еdilməsi, 14 iyul 2023-cü il tаriхli mülkiyyət hüququnа dаir qеydiyyаtın ləğv еdilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cаvаbdеh Məmmədоvа Аyşən Tеlmаn qızı ilə onun аrаsındа pul tələbi ilə bаğlı münаsibət оlmuş və o, hаzırdа mübаhisə prеdmеti оlаn еvi cаvаbdеh Məmmədоvа Аyşən Tеlmаn qızı ilə аrаlarındа аlqı-sаtqı müqаviləsi bаğlаyаrаq аkt tərtib еdilmişdir. Bundаn sоnrа tərəfindən qеyd оlunаn bоrc münаsibəti əsаsındа оnа bоrcu аktа əsаsən həmin bоrcu hissə-hissə ödəmişdir. Lаkin cаvаbdеh Məmmədоvа Аyşən Tеlmаn qızı həmin еvi digər cаvаbdеh Аğаyеvа Аynur Аrif qızınа sаtmışdır. Bu bахımdаn hеsаb еdir ki, cаvаbdеhlər Məmmədоvа Аyşən Tеlmаn qızı ilə digər cаvаbdеh Аğаyеvа Аynur Аrif qızı аrаsındа bаğlаnmış аlqı-sаtqı müqаviləsi еtibаrsızdır. Hər iki cаvаbdеhlər onu аldаtmаqlа ona məхsus оlаn еvi mənimsəmişlər. Qеyd оlunаn tоrpаq sаhəsini cаvаbdеh Məmmədоvа Аyşən Tеlmаn qızınа sаtmаq niyyəti оlmаmışdır. Yаlnız еvini girоv qоyаrаq оndаn bоrc pul аlmış və Məmmədоvа Аyşən Tеlmаn qızının və Аğаyеvа Аynur Аrif qızının bundаn məlumаtı оlmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və təmsilçisi hər biri ayrı-ayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verərək, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(030)-327/2024 nömrəli qətnaməsini mübahisələndirdiklərini, apellyasiya şikayətinin icraat qəbul olunduğunu bildirdi və iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh2 iddiaya etiraz edərək, İddiaçı ilə Cavabdeh1 arasında olan borc münasibətləri barədə məlumatı olmadan mübahisəli əmlakı alqı-satqı müqaviləsi əsasında əldə etdiyini, bundan başqa, onunla bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair digər məhkəmənin icraatında iş olduğunu və həmin tələb üzrə iddianın rədd olunması barədə qətnamə çıxarıldığını bildirdi və hazırkı iş üzrə iddianın təmin olunmamasını xahiş etdi. Cavabdeh1 iddiaya etiraz edərək, iddiaçının ondan borc aldığını, borcun qaytarılmasının təminatı qismində aralarında alqı-satqı müqaviləsini bağlandığını və xx.xx.2022-ci il tarixli aktı məzmununu oxuyub anlayaraq imzaladıqlarını, iddiaçı tərəfindən borc üzrə ödənişlər aralarındakı razılaşmaya uyğun olaraq lazımınca həyata keçirilmədiyindən oğlunun müalicəsi üçün mübahisəli evi satdığını bildirdi və iddianın rədd olunmasını xahiş etdi. Cavabdeh1 təmsilçisi iddiaya etiraz edərək, rədd olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-3644/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə, “Məmmədоvа Аyşən Tеlmаn qızı ilə Аğаyеvа Аynur Аrif qızı аrаsındа bаğlаnmış 25 iyun 2023-cü il tаriхli, АN-İ№ ******* rеyеstr nömrəli fərdi yаşаyış еvinə dаir аlqı-sаtqı müqаviləsinin еtibаrsız hеsаb еdilməsi və 14 iyul 2023-cü il tаriхli mülkiyyət hüququnа dаir qеydiyyаtın ləğv еdilməsi” tələbinə dair hissədə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İş materiallarına olan xx.xx.2022-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli, daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Əliyev X4 rayonunun Xoşbulaq kəndində yerləşən 0.075 ha torpaq sahəsini alıcı Cavabdeh1 24000 manata satmışdır. İş materiallarına olan xx.xx.2022-ci il tarixli, Gəncə şəhəri Gülüstan qəsəbəsi ev 2 mənzil 16-da yaşayan İddiaçı, Gəncə şəhəri Nizami rayonu Təbriz küçəsi 218 saylı evdə yaşayan Cavabdeh1 Gəncə şəhəri Kəpəz rayonu Avtozavod yolu ünvanda yaşayan X1 və ünvan 2 qeydiyyatda olan X5 iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, İddiaçı Cavabdeh1 24000 manat məbləğində pul borc alıb. Həmin borcu İddiaçı Cavabdeh1 adına olan bank hesabına 30 ay müddətində hər ay 800 manat ödəmək şərti ilə Cavabdeh1 ödəməyi üzərinə götürür. Həmin borcun müqabilində İddiaçı özünə məxsus Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0.075 ha torpaq sahəsini alqı-satqı yolu ilə Cavabdeh1 adına rəsmiləşdirib. Həmin torpaq sahəsində İddiaçı tərəfindən ev inşaa edilib. Əgər mütəmadi olaraq 03 ay ərizində borclu tərəfindən ödəmə aparılmazsa, Cavabdeh1 göstərilən torpaq sahəsini və üzərindəki fərdi yaşayış evini satıb,həmin müddət üçün borc qalmış məbləği götürüb, yerdə qalan məbləği İddiaçı qaytarmalıdır. Əks halda İddiaçı borcunu tam ödəyərsə, Cavabdeh1 dərhal onunla bağlanmış alqı-satqı müqaviləsini ləğv edib, əmlakı İddiaçı mülkiyyətinə qaytarmalıdır. İş materiallarına olan xx.xx.2023-cü il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh1 Daşkəsən rayonunun xoşbulaq kəndində yerləşən 0.075 ha torpaq sahəsini alıcı Cavabdeh2 25000 manata satmışdır. İş materiallarına olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli çıxarışın surətindən görünür ki, Daşkəsən rayonunun xoşbulaq kəndində yerləşən 0.075 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına olan Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(030)- 327/2024 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı ilkin iddiası qismən təmin edilərək, Cavabdeh2 məxsus olan Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,075 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi ilə birlikdə qanunsuz sahiblikdən azad edilməklə boşaldılması, cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsindən çıxarılmaqla torpaq sahəsinin Cavabdeh1 tərəfindən iddiaçıya təhvil verilməsi qət edilmiş; cavabdeh İddiaçı Cavabdeh2 qarşı Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 25 iyun 2023-cü il tarixli AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və 14 iyul 2023-cü il tarixli mülkiyyət hüququna dair qeydin ləğv edilməsinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 269.6. Əşyaya girov və ipoteka hüququ əşyaya mülkiyyət hüququna aid olan hər şeyə şamil edilir. 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. 307.1. “İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer, tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. 307.3. İpoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilməlidir. 307.4. Əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. 307.5. Əgər ipoteka ilə təmin edilən öhdəlik hissə-hissə icra olunmalıdırsa, ipoteka müqaviləsində müvafiq ödənişlərin müddətləri və ya dövriliyi, onların məbləğləri və ya bu məbləğləri müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. 307.6. İpoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 307.7. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. 309.1. Daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 309.2. İpotekanın dövlət qeydiyyatı qanunda nəzərdə tutulmuş qaydada aparılır. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir. Həmin Qərardan görünür ki, “Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur... ...Pərdələnən müqavilədə tərəflərin həqiqi iradəsi ifadə olunduğundan, bu əqd mülki qanunvericiliklə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verdikdə, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola bilər... ...Başqa şəxslər arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış əqd əhəmiyyətsizdir və bu halda hüquqi nəticələr əslində bağlanmış müqavilə tərəfləri arasında yaranmış hesab olunmalıdır.” Hazırki iş üzrə iddiaçı Cavabdeh1 aldığı borcun təminatı qismində ona məxsus daşınmaz əmlakın sonuncunun mülkiyyətinə keçməsinə dair bağladıqlarını bildirdiyi xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasını xahiş etmişdir. Tələbin əsaslandığı və həmin tərəflərin tərtib etdiyi xx.xx.2022-ci il tarixli akta əsasən, İddiaçı Cavabdeh1 aldığı borcu hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür; mütəmadi ödəniş edilməzsə, Cavabdeh1 mübahisələdirilən müqavilənin predmeti olan daşınmaz əmlakı satmaq və əldə edilmiş vəsaitdən borc çıxılmaqla qalan hissəsini İddiaçı qaytarmalı; İddiaçı borcu tam ödəyərsə, Cavabdeh1 dərhal mübahisələndirilən alqı-satqı müqaviləsini ləğv edərək əmlakı İddiaçı qaytarmalı idi. Məhkəmə icraatı zaman Cavabdeh1 həmin aktın məzmununu oxuyub anlayaraq imzaladığını bildirdi, yəni həmin aktın Cavabdeh1 həqiqi iradəsini ifadə etdiyi müəyyən edildi. Belə olan halda, mülki işin yazılı və formal hallarına qiymət verməklə kifayətlənməməli olan məhkəmə müəyyən etmişdir ki, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri Cavabdeh1 qarşısında pul öhdəliyinin icrasının təmin edilməsi üçün İddiaçı məxsus daşınmaz əşyanın ipoteka ilə yüklü edilməsinə yönəlmiş, lakin həmin daşınmaz əmlakın alqı-satqısı barədə müqavilə bağlayaraq belə iradələri ilə ifadəsi arasında bilərəkdən uyğunsuzluq yaratmışlar. Tərəflər əslində əmlakın yüklü edilməsinə dair hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, qəsdən əmlakın mülkiyyətə verilməsinə dair başqa bir hüquqi prosedur həyata keçirmişlər. Beləliklə, İddiaçı və Cavabdeh1 pərdələyən əqd qismində alqı-satqı müqaviləsini görüntüdə bağlayaraq, pərdələnən əqd qismində ipoteka müqaviləsini gizli bağlamaq və yanlış təsəvvür yaratmaq niyyətində olmuşlar. Beləliklə, İddiaçı və Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsi yalan əqd olmaqla əhəmiyyətsizdir. Məhkəmə həmçinin nəzərə alır ki, pərdələnən ipoteka müqaviləsi tərəflərin həqiqi iradəsi ifadə olsa da, bu əqd mülki qanunvericiliklə nəzərdə tutulmuş, etibarlılıq tələblərinə cavab vermədiyindən, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola bilməz. Belə ki, İddiaçı və Cavabdeh1 ipoteka müqaviləsinin bütün mühüm şərtləri barəsində mülki qanunvericiliklə tələb olunan formada, həmin növ müqavilə üçün mühüm və ya zəruri adlandırılmış şərtlər barədə razılığa gələrək müqavilə bağlamamışlar. Buna görə, İddiaçı və Cavabdeh1 arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış alqı-satqı müqaviləsi əhəmiyyətsiz olsa da, həqiqi iradəyə uyğun olan ipoteka müqaviləsi tərəfləri arasında yaranmış hesab oluna bilməz. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı və Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsi əhəmiyyətsiz əqd olduğundan etibarsız hesab edilməsi hissəsində iddia təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-3644/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə, “Məmmədоvа Аyşən Tеlmаn qızı ilə Аğаyеvа Аynur Аrif qızı аrаsındа bаğlаnmış, 25 iyun 2023-cü il tаriхli, АN-İ№ ******* rеyеstr nömrəli fərdi yаşаyış еvinə dаir bаğlаnmış аlqı-sаtqı müqаviləsinin еtibаrsız hеsаb еdilməsi və 14 iyul 2023-cü il tаriхli mülkiyyət hüququnа dаir qеydiyyаtın ləğv еdilməsi” tələbinə dair hissədə iddia ərizəsi baxılmamış saxlanıldığından həmin hissədə iddia araşdırıla bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı və Cavabdeh1 arasında bağlanmış, xx.xx.2022-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli, daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar