Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3704/2025 24.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 İsa oğlunun sədrliyi, Xudaverdiyeva Nilgün Elbrus qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmədə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona verdiyi 9600 (doqquz min altı yüz) manat pulun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Kəlbəcər rayonundan məcburi köçkün kimi Gəncə şəhəri, Gülüstan qəsəbəsində Qocalar evinin yataqxanasında müvəqqəti yaşayır. Cavabdeh onunla qonşuluqda yaşayır və uzun müddət qonşu kimi normal münasibətləri olmuşdur. 2023-cü ilin avqust ayında Cavabdeh onun yaşadığı ünvana gələrək övladının xəstə olduğunu və bunun üçün müalicəyə pul lazım olduğunu bildirmiş, imkan daxilində borc verməyini xahiş etmişdir. O, cavabdehin vəziyyətini nəzərə alaraq müraciət etdiyi tarixdən başlayaraq Cavabdeh kömək məqsədi ilə 10800 (on min səkkiz yüz) manat pulu hissə-hissə vermişdir. Cavabdeh həmin puldan cəmi 1200 (bir min iki yüz) manat pulu qaytardıqdan sonra qalan 9600 (doqquz min altı yüz) manat məbləğində pulu qaytarmaqdan imtina etmişdir. Pulu verdiyi tarixdən 2 ilə yaxın müddət keçməsinə baxmayaraq, Cavabdeh bu günədək ona olan borcundan 9600 (doqquz min altı yüz) manat məbləğində qalan borcunu qaytarmamışdır. Bu səbəbdən o, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə müraciət etmişdir. Gəncə şəhər Baş Polis İdarəsinin 2ci Polis Şöbəsinin 07 mart 2025-ci il tarixli məktub ilə cinayət işi başlanmasından imtina edilmişdir. Cavabdehdən dəfələrlə pulun geri qaytarılmasını tələb etsə də, cavabdeh onun haqlı tələbinə məhəl qoymur. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədə İddiaçı nümayəndəsi, vəkil Nümayəndə iştirak etmiş, irəli sürülən iddianın əsaslı olduğunu bildirib, təmin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, bildirmişdir ki, iddia tam qanunsuz və əsassızdır. Ona görə iddiaya etiraz edir və iddanın rədd edilməsini xahiş edir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəmədə işə baxılarkən Cavabdeh ilə telefon əlaqəsi saxlanılmış, Cavabdeh bildirmişdir ki, polisdə onun adından Əmiralıyev Hicran Telman oğlunun vermiş olduğu izahat doğrudur. O, İddiaçı 7500 manat borca pul almış və borcun əsas hissəsini geri qaytarmışdır. İddiaçı cəmi 2200 manat borcu qalmışdır. Məhkəmə İddiaçı nümayəndəsi, vəkil Nümayəndə dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Doğrudur ki, MPM-in 76.2-ci maddəsi tərəflərin izahatlarını işdə sübut növləri kimi nəzərdə tutur. Məhkəmə bununla yanaşı qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki işin materiallarında olan, Gəncə şəhər BPİ-nin 2-ci Polis şöbəsində aparılmış araşdırma materiallarından müəyyən edilir ki, Məmmədova X1 Ramilə Azər qızı barəsində polisə şikayət etmiş və ona 10800 manat borc verdiyini və pulunu geri ala bilmədiyini qeyd etmişdir. Gəncə şəhər BPİ-nin 2-ci Polis şöbəsində aparılmış araşdırma zamanı Cavabdeh adından Əmiralıyev Hicran Telman oğlu izahat vermiş və izahatında Əmiralıyev Hicran Telman oğlu Cavabdeh İddiaçı 7500 manat pul götürdüyünü göstərmişdir Məhkəmədə işə baxılarkən Cavabdeh ilə telefon əlaqəsi saxlanılmış, Cavabdeh bildirmişdir ki, polisdə onun adından izahat vermiş Əmiralıyev Hicran Telman oğlunun vermiş olduğu izahat doğrudur. O, İddiaçı 7500 manat borca pul almışdır. Ancaq, Tünzalədən aldığı borcun əsas hissəsini geri qaytarmışdır. Hazırda İddiaçı cəmi 2200 manat borcu qalmışdır. Həmin araşdırma materiallarında İddiaçı da polisdə vermiş olduğu izahat da vardır. İddiaçı həmin vaxt polisdə verdiyi izahatında göstərmişdir ki, o, Cavabdeh 10800 manat borc vermiş, Cavabdeh aldığı həmin borcdan ona 2200 manat pul qaytarmışdır. Məhkəmə qeyd edir ki, təqdim edilmiş sənədlərdən və tərəflərin izahatlarından müəyyən edilir ki, iddia edilən borcla bağlı tərəflər arasında hər hansı bir yazılı razılaşma yoxdur. Belə olan halda işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığının və ya yoxluğunun müəyyənləşdirilməsi üçün işdə iştirak edən şəxslərin izahatları iş üçün əhəmiyyətli sübutlar kimi qəbul edilir. Cavabdeh tərəf məhkəmədə ona qarşı irəli sürülən iddianı qismən etiraf etmiş, İddiaçı 7500 manat borc aldığını etiraf etmişdir. MPM-in sübutlarla bağlı tələblərinə əsasən belə halda İddiaçı cavabdehə 7500 manat məbləğində borc verməsi işin faktiki halı kimi təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanılmalıdır. İddiaçının məhkəməyə təqdim etdiyi sübutlar (iddiaçının izahatı və s.) 9600 manat məbləğində pul tələbinin 5300 manat hissəsindən çox olan hissədə iddianın təmininə əsas vermir. Çünki, MPM-in sübutlarla bağlı tələblərinə görə, cavabdehin həmin hissədə iddianı etiraf etməməsi halında, iddia yalnız tərəflər arasında bağlanmış olan yazılı müqavilənin mövcud olduğu halda təmin edilə bilər ki, belə bir müqavilə isə yoxdur. Ona görə də məhkəmə bu qənaətdədir ki, İddiaçı cavabdehə yalnız 7500 manat məbləğində borc verməsi işin faktiki halı kimi təsdiq olunandır. Cavabdeh isə həmin məbləğdə borcunun əsas hissəsini qaytardığını, iddiaçıya hazırda 2200 manat məbləğində borcunun olduğunu bildirsə də işin bu halını təsdiq edən başqa, əlaqəli heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının özü isə polisdə verdiyi izahatında cavabdehin ona 2200 manat ödədiyini etiraf etmişdir. Yenə də MPM-in sübutlarla bağlı tələblərinə əsasən belə halda cavabdehin iddiaçıdan borc kimi aldığı 7500 manatdan cəmi 2200 manat qaytardığı işin faktiki halı kimi təsdiq olunur. Adi riyazi hesablamadan müəyyən olunur ki, cavabdehin hazırda iddiaçıya 5300 manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; -385-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə məhkəmədə iştirak etmiş tərəflərin izahatlarına əsasən işin müəyyən edilən faktiki hallarına yuxarıda qeyd edilən maddi hüquq normalarının tətbiqindən belə qənaətə gəlir ki, irəli sürülən iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh 5300 (beş min üç yüz) manat məbləğində pul alınıb, İddiaçı verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 217.1 -ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 5300 (beş min üç yüz) manat məbləğində pul alınıb, İddiaçı verilməli, iddia qalan hissədə əsassız olduğundan, rədd edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 357 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5300 (beş min üç yüz) manat məbləğində pul alınıb, İddiaçı verilsin. Qalan hissədə iddia əsassız olduğundan təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №e-2(125)-3704/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3704/2025
24.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver