Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-376/2024 11.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri Səbail rayon Məhkəməsinin 22 oktyabr 2015-ci il tarixli 2(009)-2841/2015 saylı qətnaməsinin qəbul edildiyi 22 oktyabr 2015-ci il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 15 sentyabr 2023-cü il tarixədək olan 8 il müddətində hər il üçün 500 manat, cəmi 4000 manat (10000 Azn/100%=100 x 5%=500 Azn, 500 Azn x 8 il = 4000 Azn) pulun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 22 oktyabr 2015-ci il tarixli 2(009)-2841/2015 saylı qətnaməsi ilə iddiaçı tərəf olaraq onun Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsi təmin edilərək Cavabdeh cəmi 10 000 manat pulun alınaraq ona ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icra edilməsi üçün borclunun qeydiyyatda olduğu yer üzrə Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Lakin Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru tərəfindən qətnamənin icra edilməsi Cavabdeh icra tədbirlərindən yayınması səbəbindən mümkün olmamışdır. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 24 iyul 2017-ci il tarixli, 8(044)- 547/2017 saylı qərardadı ilə Cavabdeh ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 18 mart 2019-cu il tarixli, xx/xx-3627 saylı məktubunda Cavabdeh barəsində 10 iyul 2018-ci il tarixdə 520843 saylı axtarış işinin açılması və Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 17 iyul 2018-ci il tarixli inzibati xəta haqqında qərarı ilə 500 manat məbləğində inzibati qaydada cərimə edilməsi bildirilmişdir. İş üzrə cavabdeh məhkəmə qərarını icra etmədiyindən, ona məxsus olan pulu uzun müddət qanunsuz olaraq özündə saxlamaqla onu pulundan fayda əldə etməkdən məhrum edib. Odur ki, cavabdeh Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbinə uyğun olaraq gecikdirilmiş vaxt üçün illik 5 faiz ödəməyə borcludur. Bununla əlaqədar olaraq 23 dekabr 2021-ci il tarixli, 440/21 saylı tarixli və 11 sentyabr 2023-cü il tarixli, 781/23 saylı pretenziya məktubları ilə Cavabdeh müraciət edərək 5 gün müddətinə 4000 manat pulun ona ödənilməsini, əks halda məhkəməyə müraciət ediləcəyini və məhkəmə xərclərinin də cavabdehdən tələb ediləcəyini Cavabdeh nəzərinə çatdırmışdır. Lakin cavabdeh qətnaməni yenə də icra etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçı məhkəməyə ərizə ünvanlayaraq mülki işə iştirakı olmadan baxılmasını və iddia tələbini müdafiə edərək tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdeh isə iclasa gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan, Bakı Şəhər Səbail Rayon Məhkəməsinin 22 oktyabr 2015-ci il tarixli 2(009)-2841/2015 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, Cavabdeh 10 000 manat pulun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan, Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 22 oktyabr 2015-ci il tarixli 2(009)-42841/2015 saylı qətnaməsi ilə nümayəndəsi olduğu İddiaçı sizə qarşı pul tələbinə dair iddia ərizəsi təmin edərək, 10 000 manat pulun alınıb İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamə qüvvəyə minmiş və icra edilməsi üçün borclunun qeydiyyatda olduğu yer üzrə Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Lakin qətnaməni bu günədək icra etməmisiniz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsintno əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Hazırki işdə əsas borcun məbləğinin qaytarılmasına dair məhkəmə qətnaməsinin qəbul edildiyi 22 oktyabr 2015-ci il tarixdən pul tələbinə dair yeni iddia ərizəsinin məhkəməyə verildiyi tarixədək olan 8 il müddət üçün sizdən 4000 manat (10000 Azn/100%=100 x 5%=500 Azn, 500 Azn x 8 il =4000 Azn) tələb edilir. Hazırkı pretenziya məktubu ünvanınıza daxil olduqdan sonra 5 gün müddətində 4000 manat pulun nümayəndəsi olduğu İddiaçı oğlıına ödənilməsi tələb edilir. Əks halda məhkəməyə müraciət ediləcəyini və məhkəmə xərclərinin də, tələb ediləcəyini nəzərinə çatdırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Mülki işin tədqiq edilmiş hallaırndan görünür ki, iddiaçı qanuni qüvvəyə minmiş xx.xx.2015-ci il tarixli məhkəmə qətnaməsi əsasında tutulmalı olan 10000 manat pulun hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi xx.xx.2023-cü il tarixədək ödənilməməsinə əsaslanaraq, gecikdirilmiş vaxt üçün illik beş faiz dərəcəsiylə hesablanaraq 4000 manat pulun tutulmasını xahiş etmişdir. Hazırkı məhkəmə icraatı barədə məlumatlı olan cavabdeh 10000 manat borcun tam və ya qismən ödənilməsini təsdiq edən hər hansı dəlili məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, xüsusi bilik tətbiq edilməsinə zərurət olmadan aparıla bilən hesablamaya əsasən, 10000 manat pulun 1 faizini təşkil edən 100 manat pulun illik 5 faiz dərəcəsi ilə yekun məbləği 500 manat təşkil edir. 10000 manat pulun tutulması barədə xx.xx.2015-ci il tarixli məhkəmə qətnaməsinin çıxarıldığı vaxtdan hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi xx.xx.2023-cü il tarixinədək keçən 8 il ərzində hər üçün 500 manat pulun ümumi məbləği 4000 manat təşkil edir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia ərizəsində məhkəməyə təqdim edildiyi tarix kimi “xx.xx.2023-cü il” qeyd edilsə də, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən verilmiş iddia ərizəsi Gəncə Şəhər Məhkəməsinə xx.xx.2023-də daxil olmuşdur. İddia ərizəsində qeyd edilən “xx.xx.2023-cü il” tarixinin texniki səhv olması ehtimalıyla yanaşı, qanuni və əsaslı iddianın tam təmin edilməsinə maneə hesab oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 4000 (dörd min) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №e-2(125)-376/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-376/2024
11.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver