Məhkəmə qərarları › İş №e-2(125)-3846/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3846/2025

05.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3846/2025 05.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı 14.000 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında təxminən 2004-2005-ci il tarixlərdə münasibət yaranmışdır. İddiaçı 2002-ci ildən Rusiya Federasiyasının Nijnınovqorod şəhərindən avtomobil şüşələri alıb Bakı şəhəri «8-ci kilometr» bazarında satmışdır. Həmin vaxtı Arif adlı şəxs Bakı şəhər «8-ci kilometr» bazarında avtmobil şüşələri alıb, Gəncə şəhərində satmışdır. Arif adlı şəxs ilə də həmin alqı-satqı məsələləri ilə bağlı münasibətləri yaranmışdı. Arif ondan avtomobil şüşələrini borca alıb ödənişini satdıqdan sonra edirdi. Tərəflər təxminən 10 il birgə işləmişdirlər. Belə ki, sonuncu dəfə 2014-cü ildə İddiaçı «8-ci kilometr» bazarından bir kamaz dəyəri 30.000 manat olan avtomobil şüşələrini Gəncə şəhərinə Arifə göndərmişdir. Gəncədə həmin malları Arifin işçisi Araz adlı şəxs qəbul etmişdir və bu barədə ona zəng edərək bildirmişdir. Daha sonra Arifə dəfələrlə zəng etsə də, Gəncə şəhərinə gəlsə də Arif pulunu verməmişdir. O isə Arifə satdığı malın maya dəyərini yəni 24.000 manat pulu tələb etmiş, Arif hissə-hissə 10.000 manat pulunu versə də qalan 14.000 manat məbləğində pulu verməkdən imtina etmişdir. Bununla bağlı polis orqanına müraciət edilsə də yenə də heç bir nəticə əldə edilməmişdir. xx.xx.2025-ci il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Lakin xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə baxış iclasında İddiaçı izahatında göstərmişdir ki, 2005-2006-cı illərdə onunla Cavabdeh arasında avtomobil şüşələrinin alğısatqısı ilə əlaqədar alğı-satqı müqavilələri olmuşdur. Həmin vaxt Cavabdeh borcunu ödəmiş, sonradan 2016-cı ildə aralarında 30.000 manat dəyərində avtomobilin şüşələrinin alğı-satqısı ilə əlaqədar mal vermiş, lakin borcunu ödəməmişdir. Buna görə də o, 8.000 manat dəyərində malı geri almış, 3.000 manat məbləğində borcunu 2021-ci ildə hissəhissə almış, 2021-ci ilədək Gəncə şəhərində Cavabdehla danışıb aralarında 19.000 manat məbləğində borcun qaldığını müəyyən etmişlər. 2021-ci ildən sonrakı 2 il ərzində 5.000 manat məbləğində ödəniş etmişdir. Lakin sonuncu ödəniş tarixini xatırlamır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə iddianı qəbul etməyərək iddianın əsassız olduğunu, həmçinin iddia müddətinin keçməsini bildirərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehin nümayəndəsini (vəkilini) və şahidi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, o, 2016-cı ilə qədər Cavabdeh yanında usta kimi işləmiş, sonradan səhhətində yaranmış probelmlə əlaqədar işə davam edə bilməmişdir. Cavabdeh ayrı-ayrı şəxslərdən avtomobil şüşələrini almışdır. 2016-cı ildən sonuncu dəfə İddiaçı göndərdiyi məhsulu qəbul etmişlər. Bundan öncə isə göndərilən məhsulun isə kimə aid olduğunu dəqiq xatırlamır. Cavabdeh aldığı şüşələrin pulunu Bakı şəhərinə sərnişin aparan sürücülərdən göndərmişdir.2016-cı ildə o, Cavabdeh həyətində saxladığı itlərin şüşələri qırdıqlarını irad tutanda, Cavabdeh İddiaçı malı olduğunu, malın qırıq olduğunu bildirmişdir. 2022-ci ildə İddiaçı onunla danışarkən 14.000 manat məbləğində borcunun olduğunu bildirmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarların surətindən görünür ki, cinayət işi üzrə icraatın başlanılmasından rədd edilmiş, İddiaçı borc tələbinə dair mülki tələbi ilə əlaqədar mülki qaydada müvafiq məhkəmə orqanlarına müraciət etmək hüququnun olması izah edilmişdir. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli bank məlumatlarından görünür ki, İddiaçı adına olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kart hesabına (5404 0852 3857 4760 kart nömrəli, son istifadə tarixi 09/23) xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində Cavabdeh tərəfindən hər hansı bank əməliyyatı aparılmamışdır. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, 2014-cü ildə ayında İddiaçı və Cavabdeh arasında şüşə alğı-satqısına dair şifahi müqavilə bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı ümumi dəyəri 24.000 manat olan şüşəni Cavabdeh nisyə satmışdır. Cavabdeh isə həmin malın dəyərinin bir hissəsini ödəmiş və ödənilməmiş borcu 14.000 manat qalmışdır. xx.xx.2025-ci il tarixdə İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh nümayəndəsi (vəkili) ərizə ilə məhkəməyə müraciət edərək, hazırki mübahisəyə iddia müddətinin tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə vəsatətlə məhkəməyə müraciət edərək, tərəflər arasındakı mübahisəyə iddia müddətinin tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Bununla əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi xx.xx.2025ci il tarixdən əvvəlki 3 il müddətində Cavabdeh tərəfindən hər hansı ödənişin aparılıbaparılmadığı, eləcə də borcun etirafına dair hərəkətlərin edilib-edilmədiyi yoxlanılmış, bu yöndə sübutların təqdim edilməsi İddiaçı təklif edilmişdir. Qeyd olunan xüsusatın yoxlanılması üçün İddiaçı vəsatəti əsasında ona məxsus bank məlumatları "xxxx" ASCdən götürülmüş, İddiaçı "xxxx" ASC-dəki hesabına (5404 0852 3857 4760 kart nömrəli, son istifadə tarixi 09/23) xx.xx.2022-ci il tarixdən hesabın aktiv olduğu xx.xx.2023-cü il tarixədək olan dövr ərzində Cavabdeh tərəfindən hər hansı ödəniş aparılmadığı müəyyən edilmişdir. Həmçinin Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdən əvvəlki 3 il müddətində borcun etirafına dair hərəkətlərin edilməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əçyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 529.1-ci maddəsinə görə borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatlatı ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Mülki işin məhkəmə iclasında tədqiq edilmiş hallarından görünür ki, tərəflər arasında nisyə alğı-satqı müqaviləsindən irəli gələn münasibətlər olmuş və həmin münasibətlərlə əlaqədar Cavabdeh İddiaçı ödənilməmiş borcu 14.000 manat qalmışdır. Lakin Cavabdeh iddia müddətinin tətbiq olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmiş, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi xx.xx.2025-ci il tarixdən əvvəlki 3 il müddətində Cavabdeh tərəfindən hər hansı ödənişin aparılmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində aparılmış araşdırma zamanı İddiaçı verdiyi izahatında 2019-cu ildən 2022-ci ilədək Cavabdeh qalan 19.000 manat məbləğində borcundan ona 5.000 manat məbləğində ödəniş etdiyini və Cavabdeh qalıq borcunun 14.000 manat olduğunu göstərmişdir. Beləliklə, İddiaçı öz izahatında Cavabdeh 2022-ci ilədək qalıq borcunun 14.000 manat məbləğində olduğunu bildirdiyindən və həmin izahatında qeyd olunanların əksini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia müddətinin axımı 2021-ci ilin sonundan başlamış 2025-ci ilədək davam etmiş, İddiaçı 2025-ci ilədək iddia müddətini ötürsə də həmin müddətin ötürülməsinin üzrlü hesab edilməsinə dair vəsatətlə məhkəmə müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. «Viktor Ozerovun şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 aprel 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm faktordur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilir ki, kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. Avropa İnsan Hüquqları Məhkəməsi «Stanyo Belçikaya qarşı» işi üzrə 07 iyul 2009cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunmuş iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçı iddia müddətini üzrlü səbəblərdən ötürülməsinə dair məhkəməyə heç bir mötəbər sübut təqdim etmədiyinə görə iddia tələbinə iddia müddəti tətbiq edilməklə, iddia rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia rədd edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar