Məhkəmə qərarları › İş №e-2(125)-4028/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4028/2024

26.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4028/2024 26.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X19 İsa oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçı nümayəndəsi, vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh1 və Bərdə Regional ASAN xidmət mərkəzində notariat ofisinə (notarius-X3) qarşı, (üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”-ın ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, X1 və Bərdə Regional ASAN xidmət mərkəzində notariat ofisinə (üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi) qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”-ın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Avtozavod yolu ünvanında 0.04 ha torpaq sahəsində yerləşən “A” yaşayış binası ümumi sahəsi 100.4 kv.m., “B” köməkçi tikili 2.8 kv.m olan bağ evinə dair mərhum X9 vərəsəsi kimi X4 verilmiş 22 yanvar 2021-ci il tarixli 2V-90 reyestr nömrəli Qanun üzrə vərəsəlik şəhadətnaməsinin həmin əmlaka aid hissədə etibarsız hesab edilməsi və həmin vərəsəlik şəhadətnaməsi əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Cavabdeh1 xx.xx.2021-ci il tarixli, **********26-11301 reyestr nömrəli hüquqların Dövlət qeydinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Gəncə şəhəri Nizami rayon Məhkəməsinə müraciəti əsasında Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(044)-61/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh X10 ilə X9 arasında bağlanmış 21 sentyabr 2018-ci il tarixli, 4Ə-2756 saylı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh X5 üzərinə Gəncə şəhəri Avtozavod yolu ünvanında 0.04 ha torpaq sahəsində yerləşən “A” yaşayış binası ümumi sahəsi 100.4 kv.m., “B” köməkçi tikili 2.8 kv.m olan bağ evini iddiaçıya təhvil vermək öhdəliyinin qoyulması qət edilmişdir. Qətnamədən üçüncü şəxs Abdullayev Samir Şakir oğlu apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 iyul 2022-ci il tarixli, 2(104)-1599/2022 saylı qətnaməsi ilə üçüncü şəxs X6 apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(044)-61/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədən üçüncü şəxs Abdullayev Samir Şakir oğlu kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 2( 102)-4439/2023 saylı qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 iyul 2022-ci il tarixli, 2(104)-1599/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Mülki iş Gəncə şəhər Məhkəməsinə qaytarılmış, iş üzrə icra sənədi verilmiş və Gəncə şəhəri üzrə İcra İdarəsinin əməkdaşları tərəfindən İddiaçı həmin evə yerləşdirilmişdir. Ali Məhkəmə iş üzrə qərar qəbul etdikdən sonra Gəncə şəhəri, Avtozavod yolu ünvanında 0.04 ha torpaq sahəsində yerləşən “A” yaşayış binası ümumi sahəsi 100.4 kv.m., “B” köməkçi tikili 2.8 kv.m olan bağ evinin X10 tərəfindən İddiaçı satılmasına dair 04 iyun 2015ci il tarixli 4Ə-133 reyestr nömrəli alqı-satqı müqaviləsinin ünvan üzrə göndərilmişdir. Aparılan araşdırma zamanı, Gəncə şəhəri, Nizami Rayon Məhkəməsinin 2(044)-61/2021 nömrəli, 16.11 2021-ci il tarixli qətnaməsi üzrə 3 saylı Gəncə Ərazi İdarəsi tərəf olmamış və qətnamə ərazi idarəsinə rəsmi qaydada göndərilməmişdir. Həmçinin Gəncə şəhəri, Avtozavod yolu ünvanında 0.04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi və köməkçi tikililər üzərində X9 vərəsəsinin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı üçün ərizənin icrasının təmin edilməsi mümkün olmamışdır. İddiaçı mülkiyyət hüququnu təsdiq edən sənədin alınması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri Publik Hüquqi Şəxsi 3 Saylı Gəncə Ərazi İdarəsinə müraciət edilməsi üçün Gəncə şəhəri Avtozavod yolu ünvanında 0.04 ha torpaq sahəsində yerləşən “A” yaşayış binası ümumi sahəsi 100.4 kv.m., “B” köməkçi tikili 2.8 kv.m olan bağ evinə dair mərhum X9 vərəsəsi kimi X4 verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və həmin vərəsəlik şəhadətnaməsi əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən aparılmış **********26-11301 reyestr nömrəli qeyd ləğv edilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi, vəkili Nümayəndə iddianı müdafiə edərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. İş üzrə cavabdeh olan Bərdə Regional ASAN xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu Tamaşa Atakişiyeva qızı məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehlərin və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan xx.xx.2015-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X10 ona məxsus Gəncə şəhəri, Avtozavod yolu ünvanında 0.04 ha torpaq sahəsində yerləşən “A” yaşayış binası ümumi sahəsi 100.4 kv.m., “B” köməkçi tikili 2.8 kv.m olan bağ evini alıcı İddiaçı satmışdır. Mülki işin materiallarında olan RX seriyalı ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri Avtozavod yolu ünvanında 0.04 ha torpaq sahəsində yerləşən “A” yaşayış binası ümumi sahəsi 100.4 kv.m., “B” köməkçi tikili 2.8 kv.m olan bağ evi tam mülkiyyət hüququ ilə üzrə X9 adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Mülki işin materiallarında olan Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 2V-90 saylı xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X7 qalmış miras qalmış ƏMDK- NİN YANİNDA DƏDRX-NİN 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2018 tarixdə X11 verilmiş **********26-11301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Gəncə şəhəri, Avtozavod Yolu ünvanında yerləşən ümumi sahəsi 100.4 kv/m, yaşayış sahəsi 35 kv/m, yardımçı sahəsi 65.4 kv/m, 2 otaqlı olan bağ evinə, ƏMDK- NİN YANİNDA DƏDRX-NİN 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2018 tarixdə X11 verilmiş **********26-11301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Gəncə Şəhəri, Nizami Rayonu, Avtozavod Yolu ünvanında yerləşən ümumi sahəsi 0.04 ha olan torpaq sahəsinə dair vərəsəsi qızı Cavabdeh1 müəyyən edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 22 may 2024-cü il tarixli məktubundan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Avtozavod yolu ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 100.4 kv.m bağ evi Gəncə “ASAN xidmət” mərkəzində notariat kontorunun 21 sentyabr 2018-ci il tarixli, 4Ə-2756 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X10 tərəfindən X11 bağışlanmış, sonuncunun adına 27 sentyabr 2018-ci il tarixli, **********26- 11301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 22 yanvar 2021 -ci il tarixli, 2V-90 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən mülk X9 vərəsəsi Cavabdeh1 16 fevral 2021 -ci il tarixli, **********26-11301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Mülki işin materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1599/2022 nömrəli, 08 iyul 2022-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-61/2021 nömrəli, 16 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh X10 ilə X14 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə-2756 saylı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh X5 üzərinə, Gəncə şəhəri, Avtozavod yolu ünvanında 0,04 ha torpaq sahəsində yerləşən “A” yaşayış binası ümumi sahəsi 100,4 kv.m., yaşayış sahəsi 35 kv.m, yardımçı sahəsi 65,4 kv.m. olan 2 otaq, 1 talvar 135,8 kv.m., “B” köməkçi tikili 2,8 kv.m. olan bağ evini iddiaçıya təhvil vermək öhdəliyinin qoyulması qət edilmişdir. Qətnamədən üçüncü şəxs X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi üçüncü şəxs Samir Abdullayevə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4439/2023 nömrəli, 25 dekabr 2023-cü il tarixli mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)- 1599/2022 nömrəli, 08 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutlarla işin mübahisəsiz faktiki halları kimi müəyyən olunmuşdur ki, satıcı X10 ona məxsus Gəncə şəhəri, Avtozavod yolu ünvanında 0.04 ha torpaq sahəsində yerləşən “A” yaşayış binası ümumi sahəsi 100.4 kv.m., “B” köməkçi tikili 2.8 kv.m olan bağ evini alıcı İddiaçı xx.xx.2015-ci il tarixdə satmışdır. Buna baxmayaraq həmin əmlak DƏDRX-də İddiaçı adına mülk kimi qeydə alınmamışdır. Daha sonra, 2018-ci ildə X10 həmin daşınmaz əmlakı X2, əmlak DƏDRX-də X9 adına mülk kimi qeydiyyata alınmışdır. X14 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Bundan sonra, həmin əmlak Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 2V-90 saylı xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Cavabdeh1 adına mülk kimi DƏDRX-də qeydə alınmışdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-61/2021 nömrəli, 16 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh X10 ilə X14 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə-2756 saylı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh X5 üzərinə, Gəncə şəhəri, Avtozavod yolu ünvanında 0,04 ha torpaq sahəsində yerləşən “A” yaşayış binası ümumi sahəsi 100,4 kv.m., yaşayış sahəsi 35 kv.m, yardımçı sahəsi 65,4 kv.m. olan 2 otaq, 1 talvar 135,8 kv.m., “B” köməkçi tikili 2,8 kv.m. olan bağ evini iddiaçıya təhvil vermək öhdəliyinin qoyulması qət edilmişdir. Qətnamədən üçüncü şəxs X12 tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. İddia ərizəsindən və iddiaçının nümayəndəsinin məhkəməyə bildirdiklərindən müəyyən olunur ki, hazırda həmin əmlak faktiki olaraq iddiaçının sahibliyində və istifadəsindədir. Lakin, əmlak barəsində Cavabdeh1 adına aparılmış sənədləşmələrin mövcudluğu həmin əmlakın İddiaçı adına mülk kimi DƏDRX-də qeydə alınmasına maneə yaradır. Ona görə də iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər Məhkəmə ilk öncə onu qeyd edir ki, iddiaçı hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malıkdir, çünki qaldırılan iddia mülkiyyətin müdafiəsi barədədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə iddianın haqlı sayılmasını aşağıda qeyd edilənlərlə əsaslandırır. Belə ki, artıq yuxarıda qeyd edildiyi kimi, qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə X10 ilə X14 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə-2756 saylı bağışlama müqaviləsi etibarsız hesab edilmişdir. Həmin əmlak hazırki işdə cavabdeh olan Cavabdeh1 adina X7 miras qalmış əmlak kimi keçmişdir. Yəni, hazırki vəziyyətdə Gəncə şəhəri, Avtozavod yolu ünvanında 0,04 ha torpaq sahəsində yerləşən “A” yaşayış binası ümumi sahəsi 100,4 kv.m., yaşayış sahəsi 35 kv.m, yardımçı sahəsi 65,4 kv.m. olan 2 otaq, 1 talvar 135,8 kv.m., “B” köməkçi tikili 2,8 kv.m. olan bağ evi barəsində Cavabdeh1 adına verilmiş vərəsəlik şəhadətnaməsinin mirasqoyanın etibarsız əqd əsasında əldə etmiş olduğu mülkiyyət hüquqlarının qanun üzrə vərəsəyə vərəsəlik qaydasında verildiyi fakt kimi təsdiq olunur. Həmin əmlak öz hazırki hüquqi vəziyyətinə görə X7 miras qalmış əmlak deyil, iddiaçının mülkiyyəti kimi qiymətləndirilir. Həmçinin, iş materiallarından müəyyən olunur ki, əmlak faktiki olaraq həqiqi sahibinin, yəni iddiaçının sahibliyində və istifadəsindədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin məcəllənin 149.2-ci əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Qeyd edilən maddi hüquq normalarının hazırki işin faktiki hallarına tətbiqindən məhkəmə hesab edir ki, iddia tələbi 2V-186 saylı xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı hissəsində əsaslıdır və təmin edilməlidir. İddia tələbi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı hissəsində əsaslı olduğundan, həmin vərəsəlik şəhadətnaməsi əsasında Gəncə şəhəri, Avtozavod yolu ünvanında 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən “A” yaşayış binası ümumi sahəsi 100,4 kv.m., yaşayış sahəsi 35 kv.m, yardımçı sahəsi 65,4 kv.m. olan 2 otaq, 1 talvar 135,8 kv.m., “B” köməkçi tikili 2,8 kv.m. olan bağ evi barəsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi idarəsi tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2021-ci il tarixli **********26-11301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ləğv edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2019-cu il tarixdə vəfat etmiş X11 DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2018 tarixdə verilmiş **********26-11301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Gəncə şəhəri, Avtozavod Yolu ünvanında yerləşən ümumi sahəsi 100.4 kv/m, yaşayış sahəsi 35 kv/m, yardımçı sahəsi 65.4 kv/m, 2 otaqlı olan bağ evinə və DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2018 tarixdə X11 verilmiş **********26-11301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Gəncə Şəhəri, Nizami Rayonu, Avtozavod Yolu ünvanında yerləşən ümumi sahəsi 0.04 ha olan torpaq sahəsinə dair Cavabdeh1 Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin vermiş olduğu 2V-90 nömrəli xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız sayılsın. Gəncə şəhəri, Avtozavod yolu ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən “A” yaşayış binası ümumi sahəsi 100,4 kv.m., yaşayış sahəsi 35 kv.m, yardımçı sahəsi 65,4 kv.m. olan 2 otaq, 1 talvar 135,8 kv.m., “B” köməkçi tikili 2,8 kv.m. olan bağ evi barəsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi idarəsi tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2021-ci il tarixli **********26-11301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ləğv edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində maraqları nəmim olunmayan şəxslər tərərfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, bundan sonra qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar