Məhkəmə qərarları › İş №e-2(125)-405/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-405/2022

06.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-405/2022 06.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Əli oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə, İddiaçı Qala Sığorta ASC-nin nümayəndəsi X5, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Qala Sığorta ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya hüququ üzrə sığorta ödənişinin qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Qala Sığorta ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1566 manat və ödənilmiş 45.66 manat dövlət rüsumunun cavabdehlərdən tutulub iddiaçı Qala Sığorta ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qala Sığorta ASC tərəfindən PQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış Vaz 21093 markalı, ** VX *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdə, Gəncə şəhəri Təbriz küçəsi ərazisində Cavabdeh2 tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz C180” markalı, ** FC *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Mercedes Benz C180” markalı, ** FC *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 1566 (bir min beş yüz altmış altı) manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar Gəncə şəhər BPİ-nin DYPŞ-i tərəfindən tərtib edilmiş TP ******* saylı X9 Haqqında Qərarda da, müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh2 həmin avtonəqliyyat vasitəsini etibarnaməsiz idarə etmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta ilə bağlı inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən 16 iyun 2022-ci il tarixli, 0845/22 nömrəli məktubla Cavabdeh2 qarşı 1566 (bir min beş yüz altmış altı) manat məbləğində subroqasiya hüququ ilə əlaqədar pul tələbi irəli sürülmüş və həmin məbləğin 10 iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakin hal-hazırkı tarixədək cabadehlər tərəfindən subroqasiya hüququ ilə əlaqədar pul tələbləri təmin olunmadığından həmin tələblərinin məhkəmə qaydasında təmin olunması zəruriyyəti yaranmışdır. Odur ki, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1566 manat və ödənilmiş 45.66 manat dövlət rüsumunun cavabdehlərdən tutulub iddiaçı Qala Sığorta ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Qala Sığorta ASC-nin nümayəndəsi X8 iddia tələbini müdafiə etdiklərini bildirmiş və subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1566 manat və ödənilmiş 45.66 manat dövlət rüsumunun cavabdehlərdən tutulub iddiaçı Qala Sığorta ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirmişdir ki, sözügedən avtonəqliyyat vasitəsini alqı-satqı müqaviləsi əsasında X1. Hadisə vaxtı avtomobili idarə edən Cavabdeh2 isə X3 oğludur. O, hadisə yerində olmamışdır və baş vermiş yol hadisəsi ilə əlaqədar onun heç bir günahı yoxdur. Bu səbəbdən iddianı qəbul etmir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, həqiqətən Qala Sığorta ASC tərəfindən PQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış Vaz 21093 markalı, ** VX *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdə, Gəncə şəhəri Təbriz küçəsi ərazisində onun tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz C180” markalı, ** FC *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Mercedes Benz C180” markalı, ** FC *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 1566 (bir min beş yüz altmış altı) manat sığorta ödənişi həyata keçirilmişdir. Həmin vaxt ona verilmş etibarnamənin müddətinin bitməsindən məlumatı olmamışdır. Hazırda maddi imkanı aşağıdır. Heç bir yerdə işləmir, lakin borcunu hissə-hissə ödəyə bilər. Odur ki, iddianın qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli CM1412/19 saylı sığorta aktından görünür ki, X6 məxsus 2000-ci il buraxılışlı, Ban XTA210930Y2696576, mühərrik nömrəsi ******* olan, “Vaz 21093” markalı, ** VX *** dövlət qeydiyyat nişanlı avtomobil tam sığorta olunaraq, sığorta təminatı almışdır. Sığorta xx.xx.2020-ci il tarixədək qüvvədə olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixdə verilmiş etibarnamədən görünür ki, Cavabdeh1 “Vaz 21093” markalı, ** VX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyi Cavabdeh2 etibar etmişdir. Etibarnamə xx.xx.2019-ci il tarixədək qüvvədədir. İş materiallarına əlavə edimiş AD seriyalı, 080699 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Vaz 21093” markalı, ** VX *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1dur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında iş üzrə protokol və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2019-cu il tarixli X9 haqqında qərardan görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixdə Gəncə şəhərinin ərazisində VAZ 21093 MİNİK markalı, ** VX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolayrıcının keçmə qaydalarının pozulması, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 327.2-ci, 332.1-ci maddələri ilə 60 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Qala Sığorta ASC-nin qiymətləndirmə aktından görünür ki, “Mercedes Benz C 180” markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyan üzrə ehtiyat hissələrinin və təmir işlərinin ümumi dəyəri 1566 manat təşkil edir. İş materiallarına əlavə edimiş xx.xx.2019-cu il tarixli CM1412/19 saylı sığorta aktından görünür ki, Qala Sığorta ASC tərəfindən 1566 manat məbləğində sığorta ödənişinin X4 hesabına köçürülməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Qala Sığorta ASC-nin xx.xx.2019-cu il tarixli 2050 saylı ödəniş tapşırığından görünür ki, Qala Sığorta ASC tərəfindən X4 bank hesabına 1566 manat köçürülmüşdür. Məhkəmə, iddia tələbinin qanuni əsası kimi aşağıdakı maddi hüquq normalarına istinad etməyi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, xx.xx.2019-cu il tarixdə Gəncə şəhəri Təbriz küçəsi ərazisində Cavabdeh2 tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz C180” markalı, ** FC *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə zərər vurulmuş, yol nəqliyyat hadisəsinin baş verməsinə görə cavabdeh Zeynalov X2 Xətalar Məcəlləsinin 327.2-ci, 332.1-ci maddələri ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. İddiaçı Qala Sığorta ASC tərəfindən “Mercedes Benz C180” markalı, ** FC *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 1566 (bir min beş yüz altmış altı) manat sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh2 nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə və zərərin vurulmasında təqsirkar cavabdehlər olduğuna görə iddiaçının zərərçəkmiş şəxsə ödədiyi sığorta ödənişi həcmində subroqasiya qaydasında cavabdehlərə qarşı tələb hüququ yaranmışdır. Buna görə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 subroqasiya qaydasında 1566(bir min beş yüz altmış altı) manat pul tutularaq, iddiaçı Qala Sığorta ASC-yə ödənilməlidir. Həmçinin iş materiallarında olan qəbzdən görünür ki, iddiaçı Qala Sığorta ASC məhkəməyə müraciət edərkən 36.66 manat məbləğində dövlət rüsumu ödəmişdir. İddiaçı iddia ərizəsində cavabdehlərdən ödədikləri 45.66 manat məbləğində dövlət rüsumunun əvəzini tələb etsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməımişdir. Bu səbəbdən iddia tələbi 36.66 manat məbləğində dövlət rüsümündan artıq hissədə əsassız olduğundan təmin edilməməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 36,66 manat məbləğində pul Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 300 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 subroqasiya qaydasında 1566(bir min beş yüz altmış altı) manat pul və 36.66 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Qala Sığorta ASC-nin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnаmədən rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində Gəncə Şəhər Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar