Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-405/2025 27.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «payın naturada bölünməsi, bu mümkün olmadıqda kompensasiya ödəməklə əmlakdakı paya olan mülkiyyət hüququnun itirilməsi və ya əmlakın açıq hərracda satılaraq hərracdan əldə olunan pul vəsaitinin tərəflər arasında mütənasib şəkildə bölünməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən əmlakın naturada bölünməsi, naturada bölgü mümkün olmadıqda cavabdeh tərəfindən kompensasiya verməklə əmlakdakı paya mülkiyyət hüququnun itirilməsinə və ya əmlakın açıq hərracda satılması və satışdan əldə olunan pul vəsaitinin ümumi mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş edərək mübahisələndirən əmlaka dair tərəflərin razılıq əldə etdiyini, iddiaçının iddiadan imtina etdiyini bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində Cavabdeh İddiaçı ilə aralarında razılıq əldə olunduğundan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materialllarını tədqiq edərək və işdə olan sübutları araşdıraraq, hesab edir ki, iddiaçının iddiadan imtina etməsi heç bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə iddiadan imtina qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə görə məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtina etməsi heç bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə iddiadan imtina qəbul olunmalıdır. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiadan imtinası qəbul edilsin. İddiaçı Cavabdeh qarşı «payın naturada bölünməsi, bu mümkün olmadıqda kompensasiya ödəməklə əmlakdakı paya olan mülkiyyət hüququnun itirilməsi və ya əmlakın açıq hərracda satılaraq hərracdan əldə olunan pul vəsaitinin tərəflər arasında mütənasib şəkildə bölünməsi» tələbi barədə iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-405/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-405/2025
27.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver