Məhkəmə qərarları › İş №e-2(125)-4111/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-4111/2025

18.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-4111/2025 18.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və digərlərinə qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinə, Cavabdeh1nə, Gəncə şəhəri 3 saylı Notariat Ofisinə qarşı (üçüncü şəxs "xxxx" ASC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində Gəncə şəhər 3 saylı Notariat Ofisi tərəfindən verilən xx.xx.2023-cü il tarixli 8t-1961 saylı icra qeydinin icraatına xitam verilib, ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir, üçüncü şəxs iddiaçı ilə aralarında bağlanmış barışıq sazişinin təsdiq olunmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmənin hazırlıq iclasına gəlmədiklərindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə həmçinin qeyd edir ki, üçüncü şəxs iddiaçı ilə aralarında bağlanmış barışıq sazişinin təsdiq olunmasını xahiş etsə də, mülki-prosessual qanunvericilik mübahisə üzrə tərəflərin, yəni iddiaçı ilə cavabdeh arasında bağlanmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq olunması hüquqi imkanını və belə təsdiqin nəticəsi olaraq həmin tələbə dair mülki iş üzrə icraata xitam verilməsini nəzərdə tutmuşdur. Buna görə sözügedən sazişin məhkəmə tərəfindən təsdiq olunması barədə ərizənin təmin olunması mümkün deyildir. Göstərilənlərə əsaslanaraq, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1nə və digərlərinə qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar