Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-4309/2025 08.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «etibarnamənin və əqdlərin etibarsız hesab edilməsi»nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı X2 adından xx.xx.2024-cü il tarixdə Moskva şəhər notariusunda verilmiş 772199-n/77-2024-13-450 nömrəli etibarnamənin və onun əsasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 adına verilmiş etibarnamələrin və «Chevrolet Cruze» markalı ** FU *** dövlət qeydiyyat nişanlı, «Toyota Prado» markalı ** BN *** dövlət qeydiyyat nişanlı və «X3» markalı, ** SJ *** qeydiyyat nişanlı avtomobillərə dair bağlanmış əqdlərin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı məhkəməyə ərizə təqdim edərək cavabdehlərlə barışıq əldə etdiklərinə görə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı Cavabdeh1 iddiaçı ilə barışıq əldə etdiklərinə görə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində İddiaçı mülki işə iştirakı olmadan baxılmasını və iş üzrə yekun məhkəmə qərarı qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş materialllarını tədqiq edərək və işdə olan sübutları araşdıraraq, hesab edir ki, iddiaçının iddiadan imtina etməsi heç bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə iddiadan imtina qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə görə məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtina etməsi heç bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə iddiadan imtina qəbul olunmalıdır. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiadan imtinası qəbul edilsin. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «etibarnamənin və əqdlərin etibarsız hesab edilməsi»nə dair iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-4309/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-4309/2025
08.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver