Məhkəmə qərarları › İş №e-2(125)-4603/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4603/2024

28.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4603/2024 28.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 İsa oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, iddiaçı “X3” X8 etibarnamə üzrə nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı “X3” X8 Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı “X3” X10 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə iddiaçı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 14 iyun 2022-ci il tarixində № ÖM/03864 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən Cavabdeh (FİN: xxxxxxx) tərəfindən eyni növlü və keyfiyyətli (3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 3 baş inək, 400 kq qarışıq yem və 65 ədəd yonca qarışığı ot bağlamasının natura şəklində Agentliyə qaytarılması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, özünüməşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh (FİN:xxxxxxx) ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 (bundan sonra - Agentlik) Mərkəzi Mühasibatlıq və Təyinat filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 14 iyun 2022-ci il tarixində №ÖM/03864 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “Maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 2541- 2560 və 2565 birka nömrəli 3 (üç) baş inək 400 kq qarışıq yem və 65 ədəd yonca qarışığı ot bağlaması natura şəklində verilmişdir. Tərəflər arasında yuxarıda qeyd edilən əmlakların təhvil verilməsinə dair imzalanmış 14 iyun 2022-ci il tarixində №ÖM/03864 nömrəli aktla vətəndaş Cavabdeh “Maldarlıq təsərrüfatı” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası”nın tələblərinə əsasən, özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı MMQF əməkdaşları tərəfindən monitorinqlər keçirilmiş və 2024-ci il 09 yanvar tarixli yekun monitorinqi aktına əsasən Cavabdeh verilmiş “Maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlərdən, yəni 2541-2560 və 2565 birka nömrəli 3 (üç) baş inək 400 kq qarışıq yem və 65 ədəd yonca qarışığı ot bağlaması aşkar edilməmişdir. Cavabdeh ünvanlanmış 2024-cü il 15 may tarixli 3-17-2/2-H- 27824/2024 nömrəli xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubu ilə əlaqədar Cavabdehtərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. Məhkəmə iclasında iddiaçı “X3” X8 nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı ona qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia əsassız olaraq qaldırılmışdır. Ona “X3” tərəfindən verilən heyvanları o, saxlamış, lakin, heyvanlar zəif olduğu üçün o, həmin heyvanlardan gəlir əldə edə bilməmişdir və həmin heyvanların sağlam olmadığını müşayət etmiş, düşünmüşdür ki, sağalmaq ehtimalları var. Sonra həmin heyvanları tələf etməmək məqsədilə satmaq qərarına gəlmiş və satmışdır. Əlavə olaraq bildirmişdir ki, həmin heyvanların əvəzinə daha sağlam heyvanlar alacaqdır. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 14 iyun 2022-ci il tarixli №ÖM/03864 nömrəli özünəməşğulluğa kömək göstərilməsinə dair müqavilənin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Mərkəzi Mühasibatlıq və Təyinat Filialı ilə Cavabdeh arasında müqavilə bağlanmış, filial tərəflər arasındakı təhvil-təslim aktında göstərilən əmlakı bu müqavilə ilə müəyyən edilmiş qaydada özünəməşğulluğa cəlb olunmuş şəxsə verməyi, həmin şəxs isə 1 il müddətində sözügedən əmlakdan özünəməşğulluğun təşkili üçün biznes-planda nəzərdə tutulan təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. 14 iyun 2022-ci il tarixli özünəməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair təhvil-təslim aktının surətindən görünür ki, “Maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 2541-2560 və 2565 birka nömrəli 3 (üç) baş inək, 400 kq qarışıq yem (paketlənmiş) və 65 ədəd yem (ot və yonca qarışığı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Mərkəzi Mühasibatlıq və Təyinat Filialı tərəfindən Cavabdeh təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli özünəməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin yekun monitorinqinə dair aktın surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Mərkəzi Monitorinq və Qiymətləndirmə filialının əməkdaşları tərəfindən özünəməşğulluğa cəlb olunmuş Cavabdeh yaşadığı ünvan 1 ünvanında fəaliyyətinin yekun monitorinqi aparılmış və nəticədə 3 (üç) baş inək, 400 kq qarışıq yem və 65 ədəd yem (ot və yonca qarışığı) aşkar edilməmiş, heyvanları satdığını bildirmişdir. xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X1 Mərkəzi Monitorinq və Qiymətləndirmə Filialı tərəfindən cavabdehin istifadəsinə verilmiş əmlakı könüllü surətdə agentliyə geri qaytarması əks təqdirdə məhkəmə vasitəsilə tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia əsasız olduğundan təmin edilməməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında bağlanmış 14 iyun 2022-ci il tarixli №ÖM/03864 nömrəli müqaviləyə əsasən özünəməşğulluğun təşkili məqsədilə “Maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 3 (üç) baş inək, 400 kq qarışıq yem (paketlənmiş) və 65 ədəd yem 1 il müddətinə cavabdehin istifadəsinə verilmişdir. Müqavilə müddəti ərzində manitorinqin aparılması və müqavilə müddətinin sonunda cavabdehin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda əmlakın cavabdehin mülkiyyətinə verilməsi şərtləndirilmişdir. İddiaçı iddia etmişdir ki, xx.xx.2024-cü il tarixdə aparılmış yekun monitorinq zamanı 3 (üç) baş inək aşkar edilməmiş, 400 kq qarışıq yem və 65 ədəd yemin (ot və yonca qarışığı) istifadə olunduğu müəyyən edilmiş, vətəndaş 1 il müddət keçdikdən sonra heyvanlar satdığını bildirmişdir. Halbuki həmin avadanlıqlar ona satmaq üçün verilməmiş, cavabdeh avadanlıqlardan təyinatı üzrə istifadə etməmiş, edilən xəbərdarlıqlara baxmayaraq əmlakı könüllü surətdə qaytarmaqdan imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 168 nömrəli qərarı ilə təsdiq edilmiş “Özünüməşğulluğun təşkili Qaydası”nın; - 7.1-ci bəndində qeyd edilmişdir ki, işsiz və işaxtaran şəxsin bu Qaydaya uyğun olaraq seçdiyi özünüməşğulluq istiqamətinin təşkili üçün ona “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada satın alınmaqla və “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrində qeydiyyata alınmaqla müqavilə əsasında natura şəklində material, avadanlıq və digər əmlak verilir. 7.2-ci bəndində qeyd edilmişdir ki, özünüməşğulluğa cəlb olunmuş şəxslə Agentliyin müvafiq yerli qurumları və ya Mərkəz arasında 1 (bir) il müddətinə müqavilə imzalanır. Əmlak barədə bütün məlumatlar, o cümlədən həmin əmlakın növünə, dəyərinə, keyfiyyətinə və kəmiyyətinə, mənşəyinə, avadanlıqların texniki göstəricilərinə dair məlumatlar, habelə həmin əmlakın foto və video görüntüləri, təhvil-təslim aktları müqaviləyə əlavə edilir. Müqavilə imzalandıqdan sonra ən geci 10 (on) iş günü müddətində müqavilədə nəzərdə tutulmuş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsə verilir. 8.1-ci bəndində qeyd edilmişdir ki, Agentliyin müvafiq yerli qurumları və ya Mərkəz tərəfindən 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi (o cümlədən elektron monitorinqi) aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Özünüməşğulluğa cəlb olunmuş şəxs müqavilə müddətində fəaliyyəti ilə bağlı, o cümlədən ona verilmiş əmlaka dair məlumatları MAS-a daxil etməlidir. 8.2-ci bəndində qeyd edilmişdir ki, özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi ildə ən azı iki dəfə foto və ya videoçəkilişdən istifadə etməklə aparılır. Monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə, həmin şəxs vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir. (8.3) Monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan 1 (bir) il müddətində üzrlü səbəb olmadan istifadə etmədiyi aşkar edildikdə, özünüməşğulluğa cəlb olunmuş şəxs həmin əmlakı Agentliyə qaytarmalı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir. (8.4) Göründüyü kimi, mövcud qanunvericilik özünüməşğulluğun təşkili qaydalarını müəyyən edərkən işsiz və işaxtaran şəxslərə müqavilə əsasında natura şəklində material, avadanlıq və digər əmlak verilməsini, Agentliyin müvafiq yerli qurumları və ya Mərkəz tərəfindən 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqinin aparılmasını təsbit etmişdir. Hazırki işin hallarından isə görünür ki, iddiaçı tərəfindən müqavilə bağlandıqdan sonra 1 il müddətində heç bir monitorinq aparılmamışdır. Halbuki, müqavilənin şərtlərində də göstərilən əmlakın təyinatına uyğun istifadə edilməsinin yoxlanılması məqsədi ilə 1 il ərzində manitorinqin keçirilməsi şərtləndirilmişdir. Bununla belə təyinatına uyğun istifadə edildiyi halda müqavilə müddəti başa çatdıqdan sonra özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilməsi şərtləndirilmişdir. Məhkəmə qeyd edir ki, müqavilənin şərtlərinə uyğun olaraq və qanunvericiliyin tələbinə əsasən iddiaçı tərəfindən qanunla və müqavilə üzrə müəyyən olunmuş vaxtda, yəni əmlakın verilməsindən sonrakı bir il ərzində manitorinq keçirilməmiş, müqavilədə göstərilən müddətdə cavabdehin avadanlıqdan təyinatına uyğun istifadə etməməsi barədə hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. . Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Məhkəmə işin faktiki hallarına mövcud qanun vericiliyə əsasən,hüquqi qiymət belə nəticəyə gəlir ki, iddiaçı “X3” X8 Cavabdeh qarşı əmlak tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı “X3” X8 Cavabdeh qarşı əmlak tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən,onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar