Məhkəmə qərarları › İş №e-2(125)-4646/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-4646/2024

30.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-4646/2024 30.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə məhkəmə iclasından kənar ayrıca prosessual qaydada baxaraq, müəyyən etdim: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Hacıkənd Qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 6329,32 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan Cavabdeh barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərkən müəyyən olundu ki, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizəyə xüsusi icraat qaydasında baxılmalı olduğu halda ərizə iddia icraatı qaydasında verilmişdir. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraattdan bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40-2-ci fəslində vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına xüsusi icraat qaydasında baxılması nəzərdə tutulmuşdur. İddia ərizəsinin mümkünlüyündən bəhs edən MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi geri qaytarılır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. (MPM-in 152.4-cü maddəsi) Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən tələblərinə əməl olunmadığı üçün iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin cavabdeh Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Hacıkənd Qəsəbəsi üzrə nümayəndəliyinin rəhbəri Cavabdeh qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 40-2-ci fəslinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 268-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin cavabdeh Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Hacıkənd Qəsəbəsi üzrə nümayəndəliyinin rəhbəri Cavabdeh qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar