Məhkəmə qərarları › İş №e-2(125)-4663/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-4663/2024

09.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-4663/2024 09.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Şakir oğlunun sədrliyi, X3 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 11752 (on bir min yeddi yüz əlli iki) AZN əsas borc, 1020 (bir min iyirmi) AZN vəkil üçün ödənilmiş pul və 126 AZN dövlət rüsumu olmaqla cəmi 12898 (on iki min səkkiz yüz doxsan səkkiz) AZN pul tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2023-cü ilin avqust ayında təsadüfən tanış olduğu X4 adlı şəxs ondan kömək etməsini istəyərək ona satmağı üçün mal verməsini istəmişdir. Cavabdeh ona bildirmişdir ki, əvvəllər qayınanasından mal götürsə də indi aralarında olan ziddiyyətə görə qayınanası ona mal vermir. Kəmalə ona bildirmişdi ki, Beyləqan rayonunda bir mağaza götürüb işlədir. Cavabdeh ona kömək etməsini, mal verməsini istəmişdir. Pulunu isə aybaay ödəyəcəyinə söz vermişdir. Cavabdeh ona mal verməyə başladıqda o ilk vaxtlar malın pulunu aybaay vaxtında ödəyirdi. Daha sonra Kəmalə 2024-cü ilin əvvəllərindən başlayaraq ödənişi azaltmağa başlamış və may ayından etibarən heç bir ödəniş etməmişdir. Səbəbini soruşduqda müxtəlif bəhanələr gətirərək gah uşağının xəstə olduğunu, gah nəvəsinin xəstə olduğunu deyərək onun pulunu verməmişdir. Hazırda Kəmalənin ona ödənilməmiş 11752 (on bir min yeddi yüz əlli iki) manat borcu vardır. Bunu Kəmalə özü “Whatsapp” yazışmalarında və səslə təsdiq edir. Belə olan halda onun məhkəməyə müraciət etməkdən başqa yolu qalmır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasında iştirak etməmiş, lakin, etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsində qeyd etdikləri cavabdeh X2 tanımadıqlarını, Gəncə şəhərində qeydiyyatda olan bir şəxs olduğunu, əsl cavabdehi müəyyən etdiklərini, əsl Cavabdeh xx.xx.1978-ci ildə Beyləqan rayonunda anadan olmuş şəxs olduğunu bunları Azərbaycan Respublikası MPM-nin 45-ci maddəsini nəzərə alaraq icraatda olan işi qərardad qəbul edərək ərazi aidiyyatı üzrə Beyləqan Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesаb edir ki, mülki işin aidiyyəti üzrə Beyləqan Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə hazırlıq iclası zamanı müəyyən olundu ki, AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə iddiaçı tərəfin göndərdiyi şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən Beyləqan rayonu, Qəhrəmanlı Qəsəbə Ərazi Dairəsi, Qəhrəmanlı Qəsəbəsində qeydiyyatdadır. Göründüyü kimi hazırkı iddia məhkəməyə 31 iyul 2024-cü il tarixdə daxil olmuşdur ki, həmin vaxt isə cavabdeh Beyləqan rayonunda qeydiyyatda idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 36.3-cü maddəsinə əsasən, alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. 36.5-ci maddəsinə əsasən, iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir. Həmin qanuna əsasən şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.3.-cü maddəsinə əsasən hakim özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Qeyd olunan Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh Beyləqan rayonunda rəsmi qeydiyyat olduğundan hazırki tələbə aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsində baxıla bilməz, qeyd olunan mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Beyləqan Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 32.3, 44.2.2, 263-264-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər baxılması üçün ərazi aidiyyəti üzrə Beyləqan Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar