Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-473/2025 23.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «vurulmuş zərərin əvəzi qismində pul» tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı avtomobilin dəyəri qismində 13.300 manat, əldən çıxmış fayda qismində 7.300 manat, vəkilə çəkilmiş xərcin əvəzi qismində 325 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 153 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılarkən, İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair məhkəməyə ərizə təqdim edərək avtomobilin dəyəri olan 13.300 manat, vəkilə çəkilmiş xərcin əvəzi qismində 325 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 153 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, hərbi qulluqçudur və Cavabdehla eyni hərbi hissədə xidmət edirlər. 2023-cü ilin aprel ayında avtomobil almaq niyyəti ilə «Turbo.az» saytı vasitəsi ilə tapdığı «Toyota Prius» markalı, ** GE *** dövlət qeydiyyat nişanlı avtomobili almaq üçün Cavabdehla birlikdə Ağdaş rayonuna getmişlər. O, «Toyota Prius» markalı, ** GE *** dövlət qeydiyyat nişanlı avtomobili 13.300 manata satılması barədə razılığa gəlmiş, 3.000 manat məbləğində ödəniş etdikdən sonra yerdə qalan 10.300 manat məbləğində pul vəsaitini cavabdehə verərək avtomobilin dəyərinin tam şəkildə ödəməsini ona bildirmişdir. Onun maddi imkanı həmin dövrdə yaxşı olmadığına görə avtomobili öz adına rəsmiləşdirə bilməmiş, gələcəkdə rəsmiləşdirmək üçün Cavabdeh adına «nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair» etibarnamə almışdır. Onun həmin avtomobili almaq üçün bankdan götürdüyü krediti ödəyə bilmədiyinə görə sözügedən avtomobili icarəyə vermək qərarına gəlmiş və 2023-cü ilin may ayında gündəlik 20 manat icarə haqqı ödəmək şərti ilə Nail adlı şəxsə «nəqliyyat vasitəsini idarə etməyə» dair etibarnamə əsasında idarə etmək üçün vermişdir. O, Cavabdeh tanıdığından və etibar etdiyindən avtomobilin etibarnamə əsasında ona məxsus olmasına dair narahatçılıq duymamışdır. Lakin Cavabdeh onun etibarından istifadə edərək 2023-cü ilin sentyabr-oktyabr aylarında ondan xəbərsiz «Toyota Prius» markalı, ** GE *** dövlət qeydiyyat nişanlı avtomobili lizinqə qoyaraq pul götürmüşdür. Daha sonra isə Cavabdeh lizinq əsasında götürdüyü kredit borcunu ödəyə bilmədiyinə görə ona məxsus olan avtomobil lizinq şirkəti tərəfindən başqa şəxsə satılmışdır. O dəfələrlə Cavabdeh avtomobilin dəyərinin ona geri qaytarılmasını tələb etsə də Cavabdeh müxtəlif bəhanələr gətirərək avtomobilin dəyərini ona ödəməkdən yayınmışdır. Buna görə də o, hərbi prokurorluğa müraciət etmiş, oradan ona məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Buna görə də o, məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bundan başqa mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı Cavabdeh iddianı qismən etiraf edərək 13.300 manat məbləğində pul vəsaitinin ondan tutularaq İddiaçı verilməsinə razı olduğunu, iddia etiraf etməsinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissə tərəfindən İddiaçı ünvanlanmış məktubun surətindən görünür ki, N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu gizir Cavabdeh İddiaçı məxsus avtomobili ondan xəbərsiz lizinq şirkətinə qoyaraq götürdüyü borc pulu ödəməməsi səbəbindən həmin avtomobil lizinq şirkəti tərəfindən alınaraq satılması mülki mübahisə olması ilə bağlı şəxsin qeydiyyatda olma ərazi aidiyyatı üzrə məhkəmə orqanına müraciət etməsi məqsədə müvafiq hesab olunur. İşdə olan xx.xx.2023-cü il tarixli, 7E-17633 nömrəli «nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair» etibarnamənin surətindən görünür ki, Cavabdeh «Toyota Prius» markalı, ** GE *** dövlət qeydiyyat nişanlı avtomobili etibaredilən etibar etmə qaydasında xx.xx.2024-cü il tarixədək X2 etibar etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MLZNG00-000381 nömrəli lizinq obyektinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, X4 «Toyota Prius» markalı, ** GE *** dövlət qeydiyyat nişanlı avtomobili lizinq obyekti qoyaraq 24 ay müddətinə ödəmək şərti ilə 8.000 manat məbləğində kredit götürmüşdür. İşdə olan Cavabdeh N nömrəli hərbi hissəsinin komandirinə ünvanlanmış xx.xx.2024-cü il tarixli izahatının surətindən görünür ki, bir yerdə xidmət etdiyi İddiaçıla o, birgə «Toyota Prius» markalı, ** GE *** dövlət qeydiyyat nişanlı avtomobili almaq məqsədi ilə 2023-cü ilin aprel ayında Ağdaş rayonuna getmişlər və orada danışıb razılaşmışlar. Avtomobili aldıqdan sonra İddiaçı həmin avtomobili öz adına keçirmək üçün onun adına etibarnamə almışdır.Təxminən may ayında İddiaçı avtomobili Gəncə şəhərində taksi fəaliyyəti ilə məşğul olması üçün Nail Əsgərova günü 20 manat ödəmək qarşılığında icarəyə vermişdir. Daha sonra borcları olduğu üçün sözügedən avtomobili Nail Əsgərovun adı ilə lizinqə qoyaraq 2 il müddətinə 8.000 manat məbləğində kredit götürmüşdür. Daha sonra lizinq şirkətinə ödənişi edə bilmədiyi üçün sözügedən avtomobil lizinq şirkəti tərəfindən satılmışdır. Maddi imkanı olmadığı üçün İddiaçı vurduğu maddi ziyanı hələ də ödəyə bilməmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən Gəncə şəhəri 1 saylı vəkil bürosunun hesabına 325 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh iddianı etiraf etməsi, qanunauyğun olmaqla, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur və buna görə də Cavabdeh iddianı etirafı qəbul olunmalıdır. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı 2023-cü ilin aprel ayında «Toyota Prius» markalı, ** GE *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərini, yəni 13.300 manat məbləğində pul vəsaitini ödəmiş və həmin avtomobilin öz adına rəsmiləşdirilməsini tamamlamaq məqsədi ilə avtomobilin əvvəlki mülkiyyətçisindən Cavabdeh adına etibarnamə almışdır. Lakin Cavabdeh İddiaçı məlumatı və razılığı olmadan xx.xx.2023-cü il tarixdə «Toyota Prius» markalı, ** GE *** dövlət qeydiyyat nişanlı avtomobilə dair MLZNG00-000381 nömrəli «lizinq obyektinin alqı-satqı müqaviləsi» bağlamış və 2 il müddətinə qrafik üzrə qaytarmaq şərti ilə 8.000 manat məbləğində pul vəsaitini almışdır. Cavabdeh həmin müqavilənin şərtlərinə əməl etmədiyindən «Toyota Prius» markalı, ** GE *** dövlət qeydiyyat nişanlı avtomobil üçüncü şəxsin adına özgəninkiləşdirilmiş və bununla da İddiaçı maddi zərər vurulmuşdur. İddiaçı Cavabdeh qarşı avtomobilin dəyəri qismində 13.300 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh mülki işə məhkəmədə baxılarkən iddia tələbini etiraf etmiş və etirafın hüquqi nəticələrinin ona məlum olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə uyğun olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh vurulmuş maddi zərərin əvəzi qismində 13.300 manat məbləğində pul vəsaiti alınıb, İddiaçı verilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 153 manat və vəkil xərci qismində 325 manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh 13.300 (on üç min üç yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 153 (bir yüz əlli üç) manat, vəkil xərci qismində 325 (üç yüz iyirmi beş) manat, 13.778 (on üç min yeddi yüz yetmiş səkkiz) məbləğində pul vəsaiti alınıb, İddiaçı verilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-473/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-473/2025
23.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver