Məhkəmə qərarları › İş №e-2(125)-4786/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4786/2025

21.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4786/2025 21.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Şakir oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı və Cavabdeh etibarnamə üzrə nümayəndəsi (Gəncə Regional Vəkil Bürosunun vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh cəmi 18000 (on səkkiz min) manat pulun və iddia ərizəsi üçün ödənilmiş 144 (bir yüz qırx dörd) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandığı hallar: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh evlərin tikintisi və təmiri işləri ilə məşğul olur. Onunla cavabdeh aralarında olan razılaşmaya görə cavabdeh ona məxsus olan torpaq sahəsində fərdi-yaşayış evini tikib təhvil verməli idi. Cavabdeh bu məqsədlə ondan davamlı olaraq pul almış, lakin işləri yarı-yarımçıq saxlamış, aldığı məbləğdə pulun qarşılığın da işi görməmişdir. Özü də dəfələrlə etiraf etmişdir ki, 18000 (on səkkiz min) manat məbləğində işi icra etməmiş və qısa müddət ərzində 18000 manat pulu geri qaytaracaqdır. Cavabdeh hər dəfə pulu qaytaracağını bildirsə də 18000 manat pulu verməkdən yayınmışdır. Ona görə də Cavabdeh barəsində məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək əlavə olaraq bildirdi ki, Cavabdeh ilə onu Kənan Qasımov adlı şəxs tanış etmiş və ona Elnurun yaxşı iş qabiliyyətinə malik olduğunu bildirmişdir. Ona görə də cavabdehlə onun arasında özünə məxsus olan torpaqda ev tikinti və təmiri işlərinin aparılması ilə bağlı şifahi qaydada podrat müqaviləsi bağlanmışdır. Müqaviləyə uyğun olaraq Cavabdeh onun evini tikib təmir etməli idi. Özünün işləri çox olduğu üçün görülən işlərə nəzarət edə bilməmiş və hər dəfə Elnura onun istəyinə əsasən müxtəlif məbləğlərdə pul göndərmişdir. Onun Elnura göndərdiyi pulun ümumi məbləği 114000 (yüz on dörd min) manat olmuşdur. Həmin pul ev tikintisi üçün yalnız ustaların və fəhlələrin xidmət haqqısı olmuşdur. O, iş görülməmişdən əvvəl cavabdehə görüləcək iş üçün pul ödəmişdir. Lakin cavabdeh üzərinə götürdüyü işi yerinə yetirməmişdir. Belə olan halda o, Cavabdeh ilə haqq-hesab aparmış və məlum olmuşdur ki, cavabdeh ondan görülməli olan işin haqqı kimi 28000 manat əlavə pul alsa da həmin işləri yerinə yetirməmişdir. Bundan sonra 2023-cü ildə o, Cavabdeh təmir-tikinti işlərini almış və başqa ustalara həvalə etmiş, Elnurdan isə pulunu tələb etmişdir. Elnur ona yalvararaq borcun 23000 manat kimi qəbul edilməsini xahiş etmiş, o, da cavabdehə yazığı gələrək 28000 manat borcdan 5000 manatını cavabdehə güzəştə getmişdir. Cavabdeh həmin məbləği hissə-hissə ödəyəcəyinə söz vermişdir. Sonra cavabdeh ona olan borcundan 5000 (beş min) manat ödəniş etmiş, beləliklə onun borcu 18000 manata düşmüşdür. Buna baxmayaraq cavabdehdən dəfələrlə ona olan 18000 (on səkkiz min) manat borcunu tələb etsə də Cavabdeh həmin məbləği ona ödəməmişdir. Bu fakt hətta Cavabdeh ilə onun arasında olan telefon zənginə dair səs yazısında da əks olunmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi (Gəncə Regional Vəkil Bürosunun vəkili) Nümayəndə iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, həqiqətən iddiaçı ilə cavabdeh arasında şifahi qaydada podrat müqaviləsi bağlanmış və müqaviləyə əsasən cavabdeh iddiaçıya məxsus torpaq sahəsində təmir tikinti işləri görməli idi. Lakin onlar arasında narazılıq olduğuna görə iddiaçı işi sonradan başqa şəxsə vermişdir. Cavabdehin iddiaçıya təmir-tikinti işlərinin görülməli olduğu halda görülməməsi nəticəsində 7000 (yeddi min) manat borcu qalmışdır. Lakin nəzərə almaq lazımdır ki, iddiaçı cavabdehə məxsus “Lesaları” özündə saxlayaraq vermir. Belə olan halda həmin “Lesaların” qiyməti 4000 manat borcdan çıxıldıqda cavabdehin iddiaçıya cəmi 3000 manat borcu vardır. Həmçinin cavabdeh iddiaçıya 18000 manat pul ödəməli olduğunu etiraf etməmişdir. Odur ki, iddia tələbinin qismən təmin olunmasını məhkəmədən xahiş edir. Şahidlərin ifadələri: Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, İddiaçı və Cavabdeh xeyli vaxtdır ki, tanıyır. İddiaçı özünə ev tikdirməsi ilə bağlı usta axtardığına görə onu Cavabdehlə tanış etmiş və Elnur Sadirə məxsus torpaqda ev təmir-tikinti işlərini görməyi öhdəsinə götürərək işə başlamışdır. Bir müddət sonra Sadirlə Elnurun münasibəti pisləşmiş və Sadir işi başqa ustalara vermişdir. Bundan sonra 2023-cü ildə İddiaçı Cavabdehlə onun və İsfəndiyar adlı şəxsin yanında haqq-hesab aparmış və məlum olmuşdur ki, cavabdeh iddiaçıdan görülməli olan işin haqqı kimi 28000 manat əlavə pul alsa da həmin işləri yerinə yetirməmişdir. Cavabdeh İddiaçı həmin borcdan 5000 manat güzəştə getməsini xahiş etmiş, Sadir də ona 5000 manat güzəştə getmişdir. Beləliklə Cavabdeh İddiaçı 23000 manat borcu qalmışdır. Bildiyinə görə Elnur həmin pulu Sadirə qaytarmamışdır. Hətta o, dəfələrlə Elnura zəng edərək Sadirə olan borcunu qaytarmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, özü usta olmaqla yanaşı İddiaçı ev tikmiş, təmir-tikinti işləri aparmışdır. Təxminən 2023-cü ilin axırlarında İddiaçı Cavabdehlə onun və Kənan adlı şəxsin yanında haqq-hesab aparmış və məlum olmuşdur ki, Cavabdeh Sadirdən ev tikintisi üçün görüləcək işlərin haqqı kimi əlavə 28000 manat pulu əvvəlcədən alsa da həmin işləri yerinə yetirməmişdir. Cavabdeh onun yanında İddiaçı həmin borcdan 5000 manat güzəştə getməsini xahiş etmiş, Sadir də ona 5000 manat güzəştə getmişdir. Beləliklə Cavabdeh İddiaçı 23000 manat borcu qalmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar; - Əlyazma qəbzdən görünür ki, Cavabdeh İddiaçı ev tikintisi üçün 09 mart 2022-ci ildə 10000 (on min) manat, 26 mart 2022-ci ildə isə 6000 (altı min) manat aldığını qeyd etmişdir. - SD diskdə olan səs yazılarından müəyyən olunur ki, iş üzrə İddiaçı ilə Cavabdeh arasında telefon danışığı baş vermişdir. Danışıq zamanı İddiaçı Cavabdeh ona 18000 (on səkkiz min) manat borcu olduğunu və həmin borcu ödəməsini bildirmişdir. Buna cavab olaraq Cavabdeh borcundan tezliklə 5000 (beş min) manat ödəyəcəyini demişdir. Məhkəmənin mövqeyi və tətbiq olunan hüquq: Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək, mübahisəyə tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 753.4-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından görünür ki, tərəflər arasında şifahi formada ev tikinti və təmiri ilə bağlı podrat müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh iddiaçının sifarişi əsasında ona məxsus torpaq sahəsində ev təmir-tikintisi işlərini aparmağı öhdəsinə götürmüş və buna görə hissə-hissə olmaqla ümumilikdə iddiaçıdan 114000 manat pul almış, həmin işlərin bir qismi görülsə də 28000 manatlıq görüləlməli olan iş cavabdeh tərəfindən icra olunmamışdır. Bundan sonra iddiaçı ilə cavabdehin arasında münasibət pisləşmiş 2023-cü ildə iddiaçı cavabdehdən təmir-tikinti işlərini almış və başqa ustalara həvalə etmiş, Cavabdeh isə pulunu tələb etmişdir. Cavabdeh iddiaçıya yalvararaq borcun 23000 manat kimi qəbul edilməsini xahiş etmiş, iddiaçı da cavabdehə yazığı gələrək 28000 manat borcdan 5000 manatını cavabdehə güzəştə getmişdir. Bundan sonra cavabdeh iddiaçıya verməli olan 23000 manatı hissə-hissə ödəyəcəyinə söz vermişdir. Sonra cavabdeh iddiaçıya olan borcundan 5000 (beş min) manat ödəniş etmiş, beləliklə cavabdehin iddiaçıya podrat müqaviləsi üzrə 18000 manat pulu qaytarmaq öhdəliyi qalmışdır. Buna baxmayaraq İddiaçı Cavabdeh dəfələrlə ona olan 18000 (on səkkiz min) manat borcunu tələb etsə də cavabdeh həmin məbləği ona ödəməmişdir. Bu səbəbdən iddiaçı cavabdehə qarşı qeyd edilən iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında Cavabdeh podrat müqaviləsi üzrə İddiaçı hazırda 7000 (yeddi min) manat borcunun qaldığını bildirərək iddia tələbinin qismən təmin edilməsini bildirsə də buna dair tutarlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri və tədqiq edilmiş SD diskdə olan səs yazılarından görünür ki, iddiaçı ilə cavabdeh arasında telefon danışığı zamanı İddiaçı Cavabdeh ona 18000 (on səkkiz min) manat borcu olduğunu və həmin borcu ödəməsini bildirmiş, sonuncu heç bir etiraz bildirməyərək borcundan tezliklə 5000 (beş min) manat ödəyəcəyini demişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 18000 (on səkkiz min) manat pul alınaraq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, o cümlədən iddiaçının xahişi nəzərə alınmaqla, məhkəmədə iddia qaldırmaq məqsədi ilə ödənilmiş 144 (bir yüz qırx dörd) manat dövlət rüsumu da cavabdeh tutularaq, iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 18000 (on səkkiz min) manat və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 144 (bir yüz qırx dörd) manat dövlət rüsumu olmaqla, cəmi 18144 (on səkkiz min yüz qırx dörd) manat tutularaq, İddiaçı verilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar