Məhkəmə qərarları › İş №e-2(125)-4850/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-4850/2024

14.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-4850/2024 14.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 İsa oğlunun sədrliyi Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aşağıdakı məzmunda xahiş etmişdir; “Şikayətim Gəncə şəhər DYP-i əməkdaşının İXP6341666 nömrəli qərarsız yazılan protokoldandır. İlk olaraq bildirirəm ki, protokolda nəzərdə tutulan "inzibati xətanın" törədildiyi yer əslində DYP əməkdaşının məni saxladığı yerdir (Yeni Gəncə daş bazarın qarşısı), koordinatlar "xətanın" törədildiyi yerin deyil. Real koordinatlar (X1 yanındakı dairə): 40,6888368, 46,3377772 Gəncə şəhəri, Nizami Gəncəvi prospekti ilə üzü 28 May prospekti istiqamətdə 3'cü zolaqla hərəkət etdiyim zaman, işıqforun siqnalı ilə dairəvi yolayrıcının tələb olunan yerində dayandım. Yerdəki zolaqlara fikir versəniz görə bilərsiniz ki, 4'cü zolaqda düzünə və ya sola istiqamət üzrə işarə var, 3'cü zolaqda isə yalnız düzünə. Nəzərinizə çatdırım ki, yolun kənarında zolaqların istiqaməti haqqında heç bir məlumat, nişan və ya lövhə yoxdur, və zolaqdakı hərəkət istiqamətini göstərən oxlar 3 dəfə təkrarlanmır (QOST-a görə təkrarlanmalıdır). Bunları 211 nömrəli Mercedes markalı avtomobildə xidmətini aparan, hörmətli DYP'i əməkdaşına bir neçə dəfə bildirdim, ancaq bunlara məhəl qoyulmadan cərimə yazacağını bildirdi, mən isə cərimənin qərarsız yazılmasını xahiş etdim və özünə də bildirdim ki, protokoldan şikayət edəcəm. Zəhmət olmasa işə baxıb, doğru qərarın çıxarılmasında yardımçı olardınız. Ərazinin xəritədən olan şəklini sizə qoşmada təqdim edirəm. Xəritədə qırmızı xətlərlərə işərlənmiş mənim hərəkt istiqamətimdir, sarı dairəyə alınan yer isə iddia edilən inzibati "xətanın" törədilməsi yeridir. Qeyd edim ki, baş vermiş hadisənin görüntüləri də var və polis əməkdaşı mənə onu da təqdim etmişdi, sübut kimi həmin görüntünün təqdim edilməsini polis əməkdaşından xahiş edirəm.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddiaçının tələbi qeyri-müəyyəndir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsində iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, iddiaçının və ya iddiaçınin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizamasalınmasına riayət edilməsinə dair məlumat, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının tələbi qeyri-müəyyən olduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi tarixdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar