Məhkəmə qərarları › İş №e-2(125)-4941/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-4941/2024

16.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-4941/2024 16.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdeh X1 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində «X4» publik hüquqi şəxsinin X2 qarşı «üç baş inək və yem tələbi» barədə iddiasına dair mülki işə, işin məhkəmədə baxılmağa hazırlanmasına dair açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində «X4» publik hüquqi şəxsi X2 qarşı Cavabdehlə iddiaçı arasında bağlanan «Özünüməşğulluğa kömək göstərilməsinə dair» 4 oktyabr 2022-ci il tarixində 2022/ÖM/11989 müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli (3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 3 (üç) baş inək, 400 kq qarışıq yem və 65 ədəd yemin (ot və yonca qarışığı) natura şəklində Agentliyə qaytarılması və məhkəmə xərclərinin cavabdehdən tutularaq Agentliyə ödənilməsi ilə bağlı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində «X4» publik hüquqi şəxsinin X2 qarşı hazırki iddiasının Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsinə uyğun olmadığı müəyyən edilmiş və həmin uyğunsuzluğun aradan qaldırılması üçün məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə, xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclası isə eyni səbəbdən xx.xx.2024-cü il tarixə təxirə salınmışdır. Lakin xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında da iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin düzgün qaydada tərtib olunduğunu müdafiə edərək, iddiaya mahiyyəti üzrə baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh isə qanuni qərar qəbul olunma məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını tədqiq edərək, hesab edir ki, iddia baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə görə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 222.1-ci maddəsinə görə məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Qanunvericiliyin qeyd olunan normalarının məzmunundan göründüyü kimi əmlakın natura şəklində alınmasına dair iddia tələbində əmlakın özü ilə yanaşı, həmin əmlak olmadıqda onun dəyərinin cavabdehdən alınıb iddiaçıya verilməsi göstərilməli, həmçinin həmin dəyər rəqəmlə ifadə olunmalıdır. Lakin hazırki halda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində «X4» publik hüquqi şəxsi iddia tələbində yalnız naturada alınmalı əmlakı qeyd etməklə kifayətlənmiş, iddiadakı nöqsanların aradan qaldırılması məqsədi ilə məhkəmə hazırlıq iclasının 2 dəfə təxirə salınmasına baxmayaraq, həmin nöqsanları aradan qaldırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə görə ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda iddia ərizəsi baxılmamış saxlanılır. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində «X4» publik hüquqi şəxsinin X2 qarşı «üç baş inək və yem tələbi» barədə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində «X4» publik hüquqi şəxsinin X2 qarşı «üç baş inək və yem tələbi» barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar