Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4960/2025 26.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X12 Şakir oğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (Gəncə Regional Vəkil Bürosunun vəkili) Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «evdən çıxarılma və evin təhvil verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı «evdən çıxarılma və evin təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Gəncə şəhəri, Nizami rayonu, X10 küçəsi, ev 35 A ünvanında yerləşən fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması, eləcə də Gəncə şəhəri, Nizami rayonu, X10 küçəsi, ev 35 A ünvanının tamamilə boşaldılmaqla ona təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə EMİS vasitəsi ilə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə göndərərək, Cavabdeh iddiaçıya məxsus Gəncə şəhəri, Nizami rayonu, X10 küçəsi, ev 35 A ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması və evin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddia tələbinin mahiyyəti: İddiaçı tələbini belə əsaslandırmışdır ki, Gəncə şəhəri, Nizami rayonu, X10 küçəsi ev 35 A fərdi yaşayış evi mülkiyyət hüquqi ilə ona məxsusdur. Cavabdeh ona məxsus Gəncə şəhəri, Nizami rayonu, X10 küçəsi, ev 35 A fərdi yaşayış evindən çıxmır. Onun mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmışdır. O, özünə məxsus Gəncə şəhəri, Nizami rayonu, X10 küçəsi, ev 35 A fərdi yaşayış evindən cavabdehin çıxarılması ilə bağlı dəfələrlə müraciət etməsinə baxmayaraq, cavabdeh evdən əşyaları ilə birlikdə çıxmır. O, isə məcbur qalıb məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Məhkəmə icraatı iştirakçıları: Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (Gəncə Regional Vəkil Bürosunun vəkili) Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı ilə cavabdeh arasında vaxtı ilə borc münasibəti olmuş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1071/2019 nömrəli, 17 aprel 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh 30.000 ABŞ dolları qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli qərardadına əsasən Cavabdeh məxsus Gəncə şəhəri, Nizami rayonu, X10 küçəsi ev 35A ünvanda yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulmuşdur. Gəncə şəhəri üzrə İcra İdarəsinin 02 dekabr 2019-cu il tarixli qərarına əsasən borclu Cavabdeh məxsus Gəncə şəhəri, Nizami rayonu, X10 küçəsi ev 35A saylı fərdi yaşayış evinin qiymətləndirilməsi üçün mütəxəssis dəvət edilmiş və həmin yaşayış sahəsi qiymətləndirilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin 04 iyun 2020-ci il tarixli məktubuna əsasən Gəncə şəhəri, Nizami rayonu, X10 küçəsi ev 35A saylı fərdi yaşayış evi həbs qoyularaq qiymətləndirildikdən sonra “İcra haqqında” Qanunun 53.1-ci maddəsinə əsasən İddiaçı təklif olunmuşdur. İddiaçı Gəncə şəhəri üzrə İcra İdarəsinin təklifini qəbul etmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin 16 iyun 2020-ci il tarixli qərarına əsasən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli qətnaməsinin icrasını təmin etmək üçün tələbkar İddiaçı borclu Cavabdeh adına qeydə alınmış Gəncə şəhəri, Nizami rayonu, X10 küçəsi ev 35A nömrəli fərdi yaşayış evini qəbul etməsi barədə müraciəti nəzərə alınaraq, həmin yaşayış sahəsinin İddiaçı adına rəsmiləşdirilməsi üçün zəruri sənədlərin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı ərazi idarəsinə göndərilmişdir. Sonradan Gəncə şəhəri, Nizami rayonu, X10 küçəsi ev 35A ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı adına qeydiyyata alınmışdır. Məmmədov X6 Anarə Muraz qızı, DƏDRX 3 saylı Gəncə ərazi idarəsi və Gəncə şəhəri üzrə İcra İdarəsinə qarşı çıxarışın ləğv olunması tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri Nizami rayonu X10 küçəsi ev 35A nömrəli fərdi yaşayış evinə dair İddiaçı adına verilmiş 30 iyul 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması və evin əvvəlki hüquqi vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli 2(044)-468/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1365/2022 nömrəli, 13 may 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 01 noyabr 2022-ci il tarixli 2(102)-5342/2022 nömrəli qərarı ilə apellyasiya məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Gəncə şəhəri, Nizami rayonu, X10 küçəsi ev 35A ünvandan cavabdehin anasının çıxarılması tələbinə dair iddia ərizəsi ilə İddiaçı məhkəməyə müraciət etmiş və Gəncə Şəhər Məhkəməsinin 2(125)-101/2023 nömrəli iş üzrə 16 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə X2 fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-101/2023 nömrəli iş üzrə 16 oktyabr 2023-cü il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Gəncə şəhər üzrə İcra İdarəsinə göndərilmişdir. Daha sonra icra mərhələsində cavabdehin anası X5 fərdi yaşayış evindən çıxarılması təmin olunduqda cavabdeh evdən çıxmamış və bildirmişdir ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-101/2023 nömrəli iş üzrə 16 oktyabr 2023-cü il tarixli qətnaməsində onun adı qeyd olunmamış və əvvəlki mülkiyyətçi olduğu üçün evdən çıxmır. Daha sonra Cavabdeh evdən çıxarılması üçün hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddia tələbinin dəqiqləşdirilməsi hissəsi nəzərə alınmaqla təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı 18000 ABŞ dolları borcu olmuşdur. O Rusiya Federasiyasında yaşayan zaman iddiaçı ondan pulunu tələb etmiş, iddiaçıya olan borcunu qaytarmadığı üçün iddiaçı onu məhkəməyə vermişdir. İddiaçının məhkəməyə müraciəti əsasında məhkəmənin qətnaməsi ilə ondan 30000 ABŞ dolları məbləğində pulun tutulması qət edilmişdir. Hərrac keçirilmiş və iddiaçı hərrac vasitəsi ilə evi alaraq öz adına rəsmiləşdirmişdir. Yenidən onun tərəfindən hərrac məsələləri mübahisələndirilmiş, lakin, faydası olmamışdır. İddiaçı daha sonra onun anasının Gəncə şəhəri, X10 küçəsi, 35A ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması barədə Gəncə Şəhər Məhkəməsinə müraciət etmiş və məhkəmənin 16 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. İddiaçı hal-hazırda da onun mübahisələndirilən ünvandan çıxarılması barədə iddia qaldırsa da iddianı qəbul etmir. Belə ki, onun yaşamağa heç bir yerdə evi yoxdur. Bu səbəbdən iddianın rədd edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; - xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********7-10301 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın X3 görünür ki, ümumi sahəsi 80,8 kvadratmetr olan Gəncə şəhəri, X10 küçəsi, 35 A ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1444/2024 nömrəli, 27 may 2024-cü il tarixli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-259/2024 nömrəli iş üzrə 18 yanvar 2024-cü il tarixli ləğv edilməsi, iş yenidən baxmaq üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi və İddiaçı kassasiya şikayətinin təmin edilməsi qərara alınmışdır. - Gəncə Şəhər Məhkəməsinin 2(125)-101/2023 nömrəli, 16 oktyabr 2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı iddiası təmin edilmiş, X1 Anarə Muraz qızının mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, X10 küçəsində yerləşən 35A nömrəli fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir. Həmin qətnamədə sübutların tədqiqi hissəsində göstərilir; - Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli 2(044)- 1071/2019 nömrəli qətnaməsinin və həmin qətnamə üzrə icra sənədinin surətindən görünür ki, Cavabdeh 30.000 ABŞ dolları məbləğində pul qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu alınaraq, İddiaçı verilməlidir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 01 noyabr 2022-ci il tarixli 2(102)-5342/2022 nömrəli qərarından görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh 30.000 ABŞ dolları qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli qərardadına əsasən Cavabdeh məxsus Gəncə şəhəri, Nizami rayonu, X10 küçəsi, ev 35A ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulmuşdur. Gəncə şəhəri üzrə İcra İdarəsinin 02 dekabr 2019-cu il tarixli qərarına əsasən borclu Cavabdeh məxsus Gəncə şəhəri, Nizami rayonu, X10 küçəsi, ev 35A saylı fərdi yaşayış evinin qiymətləndirilməsi üçün mütəxəssis dəvət edilmiş və həmin yaşayış sahəsi qiymətləndirilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin 04 iyun 2020-ci il tarixli məktubuna əsasən Gəncə şəhəri, Nizami rayonu, X10 küçəsi, ev 35A saylı fərdi yaşayış evi həbs qoyularaq qiymətləndirildikdən sonra «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə əsasən İddiaçı təklif olunmuşdur. İddiaçı Gəncə şəhəri üzrə İcra İdarəsinin təklifini tələbkar qəbul etmişdir. Həmçinin Gəncə şəhəri üzrə İcra İdarəsinin 16 iyun 2020-ci il tarixli qərarına əsasən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli, 2(044)-1071/2019 nömrəli qətnaməsinin icrasını təmin etmək üçün tələbkar İddiaçı borclu Cavabdeh adına qeydə alınmış Gəncə şəhəri, Nizami rayonu, X10 küçəsi, ev 35A nömrəli fərdi yaşayış evini qəbul etməsi barədə müraciəti nəzərə alınaraq həmin yaşayış sahəsinin tələbkar İddiaçı adına rəsmiləşdirilməsi üçün zəruri sənədlərin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə göndərilməsi barədə qərar qəbul edilmişdir. Sonradan Gəncə şəhəri, Nizami rayonu, X10 küçəsi, ev 35A ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına qeydiyyata alınmışdır. Məmmədov X6 Anarə Muraz qızı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi) və Gəncə şəhəri üzrə İcra İdarəsinə qarşı «çıxarışın ləğv olunması» tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, Nizami rayonu, X10 küçəsi, ev 35A nömrəli fərdi yaşayış evinə dair cavabdeh İddiaçı adına verilmiş 30 iyul 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması və evin əvvəlki hüquqi vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(044)-468/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1365/2022 nömrəli, 13 may 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 01 noyabr 2022-ci il tarixli 2(102)- 5342/2022 nömrəli qərarı ilə apellyasiya məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında müəyyən edilən hallar: Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh 30.000 ABŞ dolları qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli qərardadına əsasən Cavabdeh məxsus Gəncə şəhəri, Nizami rayonu, X10 küçəsi, ev 35A ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulmuşdur. Gəncə şəhəri üzrə İcra İdarəsinin 02 dekabr 2019-cu il tarixli qərarına əsasən borclu Cavabdeh məxsus Gəncə şəhəri, Nizami rayonu, X10 küçəsi, ev 35A saylı fərdi yaşayış evinin qiymətləndirilməsi üçün mütəxəssis dəvət edilmiş və həmin yaşayış sahəsi qiymətləndirilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin 04 iyun 2020-ci il tarixli məktubuna əsasən Gəncə şəhəri, Nizami rayonu, X10 küçəsi, ev 35A saylı fərdi yaşayış evi həbs qoyularaq qiymətləndirildikdən sonra «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə əsasən İddiaçı təklif olunmuşdur. İddiaçı Gəncə şəhəri üzrə İcra İdarəsinin təklifini qəbul etmişdir. Həmçinin Gəncə şəhəri üzrə İcra İdarəsinin 16 iyun 2020-ci il tarixli qərarına əsasən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli, 2(044)-1071/2019 nömrəli qətnaməsinin icrasını təmin etmək üçün tələbkar İddiaçı borclu Cavabdeh adına qeydə alınmış Gəncə şəhəri, Nizami rayonu, X10 küçəsi, ev 35A nömrəli fərdi yaşayış evini qəbul etməsi barədə müraciəti nəzərə alınaraq həmin yaşayış sahəsinin tələbkar İddiaçı adına rəsmiləşdirilməsi üçün zəruri sənədlərin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə göndərilməsi barədə qərar qəbul edilmişdir. Sonradan Gəncə şəhəri, Nizami rayonu, X10 küçəsi, ev 35A ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına qeydiyyata alınmışdır. Məmmədov X6 Anarə Muraz qızı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi) və Gəncə şəhəri üzrə İcra İdarəsinə qarşı «çıxarışın ləğv olunması» tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, Nizami rayonu, X10 küçəsi, ev 35A nömrəli fərdi yaşayış evinə dair İddiaçı adına verilmiş 30 iyul 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması və evin əvvəlki hüquqi vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(044)-468/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1365/2022 nömrəli, 13 may 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 01 noyabr 2022-ci il tarixli 2(102)- 5342/2022 nömrəli qərarı ilə apellyasiya məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh hazırda Gəncə şəhəri, X10 küçəsi, ev 35 A ünvanında yerləşən fərdi yayış evində yaşayır. İddiaçı dəfələrlə cavabdehə həmin fərdi yaşayış evindən çıxması və evi təhvil verməsini bildirsə də, cavabdeh iddiaçının təkidlərinə məhəl qoymamış və iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşməsi hissəsi nəzərə alınmaqla təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə şəxsin evdən çıxarılmasına dair mübahisələrin həlli zamanı mübahisəli yaşayış sahəsinə istifadə hüququnun olub-olmamasının araşdırılmasının və həmin mübahisəyə tətbiq edilməli hüquq normasının tapılmasının zəruriliyini nəzərə alaraq, qeyd edir ki, Gəncə şəhəri, X10 küçəsi, ev 35A nömrəli fərdi yaşayış evi İddiaçı mülkiyyətinə əvəzli qaydada 30 iyul 2020-ci il tarixdə daxil olduğuna görə hazırkı mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, «X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 29.2-ci maddəsinə görə yaşayış sahəsinin mülkiyyətçisi mülki qanunvericiliklə, bu Məcəllə ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsini kirayə müqaviləsi, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla fiziki və ya hüquqi şəxslərin istifadəsinə vermək hüququna malikdir. Bundan başqa, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşya üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Həmçinin, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış məhdud əşya hüquqları bağlı olduqları daşınmaz əşyaya olan mülkiyyət hüququnun özgəninkiləşdirilməsi halında xitam olmadıqları kimi (Mülki Məcəllənin 158.3-cü maddəsi), istənilən üçüncü şəxslərə qarşı da irəli sürə bilərlər (Mülki Məcəllənin 158.4-cü maddəsi). Beləlliklə, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquq əməliyyatları sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 158.1-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ və servitut əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilir. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquq əməliyyatları sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Digər şəxslərin isə mənzildən istifadəsi üçün mülkiyyətçi mülkiyyət hüququ əsasında ona məxsus olan yaşayış sahəsini kirayə müqaviləsi, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla fiziki və ya hüquqi şəxslərin istifadəsinə verməlidir. Yəni Mənzil Məcəlləsinin 30-cu maddəsi ilə müəyyən olunmuş istifadə hüququ əmlak hüquqları təsnifatına aid edilmədiyindən əmlakın mülkiyyətçisinin dəyişməsi həmin hüququn izlənməsinə və qalıcı olmasına deyil, əksinə həmin hüququn aradan qalxmasına səbəb olur və yeni mülkiyyətçi ilə hüquq münasibətinin yaranması üçün mənzildən istifadəyə dair müqavilənin bağlanması tələb edilir. Beləliklə, mülki işin məhkəmə iclasında tədqiq olunmuş halları ilə Cavabdeh mülkiyyətində olmuş Gəncə şəhəri, Nizami rayonu, X10 küçəsində yerləşən 35A nömrəli fərdi yaşayış evinin 30 iyul 2020-ci il tarixdə əvəzli qaydada İddiaçı adına özgəninkiləşdirildiyi, qeyd olunan evdən istifadəyə dair Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulan qaydada İddiaçı və cavabdeh arasında hər hansı müqavilə bağlanmadığı, bununla da Cavabdeh Gəncə şəhəri, X10 küçəsində yerləşən 35A nömrəli fərdi yaşayış evindən istifadə hüququnun olmadığı müəyyən olunur. Bundan başqa, Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxslərin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. «R.Ağalarovun şikayəti üzrə» Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, hazırki halda İddiaçı Gəncə şəhəri, X10 küçəsində yerləşən 35A nömrəli fərdi yaşayış evinin mülkiyyətçisi olduğuna görə o, öz mülahizəsinə görə həmin yaşayış sahəsinə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin Cavabdeh hər hansı hüququnun olmamasına baxmayaraq, həmin evdən könüllü olaraq çıxmaması nəticəsində İddiaçı evdən istifadə hüququnu tam şəkildə həyata keçirə bilmir. Buna görə də İddiaçı mülkiyyətində olan yaşayış sahəsindən Cavabdeh çıxarılmasını tələb etməkdə haqlıdır. Qeyd olunan səbəbdən mövcud şərtlər daxilində İddiaçı iradəsinə zidd olaraq Cavabdeh ona məxsus yaşayış sahəsində yaşaması onun mülkiyyət hüququnun həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüququ təbiəti etibarilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlakı üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyrihüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur. Prosessual məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, X10 küçəsində yerləşən 35A nömrəli fərdi yaşayış evindən çıxarılmalı və Gəncə şəhəri, X10 küçəsində yerləşən 35A nömrəli fərdi yaşayış evi İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə həmçinin, hesab edir ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, X10 küçəsində yerləşən 35A nömrəli fərdi yaşayış evindən çıxarılsın, Gəncə şəhəri, X10 küçəsində yerləşən 35A nömrəli fərdi yaşayış evi İddiaçı təhvil verilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №e-2(125)-4960/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4960/2025
26.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver