Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4975/2024 25.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X20 İsa oğlunun sədrliyi, X11 Eldar oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh zərərə görə 50000 manat və məhkəməyə ödənilmiş dövlət rüsumu 240 manat pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd edmişdir ki, onun ailəsi türk milliyətidir və o, özü 2-ci qrup əlildir. Belə ki, 31 yanvar 1993-cü ildə onun həyat yoldaşını cinayətkarlar evlərində qətlə yetirmişlər, İddiaçı isə ağır xəsarət yetirərək yaralamışlar. Onu həmin vaxtlar telefon vasitəsi ilə tanıya bilməyən şəxslər tərəfindən hədə qorxu gəlirdilər. Ona görə də, 1995-ci ildə iyun ayında rəhmətlik atası X3 onu və övladını yaşamaq üçün öz evlərinə aparmışdır. Həmin ildə atası öz ailəsi ilə birlikdə Türkiyə Respublikasına yaşamaq üçün köçmüşlər. Bu və sair səbəblərdən bir müddət Azərbaycanda olmamışdır. Cavabdeh onun qardaşı oğludur və onun ata mülkünü qanunsuz yolla vərərsəlik hüququ haqqında şəhadətnamə əldə etməklə öz adına rəsmiləşdirmiş, bundan sonra həmin əmlakı X13 adlı şəxsə satmışdır. O, qızı və bibisi X4, Gəncə şəhəri Yusif Məmmədəliyev kuçəsi ev 54-də yaşamışlar. 1 il sonra qardaşı Xaliz ölmüş, qardaşının arvadı Mənəmşə atasına qulluq etməmişdir. Daha bir il keçəndən sonra atası X1 şəhərinə öz evinə geri qayıtmışdır. Atası sonralar ağır xəstələnmişdir və ona o, qulluq etmişdir. 2003-cü ildə atası rəhmətə getmişdir. Həmin vaxtlar faktiki mirası o, qəbul etmişdir. Həmin evdə yaşayaraq xəstə atasına qulluq etmiş, sonralar dəfn xərclərini o, çəkmiş və bununla da atasından qalan miras əmlakı faktiki olaraq o, qəbul etmişdir. Beləlikdə həmin mübahisəli evdə o yaşamış, evdən harasa gedərkən evin açarını etibar etdiyi qonşusu Əbülfəz Səfərova vermişdir. 2017-ci ildə o, Qazaxıstanda xəstəxanada əməliyyat olunmuş, həmin ildə onunla yaşayan bibisini insult vurmuşdur. Özbəkistandan bacısı həmin vaxtlar gəlib bibisinə qulluq etmişdir. Bacısının Özbəkistandan gəlməsi üçün aviabiletin xərclərini də o çəkmişdir. Həmin vaxtlar qardaşı oğlu X12 gələrkən onun xəstə bibisini yalan vəd verərək müalicə üçün Türkiyəyə aparacağına dair yalan söyləmişdir. 5 ay qulluq edəndən sonra ona baxmamışlar və başqa şəxslərlə geri qaytarmışlar. Lakin 2018-ci ildə Qazaxıstandan geri dönərək Gəncəyə gəlmiş və xəstə bibisinə qulluq etmişdir. 2019-cu ildə isə bibisi rəhmətə getmişdir. Bibisinin son günlərində o, qulluq etmişdir. Bibisinin yas mərasiminin bütün xərclərini yenə də o, tək başına çəkmişdir. 2020-ci ildə fevral ayında o, qızının yanına Qazaxıstana getmişdir. Osman Çoşqunov bu aralarda anası Mənəmşə Çoşqunovaya etibarnamə vermişdir. Bununla da əlaqədar qonşuları olmuş Əbülfəz köməklik edərək saxta etibarnamə verilmişdir. Həmin vaxtlar koronavirus pandemiyası ilə əlaqədar o, Qazaxıstandan geri öz evinə qayıda bilməmişdir. Belə olduğu halda Osman istifadə edərək onun evini öz adına keçirərək onu başqa şəxsə qanunsuz olaraq satmışdır. Bu aralarda həmin ilin may ayında qohumları Türkiyədən ona məlumat vermişlər ki, ev satılır. Həmin məsələ ilə bağlı evi alan şəxsin yəni 18 may 2022-ci ildə Aslanov Bəədinin dayısı olan Səfərov Rüstəmlə danışaraq ona bildirmişdir ki, o, gəlməmiş ev satılmasın. Rüstəm də ona bildirmişdir ki, o gələnə qədər alqı-satqı aparılmayacaq. Sonralar Osman ona zəng edərək evi satacağını bildirmişdir, o isə ona qətiyyən satmamağı və bunun qanunsuz olmasını bildirmişdir. Aslanov Bəədin onun qonşusu olmuş Əbülfəzin yaxın qohumudur(qardaşının nəvəsidir) və məhz o, Qazaxıstana gedərkən evinin açarını Əbülfəzə vermişdir. Əbülfəzin yaxın qohumları və cavabdehin qardaşı Rüstəm də mübahisəli mülkə yaxın olurlar. Bunların istəyi qohumları olan Baəədinin öz yaxınlarında ev almaq istəyi olub. Onu yaşlı və xəstə, kimsəsiz bilərək bu qanunsuz hərəkətlərə yol verərək, X14 ilə qanunsuz razılaşma əldə ediblər. Osman evi ucuz qiymətə satdığı üçün onlar bilə-bilə bu mülkü qanunsuz əldə etmişlər. Həmin vaxtlar o, Qazaxıstandan öz evinə gəlmiş və görmüşdür ki, ev başqa şəxslərə qanunsuz olaraq satılıbdır. Bütün ev əşyaları evdən götürülmüşdür. Halbuki onun xəbəri olmayıb və qanunsuz olaraq onun əmlakını talamışlar. Həmçinin özünü də evdən qovaraq qoymamışlar ki, öz evində qalsın və ya əşyalarını götürsün. O, bununla bağlı 102 qaynar xəttə polisə şikayət etmişdir. Polis ilə 14 gündən sonra bəzi əşyaları tapılmış və oradan qızının adına olan evin açarlarını tapıb o evə getmişdir. Əşyaların çoxu itirilmiş və qaz qızıdırıcı olmamışdır. Cavabdehin günahı ucbatından o, evsiz qalmış və öz şəraitindən məhrum olmuşdur. O, gəlib məcbur qalıb məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-392/2023 saylı qətnaməsi ilə onun iddiası təmin edilməmişdir. Bundan narazı qalaraq o, apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1481/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, 4 saylı dövlət notariat kontorunu təsdiq etmiş 24 aprel 2008-ci il tarixli 2V-1-87 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmişdir. Bu iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)- 4401/2023 sayl qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1481/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Hazırki iddia tələbi Cavabdeh özgəninkiləşdirdiyi mübahisəli mənzillə bağlı İddiaçı vurmuş olduğu ziyanın ödənilməsi barədədir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1481/2023 saylı qətnaməsində məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı izah edilsin ki, cavabdehin etibarsız hesab edilən 24 aprel 2008-ci il tarixli 2V-1-87 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə əldə edilən və özgəninkiləşdirdiyi mübahisəli mənzillə bağlı İddiaçı vurulmuş ziyanla bağlı hazırki Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edə bilər. Belə ki, həmin qətnamədə qeyd edilərək 06 iyun 2022-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsi ilə Cavabdeh etibarnamə üzrə nümayəndəsi X7 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini X9 50.000 manat məbləğində satmış və mənzil tam mülkiyyət hüququ üzrə X6 mülkiyyətinə verilmişdir. Artıq cavabdehin ucbatından iddiaçıya maddi ziyan dəyməsi məhkəmə qətnamələri öz əksini tapmışdır. Belə olan halda cavabdehdən dəymiş maddi ziyanın yəni satılmış mülkün dəyəri 50.000 manat pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə iştirak edən İddiaçı və onun nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun olan izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmənin birinci iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Onunla telefon əlaqəsi saxlanılmış və cavabdeh hazırda Türkiyədə olduğunu bildirmiş və nümayəndəsinin məhkəmədə iştirakının təmin edilməsi məqsədilə təxirə salınmasını xahiş etmişdir. Onun xahişinə əsasən məhkəmə iclası təxirə salınmış bu barədə ona telefonla məlumat verilmiş, bundan başqa məhkəmə bildirişi Cavabdeh çatdırılması üçün MPM-in 147-ci maddəsinin tələblərinə uyğun qaydada Gəncə Şəhər İcra Hakimiyyətinə göndərilmişdir. Bundan sonra Cavabdeh yenə də məhkəməyə gəlməmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını və iş üzrə yekun qərarqəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin zahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki işin materiallarında olan 06 iyun 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X8 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini X9 50.000 manat məbləğinə satmış və mənzil tam mülkiyyət hüququ üzrə X6 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1481/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-392/2023 saylı qətnaməsi qismən, İddiaçı cavabdehlər Cavabdeh, X9, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair ünvan 4diq olunmuş 24 aprel 2008-ci il tarixli 2V-1-87 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair hissənin təmin edilməməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilərək, iddianın həmin hissədə təmin edilməsi, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair ünvan 4diq olunmuş 24 aprel 2008-ci il tarixli 2V-1-87 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)- 4401/2023 saylı, 25 dekabr 2023-cü il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində işin faktiki halları kimi müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı atası X2 miras qalmış Gəncə şəhəri, Yusif Məmmədəliyev küçəsi, 54 ünvanında yerləşən fərdi yaşayış evinə dair ünvan 4diq olunmuş 24 aprel 2008ci il tarixli 2V-1-87 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış, bundan sonra həmin daşınmaz əmlar DƏDRX-də mülk kimi Cavabdeh adına qeydə alınmış, bundan sonra, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X8 06 iyun 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında həmin fərdi yaşayış evini X13 adlı şəxsə 50000 manata satmışdır. Bundan sonra, iddiaçı həmin əmlak barəsində verilən vərəsəlik hüququ haqqında şəhadətnaməni və başlanmış əqdi məhkəmədə mübahisələndirmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-392/2023 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh, X9, Gəncə şəhəri 6 saylı notariat ofisinə qarşı iddiası təmin edilməmişdir. Qətnamədən İddiaçı narazı qalmış və apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1481/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-392/2023 saylı qətnaməsi qismən ləğv edilmiş, Gəncə şəhəri, Yusif Məmmədəliyev küçəsi, 54 ünvanında yerləşən fərdi yaşayış evinə dair ünvan 4diq olunmuş 24 aprel 2008-ci il tarixli 2V-1-87 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilmiş, qətnamə qalan hissələrdə, yəni Cavabdeh etibarnamə üzrə nümayəndəsi X8 ilə X13 arasında bağlanmış, 06 iyun 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız sayılması tələbi hissədə dəyişdirilmədən saxlanılmış, həmin alqı satqı müqaviləsi etibarlı əqd hesab edilmişdir. Həmin qətnamədə İddiaçı atası X2 miras qalmış Gəncə şəhəri, Yusif Məmmədəliyev küçəsi, 54 ünvanında yerləşən fərdi yaşayış evinin yalnız İddiaçı tərərfindən qəbul edildiyi, Cavabdeh isə həmin mirasdan pay çatmadığı müəyyən edilmişdir. Göründüyü kimi, nəticə etibarı ilə İddiaçı Cavabdeh mülki hüquq pozuntusu ilə mülkiyyət hüquqlarını əldə etdiyi əmlak barəsində bağlanmış əqd nəticəsində ona (iddiaçıya) çatası əmlakdan məhrum olmuşdir. Azərbaycan Repsublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsi ilə nəzərdə tutulmuşdur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə iş materiallarında olan sübutlari işin hallarının müəyyən edilməsində mötəbər sübutlar kimi qiymətləndirərək hesab edir ki, cavabdehin mülki hüquq pozuntusu törətməsi nəticəsində iddiaçıya 50000 manat məbləğində maddi ziyan dəyməsi işin faktiki halı kimi təsdiq olunandır və iddiaçı hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malikdir. İddia tələbinin qanuni əsasları ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına tətbiq edilməli olan, yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanmaqla belə nəticəyə gəlir ki, iddiaçının tələbi qanuni əsaslı olduğundan təmin edilməli, Cavabdeh 50000 manat məbləğində pul tutularaq İddiaçı verilməlidir. Bundan başqa, mülki işin materialları ilə müəyyən olunur ki, iddiaçı hazırki iddianın qaldırılması üçün 240 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Repsublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İrəli sürülən iddia haqlı sayıldığından məhkəmə belə qərara gəlir ki, iddiaçı tərəfindən çəkilən məhkəmə xərcləri cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 50000 (əlli min) manat məbləğində pul, və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 240 (iki yüz qırx) manat məbləğində pul alınıb, İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №e-2(125)-4975/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4975/2024
25.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver