Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-5015/2025 04.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Tahir oğlunun sədrliyi və Xurşudov Nadir Şahin oğlunun katibliyi ilə, Ərizəçi İddiaçı maraqlı şəxs 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə qarşı qohumluq münasibəti və ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdehnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, X2 1919-cu ildə Gəncə şəhərində doğulması faktının müəyyən olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəçi İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə təqdim edərək, 1919-cu ildə doğulmuş X4 ilə 193*-cu ildə Gəncə şəhərində ölmüş X3 arasında ata-oğul qohumluq münasibətlərinin müəyyən olunması və X1 193*-cu ildə ölməsi faktının müəyyən olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Cavabdeh 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi ilə əvəz olunmuşdur. Bundan başqa ərizəçi İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq, ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir. Maraqlı şəxs 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.*.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, ərizəçi İddiaçı maraqlı şəxs 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə qarşı qohumluq və ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanmalı, ərizəçi tərəfindən ödənilmiş 1** manat dövlət rüsumu dövlət büdcəsindən ərizəçi İddiaçı geri qaytarılmalıdır. Ərizəçiyə izah olunmalıdır ki, ərizənin baxılmamış saxlanması ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə maneə deyildir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Ərizəçi İddiaçı maraqlı şəxs 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə qarşı qohumluq və ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlansın. Ərizəçi tərəfindən ödənilmiş 1** manat dövlət rüsumu dövlət büdcəsindən ərizəçi İddiaçı geri qaytarılsın. Ərizəçiyə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardadın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 1* (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-5015/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-5015/2025
04.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver