Məhkəmə qərarları › İş №e-2(125)-5274/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5274/2023

12.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5274/2023 12.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçınınn nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilmədən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və onun himayəsində olan azyaşlı xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüldü X4 Gəncə şəhəri, N.Vəliyev küçəsi, 2-ci döngə, 4 saylı evdə olan istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Adıl oğlu ilə Cavabdeh 16 sentyabr 2006-cı il tarixində rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahından 28 iyun 2007-ci il təvəllüdlü X5 və 31 iyul 2008-ci il təvəllüdlü X6 anadan olmuşdular. Bir müddət sonra tərəflər arasında ailə münasibətlər pozulduğundan, 01 iyul 2010-cu il tarixli 2(044)-1008/10 saylı Gəncə şəhər Nizami rayon məhkəməsinin qətnaməsinə əsasən iddiaçı Cavabdeh qizı ilə cavabdeh İddiaçı arasında 16 sentyabr 2006-cı il tarixdə Gəncə şəhari Nizami rayon VVADQ Şöbasində 397 saylı akt qeydi ilə qeydiyyata alınmış nikah pozulmuş, birgə nikahdan doğulmuş uşaqların analarının yanında saxlanılması qət edilmişdir. Daha sonra 2010-cu il tarixində iddiaçı Cavabdeh tərəfindən cavabdeh İddiaçı qarşı "yaşayış sahəsindən istifadə hüququnun tanınması, həmin səhayə köçürülməklə payın müəyyən edilib bölünməsi, həmin paya mülkiyyət hüququnun tanınması, birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi, ödənilmiş kirayə haqqının tutulması və qızıl zinət-əşyaları tələbinə dair" iddia ilə Gəncə şəhər Nizami rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Həmin iddiada müəyyən olunmuşdur ki, Cavabdeh məhkəmədə iddia qaldıraraq,ailəsinə məxsus Gəncə şəhəri, N.Vəliyev küçəsi, 2-ci döngə, 4 saylı evdən payların müəyyən edilməsi, uşaqlar ilə birlikdə həmin evə köçürülməklə evdən evdən hüququnun tanınması, həmin evə tanınmış paya mülkiyyət hüququnun verilməsi, İddiaçıla birgə nikah dövründə əldə olumuş "xxxx" MTK-nın inşa etdiyi Gəncə şəhəri Maxrasa Bağı 94/2 saylı yeni yaşayış evinin 43-cü mənzilin, Bakı şəhəri Binəqədi rayonu 6-cı mikrorayon 1410-cu keçid 10 saylıevin 34-cü mənzilinin "xxxx" MMC-nin inşa etdiyi Bakı şəhəri Əhmədli qəsəbəsi Gəncə prospektində yerləşən mənzilin, dövlət nömrə nişanı **-CT-*** olan “KİA SHUMA” markalı nəqliyyət vasitəsinin, Daşkəsən rayonunun Xoşbulaq kəndində alınmış torpaq sahəsinin, eləcə də cavabdehlə birgə nikah dövründə əldə olunmuş digər daşınan və daşınmaz əmlakların bölünərək payların müəyyən üdilməsi baradə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 30 dekabr 2010-cu il tarixli (044)-1064/10 sayı qətnaməsinə əsasən iddia qismən təmin edilmişdir. İddiaçı Cavabdeh İddiaçı məxsus Gəncə şəhəri, N.Vəliyev küçəsi 2-ci döngə 4 saylı evdən istifadə hüququ tanınmasına və 28 iyun 2007-ci iı təvəllüdlü X5 və 31 iyul 2008-ci il təvəllüdlü X6 adlıazyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülməsi qət edilmişdir. "xxxx" MTK-i və "xxxx" MMC-dən alınmış mənzillərə görə ailənin ümumi vəsaiti hesabına ümumilikdə ödənilmiş 29.436 manat məbləğində pulu ½ hissəsi, yəni 7.738,08 manat məbləğində pul cavabdeh İddiaçı tutulub Cavabdeh verilməsi gət edilmişdir. Daşkəsən rayonu, Qaraqollar kəndində yerləşən İddiaçı mülkiyyətində olan 0, 06 ha torpaq sahasi onunla Cavabdehn arasında bölünsün və hər birinin payı ½ hissə üzrə müəyyən olunmuşdur. Dövlət nömrə nişanı **-CT-*** olan “KİA SHUMA” markalı nəqliyyət vasitəsi İddiaçı istifadəsində və mülkiyyətində saxlanılmaqla, həmin avtomobilin dəyərinin, yəni 2.080,00 manat məbləğində pulun ½ hissəsi, 1,040 manat məbləğində pul İddiaçıAdil oğlundan tutulub Cavabdeh verilməsi qət edilmişdir. Qeyd olunan qətnamələdən sonra tərəflər arasında razılaşma əldə olunmuş və 30 dekabr 2010-cu il tarixli 2 (044)-1064/10 sayı qətnamə ilə əlaqədər 30 iyul 2011-ci il tarixində tərəflər İddiaçı və Cavabdeharasında “Barışıq Sazişi” imzalanmışdır: Barışıq sazişində qeyd olunmuşdur ki, tələbkar Cavabdeh Vagif qızı adı “Ələsgəroğlu-K" MMC-dən alınmış mənzilə görə ailənin ümumi vəsaiti hesabına ödənilmis 10.940 manat məbləğində pulun ½ hissəsi, yəni 5.470 manat; "xxxx" MTK-dan alınmış mənzilə görə ailənin ümumi vəsaiti hesabına ödənilmiş 17.683 ABŞ dollari mabləğində pulun ½ hissəsi, yəni 8.841,50 ABŞ dolları; Bakı şəhəri 6-cı mikrorayon 1410-cu kecid 10 sayli evin 34-cü mənzilinin alınmasına və kredit borcuna sərf edilmiş 15.476,16 manat məbləğinda pulun ½ hissəsi, yəni 7.738,08 manat; dövlət nömrə nişanı **-CT-*** olan “KİA SHUMA” markalı nəqliyyat vasitəsinin 2.080,00 manat məbləğində dəyərinin ½ hissəsi, yəni 1.040,0 manat məbləğində pul vəsaitlarinin borclu İddiaçı tutulması hissəsində adi çəkilən məhkəmə qətnaməsinin icra edilmasindən imtina edir. Borclu İddiaçı tələbkar Cavabdeh pul öhdəlklarinin yerina yctirməkdən imtina etməsi əvəzinə "xxxx" MTK ilə Gəncə şəhəri, Təbriz küçəsi, Məhrasa bağı, 94/2 saylı yüksək mərtəbli binanın 43 nömrəli mənzillə bağlı aralarında bağlannış alqı-satqı müqaviləsindən irəli gələn bütün borclarin 30 gün müddətində ödənilməsini və qeyd olunan müddat arzində həmin mənzilin orderini tələbkar Cavabdeh adına rəsmiləşdirilmasi öhdəliyini üzərinə götürůr. Tərəflər barışıq sazişi ilə müəyyən edilmiş öhdəlikləri icra etmədikdə, qanunvericiliklə müəyyən edilmiş qaydada icra tədbirlərinin hayata keçirilməsi hüquqlarından istifadə olunacaqdır. İcra həmin hissədə davam etdiriləcəkdir. İş üzrə Cavabdeh və onun himayəsində yaşayan azyaşlı X5 və X6 həmin tarixdən etibarən halhazırki müddətədək iddia üzrə İddiaçı məxsus Gəncə şəhəri, N.Vəliyev küçəsi 2-ci döngə 4 saylı evdə yaşamamışlar, həmin evə gəlib-getməmişlər, hər hansı bir əşyaları həmin evdə yoxdur. Cavabdeh iddaya etiraz ərizəsini məhkəməyə ünvanlayaraq iddianın rədd olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan ünvan 1 ünvanda olan mülk iddiaçının mülkiyyətindədir. O, iddiaçı ilə rəsmi nikahda olmuş və birgə nikah vaxtı həmin evdə yaşamışlar. Sonradan münasibətləri pozulmuş, xarekteri uyğun gəlməmişdir. Gəncə şəhər Nizami rayon Məhkəməsinin qətnaməsi ilə hazırki iddiaçı ilə nikahlarının ləğv olunması, onunla birgə nikahdan doğulmuş iki azyaşlı övladlarının onun himayəsində saxlanması, ondan alimentin tutularaq ona ödənilməsi qət olunmuşdur. Lakin iddiaçı ilə nikahları ləğv olunsa da uşaqlarının normal təhsil almasını, sağlam böyüməsini, dünya görüşlü böyümələrini əsas gətirərək Bakı şəhərinə köçərək ayrı-ayrılıqda orada yaşamışlar və uşaqlar onun himayəsində olsa da onların normal böyüməsi üçün hər ikimiz çalışmışıq. Ata kimi iddiaçının uşaqların təhsilinə, tərbiyəsinə, sağlam böyüməsinə göstərdiyi mənəvi köməyə heç vaxt maniə olmamışam, iddiaçı həmişə uşaqlarrın tərbiyələnməsində , uşaqlara nəzarətdə mənə köməklik etmişdir. Uşaqların mənafeini nəzərə alaraq uşaqların problemlərinin həllində birgə çalışmışq. Məhkəmənin nəzərinə çatdırır ki, iddiaçı ilə nikahları pozulduqdan sonra iddiaçı bizi hazırki mübahisəli evdən çıxartmamış, əksinə bizim həmin evdə mövsümü yaşamalağımızı təşkil etmişdir. Mən uşaqlarım ilə mövsümü olaraq yay tətillərində həmin qeydiyyatda olduqları mübahisəli evə köçərək yaşamışlar və iddiaçı ilə birgə uşaqların sağlam böyüməsini, istirahətini təşkil etmişlər. Nikahımızın pozulmasından 10 ildəndə artıq müddət ötməsinə baxmayaraq iddiaçı heç vaxt yay mövsümündə, uzun müddətli istirahət günlərində həmin mübahisəli evə köçüb yaşamaqlarına maneəçilik yaratmamış, əksinə çox vaxt bunu özü təkil etmişdir. Hesab edir ki, iddiaçının hazırki iddia tələbi uşaqların hüquqlarına ziddir, onların sağlam böyüməsinə mənfi təsir edəcəkdir. Məhkəmə iclasında iddiaçının təmsilçisi tələbi müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçı tərəfi dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarış”ın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi, İddiaçı adına xx.xx.2007-ci ildə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışın surətindən görünür ki, Cavabdeh, X7 və X1 şəhəri, N.Vəliyev küçəsi, 2-ci döngə, ev 4 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan AR Gəncə şəhər İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, 2777 nömrəli arayışın surətindən görünür ki, Cavabdeh və övladları X7, X6 həqiqətən ünvan 4 ünvanında yaşamırlar. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 5 ünvanında yerləşən 17 saylı mənzil xx.xx.2019-cu il tarixli, **********30-05301- 093019 reyestr nömrəli (********** qeydiyyat nömrəli) hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh adınadır. Cavabdeh adına Azərbaycan Respublikası üzrə yuxarıda qeyd edilən daşınmaz əmlaklardan başqa daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakıq dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Milli Qeydiyyat Sistemində məlumat yoxdur. İş materiallarında olan xx.xx.2011-ci il tarixli barışıq sazişindən görünür ki, tələbkar Cavabdeh adı "xxxx" MMC-dən alınmış mənzilə görə ailənin ümumi vəsaiti hesabına ödənilmiş 10.940 manat məbləğində pulun ½ hissəsi, yəni 5.470 manat; "xxxx" MTK-dan alınmış mənzilə görə ailənin ümumi vəsaiti hesabına ödənilmiş 17.683 ABŞ dolları məbləğində pulun ½ hissəsi, yəni 8.841.50; Bakı şəhəri 6-cı mikrorayon 1410-cu keçid 10 saylı evin 34-cü mənzilinin alınmasına və kredit borcuna sərf edilmiş 15.476.16 manat məbləğində pulun ½ hissəsi, yəni 7.738,08 manat; dövlət nömrə nişanı **-CT-*** olan “KİA SHUMA” markalı nəqliyyat vasitəsinin 2.080.00 manat məbləğində dəyərinin ½ hissəsi, yəni 1.040,0 manat məbləğində pul vəsaitinin borclu İddiaçı tutulması hissəsində adı çəkilən məhkəmə qətnaməsinin icra edilməsindən imtina edir. Borclu İddiaçı tələbkar X2 pul öhdəlklərinin yerinə yetirməkdən imtina etməsi əvəzinə "xxxx" MTK ilə Gəncə şəhəri, Təbriz, küçəsi, Məhrasa bağı, 94/2 saylı yüksək mərtəbəli binanın 43 nömrəli mənzillə bağlı aralarında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn bütün borcların 30 gün müddətində ödənilməsini və qeyd olunan müddət ərzində həmin mənzilin orderini tələbkar Cavabdeh adına rəsmiləşdirilməsi öhdəliyini üzərinə götürür. İş materiallarında olan Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 01 iyul 2010-cu il tarixli 2(044)-1008/10 saylı qətnaməsinə əsasən Cavabdeh qizı ilə cavabdeh İddiaçı arasında 16 sentyabr 2006-cı il tarixdə Gəncə şəhari Nizami rayon VVADQ Şöbasində 397 saylı akt qeydi ilə qeydiyyata alınmış nikah pozulmuş, birgə nikahdan doğulmuş 28 iyun 2007-ci il təvəllüdlü X5 və 31 iyul 2008-ci il təvəllüdlü X6 analarının yanında saxlanılması qət edilmişdir. İş materiallarında olan Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 30 dekabr 2010cu il tarixli, 2(044)-1064/10 saylı qətnaməsinə əsasən Cavabdeh İddiaçı məxsus Gəncə şəhəri, N.Vəliyev küçəsi, 2-ci döngə, 4 saylı evdən istifadə hüququnun tanınması, 28 iyun 2007-ci il təvəllüdlü X5 və 31 iyul 2008-ci il təvəllüdlü X6 ilə birlikdə həmin evə köçürülüməsi; "xxxx" MTK-i və "xxxx" MMC-dən alınmış mənzillərə görə ailənin ümumi vəsaiti hesabına ümumilikdə ödənilmiş 29.436 manat məbləğində pulun ½ hissəsinin, yəni 7.738,08 manat məbləğində pulun cavabdeh İddiaçı tutulub Cavabdeh verilməsi; Daşkəsən rayonu, Qaraqollar kəndində yerləşən İddiaçı mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin onunla Cavabdeh arasında bölünməsi və hər birinin payının ½ hissə üzrə müəyyən olunması; dövlət nömrə nişanı **-CT-*** olan “KİA SHUMA” markalı nəqliyyət vasitəsinin İddiaçı istifadəsində və mülkiyyətində saxlanılmaqla, həmin avtomobilin dəyərinin, yəni 2.080,00 manat məbləğində pulun ½ hissəsinin, 1,040 manat məbləğində pulun İddiaçı tutulub Cavabdeh verilməsi qət edilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlardan məlum oldu ki, məhkəmənin qanuni qüvvəyə minmiş 30 dekabr 2010-cu il tarixli qətnaməsinə əsasən, tərəflər 2006-cı ildə rəsmi nikaha daxil olduqdan mübahisəli evə köçdükləri üçün ilə Cavabdeh həmin yaşayış sahəsindən istifadə hüququ tanınmış və azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülmələri qət olunmuşdur. ünvan 5 ünvanında yerləşən 17 saylı mənzil xx.xx.2019-cu il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. Beləliklə, cavabdehin mübahisəli yaşayış sahəsinə ehtiyacı aradan qalxdığına görə mübahisəli evdən istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməlidir. Bununla yanaşı, cavabdehin iddiaya etiraz edərkən həmin yaşayış sahəsindən yay aylarında mövsümi istifadə etdiyini bildirməsi uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsini, servitutun qoyulduğu əsasların aradan qalxdığını təsdiqləyir. Yaşayış sahəsindən istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Həmin maddəyə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, istifadə hüququ olan şəxsin digər yaşayış sahəsinə könüllü surətdə daimi olaraq köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 262.2-ci maddəsinin mənasına görə, yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququnun həyata keçirilməməsi özözlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin, uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh daimi yaşamaq üçün başqa yerə getdiyindən və iddiaçıya məxsus yaşayış evində yaşamaması müəyyən edildiyindən, onun həmin yaşayış evindən əvvəllər mövcud olan istifadə hüququ artıq itirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, cavabdehin azyaşlı uşaqları ilə birgə Gəncə şəhəri, N.Vəliyev küçəsi, 2-ci döngə ünvanında yerləşən 4 saylı mənzildən istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh və onun himayəsində olan xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüldü X4 Gəncə şəhəri, N.Vəliyev küçəsi, 2-ci döngə ünvanında yerləşən 4 saylı evdən istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar