Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-537/2025 12.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X19 Şakir oğlunun sədrliyi, X9 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi» barədə iddiasına dair mülki işə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı ödənilmiş sığorta ödənişinin əvəzi qismində 2720 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 47 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixində saat 21:00 radələrində Gəncə şəhəri, Nizami prospekti ərazisində Cavabdeh idarə etdiyi və PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Hyundai Veracruz” minik markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobil və “BMW 528” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında göstərilmişdir ki, “BMW 528” markalı **-BV-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş maddi zərər 2720,00 (iki min yeddi yüz iyirmi) manat təşkil edir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA131558 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənlərə dəymiş zərərə görə ümumilikdə 2720,00 (iki min yeddi yüz iyirmi) manat məbləğində sığorta ödənişi ödənilmişdir. Hadisə üzrə cavabdehə nəqliyyat vasitəsini etibarnamə olmadan idarə edilməsinə görə subroqasiya hüquqlarının yaranması barədə bildiriş göndərilmiş, lakin uzun müddət keçməsinə baxmayaraq, cavabdeh tələb olunan məbləği ödəməkdən yayınmışdır. 06 yanvar 2025-ci il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi Nümayəndə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia ərizəsinə əlavə olunan sübutlar əsasında iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Həmçinin Cavabdeh işə iddiaçının nümayəndəsi olmadan baxılmasını xahiş etmişdir. Bu səbəbdən məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, “Hyundai Veracruz” minik markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobil onun X1na məxsusdur. Bundan başqa onun avtomobili idarə etmək üçün sürücülük hüququ vardır. Lakin atası Elçinə məxsus həmin avtomaşını etibarnamə olmadan, lakin onun şifahi razılığı ilə idarə edir. 25 yanvar 2023-cü il tarixində saat 21:00 radələrində Gəncə şəhəri, Nizami prospekti ərazisində “Hyundai Veracruz” minik markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman X8 idarə etdiyi “BMW 528” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobil onunla toqquşmuşdur. Hadisənin baş verməsində onun heç bir təqsiri olmamışdır. X3 cərimə olunmuşdur. Bu səbəbdə iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə cavabdehi dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - xx.xx.2023-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 21:00-da «Hyundai Veracruz» minik markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobili sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə etdiyi üçün İXM-in 332.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində cərimə olunmuşdur. - xx.xx.2023-cü il tarixli, 1900 nömrəli qiymətləndirmə aktının surətindən görünür ki, "xxxx" MMC tərəfindən «BMV 528» markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 2720 manat qiymətləndirilmişdir. - PXA seriyalı 131558 nömrəli sığorta aktının surətindən görünür ki, sığortalanmış “Hyundai Veracruz” markalı **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobil “BMW 528İ” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma nəticəsində vurulmuş zərərlə əlaqədar 2720 manat məbləğində pul vəsaiti sığorta ödənişi qismində "xxxx" ASC tərəfindən X10 ödənilmişdir. - AE 124216 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə «B» və «C» kateqoriyaları üzrə sürücülük hüququ əldə etmiş, həmin sürücülük vəsiqəsinin etibarlılıq müddəti xx.xx.2027-ci il tarixədək müəyyən edilmişdir. - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** UG *** qeydiyyat nömrə nişanlı, “HYUNDAİ VERACRUZ” minik markalı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdən X2 mülkiyyətindədir. - XX JQ seriyalı, 308381 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh xx xxxx 1997-ci il tarixdə anadan olmuşdur. X1, anası X7r. - Cavabdeh Gəncə şəhər BPİ DYPŞ-yə verdiyi izahatdan görünür ki, 25 yanvar 2023-cü il tarixdə saat təqribən 13:49 radələrində etibarnamə olmadan idarə etdiyi “Hyundai Veracruz” markalı, ** UG *** nömrə nişanlı avtomaşınla Nizami prospektində sağ zolaqla düzünə hərəkətdə olarkən, bu zaman sol zolaqdan manevr edərək qarşına çıxan BMW markalı, ** BV *** nömrə nişanlı avtomaşınla toqquşma baş vermişdir. - X8 Gəncə şəhər BPİ DYPŞ-yə verdiyi izahatdan görünür ki, 25 yanvar 2023-cü il tarixdə saat təqribən 13:49 radələrində ona məxsus olan BMW markalı, ** BV *** nömrə nişanlı avtomaşınla Nizami prospektində sol zolaqla hərəkətdə olub, sağa manevr edərkən bu zaman sağla düzünə hərəkətdə olan “Hyundai Veracruz” markalı, ** UG *** nömrə nişanlı avtomaşınla toqquşma baş vermişdir. Hadisə yerinə DYP əməkdaşı gəlmiş və ona qaydanı pozduğunu izah etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(125)-438/2023 nömrəli qərarından görünür ki, X4 şəhər DYPŞ-nin xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur. Bundan sonra X11 həmin qərardan məhkəməyə şikayət vermişdir. Məhkəmə inzibati xəta haqqında protokolda hadisənin baş vermə tarixinin xx.xx.2023-cü il əvəzinə xx.xx.2023-cü il göstərildiyi üçün həmin qərarı ləğv etmiş və iş üzrə icraata xitam vermişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, “Hyundai Veracruz” minik markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh X1na məxsusdur. Bundan başqa Cavabdeh xx.xx.2017-ci il tarixdə «B» və «C» kateqoriyaları üzrə sürücülük hüququ əldə etmiş və bu barədə ona AE seriyalı 124216 nömrəli sürücülük vəsiqəsi verilmiş, həmin sürücülük vəsiqəsinin etibarlılıq müddəti xx.xx.2027-ci il tarixədək müəyyən edilmişdir. Cavabdeh 25 yanvar 2023-cü il tarixdə saat təqribən 13:49 radələrində etibarnamə olmadan idarə etdiyi “Hyundai Veracruz” markalı, ** UG *** nömrə nişanlı avtomaşınla Nizami prospektində sağ zolaqla düzünə hərəkətdə olarkən, bu zaman sol zolaqdan manevr edərək qarşına çıxan BMW markalı, ** BV *** nömrə nişanlı avtomaşınla toqquşma baş vermişdir. Hadisənin baş verməsi ilə bağlı X11 İXM-nın 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində cərimə olunmuşdur. xx.xx.2023-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən isə Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 21:00-da «Hyundai Veracruz» minik markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobili sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə etdiyi üçün İXM-in 332.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinin tələbinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 883.1-ci maddəsinə görə sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 916.1-ci maddəsinə görə əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilirsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinin tələbinə görə sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; sığorta hadisəsi icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onun texniki təyinatına uyğun olmayan məqsədlərlə istifadə edilməsi zamanı baş verdikdə; sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda; icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır; sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə; bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində subroqasiya hüququnun yaranma əsası, yəni «icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi» ilə bağlıdır. Bu maddədə «hüququ olmayan şəxs» deyiləndə «nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs» nəzərdə tutulur. Çünki nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin avtomobil idarə edilməsi ilə bağlı nəzəri və təcrübi bilikləri olmadığından sığorta hadisəsinin baş verməsi riski artır və sığortaçının əsaslı mənafeləri pozulur. Hazırki halda isə Cavabdeh xx.xx.2017-ci il tarixdə «B» və «C» kateqoriyaları üzrə sürücülük hüququ əldə etmiş və bu barədə ona xx.xx.2017-ci il tarixdə AE seriyalı, 124216 nömrəli sürücülük vəsiqəsi verilmiş, həmin sürücülük vəsiqəsinin etibarlılıq müddəti xx.xx.2017-ci il tarixədək müəyyən edilmiş, xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh nəqliyyat vasitələrini idarə etmək hüququ olmuşdur. Digər tərəfdən «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsindəki şərtləri Mülki Məcəllənin 1108.2-ci maddəsinin şərtləri ilə eyni kontekstdə qiymətləndirdikdə bu nəticəyə gəlmək mümkündür ki, subroqasiya tələbinin təmin olunması üçün şəxsin əşyaya sahibliyi və istifadəsi qanunsuz (hüquqa zidd) olmalı, habelə əşyanın sığortalının və ya sığorta olunanın sahibliyindən hüquqa zidd götürülməsində onların təqsiri olmalıdır. Bu baxımdan qeyd edilməlidir ki, avtomobilin icbari sığortası ilə bağlı mübahisələr üzrə şəxsin əşyaya sahiblik və istifadəsinin qanuniliyini qiymətləndirərkən avtomobili idarə etmək üçün notarial etibarnamənin olmaması meyar kimi qəbul edilə bilməz. Çünki belə sənədin yoxluğu, mövcud qanunvericiliyə görə inzibati xəta münasibətlərində məsuliyyətə səbəb olsa da, sığorta münasibətləri baxımından bu hal şəxsin avtomobili istifadə etmək hüququ olmayan sayılmasına əsas vermir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsi yazılı etibarnamənin deyil, əşyadan istifadə hüququnun olmamasını nəzərdə tutur. Şəxsin əşyaya sahiblik və istifadə hüququnun olub-olmaması mülki hüquq normaları ilə müəyyən olunur. Mülki qanunvericilikdə isə əşyaya sahiblik və ya istifadənin qanunsuz sayılması üçün onun mülkiyyətçinin və ya digər sahibin əlindən iradəsi xaricində (iradəsinə zidd şəkildə) çıxması lazımdır. Başqa sözlə, əgər şəxs əşyanı iradəsinə uyğun digərinin sahibliyinə və ya istifadəsinə (əşya üzərindəki faktiki hakimiyyəti təmin edən əməli idarəçiliyinə) verirsə, sahiblik qanuni şəkildə verilmiş sayılır, istifadə hüququ da əmələ gəlir. Bu kimi hüquqi əməliyyatların etibarlı şəkildə baş tutması üçün yazılı (notarial) etibarnamə qanunda məcburi şərt kimi nəzərdə tutulmamışdır. İşin məhkəmə tərəfindən müəyyən olunan hallarından biri də odur ki, cavabdehin idarə etdiyi avtomaşın onun doğma atasına məxsus olmaqla sonuncunun şifahi razılığı əsasında idarə etmişdir. Bundan başqa cavabdehin başq vermiş yol nəqliyyat hadisəsində faktiki olaraq təqsirli olmasına dair hər hansı bir qərar yoxdur. Buna görə də məhkəmə hesab edir ki, "xxxx" ASC-nin Cavabdeh qarşı hazırkı iddia üzrə subroqasiya qaydasında tələb hüququ yaranmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ödənilmiş sığorta ödənişinin əvəzi qismində 2720 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 47 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiası əsassız olduğundan rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ödənilmiş sığorta ödənişinin əvəzi qismində 2720 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 47 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiası rədd edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №e-2(125)-537/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-537/2025
12.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver