Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5398/2025 11.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X14 Tahir oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh və etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və ona məxsus əşyaların xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən məcburi qaydada çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə nikahları Gəncə şəhər Qeydiyyat şöbəsində qeydə alınaraq, xx.xx.2008-ci il tarixli şəhadətnamə verilmişdir. Birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X9 anadan olmuşdur. X9 cavabdehin yanında saxlanılmaqla nikahları Gəncə Şəhər Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, izahatında göstərdi ki, ev iddiaçıya məxsusdur. Cavabdeh 2010cu ildə həmin evdə qeydiyyata düşmüşdür. Sözügedən ev iddiaçının mülkiyyətinə bağışlama yolu ilə keçmişdir, tərəflərin nikahları da pozulduğuna görə cavabdehin həmin evdən istifadə hüququ yoxdur. Buna baxmayaraq, cavabdehin həmin evdə yaşadığını göstərərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, iddianın təmin olunnmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, tərəflər xx.xx.2008-ci ildə ailə qurmuş, Cavabdeh həmin evə gəlin köçmüş və cehiz əşyalarını da həmin evə yerləşdirmişdir. Tərəflərin nikahları isə 2009-cu ilə rəsmiləşdirilmişdir. Birgə nikahlarından dünyaya gəlmiş azyaşlı övladları cavabdehin himayəsində olmaqla, cavabdeh övladı ilə birlikdə hal-hazırda da həmin evdə yaşayır, başqa yaşayış yeri yoxdur. Nikah ləğv edilsə də, cavabdeh, eləcə də azyaşlı övladı iddiaçının ailə üzvüdürlər və iddiaçının öz ailə üzvlərini saxlamaq vəzifəsi vardır. Sözügedən ev əvvəlcə Bahar xanımın qayınatasına məxsus olmuş, daha sonra əri İddiaçı bağışlanmışdır. Həmin evə gəlin köçən zaman evin mülkiyyətçisi olan Anarın razılığı ilə evə köçüb, yaşamışdır. Tərəflər 2008-ci ildən 2024-cü ilədək birgə təsərrüfat aparmışdırlar. Qeydiyyat ünvanı şəxsin yaşayış yerini müəyyən etdiyindən, cavabdeh də həmin evdə qeydiyyatda olmaqla, yaşayır. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəsatəti ilə şahid qismində dindirilən X6 ifadəsində göstərdi ki, tərəflərlə yaxın qonşudurlar. Cavabdeh xx.xx.2008-ci ildə gəlin köçmüşdür. Toy məclisində özü iştirak edə bilməmiş, ancaq yoldaşı iştirak etmişdir. Hazırda Bahar oğlu və anası ilə birlikdə həmin evdə yaşayır, cehiz əşyaları da həmin evdədir. Anarı isə xeyli vaxtdır ki, orada görməmişdir. Məhkəmə iclasında cavabdehin vəsatəti ilə şahid qismində dindirilən X10 ifadəsində göstərdi ki, Bahar xalası qızıdır. xx.xx.2008-ci ildə həmin evə gəlin köçmüşdür. Hazırda Bahar özü, oğlu və anası həmin evdə yaşayırlar. O da tez-tez gedib baş çəkir. Baharın cehiz əşyaları da həmin evdədir. Mülki işin materiallarında olan:- xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********81-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyətdə olmaqla tam mülkiyyət hüququ üzrə İddiaçı adına rəsmi reyestrdə qeydə alınmışdır. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 4 nömrəli SİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 1748 nömrəli arayışın surətindən görünür ki, Cavabdeh ailə tərkibi oğlu X5 ibarət olmaqla ünvan 3 ünvanında qeydiyyatdadır və yaşayır. AZ-İ 522895 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahları xx.xx.2009-cu ildə Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsində 771 nömrə ilə qeydə alınmışdır. AZ-İV 292807 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2018-ci ildə Nurəddin adlı uşaqları anadan olmuşdur. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-1098/2025 nömrəli qətnaməsindən görünür ki, tərəflər arasnda bağlanmış nikah pozulmuşdur. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən təqdim edilmiş: -17255 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Gəncə şəhəri, 1 May küçəsində yerləşən 19 nömrəli yaşayış evi Kəpəz rayon XDS İcraiyyə Komitəsinin 16 nömrəli, xx.xx.1987-ci il tarixli qərarı əsasında X1 adına qeydə alınmışdır. - Gəncə şəhəri 3 saylı dövlət notariat kontorunda 4Ə-1-70 reyestr nömrə ilə qeydə alınmış xx.xx.2010-cu il tarixli müqavilənin surətindən görünür ki, X4 xx.xx.1999-cu il tarixli, 17255 nömrəli qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini oğlu İddiaçı bağışlamışdır. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdırıb, tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının iddia etdiyi ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir. Həmin fərdi yaşayış evi əvvəlcə iddiaçının atası X2 məxsus olmuş, daha sonra bağışlama müqaviləsinə əsasən, xx.xx.2010-cu ildə iddiaçının mülkiyyətinə keçmişdir. İddiaçı iddia etmişdir ki, cavabdehlə nikahları pozulduqdan sonra cavabdehin həmin evdən istifadə hüququ olmadığı halda mülkiyyətində olan evdə yaşamaqla onun mülkiyyət hüququnu pozmuşdur. Cavabdeh isə xx.xx.2008-ci ildə iddiaçı ilə ailə quraraq, həmin evə gəlin köçdüyünü, həmin evdə qeydiyyatda olmaqla, cehiz əşyalarının da orada olduğunu və azyaşlı oğlu ilə birlikdə başqa yaşayış yeri olmadığını göstərərək, iddia tələbinə qarşı etiraz etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, 2000-ci ilin sentyabr ayının 1-dək yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələr Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun, 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin qaydalarına uyğun həll edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərhinə dair 27 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu X. Məmmədovanın şikayəti üzrə 11 iyul 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. İddiaçı xx.xx.2008-ci ildə mübahisəli fərdi yaşayış evinə gəlin köçdükdən sonra mülkiyyətçi X3 ilə aralarında notariat qaydasında yazılı razılaşma olmamışdır. Bununla belə 2010-cu ildə mübahisəli evin mülkiyyətçisi dəyişərək hazırki İddiaçı mülkiyyətinə keçməklə onunla cavabdeh arasında mövcud olan hüquq və vəzifələrin həcmi dəyişmişdir. Göründüyü kimi, qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri baxımından cavabdehin həmin yaşayış sahəsindən istifadə etmək hüququ yaransa da, tərəflər arasında olan nikah 2025-ci il tarixdə məhkəmə qətnaməsi ilə pozulduğundan və tərəflərin ailə münasibətlərinə xitam verildiyindən cavabdehin həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, «Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan «ailə üzvləri» anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfinldən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.(Konstitusiya. mad. 29.) Digər hüquq və azadlıqlarla yanaşı mülkiyyət hüququnun müdafiəsi vasitələrinin biri Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunan qanunvericilikdən göründüyü kimi əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan dinc istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh ona məxsus əşyalarla birlikdə iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh ona məxsus əşyalarla birlikdə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə”informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-5398/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5398/2025
11.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver